Abs Nin Erazileri - Wikipedia
ABŞ-nın əraziləri ABŞ federal hökumətinin nəzarət etdiyi inzibati-ərazi vahididir. Onlar məhdud suverenliyə malik ABŞ ştatları və yerli amerikalı qəbilələrindən fərqlidirlər.[2][qeydlər 1] Ərazilər inkorporativliyinə və ABŞ Konqresinin qəbul etdiyi orqanik akta əsasən "mütəşəkkil" bir hökumətin varlığına görə təsnif edilir.[3]
ABŞ-nin əraziləri | |||
---|---|---|---|
| |||
Dövlət başçısı | Co Bayden | ||
Qubernatorlar | Cari ərazi qubernatorlarının siyahısı | ||
Sahəsi | |||
• Ümumi | 22294.19 km² | ||
Əhalisi | |||
• Əhali | 4.066.778 nəfər | ||
Demonim | Amerikalı | ||
"Birlik" hər hansı bir xüsusi siyasi statusu təsvir etmir və ştat və ərazilərə tətbiq edilir. Ştat olmayan ABŞ əraziləri ilə əlaqəli istifadə edildikdə, bu termin konstitusiya malik, özünüidarəetmə hüququ birtərəfli olaraq Konqres tərəfindən geri alınmayacaq özünüidarə edən ərazini təsvir edir.[1] | |||
Vikianbarda əlaqəli mediafayllar |
Hal-hazırda ABŞ Karib dənizində və Sakit Okeanda on altı əraziyə malikdir.[qeydlər 2] Beşi (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adaları) daimi məskunlaşmış, qeyri-inkorporativ ərazidir; digər on bir ərazi yerli əhalisi (və ya daimi əhalisi) olmayan kiçik ada, atoll və riflərdir. Bu on bir ərazidən yalnız biri (Palmira rifi) inkorporativ ərazi kimi təsnif edilir. İki ərazi (Baxo-Nueva və Serranilla bankəsi) de-fakto Kolumbiya tərəfindən idarə olunur.[5][6]
Tarixən, ərazilər yeni əldə edilmiş torpaqları idarə etmək üçün yaradılmışdır. Bir çox ərazi, nəticədə ştatlığa çevriliblər.[7][8] Filippin, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Palau kimi, müəyyən vaxt ərzində ABŞ tərəfindən idarə olunan digər ərazilər nəticədə daha sonra müstəqil ölkələr olublar.
ABŞ-ın bir çox mütəşəkkil inkorporativ əraziləri 1789-cu ildən 1959-cu ilə qədər mövcud olmuşdur. Şimal-qərb və Cənub-qərb əraziləri ilk, Alyaska və Havay Əraziləri isə sonuncu olmuşlar. Bu ərazilərdən 31-i müraciət etmiş və ştat olaraq qəbul edilmişdi. Ərazilərin ştatlığa çevrilməsi və təşviqi prosesində kifayət qədər inkişaf və əhali sıxlığı olmayan bir ərazidəki bəzi bölgələr Konqresin ştatlıq üçün müraciət etməsi barədə səsvermədən sonra müvəqqəti olaraq daha böyük bir ərazinin himayəsinə verildilər. Məsələn, Missuri Ərazisinin bir hissəsinin Missuri ştatına çevrildikdə, Ayova, Nebraska, Cənubi Dakota və Şimali Dakota ştatlarının bütünü, Kanzas, Vayominq və Montananın əksəriyyəti, Kolorado və Minnesotanın hissələri daxil olmaqla ərazinin qalan hissəsi faktiki olaraq qeyri-mütəşəkkil əraziyə çevrildi.[9]
ABŞ əraziləri ABŞ-nin materik hissəsindən və Havaydan aşağı infrastruktur və telekommunikasiya səviyyəsinə malikdirlər, məsələn, Amerika Samoasında internet sürəti bir çox Şərqi Avropa ölkəsindən daha yavaş olduğu müəyyən edilib.[10] Ərazilərdə yoxsulluq səviyyəsi ştatlara nisbətən daha yüksəkdir.[11][12]
Mövcud ərazilər və onların hüquqi statusu
redaktəƏrazilər həmişə ABŞ-ın bir hissəsi olmuşdur.[13] Federal qanuna əsasən, "Birləşmiş Ştatlar" termini coğrafi mənada istifadə edildikdə, "kontinental ABŞ, Alyaska, Havay, Puerto-Riko, Quam və ABŞ Vircin adaları" mənasını verir. [14] 1986-cı ildə Şimali Marian adaları ilə siyasi ittifaqından bəri, onlar da ABŞ-ın bir hissəsi kimi qəbul edilir.[14] 2007-ci ildə qəbul edilmiş icra əmri Amerika Samoasını Federal Registr sənədlərində əks olunmuş ABŞ-ın "coğrafi sahəsinə" daxil edir.[15]
Daimi məskunlaşmış ərazilər
redaktəABŞ daimi məskunlaşmış beş əraziyə[qeydlər 3] malikdir : Puerto-Riko və ABŞ Vircin adaları Karib dənizində, Quam və Şimali Marian adaları Şimali Sakit Okeanın qərbindəki Marian arxipelaqında, Amerika Samoası Cənubi Sakit Okeanda.
