Mir Cefer Bagirov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Mircəfər Abbas oğlu Bağırov (5 (17) sentyabr 1895, Quba – 26 may 1956, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953); Azərbaycan SSR Nazirlər Sovetinin sədri (aprel–avqust 1953); Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1933–1950), Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan Fövqəladə Komissiyasının sədri (1921–1926).
Mir Cəfər Bağırov | |
---|---|
10 dekabr 1933 – 18 aprel 1953 | |
Əvvəlki | Ruben Rubenov |
Sonrakı | Mir Teymur Yaqubov |
18 aprel 1953 – 17 avqust 1953 | |
Əvvəlki | Teymur Quliyev |
Sonrakı | Teymur Quliyev |
10 dekabr 1933 – 1950 | |
Sonrakı | Rzaquliyev |
dekabr 1933 – 15 yanvar 1934 | |
Birinci katib | Lavrenti Beriya |
Əvvəlki | Ruben Rubenov |
Sonrakı | Vəzifə ləğv edildi. |
23 oktyabr 1932 – 12 dekabr 1933 | |
Əvvəlki | Dadaş Bünyadzadə |
Sonrakı | Hüseyn Rəhmanov |
7 sentyabr 1929 – 6 avqust 1930 | |
Əvvəlki | Novruz Rizayev |
Sonrakı | Mixail Frinovski |
7 avqust 1926 – 22 may 1927 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Novruz Rizayev |
May 1927 – ? | |
7 avqust 1926 – 22 may 1927 | |
Sədr | Qəzənfər Musabəyov |
5 oktyabr 1921 – 1926 | |
Əvvəlki | Həmid Sultanov |
Sonrakı | Əli Məmmədov |
10 fevral 1921 – 7 avqust 1926 | |
Əvvəlki | Eyyub Xanbudaqov |
Sonrakı | Vəzifə ləğv edildi. |
1920 – 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 (17) sentyabr 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 26 may 1956 (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 2 (Cahangir Bağırov daxil olmaqla) |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və ailəsi
redaktəMircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində atası Mirabbas və anası Yaxşı xanımın kiçik övladı kimi dünyaya gəlmişdir. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur.
Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla[mənbə göstərin] ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat etmişdir.
M. Bağırov 1930-cu ildə Yevgeniya Mixaylovna ilə ailə qurur və bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir (Vladimir) aviasiya məktəbində təhsil almış, İkinci dünya müharibəsində pilot kimi iştirak etmiş və həlak olmuşdur. Digər oğlu professor, elmlər doktoru Cen Bağırov isə Bakıda 10-cu sinifə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında təhsil almış. 1953-cü ildən isə təhsilini Kənd Təsərrüfatı İnstitutunda davam etdirmişdir.
Təhsili
redaktəİlk təhsilini mollaxanada almışdır. 1907-ci ildə Quba şəhərindəki ibtidai məktəbə daxil olmuşdur. Məktəbi müvəffəqiyyətlə bitirən Mircəfər təhsilini Quba Ali ibtidai məktəbində davam etdirir. 1913-cü ildə məktəbi bitirib, Quba ziyalılarının topladığı pulla[1] Petrovski (Mahaçqala) şəhərinə gedərək Petrovsk 2 illik pedaqoji kursuna (rus dili müəllimliyi) daxil olmuşdur.
ÜİK(b)P MK qərarı ilə M. Bağırov 1930-cu ilin sentyabrında Moskvaya ÜİK(b)P MK yanında marksizm-leninizm kursunda oxumağa göndərilir. O, 1932-ci ilin fevralında kursu müvəffəqiyyətlə bitirmiş və ÜİK(b)P MK aparatında məsul təlimatçı təyin edilmişdir.
Siyasi və ictimai fəaliyyəti
redaktəErkən illəri
redaktə1915-ci ildə M. Bağırov əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlamışdır. 1915–1917-ci illərdə M. Bağırov Nəcəfkənd, Quba şəhər məktəblərində müəllimlik etmişdir.
1917-ci il Fevral inqilabı dövründə M. Bağırov inqilabi fəaliyyətə başlamış, Qubada əsgər və kəndli deputatları sovetinin yaradılması, fəhlə və kəndli ittifaqının möhkəmlənməsi kimi bir sıra işlərdə iştirak etmişdir.
1918-ci ilin mart-may aylarından sonra M. Bağırov gizli fəaliyyətə keçir və Bakıya gəlir. Bakıda sovet hakimiyyəti 1918-ci ildə yıxılır və M. Bağırov bu zaman Petrovun dəstəsinin qalıqları ilə birlikdə Həştərxana gedir.
Bağırov 1919-cu ilin mart ayında Moskvada keçirilən I Kommunist Beynəlmiləl Konqresində iştirak etmiş və məşvərətçi səs hüququna sahib olan Azərbaycan kommunistlərini təmsil etmişdir[2].
Həştərxandakı fəaliyyəti
redaktə1918–1920-ci illərdə M. Bağırov Həştərxanda dəmir polkun partiya kollektivinin katibi, Birinci müsəlman polkunun hərbi komissarı, XI Ordunun Hərbi İnqilab Şurasının tapşırıqlarını yerinə yetirən işçi, xüsusi təyinatlı dəstənin hərbi komissarı, Qafqazda sovet hakimiyyəti qurulması üzrə Qafqaz bürosunun əməkdaşı, Qafqaz korpusu hərbi inqilabi şurasının müvəkkili vəzifələrində çalışmışdır.
