1821 - Wikipedia
1821 - Wikipedia - Haqqında Məlumat
1821 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1821 MDCCCXXI |
Yuli təqvimi | 1821 |
Yuli təqvimi bizans erasında |
7329-7330 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2573-2574 (21 aprel) |
Avropa təqvimi |
5581-5582 ה'תקפ"א - ה'תקפ"ב |
Hicri təqvim | 1236-1237 |
Erməni təqvimi | 4313-4314 (11 avqust)
ՌՊԻԱ |
Çin təqvimi | 4517-4518 庚辰 - 辛巳 ağ əjdaha - ağ ilan |
Efiopiya təqvimi | 1813 - 1814 |
Hind təqvimi | |
- Vikram-samvat | 1877-1878 |
- Şaka sambat | 1743—1744 |
- Kali-yuqa | 4922-4923 |
İran təqvimi | 1199-1200 |
Buddist təqvimi | 2364 |
Holosen təqvimi | 11821 |
Yapon xronologiyası | 4 Bunsey erası |
Fransız inqilabı təqvimi | 29—30
|
Hadisələr
redaktə- 26 yanvar - Laybaxda (indiki Lüblin) Müqəddəs ittifaqın III Konqresinin açılması.
- 24 fevral - Meksikada İspaniya ağalığına qarşı üsyanın başlanması. Aqustin İturbide tərəfindən Meksikada İspaniya kralının başçılığı ilə konstitusiyalı monarxiya yaradılmasını nəzərdə tutan İqualın planının nəşr edilməsi.
- 2 mart - İspaniyada Evaristo Peresa de Kastronun başçılıq etdiyi hökumətin istefaya getməsi.
- 23 mart - Avstriya ordusu tərəfindən Neapolun tutulması və hər iki Siciliya krallığında inqilabın yatırılması.
- 23 aprel - Eysebio Bardayi Azaranın başçılığı ilə İspaniyada yeni hökumətin təşkil olunması.
- 12 may - Müqəddəs İttifaqın III Konqresinin bağlanması, İtaliyada inqilabi hərəkatın yatırılmasının qərara alınması. Rusiya tərəfindən Yunanıstanda azadlıq hərəkatına köməklik göstərməmək barədə öhdəliyin götürülməsi.
- 9 iyun - Paraqvayın İspaniya vətəndaşlarından təmizlənməsi və onların əksəriyyətinin ölkədən sürgün edilməsi.
- 29 iyun - Simon Bolivarın ordusunun təntənəli şəkildə Karakasa daxil olması.
- 6 iyul - İspaniya ordusunun döyüşsüz olaraq Perunun paytaxtı Limanı tərk etməsi. Xose de San-Martinin inqilabi ordusunun Limaya daxil olması.
- 28 iyul - Sose de San-Martin tərəfindən Perunun müstəqilliyinin elan edilməsi.
- 10 avqust - Missuri ştatının Amerika Birləşmiş Ştatlarının tərkibinə daxil edilməsi.
- 15 sentyabr - Qvatemalanın İspaniyadan ayrılaraq müstəqilliyinin elan etməsi
- 23 sentyabr - Aqustin İturbidenin ordusunun İspaniya ordusu tərəfindən tərk edilmiş Mexikoya daxil olması.
- 1 oktyabr - Yeni Qranada ordusu tərəfindən İspaniyanın sonuncu dayaq məntəqəsi olan Kartaxen qalasının ələ keçirilməsi.
- 29 oktyabr -Kosta-Rikanın İspaniyadan ayrılaraq öz müstəqilliyini elan etməsi.
- 30 noyabr - Qvatemalanın paytaxtında Meksikaya birləşdirilmənin tərəfdarları ilə əlehdarları arasında toqquşmaların baş verməsi.
- Hindistanda Ram Mohan Ray ilk dəfə benqal dilində jurnal nəşr edilməsi.
- Çexiyada kəndli üsyanının baş verməsi.
- Meksikanın müstəqilliyinin elan edilməsi.
- Perunun müstəqilliyinin elan edilməsi.
- Moreyada yunanlar üsyan qaldırması.
- 8 oktyabr - Rusiya imperatoru I Aleksandrın fərmanı ilə Cənubi Qafqazda güzəştli ticarət tarifi tətbiqi.
Doğumlar
redaktə- Aşıq Ələsgər
- 11 noyabr - Fyodor Dostoyevski - rus yazıçısı.
- 7 dekabr - Albert Daniloviç Jamet - rus rəssamı.
- 10 dekabr - Nikolay Alekseyeviç Nekrasov - rus şairi.
- 12 dekabr - Qustav Flober -fransız yazıçısı
- 14 dekabr - Nikolay Fyodoroviç Şerbina - rus şairi.
- 25 dekabr - Klara Barton - Amerika Qırmızı Xaç cəmiyyətinin banisi.
- 29 dekabr - Dmitri İvanoviç Jurovski - rus mühəndisi.
Vəfatlar
redaktə- 23 fevral - Con Kits, ingilis şairi.
- 5 may - I Napoleon Bonapart - Fransa imperatoru (Müqəddəs Yelena adasında)
- 20 iyun - İzidor Veys - Vilen universitetinin professoru, naşir, rəssam-qravür.
- 4 sentyabr - Xose Migel Karrera - 1811-1814-cü illərdə Çili prezidenti.
- 29 oktyabr - Mixail Vasilyeviç Milonov - rus şairi.