Bu ərazilərdə təxminən 4 milyon insan ABŞ vətəndaşıdır. Beş böyük ərazinin dördündə doğulmağa görə ABŞ vətəndaşlığı təmin edilir.[16] Amerika Samoasında təxminən 32.000 nəfər ABŞ vətəndaşı olmayan əhali var.[17] ABŞ qanunvericiliyinə əsasən, ərazilər arasında "yalnız Amerika Samoası və Sueyns adasında doğulmuş şəxslər ABŞ vətəndaşı olmayan əhalidir".[18] Amerika Samoalıları ABŞ himayəsindədirlər, ABŞ-ın bütün hissəsinə vizasız səyahət etmək hüququna malikdirlər.[18] Buna baxmayaraq, ABŞ vətəndaşı olmaq üçün Amerika Samoalıları xarici vətandaş kimi vətəndaşlığa qəbul edilirlər.[19] Amerika Samoalıları doğuma görə ABŞ vətəndaşlığına malik deyillər, çünki ABŞ Konqresi Amerika Samoası sakinlərinə (digər 4 məskunlaşmış ərazilərdən fərqli olaraq) vətəndaşlıq verən qanunvericiliyi qəbul etməmişdir[16]. Ali məhkəmə "Tuana ABŞ-a qarışı" məhkəmə işində doğuma görə ABŞ vətəndaşlığınln ABŞ-nin qeyri-inkorporativ bölgələrində bir hüquq olmadığına qərar verilmişdir — Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adalarında mövcud olan doğumdan vətəndaşlıq yalnız ABŞ Konqresi bu ərazilərə vətəndaşlıq verən qanunvericiliyi qəbul etdiyi üçün verilir.
Bu ərazilərin hər biri mütəşəkkil,[qeydlər 4] üç hökumət şöbəsi, yerli seçilmiş qubernator və ərazi qanunverici orqanı ilə özünü idarə edən ərazidir.
Həmçinin hər bir ərazi ABŞ Nümayəndələr Palatasına səsvermə hüququ olmayan bir üzv (və ya Puerto-Riko üçün səsvermə hüququ olmayan səlahiyyətli komissar) seçirlər.[20][21][22] Onlar "Nümayəndələr Palatasının iclası keçirildikdə səs vermə istisina olmaqla Palatanın digər üzvləri ilə eyni hüquqlara malikdirlər".[23] Onlar müzakirələrdə iştirak edir, heyət üçün ofis və pul təyin edir və öz ərazilərindən ordu, donanma və dəniz piyadaları, hərbi hava qüvvələri və ticarət donanması xidmət akademiyalarının tərkibinə namizədlər göstərirlər.[23] Onlar Nümayəndələr Palatasına təqdim edilən bütün qanunvericilik üzrə komitədə səs verə bilərlər. Onlar hər bir komitə üçün partiya sayına daxil edilir və konfrans komitələri üzrə senatorlarla bərabərdirlər. Konqresdən asılı olaraq, onlar da Bütün Palata Komitəsində səs verə bilərlər.[24] 2017-ci ilin yanvar ayına olan məlumata əsasən bu ərazilərdən Konqres üzvləri aşağıdakılar olmuşdurlar : Şimali Marian adalarından Qreqorio Sablan, Quamdan Madlen Bordallo, Amerika Samoasından Amata Koulman Reydveyqen, Puerto-Rikodan Cennifer Qonsales, ABŞ Vircin adalarından Steysi Plaskett.[25] Kolumbiya dairəsinin də bir səsvermə hüququ olmayan nümayəndəsi var.
Kolumbiya dairəsi kimi ABŞ-nin əraziləri də ABŞ Konqresində səsvermə hüququna mailik nümayəndəyə malik deyil və ABŞ Senatında heç bir nümayəndəliyi yoxdur.[26][27]
Hər dörd il ərzində ABŞ siyasi partiyaları bu ərazilərdən olan nümayəndələri də daxil edən konvensiyalarda prezidentliyə namizədlərini irəli sürürlər.[28] Lakin Puerto-Riko kimi ərazilərdə yaşayan ABŞ vətəndaşları ABŞ prezidentliynə ümumi seçkilərində səs verə bilməzlər.[26] Amerika Samoasında vətandaş olmayan əhali də prezidentə səs verə bilməz.[16]
Bu ərazilərin paytaxtları Amerika Samoasında Paqo-Paqo, Quamda Haqatna, Şimali Marian adalarında Saypan, Puerto-Rikoda San-Xuan və ABŞ Vircin adalarında Şarlotta-Amaliyadır.[29][30]
Bu ərazilərin mövcud qubernatorları aşağıdakılardır : Lolo Metalasi Moliqa (Amerika Samoası), Eddi Baza Kalvo (Quam), Ralf Torres (Şimali Marian adaları), Rikardo Roselo (Puerto-Riko) və Kennet Mepp (ABŞ Vircin adaları).
