Firudin Ibrahimi - Wikipedia
Firudin İbrahimi (21 noyabr 1919, Astara, Gilan ostanı – 1947, Təbriz) — dövlət xadimi, hüquqşünas, siyasətçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Hökumətinin baş prokuroru, repressiya qurbanı.
Firudin İbrahimi | |
---|---|
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 noyabr 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 1947 |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | vəkil, siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
"Azərbaycan", "Ajir", "Rəhbər", "Zəfər", "Mərdom" qəzetlərində yazıları çap olunub. "Azərbaycanın qədim tarixi haqqında", "Sülh uğrunda" kitablarını yazıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizi tərk etməyib. Bir neçə gün döyüşüb daha sonra isə həbs olunub. 1947-ci ildə asılıb.
Həyatı
redaktəİlk illəri
redaktəFiridun Qəni oğlu İbrahimi 1918-ci il noyabrın 21-də Astara şəhərində anadan olub.[1][2] 9-cu sinifə qədər Astara şəhərində təhsil aldıqdan sonra təhsilini davam etdirmək üçün Ənzəli şəhərinə köçüb.[2][3] 10 və 11-ci sinifləri də Ənzəlidə oxuduqdan sonra Təbrizə köçüb və 12-ci sinfi Firdovsi məktəbində oxuyub.[2][3] 1941-ci ildə məktəbi bitirdikdən sonra Tehran Universitetinin hüquq fakültəsinə daxil olub.[4] 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib.[5][6] Bu illər ərzində fars, fransız və ərəb dillərini mükəmməl öyrənib.[7][8]
Siyasi fəaliyyəti
redaktəUniversitetdə oxuduğu dövrdə Tudə Partiyasına üzv olub.[9][4] Seyid Cəfər Pişəvəri 1943-cü il mayın 23-dən etibarən Tehranda "Ajir" qəzetini nəşr etdirməyə başlayıb.[10] Tələbə olan Firudin İbrahimi də qəzetin redaksiya heyətinə seçilib.[1][11] Bu dövrdə o, həm də Tudə Partiyasının rəsmi orqanı olan "Rəhbər", Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının orqanı olan "Zəfər", "Mərdom" və digər qəzetlərdə də məqalələri ilə çıxış edib.[12][7] Tehran Universitetini bitirdikdən sonra İran Xarici İşlər Nazirliyindən və digər dövlət qurumlarından iş təklifləri alsa da bunu qəbul etməyib və Təbrizə gedib.[9][13] Təbrizdə Tudə Partiyasının əyalət komitəsinin nəzarəti altında nəşr olunan "Xavəre-no" qəzetində yazmağa başlayıb.[4]
Tudə Partiyasını tərk etdikdən sonra Azərbaycan Demokrat Partiyasına üzv olub və partiyanın Mərkəzi Komitəsinə seçilib.[14] 1945-ci il sentyabrın 5-də Azərbaycan Demokrat Firqəsinin mətbu orqanı kimi Təbrizdə nəşr edilən "Azərbaycan" qəzetində yazmağa başlayıb.[7] Oktyabrın 1-də Təbrizdə öz işinə başlayan ADF-nin I qurultayına seçilmiş 237 nəfər xalq nümayədəsindən biri olub.[15] Seyid Cəfər Pişəvəri tərəfindən Cənubi Azərbaycanın tarixi haqda materialları toplayıb kitab hazırlamaq Firudin İbrahimi və Zeynalabidin Qiyamiyə tapşırılıb.[16][17] Firudin İbrahiminin Azərbaycan qəzetində yazdığı "Azərbaycan danışır…İftixarlı tariximizdən bir neçə parlaq səhifə" adlı silsilə məqalələri 1945-ci il 31 oktyabr — 21 noyabr tarixləri arasında qəzetin 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı başlıqlar altında çap olunub.[8] Bu məqalələrdə o, apardığı araşdırmalar əsasında Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, mədəniyyət tarixi, ədəbiyyatı, dili, siyasi təşkilatları, məzhəbləri, geyimləri, adət-ənənələri haqda yazıb.[18][19] 1946-cı ildə məqalələr toplu şəkildə "Sovet Mədəniyyəti Evi" tərəfindən "Azərbaycanın qədim tarixi haqqında" adı ilə Təbrizdə, Azərbaycan dilində, ərəb əlifbası ilə çap olunub.[20] Firudin İbrahimi bu toplunu tərtib etməkdə əsas məqsədini belə açıqlayıb:
Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran boşboğazlarını yerində oturdum. İkincisi, azadlıqsevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o, kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub və öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm.[21][22] |
