Honduras - Wikipedia
Honduras — Mərkəzi Amerikada yerləşən dövlət. Paytaxtı Tequsiqalpa şəhəridir. 1880-ci ilə qədər paytaxt Komayaqua şəhəri olmuşdur.
Honduras | |||||
---|---|---|---|---|---|
República de Honduras | |||||
| |||||
Libre, Soberana e Independiente | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Tequsiqalpa | ||||
İdarəetmə forması | respublika | ||||
Prezident | Xiomara Castro [27.I.2022 ~] | ||||
Vitse-president | Salvador Nasralla | ||||
Sahəsi | Dünyada 103-cü | ||||
• Ümumi | 112090 km² | ||||
• Su sahəsi (%) | 0,2% | ||||
Əhalisi | |||||
• Əhali | 8 320 min nəfər (94-cü) | ||||
• Siyahıyaalma (28.VII.2001) | 6 076 885 nəf. | ||||
• Sıxlıq | 74 nəf./km² | ||||
• Ümumi | 28.488.721.296 $[2], 31.717.700.115 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 39,08 milyard dollar (113-cü) | ||||
• Adambaşına | 4 700 dollar (173-cü) | ||||
İİİ (2013) | 0.632 | ||||
Valyuta | Honduras lempirası | ||||
İnternet domeni | .hn | ||||
ISO kodu | HN | ||||
BOK kodu | HON | ||||
Telefon kodu | +504 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Adın etimologiyası
redaktəHondurasın adının mənası barədə bir neçə təsdiqlənməyən ehtimal mövcuddur. Bir versiyaya əsasən 1502-ci ildə bu ərazilərə səfər edən Xristofor Kolumb dəhşətli tufana düşmüş, oradan salamat çıxdıqda isə "Allaha şükür olsun ki, biz bu dərinlikdən xilas olduq" (ispancası "Qrasias a Dios que hemos salido de estas honduras") sözlərini demişdir. Həmin ərazinin yaxınlığında olan burun Qraisios a Dios, ölkə isə Honduras adını almışdır. Hondurasın Qrasios a Dios burnundan qərbdə yerləşən ərazi kimi adı ilk dəfə 1607-ci ildə çəkilmişdir.
Tarix
redaktəFiziki-coğrafi xarakteristika
redaktəHondurasın şimal sahili Karib dənizi ilə həmsərhəddir və Sakit Okeana Fonseca körfəzindən keçir. Şimalda Qvatemala, qərbdə Salvador, cənubda Nikaraqua dövlətləri ilə həmsərhəddir. Honduras əsasən dağlardan ibarətdir, sahillər boyunca dar düzənliklər var. Böyük bir inkişaf etməmiş ovalıq cəngəlliyi, La Mosquitia şimal -şərqdə və şimal -qərbdə sıx məskunlaşmış ovalıq Sula vadisində yerləşir. La Mosquitia-da, Hondurası Nikaraquadan ayıran Koko çayı ilə birlikdə UNESCO-nun dünya mirası olan Rio Plátano Biosfer Qoruğu yerləşir. Honduras Təbii sərvətlərinə qızıl, gümüş, mis, qurğuşun, sink, dəmir filizi, sürmə, kömür, balıq, karides və hidroenerji daxildir.
İnzibati ərazi bölgüsü
redaktə1971-ci ildən etibarən Honduras dövlətinin ərazisi 18 departament və 1 mərkəzi dairəyə bölünür. Ölkədə 298 bələdiyyə vardır və onlar departament başçılarına tabedir. Hondurasda 3731 yaşayış məntəqəsi və 27969 kənd vardır. Mərkəzi dairə paytaxt Tequsiqalpa və onun peyki olan Komayaquela şəhərlərindən ibarətdir. Bu dairənin idarəetməsi xüsusi qanunlarla həyata keçirilir.