Adı | Abrev. | Yeri | Sahə | Əhali (2017) |
Paytaxt | Ən böyük qəsəbə |
Statusu | Əldə edilmə tarixi |
---|---|---|---|---|---|---|---|---|
Amerika Samoası | AS | Polineziya və Cənubi Sakit Okean | 197.1 km2 (76 kv. mil) | 51,504 | Paqo-Paqo | Tafuna | Qeyri-inkorporativ və qeyri-mütəşəkkil | 17 aprel 1900 |
Quam | GU | Mikroneziya və Şimali Sakit Okean | 543 km2 (210 kv. mil) | 162,742 | Haqatna | Dededo | Qeyri-inkorporativ və mütəşəkkil | 11 aprel 1899 |
Şimali Marian adaları | MP | Mikroneziya & Şimali Sakit Okean | 463.63 km2 (179 kv. mil) | 52,263 | Kapitol-Hill, Saypan [qeydlər 5] | Qarapan | Qeyri-inkorporativ və mütəşəkkil (birlik) | 4 noyabr 1986[qeydlər 6][31][32] |
Puerto-Riko | PR | Karib hövzəsi və Şimali Atlantik okean | 9,104 km2 (3,515 kv. mil) | 3,337,177 | San-Xuan | San-Xuan | Qeyri-inkorporativ və mütəşəkkil (birlik) | 11 aprel 1899[33] |
ABŞ Vircin adaları | VI | Karib hövzəsi və Şimali Atlantik okean | 346.36 km2 (134 kv. mil) | 104,901 | Şarlotta-Amaliya | Şarlotta-Amaliya | Qeyri-inkorporativ və mütəşəkkil | 31 mart 1917 |
Qeydlər
redaktə- Amerika Samoası – 1900-cü ildən ərazi; İkinci Samoa Vətəndaş müharibəsinin başa çatmasından sonra, adaların şərq yarısını ABŞ-nin idarə etməsi ilə Samoa adaları iki siyasi bölgəyə bölündü.[34][35] 1900-cü ildə Tutuila Güzəştəgetmə Sazişi qüvvəyə mindi.[36] 1904-cü ildə Manua adaları və 1925-ci ildə Sueyns adası Amerika Samoasının bir hissəsi oldu.[36] ABŞ Konqresi 1929-cu ildə Amerika Samoa müqavilələrini sazişlərini ratifikasiya etdi.[36] Amerika Samoası sonuncu dəfə 1967-ci ildə düzəliş edilmiş konstitusiya əsasında yerli özünü idarə edir.[35][qeydlər 7] Amerika Samoasında doğulan şəxslər vətəndaş olmayan əhalidir.[16][35] Amerika Samoası texniki olaraq qeyri-mütəşəkkildir.[35] Əsas ada Tutuiladır.[35]
- Quam – 1899-cu ildən ərazi; Quam İspan-ABŞ müharibəsi nəticəsində əldə edilib.[38] Quam Quam hərbi dəniz bazası və Andersen aviabazasına ev sahibliyi edir. Quam 1950-ci il Quam Orqanik aktına əsasən təşkil edilib; bu akt Quamlıların ABŞ vətəndaşlığını təmin etdi və Quama yerli hökumət verdi.[38] 1968-ci ildə akt Quam qubernatorunun seçilə bilməsi üçün dəyişdirildi.[38]
- Şimali Marian adaları – 1986-cı ildən Birlikdir,[31][32] Şimali Marian adaları 1899-cu ilə qədər İspaniya İmperiyasının bir hissəsi, daha sonra 1899-cu ildən 1919-cu ilə qədər Almaniya İmperiyasının bir hissəsi oldu;[39] İkinci Dünya müharibəsi zamanı adalar ABŞ tərəfindən əldə edilənə qədər Yaponiya tərəfindən Millətlər Liqası mandatı kimi idarə olundu.[39] 1947-ci ildə BMT etimadçısı kimi ABŞ tərəfindən idarə olunan BMT Sakit okean adaları etimad ərazisinin (SOAEƏ) bir hissəsi oldu.[31][39] SOAEƏ-nin digər tərkibi Palau, Mikroneziya Federativ Ştatları və Marşall adalarıdır.[40] ABŞ ilə siyasi birlikdə Şimali Marian adalarının birlik kimi Qurulma Razılaşması hər iki siyasi qurumun nümayəndələri tərəfindən müzakirə edilirdi; 1975-ci ildə Şimali Marian adaları seçiciləri tərəfindən təsdiq edilmiş və 24 mart 1976-cı ildə qüvvəyə minmişdir.[39][41] Şimali Mariana
- Puerto-Riko 1899-cu ildən qeyri-inkorporativ ərazidir[33], ispan-ABŞ müharibəsi nəticəsində əldə edilib.[42] Puerto-Riko 1952-ci ildən bəri Birlikdir. Puerto-Riko 1950-ci il Puerto-Riko Federal Əlaqələr aktına (Public Law 600) əsasən təşkil edilib. 2008-ci ilin noyabr ayında bir ABŞ Dairə Məhkəməsinin hakimi Konqres hərkatlarının ardıcıllığının Puerto-Rikonun statusunun "qeyri-inkorporativ"dən "inkorporativ"ə dəyişməsinə kumulyativ təsir göstərdiyinə qrar verdi.[43] Buna baxmayaraq, bu məsələ məhkəmə sistemi ilə yoluna davam etmədi[44] və ABŞ hökuməti hələ də Porto Rikoya qeyri-inkorporativ kimi istinad edir. Puerto-Riko vəkili Puerto-Rikonu "yarı suveren" adlandırmışdı.[45] Puerto-Rikoda dövlətçilik hərəkatı var – onun məqsədi Puerto-Rikonu 51-ci ştat etməkdir.[27][46] (Həmçinin bax: Puerto-Rikonun siyasi statusu)
- ABŞ Vircin adaları – 1917-ci ildə ABŞ tərəfindən Danimarkadan satın alınıb və 1954-cü ildə Yenidən nəzərdən keçirilmiş Vircin adaları aktına əsasən təşkil edilib. ABŞ vətəndaşlığı 1927-ci ildə təmin edilmişdir.[47] Əsas adaları Sent-Tomas, Sent-Cons və Sent-Krus adalarıdır.