1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin 17 nəfərdən ibarət Rəyasət Heyətinə üzv seçilib.[23] Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı.[24] Firudin İbrahimi də Milli heyətə seçilən 39 nəfərdən biri olub.[3][25] 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, Milli Hökumətin tərkibində baş prokuror vəzifəsinə təyin olunub.[26][27] 1946-cı il yanvarın 15-də Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı 15 nəfərlik komissiya yaradılıb.[28] Bu komissiyaya Firudin İbrahimi də daxil olub.[29][30] 1946-cı il aprelin 28-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Tehrana danışıqlar üçün gedən nümayəndə heyətinin üzvü olub.[3][31][32]
1946-cı il 29 iyul-15 oktyabr tarixlərində "Paris Beynəlxalq Sülh Konfransı"nda iştirak edib və burada Azərbaycan Milli Hökumətini təmsil edib.[33][34] Bu konfransın iclaslarında iştirakın nəticəsi olaraq Firidun İbrahimi Azərbaycan Demokratik Firqəsinin orqanı olan "Azərbaycan" qəzetinin 9 noyabr — 10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında "Sülh uğrunda" başlığı altında Paris Sülh Konfransı barədə geniş hesabat xarakterli silsilə məqalələrini çap etdirib.[35][36] Bu məqalələri həm də Tehranda çıxan "İrane-ma" qəzetində fars dilinə çevrilərək çap olunurdu.[37]
1946-cı ildə Təbrizə qayıtdıqdan sonra Babək könüllü dəstələrinin təşkilatçısı olub.[38]
İran hökumətinin verdiyi vədlərdən sonra may ayında SSRİ ordusu bölgəni tamamilə tərk edir.[39] Tehran hökuməti isə "Şuralar Məclisinə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə Cənubi Azərbaycana qoşun yeritmək istəyir.[39][40] Bu qoşuna müqavimət göstərib-gəstərməmək məsələsində Azərbaycan Demokrat Firqəsinin rəhbərləri arasında fikir ayrılığı yaranır.[41] Bəziləri Azərbaycan SSR-yə çəkilib oradan mübarizə aparmağı təklif etsələr də Firudin İbrahimi qalıb şah ordusuna qarşı döyüşməyin tərəfdarı olur.[42][41][43] 1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları fədailər tərəfindən dayandırıldı.[44] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[45][46] Bundan sonra Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[45][47] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, könüllü dəstələr qurmaq oldu.[45][47] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[48] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[45] Lakin bu istəyi cavabsız qaldı.[49] 1946-cı il dekabrın 11-də Azərbaycan Demokrat Firqəsinin Təbrizdə baş tutmuş son iclasında Məhəmməd Biriya müvəqqəti olaraq Azərbaycan Demokrat Firqəsinin I katibi seçilir.[40][50][51] Firudin İbrahimi və Mirrəhim Vilayi isə onun müavinləri seçilirlər.[52][53] Firudin İbrahimi bir neçə gün fədailərlə birlikdə Təbrizi şah qoşunlarından müdafiə edib.[54] 1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[40][55] Bununla da Azərbaycan Milli Hökuməti süqut etdi.[56] Firudin İbrahimi və 4 fədai Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin binasında səngər quraraq bir neçə gün şah qoşunlarına və qarətçilərə qarşı döyüş aparıblar.[34][57] 1946-cı il dekabrın 15-də güllələri bitdiyi üçün mübarizəni davam etdirə bilmirlər.[57] Nəticədə həbs olunurlar. Firudin İbrahimi həbs olunduqdan sonra Tehrana aparılıb.[3][58] Burada bir neçə ay işgəncələrə məruz qalıb.[34] 1947-ci ilin may ayında Tehrandan Təbrizə aparılıb. 1947-ci il mayın 23-də isə Təbrizdə, Gülüstan bağında asılıb.[59][60][61]
Firudin İbrahiminin asılmasına şahid olan Fərhad Azəri və Ələddin Ələkbərinin xatirələrinə görə, onu asmaq üçün Gülüstan bağına gətirəndə insanlar buna etiraz ediblər və şah qoşunlarına hücum etmək istəyiblər.[33][34] Firudin İbrahimi isə xalqın itki verəcəyindən ehtiyatlanaraq onları sakitləşdirib və bunları deyib:
Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın dogma Ana Vətənimiz Azərbaycan! |