İqtisadiyyat
redaktəHonduras iqtisadiyyatı iki ayrı şəkildə nəzərdən keçirilə bilər: tropik Mitch fırtınasından əvvəl və Mitchdən sonra. 1998-ci ilə qədər 80% civarında olan yoxsulluq 1998-ci ildəki fəlakətdən sonra daha da artmışdır. Bu dəyişiklik işsizlik nisbətində də özünü göstərir. Fırtınadan əvvəl 31% olan işsizlik nisbəti 1998-ci ildən sonrakı illərdə 44%-ə çatıb. Bu nisbətin 2003-cü ildə yenidən 27%-ə düşdüyü bildirilir.
Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə İqtisadi Komissiyasının (ECLAC) hesablamalarına görə, Mitch 3,8 milyard dollar maddi ziyan vurub ki, bu da Hondurasın ümumi milli məhsulunun 70%-nə bərabərdir. Hökumət yenidənqurma işlərinin 5 milyard dollara başa gələcəyini təxmin edir.
Dünya Bankı Hondurası aşağı orta gəlirli ölkə kimi təsnif edir. Ölkənin adambaşına düşən gəliri 600 ABŞ dolları civarındadır ki, bu da onu Şimali Amerikada ən aşağı yerlərdən birinə çevirir. 2010-cu ildə əhalinin 50%-i yoxsulluq həddinin altında yaşayırdı. 2016-cı ilə qədər 66%-dən çoxu yoxsulluq həddinin altında yaşayırdı. Son bir neçə ildə iqtisadi artım hər il orta hesabla 7% təşkil etmişdir (2010), Latın Amerikasında ən yüksək göstəricilərdən biridir. Buna baxmayaraq, Honduras bütün Mərkəzi Amerika ölkələrindən ən az inkişaf etmişdir. Honduras 625-lik İnsan İnkişafı İndeksi ilə 188 ölkə arasında 130-cu yerdədir və ölkəni orta inkişafa malik ölkələr kimi təsnif edir (2015).
Əhali
redaktəÖlkənin əhalisi 7,8 milyon nəfərdir. İllik təbii artım 2 faiz təşkil edir. Əhalinin 48 faizi şəhərlərdə, 52 faizi isə kəndlərdə yaşayır. İrqi baxımdan əhalinin 90 faizini metislər, 7 faizini hindular, 2 faizini qaradərililər, 1 faizini isə ağdərililərdən ibarətdir. Dini olaraq əhalinin 97 faizi katolik, qalanları isə protestantdır.
Dil
redaktəRəsmi dövlət dili İspan dilidir.
Din
redaktəMədəniyyət
redaktəİdman
redaktəElm
redaktəTəhsil
redaktəSəhiyyə
redaktəMətbəx
redaktəKİV
redaktəNəqliyyat
redaktəSiyasət
redaktəHonduras dövlətinin tarixində İspaniyanın təsiri böyükdür. Uzun illər İspanların ticarət dominyonu olaraq qalan Honduras, müstəqilliyini qazandıqdan sonra da qarışıqlıq bitməmişdir. Müstəqillikdən sonra El Salvador ilə müharibə vəziyyətinə gələn Honduras, bu hadisədən ötəri iqtisadi baxımdan böyük itkilər yaşamışdır. Hətta bir dünya kuboku oyununda Əl Salvadorlu futbolçuların qaldığı otel, Honduraslı vətəndaşlar tərəfindən dağıdılmaq istənmişdir. Bu hadisənin əks-sədaları Hondurasda hələ davam etməkdədir. Bu gün Honduras dünyanın bir çox ölkəsinə köç edən ölkələrin başında gəlməkdədir.
San Pedro Sula şəhərində, son illərdə Meksika və Kolumbiya narkotik kartellerinin fəaliyyətlərini artırdığı və buna bağlı şiddət hadisələrinin artdığı bildirilir.
BMT Narkotik və Cinayət Ofisi məlumatlarına görə, Honduras'taki cinayət hadisələri 2005-2010 arasında iki qatına çıxaraq, hər 100 min adamdan 87'sinin cinayətə qurban getməsiylə dünyanın ən yüksək nisbətinə sahib var.
Silahlı qüvvələr
redaktəŞəkillər
redaktə- ↑ 6 // Constitution of Honduras.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "World Economic Outlook Databases". IMF (ingilis). 2019-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ "World Bank Open Data". World Bank Open Data. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.