Statistikalar
redaktəQuam istisna olmaqla, məskunlaşmış ərazilərdə 2010-2017-ci illəri arasında mənfi əhali artımı olmuşdur. Məskunlaşmış ərazilərdə yoxsulluq səviyyəsi yüksəkdir, həm də İnsan İnkişafı İndeksi (İİİ) reytinqləri yüksəkdir. Bütün yoxsulluq səviyyəsi qitə ABŞ-ın materik hissəsindən yüksəkdir. Beş ərazinin dördündə ingilis dilindən başqa rəsmi bir dil də var.[48][49]
Ərazi | Rəsmi dil(lər)[48][49] | Əhali artımı (2010–17)[50] | Yoxsulluq səviyyəsi (2009)[51][52] | Gözlənilən ömür uzunluğu (illərlə) | İİİ[53][54] | ÜDM ($)[55] | Hərəkət istiqaməti | Saat qurşağı | Telefon kodu (+1) |
---|---|---|---|---|---|---|---|---|---|
Amerika Samoası | İngilis, Samoa | −2.39% | 65%[qeydlər 8] | 73.4 | 0.827 | 658 milyon $ | Sağ | Samoa vaxtı (UTC-11) | 684 |
Quam | İngilis, Çamorro | 2.12% | 22.9% | 76 | 0.901 | 5.793 milyard $ | Sağ | Çamorro vaxtı (UTC+10) | 671 |
Şimali Marian adaları | İngilis, Çamorro, Karolin | −0.68% | 52.3% | 75.4 | 0.875 | 1.242 milyard $ | Sağ | Çamorro vaxtı | 670 |
Puerto-Riko | İngilis, İspan | −10.43% | 43.5%[qeydlər 9] | 80.9 | 0.845 | 103.135 milyard $ | Sağ | Atlantik vaxtı (UTC−4) | 787, 939 |
ABŞ Vircin adaları | İngilis | −3.25% | 22.4% | 79.4 | 0.894 | 3.765 milyard $ | Sol | Atlantik vaxtı | 340 |
Ərazilərin inzibati qraflıqları yoxdur.[qeydlər 10] ABŞ Siyahıyaalma Bürosu Puerto-Rikonun 76 bələdiyyəsini, ABŞ Vircin adalarının üç əsas adasını, Quamın bütününü, Şimali Marian adalarının 4 bələdiyyəsini və Amerika Samoasının 3 rayonu və iki atollunu qraflığa ekvivalent hesab edir.[57][58] Siyahıyaalma Bürosu həmçinin ABŞ-yə bağlı kiçik adacıqların hər birini qraflığa ekvivalent hesab edir.[57][58]
Kiçik adacıqlar
redaktəABŞ-yə bağlı kiçik adalar, atolllar və riflərdir. Palmira rifi, Beyker adası, Haulend adası, Carvis adası, Conston rifi, Kinqmen rifi, Miduey rifi və Ueyk rifi Sakit okeanda, Navassa adası, Baxo-Nueva və Serranilla bankəsi Karib dənizindədir. Pamlira rifi (rəsmi olaraq ABŞ Palmira rifi ada ərazisi kimi tanınır)[59] yeganə inkorporativ ərazidir, bu status 1959-cu ildə Havay ştat olduqdan bəri davam edir.
Bir neçə ərazinin statusu mübahisəlidir. Navassa adası Haiti, Ueyk rifi Marşall adaları, Sueyns adası (Amerika Samoasının tərkibində) Tokelau, Serranilla bankəsi və Baxo-Nueva (hər ikisi Kolumbiya tərəfindən idarə edilir) Kolumbiya, Yamayka, Honduras və Nikaraqua tərəfindən mübahisəlidir.[60][61] ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin işçiləri və onların xidmət təminatçılarından ibarət 40 nəfər əhaliyə malik olan Miduey rifi,[62] The Nature Conservancy və Balıq və Vəhşi Təbiət Xidmətinin heyəti və tədqiqatçılarından ibarət 4 ilə 20 nəfər arasında dəyişən əhalisi olan Palmira rifi[63] və təxminən 100 hərbi personal və mülki işçi əhalisi olan Ueyk rifi[64] istisna olmaqla onlar məskunlaşmamışdırlar.
Adı | Mövqeyi | Ərazisi | Statusu | Qeydlər |
---|---|---|---|---|
Baxo-Nueva | Şimali Atlantik okean və Karib dənizi | 110 km2 (42 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Kolumbiya tərəfindən idarə edilir. ABŞ (Quano adaları aktı əsasında) və Yamayka tərəfindən ərazi iddia edilir. Nikaraquanın ərazi iddiası 2012-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Kolumbiya lehinə həll edilmişdir, baxmayaraq ki, ABŞ bu işdə tərəf olmadı və BƏM-in səlahiyyətini tanımadı.[65] |
Beyker adası[a] | Şimali Sakit okean | 2.1 km2 (0.81 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Quano adaları aktı əsasında 28 oktyabr 1856-cı il tarixində ərazi iddia edilir.[66][67] 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir.[68] |
Haulend adası[a] | Şimali Sakit okean | 4.5 km2 (1.7 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Quano adaları aktı əsasında 3 dekabr 1858-cı il tarixində ərazi iddia edilir.[66][67] 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir.[68] |
Carvis adası[a] | Cənubi Sakit okean (Polineziya) | 4.75 km2 (1.83 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Quano adaları aktı əsasında 28 oktyabr 1856-cı il tarixində ərazi iddia edilir.[66][67] 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir.[68] |
Conston rifi[a] | Şimali Sakit okean | 2.67 km2 (1.03 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Sonuncu dəfə 2004-cü ildə ABŞ Müdafiə Nazirliyi istifadə edilib. |
Kinqmen rifi[a] | Şimali Sakit okean | 18 km2 (6.9 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Quano adaları aktı əsasında 8 fevral 1860-cı il tarixində ərazi iddia edilir.[66][67] 10 may 1922-ci il tarixində əlavə edilmiş və 29 dekabr 1934-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyinin səlahiyyətinə verilmişdir.[69] |
Miduey rifi | Şimali Sakit okean | 6.2 km2 (2.4 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | 1859-cu ildən ərazidir; ilk növbədə vəhşi təbiəti qoruma ərazisidir və əvvəllər ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyinin səlahiyyətində idi. |
Navassa adası | Karib dənizi | 5.4 km2 (2.1 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | 1857-ci ildən ərazidir; həmçinin Haiti tərəfindən ərazi iddiası var |