Ailəsi
redaktəFirudin İbrahiminin atası Qəni İbrahimi Fatimə Şirvani ilə ailə qurub. Bu evlilikdən 3 qız 2 oğlan övladları olub.[62] Qəni İbrahimi siyasətlə məşğul olub.[63] 1918-ci ildə Ədalət Partiyasının Astara şöbəsini təsis edib.[64][65] 1920-ci il iyul ayında Ənzəli şəhərində Ədalət partiyasının ilk konqresində iştirak etdikdən sonra İran Kommunist Partiyasının Astara şöbəsini təsis edib.[63][65] Siyasi fəaliyyətinə görə daim təqib olunub. 1931-ci ildə həbs olunub. Əvvəlcə Ərdəbilə daha sonra isə Təbrizə aparılıb.[63] Bir müddət Təbrizdə həbsxanada cəza çəkdikdən sonra Tehranda yerləşən Qəsri Qacar həbsxanasına köçürülüb.[63] 2 il sonra xəstələndiyi üçün Nəhavənd şəhərinə sürgün edilib.[2] Sürgündə olmasına baxmayaraq fəaliyyətini davam etdirib.[63] 1941-ci ildə Tudə Partiyası qurulduqdan sonra partiyanın Nəhavənd şöbəsini yaradıb.[65] 1946-cı ilin dekabr ayında yenidən həbs olunub.[66] Həbsdə ikən ağır işgəncələrə məruz qalıb.[63] 1958-ci ilin dekabr ayında azadlığa buraxıldıqdan sonra zəhərlənərək öldürülüb.[63]
Firudin İbrahiminin qardaşı Ənuşirəvan İbrahimi də siyasətlə məşğul olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Təbrizə gəlib və burada Polis Akademiyasında təhsil almağa başlayıb. Firudin İbrahimi ilə birlikdə "Babək" könüllü dəstələrinin təşkilatçılarından biri olub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Şimali Azərbaycana mühacirət edib. Burada təhsilini davam etdirib və alimlik dərəcəsi alıb. 1979-cu ildə İran İslam İnqilabından sonra Tudə Partiyasının İcraiyyə Heyətinin üzvü kimi İrana gedib. Burada bütün ölkə ərazisində şəhər, vilayət və əyalət təşkilatlarını bərpa etmək istiqamətində işlər görüb.[67] 1982-ci ilin əvvəllərində 3000-dən çox firqə üzvü, eləcə də Ənuşirəvan İbrahimi həbs olunub. 1987-ci il Sentyabrın 13-də Tehranda yerləşən Evin həbsxanasında edam olunub.[67]
Xatirəsi
redaktəFirudin İbrahimi Təbrizin İmamiyə qəbiristanlığında dəfn olunub.[68] Sinə daşının üstünə Seyid Məhəmməd Təbatəbainin "Seçici fələk çəmənə daha çox gözəllik verən gülə aman verməz…" kəlamı həkk olunub.[69][70]
2017-ci il mayın 24-də Bakı şəhərində "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi və Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə Firidun İbrahiminin şəhadətinin 70 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.[71]
Azərbaycan Yazıçılar İttifaqının sədri, yazıçı Mirzə İbrahimov 1948-ci ildə Firudin İbrahimi haqda "Gələcək gün" romanını yazıb.[72][73][74] Bu əsərdə yazıçı Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsini, Firudin İbrahiminin bu hərəkatdakı fəaliyyətini təsvir edib.[72] Azərbaycan SSR əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgün Firudin İbrahimiyə poema yazıb.[75] Bu poema 1963-cü ildə Bakıda kitab kimi nəşr olunub.[76][77] Sonrakı illərdə Arif Səfa, Balaş Azəroğlu, Əli Tudə,[78] Fəthi Xoşginabi, Haşım Tərlan,[79] Həbib Sahir,[80] Söhrab Tahir, Xəlil Rza, Tariyel Ümid[81] əsərlərində onun poetik obrazını yaradıblar.[75]
2017-ci ildə Azərbaycanın Əməkdar jurnalisti Rəhim Hüseynzadənin redaktorluğu ilə Firudin İbrahimlinin qələmə aldığı və ilk dəfə 1946-cı ildə Təbrizdə çap edilmiş "Azərbaycanın qədim tarixi" adlı kitabı latın qrafikasına çevrilərək Bakıda nəşr olunub.[8]
2018-ci ildə Firudin İbrahiminin 100 illik yubileyi ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə onun Paris Sülh Konfransında iştirakından bəhs edən "Sülh uğrunda" kitabı latın qrafikasında yenidən nəşr olunub.[82]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Ələkbərli, 2021. səh. 221
- ↑ 1 2 3 4 Qəribli, 2014. səh. 170
- ↑ 1 2 3 4 5 "Ötən və gələcək günlərin unudulmaz adı; Firudin İbrahimi - Ətəkyazı". Ətəkyazı (az.). 2022-05-22. İstifadə tarixi: 2025-01-14.