Palmira rifi | Şimali Sakit okean | 12 km2 (5 kv. mil) | İnkorporativ, qeyri-mütəşəkkil | Qismən The Nature Conservancy tərəfindən şəxsi mülkiyyyət olmaqla birlikdə qalan hissəsi federal mülkiyyətdir və Balıq və Vəhşi Təbiət Xidməti tərəfindən idarə olunur.[70][71] Oahunun təxminən 1,000 mil (1,600 km) cənubunda, quru ərazisi təxminən 1.56 kv. mil (4.0 km2) olan 50 kiçik adadan ibarət arxipelaqdır. Atoll 1898-ci ildə Havay Respublikası əlavə edilərkən əldə edildi. 30 aprel 1900-cü ildə Havay ərazisi təsis edildikdə Palmyra rifi həmin ərazinin bir hissəsi kimi təsis edilmişdir. 1959-cu ildə Havay ştat olduqda, Konqres aktı atollu ştatdan istisna etdi. Palmira inkoporativ ərazi kimi qaldı, lakin yeni mütəşəkkil hökumət qəbul edilmədi.[72] |
Serranilla bankəsi | Şimali Atlantik okean və Karib dənizi | 350 km2 (140 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | Kolumbiya tərəfindən idarə olunur; hərbi dəniz qüvvələri qarnizonu var. ABŞ (Quano adaları aktı əsasında 1879-cu ildən bəri), Honduras və Yamayka tərəfindən ərazi iddia edilir. Nikaraquanın ərazi iddiası 2012-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Kolumbiya lehinə həll edilmişdir, baxmayaraq ki, ABŞ bu işdə tərəf olmadı və BƏM-in səlahiyyətini tanımadı.[65] |
Ueyk rifi[a] | Qərbi Sakit Okean (Mikroneziya) | 7.4 km2 (2.9 kv. mil) | Qeyri-inkorporativ, qeyri-mütəşəkkil | 1898-ci ildən ərazidir; Ueyk rifi aerodromuna ev sahibliyi edir, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən idarə edilir. Həmçinin Marşall adaları tərəfindən ərazi iddia edilir.[73] |
İnkorporativ və qeyri-inkorporativ ərazilər
redaktəKonqres bir ərazinin inkorporativ və qeyri-inkorporativ olduğuna qərar verir. ABŞ Konsitusiyası yerli hökumətlər və ştat sakinləri kimi hər bir inkorporativ əraziyə (yerli hökumət və sakinlər daxil olmaqla) İnkorporativ ərazilər mülkiyyətdən daha çox ABŞ-nin bir hissəsi kimi qəbul olunur.[74]
ABŞ Ali Məhkəməsi 1901-1905-ci illər Ada əraziləri məhkəmə işlərində konsitusiyanın ərazilərə şamil edildiyinə qərar verdi. Məhkəmə həmçinin ərazi inkorporativliyi doktrinasını da yaratmışdır ki, konsitusiya inkorporativ ərazilərə (Alyaska və Havay əraziləri kimi) tamimilə və Puerto-Riko, Quam, Flippinin qeyri-inkorporativ ərazilərinə qismən tətbiq olunur.[75][76]
1856-cı ilə qədər ABŞ-nin qeyri-inkorporativ əraziləri (həmçinin dənizaşırı mülklər və kiçik adacıqlar kimi də tanınır) yox idi. Konqres həmin il Quano adaları aktını qəbul edərək, prezidentə quano tədarükü üçün ərazi iddiasına malik olmayan adaları əldə etmək səlahiyyət verdi. ABŞ bu qanun əsasında xüsusilə Karib dənizi və Sakit Okeanda bir çox adaları və atolları nəzarət altına almışdır (və ərazi iddia etmişdir); əksəriyyət tərk edilmişdir. O, həmçinin 1856-cı ildən bəri digər şərtlər altında ərazilər də əldə etmişdir, məsələn İspan-Amerika müharibəsini sonlandıran Paris sülh müqaviləsi (1898) kimi. Ali Məhkəmə Balzak Porto-Rikoya qarşı məhkəmə işində bu qeyri-inkorporativ ərazilərin konstisional statusunu qiymətləndirmiş və Puerto-Rikodakı bir məhkəm haqqında aşağıdakılar dedi :
ABŞ Dairə Məhkəməsi ABŞ-nin məhkəmə hakimiyyətini idarə etmək üçün Konstitusiyanın 3-cü maddəsinə əsasən qurulmuş əsl ABŞ məhkəməsi deyil … bu qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən verilmiş suveren konqres icazəsi ilə ABŞ-yə məxsus əraziyə hörmətlə yanaşaraq bütün zəruri qanunlar və qaydaları hazırlamaq üçün … yaradılmışdır. Onun səlahiyyətlərinin əsl ABŞ məhkəmlərinə bənzərliyi sakinlərinə yerli təsirə tabe olmayan bir məhkəməyə müraciət etmək füsrəti yaradır, ərazi məhkəməsi xüsusiyyətini dəyişmir.[77]:312 |
Glidden Company Zdanoka qarşı məhkəmə işində məhkəmə Balzaka istinad etdi və inkorporativ ərazilərdəki məhkəmlər haqqında dedi : "Belə fikirlərdən sonra, Maddə III-ün materik xaricindəki qeyri-inkorporativ ərazilərdə yaradılan məhkəmələrə … və xarici ölklərdən konsessiya ilə yaradılmış konsulyar məhkəmələrə … tətbiq edilə bilməz olduğu nəzərə alınmışdır"[78]:547
ABŞ Ali Məhkəməsinin müəyyən ərazilər haqqında qərarları
redaktəAlyaska ərazisi
redaktəFlorida ərazisi
redaktəCənub-şərq ərazisi
redaktəLuiziana ərazisi
redaktəQruplarına görə indiki ABŞ əraziləri
redaktəİnkorporativ mütəşəkkil ərazilər
redaktəİnkorporativ qeyri-mütəşəkkil ərazilər
redaktəQeyri-inkorporativ mütəşəkkil ərazilər
redaktəQeyri-inkorporativ qeyri-mütəşəkkil ərazilər
redaktəMəskunlaşmış ərazilər
redaktəMəskunlaşmamış ərazilər
redaktəEksterritorial yurisdiksiya
redaktəAssosiasiyalaşmış dövlətlər
redaktəMütəşəkkil ərazi
redaktəKeçmiş ABŞ ərazilərinin və idarə olunan sahələrin təsnifatı
redaktəABŞ-nin keçmiş inkorporativ mütəşəkkil əraziləri
redaktəABŞ-nin keçmiş qeyri-inkorporativ əraziləri
redaktəHərbi idarədə olan ABŞ-nin keçmiş qeyri-inkorporativ əraziləri
redaktəƏvvəllər ABŞ tərəfindən idarə olunan ərazilər
redaktəDigər zonalar
redaktəMədəni mənzərə
redaktəQalereyalar
redaktəNümayəndələr Palatasının səsvermə hüququ olmayan indiki ərazi üzvləri
redaktəİndiki ərazi qubernatorları
redaktəPeyk şəkilləri
redaktəMəskunlaşmış ərazilər
redaktəMəskunlaşmamış ərazilər (ABŞ-yə bağlı kiçik adacıqlar)
redaktəXəritələr
redaktəHəmçinin bax
redaktəQeydlər
redaktə- ↑ Ali məhkəmənin 2016-ci il qərarına əsasən ərazilər suveren deyildir.
- ↑ Sikaiananın (həmçinin Stüart adaları kimi də tanınır) bəzi sakinləri Sikaiananın ABŞ-nin bir hissəsi olduğuna inanırlar: "Onlar iddialarını bununla əsaslandırlar ki, Stüart adaları kral IV Kamehamea tərəfindən ələ keçirilmiş və 1856-cı ildə onun tərəfindən Havay krallığının bir hissəsi kimi qəbul edilmişdir və beləliklə, 1898-ci ildə qanunla ABŞ-yə əlavə edilən Havay Respublikasının (1893-cü ildə bəyan edilmişdir) bir hissəsi olmuşdur." Ancaq, Sikaiana "Havay və ondan asılı ərazilərə" aid deyil.[4]
- ↑ Bu ərazilərdən ikisi "birlik" adlandırılırdı.
- ↑ Amerika Samoası texniki olaraq qeyri-mütəşəkkildir, amma o, de-fakto mütəşəkkildir.
- ↑ Saypan tək bir bələdiyyə olaraq idarə olunduğundan, nəşrlərin əksəriyyəti paytaxtı "Saypan" kimi istinad edirlər.
- ↑ ABŞ-nin suverenliyi 3 noyabr 1986-cı il (Şərq saatı ilə) və 4 noyabr 1986-cı ildə (yerli Şimali Mariana Adaları (Çamorro saatı) ilə) qüvvəyə minmişdir.[31]
- ↑ Düzəliş edilmiş Amerika Samoası Konstitusiyası 29 iyun 1951-ci ildə verilmiş səlahiyyətlə 1967-ci il iyunun 2-də o vaxtkı ABŞ daxili işlər naziri Stüart Li Yudall tərəfindən təsdiq edilmişdi. O, 1 iyul 1967-ci ildə qüvvəyə minmişdi.[37]
- ↑ 2017-ci il yoxsulluq səviyyəsi;[11] 2009-cu ildə Amerika Samoasında yoxsulluq səviyyəsi 57,8% olmuşdur.[56]
- ↑ 2017-ci il göstəricisi.
- ↑ Amerika Samoası 14 qraflığa bölünür, amma ABŞ Siyahıyaalma Bürosu onları kiçik mülki bölgü kimi qəbul edir.[57][58]
İstinadlar
redaktə- ↑ "Definition of Terms – 1120 Acquisition of U.S. Nationality in U.S. Territories and Possessions". U.S. Department of State Foreign Affairs Manual Volume 7- Consular Affairs. U.S. Department of State. 22 dekabr 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2016.
- ↑ Wolf, Richard. "Puerto Rico not sovereign, Supreme Court says". USA Today. 9 iyun 2016. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
- ↑ "Definitions of Insular Area Political Organizations". U.S. Department of the Interior. 12 iyun 2015. 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-22.
- ↑ U.S. Insular Areas. Application of the U.S. Constitution (PDF) (Hesabat). United States General Accounting Office. Noyabr 1997. səh. 39. 2013-10-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 sentyabr 2018.
- ↑ Van Dyke, Jon M.; Richardson, William S. "Unresolved Maritime Boundary Problems in the Caribbean" (PDF). Harte Research Institute for Gulf of Mexico Studies. 23 mart 2007. 2018-01-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
- ↑ "Bajo Nuevo Bank (Petrel Islands) and Serranilla Bank". Wondermondo.com. 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
- ↑ United States Summary, 2010: Population and housing unit counts. U.S. Department of Commerce, Economics and Statistics Administration, U.S. Census Bureau. 2012. 2020-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
- ↑ Smith, Gary Alden. State and National Boundaries of the United States. McFarland. 28 fevral 2011. səh. 170. ISBN 978-1-4766-0434-3. 2020-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
- ↑ Gold, Susan Dudley. Missouri Compromise. Marshall Cavendish. Sentyabr 2010. 33. ISBN 978-1-60870-041-7. 2020-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
- ↑ Murph, Darren. "The most expensive internet in America: fighting to bring affordable broadband to American Samoa". Engadget. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2017.