- ↑ 1 2 3 Qəribli, 2014. səh. 171
- ↑ Tudə XVII, 2020. səh. 149
- ↑ "یادی از رفیق شهید فریدون ابراهیمی، دادستان خلقی حکومت ملی آذربایجان". adfmk.com. İstifadə tarixi: 2025-01-14.
- ↑ 1 2 3 Bayramzadə, Səməd. "Firidun İbrahimi - Azərbaycanın danışan dili, Firidun İbrahimi şəxsiyyəti-iftixarlı tariximizin parlaq səhifəsi | Azərbaycan Demokratik Firqəsi". Azərbaycan Demokratik Firqəsi. 2021-01-12. 2021-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-14.
- ↑ 1 2 3 Qocayev, İsmayıl. "Farsların dar ağacından asdıqları Firudin İbrahimi". sherg.az (az.). 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-14.
- ↑ 1 2 İbrahimi, 2018. səh. 7
- ↑ Rəhimli, 2009. səh. 49
- ↑ Rəhimli, 2009. səh. 50
- ↑ Ələkbərli, 2021. səh. 223
- ↑ Bayramzadə, Səməd. "Firidun İbrahimi: həyat və yaradıcılığından örnəklər". Xalq Cəbhəsi qəzeti. 2020-02-08. İstifadə tarixi: 2025-01-17.
- ↑ Çeşmazər, 1986. səh. 70
- ↑ Ələkbərli, 2021. səh. 222
- ↑ Həsənli, 1998. səh. 254
- ↑ Həsənli, 2006. səh. 128
- ↑ Mədətli, 2017. səh. 105
- ↑ Səməd Bayramzadə. Firidun İbrahimi və azərbaycançılıq (1-ci yazı), — "Bütöv Azərbaycan" qəzeti, say 08 (323), 18 may 2017
- ↑ Mustafayev, 1998. səh. 92
- ↑ İbrahimi, Firudin. "Azərbaycan" qəzeti (fars). 43. Təbriz. 1945-11-01.
- ↑ Kərimi, Səadət. Firidunun son günü (PDF) (az.). 106. Bakı: Mühacir qəzeti. 2018-11-21. 6. 2022-12-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-17.
- ↑ Həsənli, 1998. səh. 269
- ↑ Həsənli, 1998. səh. 272
- ↑ Həsənli, 1998. səh. 273
- ↑ Həsənli, 2006. səh. 167
- ↑ Rəhimli, 2003. səh. 77
- ↑ Həsənli, 2006. səh. 223
- ↑ Pişəvəri, 1946. səh. 163
- ↑ Həsənli, 2024. səh. 59
- ↑ Həsənli, 2006. səh. 345
- ↑ Jahanshahloo, Nosratollah. We and The Foreigners (ingilis). I. West Germany. 1982. 333.
- ↑ 1 2 Kərimi, Səadət. "Azadlıq aşiqi, gerçək vətənpərvər, fədakar istiqlal mücahidi". 525-ci qəzet. 2018-10-17. səh. 6. İstifadə tarixi: 2025-01-14.
- ↑ 1 2 3 4 Yusifoğlu, Ənvər. "Dar Ağacında heykəlləşən milli qürur". Ədalət qəzeti. 2018-09-21. səh. 9. 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-10.
- ↑ Hüseynov, Rafael. "Ölümü öldürən ölməz". 525-ci qəzet. 2023-11-20. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-17.
- ↑ Mədətli, Eynulla. "525-ci qəzet - Firudin İbrahiminin "Sülh uğrunda" əsərinə bir baxış". 525-ci qəzet. 2018-05-11. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-14.