- ↑ 1 2 Sagapolutele, Fili. "American Samoa Governor Says Small Economies 'Cannot Afford Any Reduction In Medicaid' | Pacific Islands Report". www.pireport.org. 2 mart 2017. 2021-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
- ↑ "Poverty Determination in U.S. Insular Areas" (PDF). 2019-04-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
- ↑ Bartholomew H. Sparrow. Sanford Levinson; Bartholomew H. Sparrow (redaktorlar ). The Louisiana Purchase and American Expansion, 1803–1898. Rowman & Littlefield. 2005. səh. 232. ISBN 978-0-7425-4984-5. 2013-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2012.
- ↑ 1 2 "8 FAM 301.1 (U) ACQUISITION BY BIRTH IN THE UNITED STATES". State Department Foreign Affairs Manual (FAM). 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2018.
- ↑ "Executive Order 13423—Strengthening Federal Environmental, Energy, and Transportation Management" (PDF). United States Department of State. 2019-06-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-06-21.
- ↑ 1 2 3 4 "American Samoa and the Citizenship Clause: A Study in Insular Cases Revisionism". Harvard Law Review. 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2018.
- ↑ "Nativity by Place of Birth and Citizenship Status". U.S. Census Bureau. 2020-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
- ↑ 1 2 8 FAM 301.1–1 Arxivləşdirilib 2019-05-02 at the Wayback Machine(b). State Department Foreign Affairs Manual (FAM) Vol 8. However, as reported in Samoa lawsuit Arxivləşdirilib 2012-07-24 at the Wayback Machine, Newsweek, 13 iyul 2012. İstifadə tarixi: 16 dekabr 2012.
- ↑ Joshua Keating. "How Come American Samoans Still Don't Have U.S. Citizenship at Birth?". Slate. 15 iyun 2015. 2018-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
- ↑ "U.S. Insular Areas: Application of the U.S. Constitution" (PDF). U.S. General Accounting Office. Noyabr 1997. səh. 8, 14, 27. 2020-02-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2015.
- ↑ "Common Core Document of the United States of America". www.state.gov. 30 dekabr 2011. 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2015.
- ↑ "The United Nations and Decolonization". www.un.org. 2019-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2015.
- ↑ 1 2 "The House Explained | House.gov". www.house.gov. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2013.
- ↑ "Application of the U.S. Constitution" (PDF). U.S. Government Accountability Office. Noyabr 1997. 26–28. 2020-02-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
- ↑ "PLASKETT, Stacey E. | US House of Representatives: History, Art & Archives". history.house.gov. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2015.
- ↑ 1 2 Locker, Melissa. "Watch John Oliver Cast His Ballot for Voting Rights for U.S. Territories". Time. 9 mart 2015. 2018-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
- ↑ 1 2 Cohn, Alicia. "Puerto Rico governor asks Trump to consider statehood". TheHill. 19 sentyabr 2018. 2019-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2018.
- ↑ "2016 Presidential Primaries, Caucuses, and Conventions Alphabetically by State". Green Papers. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2015.
- ↑ "Dependencies and Areas of Special Sovereignty". U.S. Department of State. 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
- ↑ Mack, Doug. The Not-Quite States of America: Dispatches from the Territories and Other Far-Flung Outposts of the USA. W. W. Norton & Company. 2017. ISBN 978-0-393-24760-2.
- ↑ 1 2 3 4 "8 FAM 302.6 ACQUISITION BY BIRTH IN THE COMMONWEALTH OF THE NORTHERN MARIANA ISLANDS". fam.state.gov. 2019-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2018.
- ↑ 1 2 "Proclamation 5564—United States Relations With the Northern Mariana Islands, Micronesia, and the Marshall Island". The American Presidency Project. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2018.
- ↑ 1 2 Firestone, Michelle. "Puerto Rico's Status Explained. ECSU Takes A Look At Island's History" (PDF). 25 sentyabr 2017. 2019-02-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2018.
- ↑ "History of Samoa – Samoa.travel". www.samoa.travel. 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 3 4 5 "American Samoa | Culture, History, & People". Encyclopedia Britannica. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 3 "American Samoa". Pacific Islands Benthic Habitat Mapping Center. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2018.
- ↑ IBP USA, SAMOA American Country Study Guide: Strategic Information and Developments, Int'l Business Publications, 2009, 49–64, ISBN 978-1-4387-4187-1, 2016-05-22 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 20 oktyabr 2011
- ↑ 1 2 3 "Guam | History, Geography, & Points of Interest". Encyclopedia Britannica. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ 1 2 3 4 "Northern Mariana Islands | history – geography". Encyclopedia Britannica. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2018.
- ↑ "Trust Territory of the Pacific Islands | former United States territory, Pacific Ocean". Encyclopedia Britannica. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2018.
- ↑ "Australia – Oceania :: Northern Mariana Islands — The World Factbook – Central Intelligence Agency". CIA World Factbook. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2018.
- ↑ "Milestones: 1866–1898 – Office of the Historian". history.state.gov. 2019-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- ↑ "Consejo de Salud Playa Ponce v. Johnny Rullan" (PDF). 2013-10-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-18.
- ↑ Gelpí, Hon. Gustavo A. "The Insular Cases: A Comparative Historical Study of Puerto Rico, Hawai'i, and the Philippines" (PDF). The Federal Lawyer (Mart/Aprel 2011): 25. 2019-02-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2019.
- ↑ Stern, Mark Joseph. "The Supreme Court Ponders Whether Puerto Rico Is a Fake State or a Real Colony". Slate Magazine. 14 yanvar 2016. 2018-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
- ↑ Mosbergen, Dominique. "Bipartisan Bill Seeks To Make Puerto Rico The 51st U.S. State By 2021". Huffington Post. 28 iyun 2018. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2018.
- ↑ "8 U.S. Code § 1406 – Persons living in and born in the Virgin Islands". LII / Legal Information Institute. 2018-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2018.
- ↑ 1 2 "Language situation in the U.S. | About World Languages". aboutworldlanguages.com. 2019-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2018.
- ↑ 1 2 "Virgin Islands Language". Virgin Islands. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2018.
- ↑ "State Population Totals: 2010–2017". Census.gov. 1 noyabr 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
- ↑ "POVERTY STATUS IN 2009 BY AGE Universe: Population for whom poverty status is determined more information 2010 U.S. Virgin Islands Summary File". U. S. Census Bureau. 2019-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
"POVERTY STATUS IN 2009 BY AGE Universe: Population for whom poverty status is determined more information 2010 Guam Summary File". U. S. Census Bureau. 2019-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
"POVERTY STATUS IN 2009 BY AGE Universe: Population for whom poverty status is determined more information 2010 Commonwealth of the Northern Mariana Islands Summary File". U. S. Census Bureau. 2019-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
"POVERTY STATUS IN 2009 BY AGE Universe: Population for whom poverty status is determined more information 2010 American Samoa Summary File". U. S. Census Bureau. 2019-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018. - ↑ "U.S. Census Bureau QuickFacts: Puerto Rico". U. S. Census Bureau. 2021-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
- ↑ A. Hastings, David. "Filling Gaps In The Human Development Index: Findings For Asia And The Pacific" (PDF). United Nations Economic and Social Commission for Asia and the Pacific (ESCAP). 2014-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 yanvar 2018.
- ↑ R. Fuentes-Ramírez, Ricardo. "Human Development Index Trends and Inequality in Puerto Rico 2010–2015". Ceteris Paribus (ingilis). 14 may 2017. 20 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
- ↑ "American Samoa | Data". data.worldbank.org. 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
"Virgin Islands (U.S.) | Data". data.worldbank.org. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
"Northern Mariana Islands | Data". data.worldbank.org. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
"Guam | Data". data.worldbank.org. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
"Puerto Rico | Data". data.worldbank.org. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018. - ↑ "GAO – American Samoa and the Commonwealth of the Northern Mariana Islands – Economic Indicators Since Minimum Wage Increases Began" (PDF). U.S. Government Accountability Office. Mart 2014. səh. 39. 2021-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 oktyabr 2018.
- ↑ 1 2 3 "2010 FIPS Codes for Counties and County Equivalent Entities". Census.gov. 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2018.
- ↑ 1 2 3 "States, Counties, and Statistically Equivalent Entities (Chapter 4)" (PDF). 2019-05-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 sentyabr 2018.
- ↑ Act of Admission, § 2, Pub. L. No. 86-3, 73 Stat. 4 (March 18, 1959).
- ↑ "U.S. Insular Areas: application of the U.S. Constitution" (PDF). U.S. General Accounting Office Report. Noyabr 1997. 1, 6, 39. 2020-02-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2016.
- ↑ "Dependencies and Areas of Special Sovereignty". U.S. Department of State. 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
Chart, under "Sovereignty", lists nine places under U.S. sovereignty that are administered by the U.S. Department of the Interior: Baker Island, Howland Island, Jarvis Island, Johnston Atoll, Kingman Reef, the Midway Islands, Navassa Island, Palmyra Atoll, and Wake Island.
- ↑ "Australia-Oceania: Midway Islands". CIA World Factbook. 21 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
- ↑ "Australia-Oceania: United States Pacific Island Wildlife Refuges". CIA World Factbook. 16 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
- ↑ "Australia-Oceania: Wake Island". CIA World Factbook. 31 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
- ↑ 1 2 International Court of Justice. "Territorial and maritime dispute (Nicaragua vs Colombia)" (PDF). 2012. 2013-05-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2013.
- ↑ 1 2 3 4 Moore, John Bassett. "A Digest of International Law as Embodied in Diplomatic Discussions, Treaties and Other International Agreements, International Awards, the Decisions of Municipal Courts, and the Writings of Jurists and Especially in Documents, Published and Unpublished, Issued by Presidents and Secretaries of State of the United States, the Opinions of the Attorneys-General, and the Decisions of Courts, Federal and State". Washington, D. C.: U.S. Government Printing Office. 1906. 566–580. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
- ↑ 1 2 3 4 "Acquisition Process of Insular Areas". United States Department of the Interior Office of Insular Affairs. 12 iyun 2015. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ 1 2 3 Exec. Order No. 7368 (13 may 1936; in English) President of the United States
- ↑ "Kingman Reef". Office of Insular Affairs. 2015-06-12. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2016.
- ↑ "AUSTRALIA-OCEANIA :: UNITED STATES PACIFIC ISLAND WILDLIFE REFUGES (TERRITORIES OF THE US)". The World Factbook. Central Intelligence Agency. 2017-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
- ↑ "DOI Office of Insular Affairs (OIA) – Palmyra Atoll". 31 oktyabr 2007. 31 oktyabr 2007 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Palmyra Atoll". U.S. Department of the Interior Office of Insular Affairs. 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2010.
- ↑ Wake Island The World Factbook-da
- ↑ "Definitions of insular area political organizations". Office of Insular Affairs, U.S. Department of the Interior. 12 iyun 2015. 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ "Consejo de Salud Playa de Ponce v. Johnny Rullan, Secretary of Health of the Commonwealth of Puerto Rico, pages 6–7" (PDF). United States District Court for the District of Puerto Rico. 2011-05-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2010.
- ↑ "The Insular Cases: The Establishment of a Regime of Political Apartheid (2007) Juan R. Torruella" (PDF). 2019-08-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2010.
- ↑ "Balzac v. People of Porto Rico". U.S. Supreme Court. 10 aprel 1922. İstifadə tarixi: 4 oktyabr 2017 – FindLaw vasitəsilə.
- ↑ "Glidden Company v. Zdanok". U.S. Supreme Court. 25 iyun 1962. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017 – FindLaw vasitəsilə.