- ↑ Qəribli, 2014. səh. 172
- ↑ Məmmədli, Pərvanə. Azadlıq mücahidi Firudin İbrahimi (PDF) (az.). IV. Bakı: Mədəniyyət jurnalı. 2020. 92.
- ↑ 1 2 Ələkbərli, 2021. səh. 334
- ↑ 1 2 3 Qəribli, 2014. səh. 173
- ↑ 1 2 Rəhimli, 2009. səh. 108
- ↑ Rəhmanifər, Məhəmməd. "Güney Azərbaycanda Milli Hökumətin süqutundan sonra nələr yaşandı? - ARAŞDIRMA". Apa.az (az.). 2025-01-04. İstifadə tarixi: 2025-01-14.
- ↑ Cavid, 2005. səh. 63
- ↑ Həsənli, 2006. səh. 437
- ↑ 1 2 3 4 Həsənli, 2006. səh. 438
- ↑ Rəhimli, 2009. səh. 100
- ↑ 1 2 Sultanlı, 2010. səh. 83
- ↑ Rəhimli, 2003. səh. 143
- ↑ Həsənli, 2006. səh. 441
- ↑ Muradi Marağayi, 2006. səh. 30
- ↑ Cavid, Salamulla. O günün həsrəti ilə (PDF) (az.). Bakı: Yurd nəşriyyatı. 2005. 63. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-09.
- ↑ Həsənli, 2006. səh. 445
- ↑ Həsənli, 2024. səh. 517
- ↑ Mərəndli, 2017. səh. 132
- ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
- ↑ George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), s. 49
- ↑ 1 2 Həsənli, 2006. səh. 449
- ↑ Mərəndli, 2017. səh. 304
- ↑ Qəribli, 2014. səh. 174
- ↑ Mərəndli, 2017. səh. 348
- ↑ Cavid, 2005. səh. 67
- ↑ Bayramzadə, Səməd. Cənubi Azərbaycan millidemokratik hərəkatında Ənuşirəvan İbrahimi siması (PDF) (az.). Bakı: Metafizika jurnalı. 2021. 132.
- ↑ 1 2 3 4 5 6 7 "راه توده ـ فریدون ابراهیمی دادستان ستمدیدگان آذربایجان ایران". www.rahetudeh.com. 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-14.
- ↑ سردبیر. "۲۹ آبان، سالروز ولادت «فریدون ابراهیمی»". آراز نیوز (fars). 2024-11-19. İstifadə tarixi: 2025-01-14.
- ↑ 1 2 3 "İran Tudə Partiyasının Məktubu | Azərbaycan Demokratik Firqəsi". web.archive.org. 2022-03-28. Archived from the original on 2022-03-28. İstifadə tarixi: 2025-01-10.
- ↑ Bayramzadə, Səməd. "Firidun İbrahimi: həyat və yaradıcılığından örnəklər: 2-ci yazı". Xalq Cəbhəsi qəzeti. 2020-02-11. səh. 14. İstifadə tarixi: 2025-01-17.
- ↑ 1 2 Bayramzadə, Səməd. ""Ənuşirəvan Qəni Oğlu İbrahimi (12.05.1926 – 13.09.1987)"". azerbaycan-ruznamesi.org. 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-10.
- ↑ Qasımi, Şapur. "Ənuşirəvan İbrahimi qanunları və Firudin İbrahimi anayasası!". Hürriyyət qəzeti. 2022-06-28. səh. 14. İstifadə tarixi: 2025-01-17.
- ↑ "Milli hökumətin şəhid baş prokuroru". teref.az (az.). 2020-04-27. 2020-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-10.
- ↑ Bayramzadə, 2015. səh. 167
- ↑ "Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin xatirəsi anılıb VİDEO". azertag.az (az.). 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-10.
- ↑ 1 2 İbrahimov, 2005. səh. 3
- ↑ "Mirzə İbrahimovun "Gələcək gün" romanının qəhrəmanı ilə bağlı məqaləsi". Kulis.az (az.). 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-15.
- ↑ "Mirzə İbrahimov yaradıcılığında İran Azərbaycanı (AUDIO)". web.archive.org. 2021-06-19. Archived from the original on 2021-06-19. İstifadə tarixi: 2025-01-10.
- ↑ 1 2 Исмаилов, Садраддин. "Фирудин Ибрагими - в 27 лет из кресла генпрокурора на виселицу - ИССЛЕДОВАНИЕ". Информационное Агентство Репорт (rus). 2020-06-21. İstifadə tarixi: 2025-01-14.
- ↑ Əhmədov, 2011. səh. 585
- ↑ "Mədinə Gülgün - 91". Teleqraf.com (az.). 2017-01-17. İstifadə tarixi: 2025-01-15.
- ↑ Tudə XVII, 2020. səh. 150
- ↑ Məmmədli, 2015. səh. 114
- ↑ Sahir, Həbib. Seçilmiş əsərləri (PDF) (az.). Bakı: Lider nəşriyyatı. 2005. 53. ISBN 9952417355. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-10.
- ↑ Ümid, Tariyel. Firidunun son günü (PDF) (az.). 106. Bakı: Mühacir qəzeti. 2018-11-21. 1. 2022-12-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-17.
- ↑ Qurbanoğlu, Əhməd. "Salam, dar ağacı!." İki Sahil qəzeti (az.). 2023-04-07. İstifadə tarixi: 2025-01-10.
Ədəbiyyat
redaktə- Bayramzadə, Səməd. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF) (az.). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 185. ISBN 9789952828535. 2022-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-14.
- Cavid, Salamulla. O günün həsrəti ilə (PDF) (az.). Bakı: Yurd nəşriyyatı. 2005. səh. 63. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-10.
- Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121. Archived from the original on 2023-05-02. İstifadə tarixi: 2024-11-29.
- Əhmədov, Teymur. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) (az.). Bakı: Nurlar NPM. 2011. səh. 1056. ISBN 9789952460063.
- Ələkbərli, Faiq. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2021. səh. 684. ISBN 978-9952-81-76-0-7. 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-25.
- Həsənli, Cəmil. Güney Azərbaycan:Tehran - Bakı - Moskva arasında (PDF) (az.). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 324. 2024-12-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-28.
- Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5910170120. 2024-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-28.
- Həsənli, Cəmil. Təbriz - 1946-cı il: Milli Hökumətin zəfər və faciəsi (az.). Bakı: Qanun nəşriyyatı. 2024. səh. 600.
- İbrahimi, Firudin. Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946) (PDF) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 132.
- İbrahimov, Mirzə. Semilmiş əsərləri (PDF) (az.). Bakı: Şərq-Qərb. 2005. səh. 520. ISBN 9952418792. 2022-07-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-15.
- Qəribli, İslam. Ədəbiyyat sərhəd tanımır (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2014. səh. 262.
- Mədətli, Eynulla. Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında: XX əsrin əvvəlləri (az.). Bakı: Turxan NPB. 2017. səh. 288. 2024-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-14.
- Məmmədli, Pərvanə. Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər (PDF) (az.). Bakı: Sabah nəşriyyatı. 2015. səh. 200. ISBN 9789952453430. 2024-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-10.
- Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 9789952831283. 2024-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-03.
- Mustafayev, Vidadi. Cənubi Azərbaycan Milli Şüur (XX əsrin birinci yarısında) (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1998. səh. 200. 2024-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-10.
- Pişəvəri, Seyid Cəfər. Azərbaycan xalqının milli azadlıq yolunda mübarizəsi tarixindən qızıl səhifələr (PDF) (az.). Təbriz: Elmiyyə Mətbəəsi. 1946. səh. 163. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-10.
- Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207. 2024-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
- Rəhimli, Əkrəm. Mübarizə burulğanlarında keçən ömür: Seyid Cəfər Pişəvəri (az.). Bakı: Nurlar NPM. 2009. səh. 400. ISBN 9789952450064.
- Sultanlı, Vaqif. Güney Azərbaycan tarixi siyasi və kulturoloji müstəvidə (məqalələr toplusu) (az.). Bakı: Azərnəşr. 2010. səh. 172.
- Tudə, Əli. Əli Tudə: Həyatım xatirələrim (PDF) (az.). XVII. Bakı: Azərbaycan Nəşriyyatı. 2020. səh. 384.
Xarici keçidlər
redaktəYazdığı kitablar
redaktə- Firudin İbrahimi — Azərbaycanın qadim tarixindən. Ərgünəş nəşriyyatı, Bakı, 2017-ci il.
- Firudin İbrahimi — Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946) Elm və təhsil nəşriyyatı, Bakı, 2018-ci il.
- Firudin İbrahimi — Azərbaycan danışır İftixarlı tariximizdən bir neçə parlaq səhifə (Azərbaycanın qadim tarixindən). Elm və təhsil nəşriyyatı, Bakı, 2018-ci il.