Buradakı fəaliyyətinə görə 1920-ci ilin əvvəllərində RSFSR MİK tərəfindən Qırmızı bayraq ordeni ilə mükafatlandırılmışdır.
Dağlıq Qarabağdakı fəaliyyəti
redaktəAzərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra M. Bağırov Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən Dağlıq Qarabağa göndərilir. O Dağlıq Qarabağ vilayət inqilab komitəsi sədrinin müavini və XI ordunun Hərbi inqilabi şurasının müvəkkili kimi[3] fəaliyyət göstərmiş və burada Azərbaycan ordusu hissələrinin tərkibində, Qarabağ qiyamının yatırılması prosesində iştirak etmişdir.
XI ordunun Hərbi İnqilabi Şurasının sərəncamında
redaktə1920–1921-ci illərdə XI ordunun Hərbi İnqilabi Şurasının sərəncamında olan M. Bağırov II briqadanın komandiri, I atıcı diviziyanın hərbi tribunalının, XI ordu Hərbi tribunalının səyyar sessiyasının sədri, Azərbaycan diviziyasının hərbi komissarı vəzifələrində çalışmışdır.[mənbə göstərin]
Sonrakı fəaliyyəti
redaktəM. Bağırov 1921-ci il aprelin 2-də AzFK sədri təyin edilmiş ardınca, Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə seçilmişdir. O bu vəzifədə 1927-ci ilin sentyabrın ortalarına kimi çalışmışdır.[4] Bağırov eyni zamanda bu illərdə AzFK sədri olmaqla yanaşı, Azərbaycan Xalq Daxili İşlər Komissarı və Azərbaycan SSR XKS sədrinin müavini vəzifələrini də daşımışdır.[707 gündür mənbəsizdir]
1927–1928-ci illərdə Tiflis şəhərinə göndərilən M. Bağırov orada Zaqafqaziya su təsərrüfatı idarəsinin, 1928–1929-cu illərdə isə Zaqafqaziya kənd təsərrüfatı idarəsinin sədri vəzifəsində çalışmışdır.
Bağırov 1929-cu ilin sentyabrında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri təyin edilmiş və 1930-cu ilin sentyabrına kimi bu vəzifədə çalışmışdır.
Mircəfər Bağırov 1932-ci ilin axırlarında yenidən Bakıya göndərilir və həmin ilin oktyabrından 1933-cü ilin dekabrınadək Azərbaycan SSR Xalq Komissarları Sovetinə sədr təyin olunur.
Birinci katib
redaktə1933–1953-cü illərdə M. Bağırov Azərbaycan Kommunist Partiyası MK və BK-nın birinci katibi vəzifəsini daşımışdır. Vəzifədə olduğu müddətdə bir sıra işlər görülmüşdür.
Sənaye
redaktəÇalışdığı dövrdə bir sıra sənayə müəssisələrinin yaradılmasında müəyyən rolu olmuşdur. Buna misal olaraq, Bakı Elektrik maşınqayırma zavodu, Bakı Soyuducu kombinatı, Bakı biskvit fabriki, Qaradağ sement zavodu, Gəncə toxuculuq kombinatı, yağ-piy zavodu, Sumqayıt istilik elektrik stansiyası, Boru prokat zavodu və Sintetik kauçuk zavodu göstərilə bilər. Həmçinin bu dövrdə Lökbatan, Neft daşları, Zığ kimi neft yataqları kəşf olunmuş, Sumqayıt, Mingəçevir, Əli Bayramlı, Daşkəsən kimi yeni sənaye məntəqələri salınmışdır. [mənbə göstərin]
Tikinti
redaktəBakıda Nazirlər Kabinetinin binası, hökumət evi, Nizami adına kinoteatr, Şəhriyar adına mədəniyyət evi, xalça muzeyi, Respublika stadionu və s. tikilib istifadəyə verilməsi Bağırovun dövrünə təsadüf edir.[mənbə göstərin]
Təhsil
redaktəMircəfər Bağırovun 1-ci katibliyi illərində Azərbaycan Elmlər Akademiyası və onun bir sıra institutları o cümlədən, Azərbaycan Politexnik İnstitutu istifadəyə verilmişdir.[mənbə göstərin]
İkinci Dünya müharibəsi
redaktəİkinci Dünya müharibəsi zamanı M. Bağırov ön cəbhəni yanacaqla təmin etmək üçün Bakıda neft çıxarılması prosesini sürətləndirmiş, lakin əsas neft təminatçısı olan şəhərin düşmənə qarşı aviasiya təhlükəsizliyinin təmin edilməsində ciddi müvəffəqiyyət göstərə bilməmişdir. Marşal Qeorgi Jukov "Xatirələr və düşüncələr" adlı kitabında bu məqama toxunmuş və sovet silahlı qüvvələrinin ölkənin cənubundakı neft rayonlarını qorumaq iqtidarında olmadığını ifadə etmişdir. Həmçinin müəllif 1939–1941-ci illərdə sovet hərbi təyyarələrinin 70 faizi texniki göstəricilərinə görə adi alman təyyarələrindən geri qaldığını bildirmişdir.[6]
Cənubi Azərbaycan məsələsi
redaktəMircəfər Bağırov 1941-ci ildə Stalinə yazdığı məktubda, Polşa ərazilərinin Ukrayna və Belarusiya torpaqlarına birləşdirilməsi modelinə istinad edərək, İrandakı Azərbaycan əyalətlərinin Sovet Azərbaycanının tərkibinə daxil edilməsi təklifi ilə çıxış etmişdir.[7] SSRİ-nin Xarici İşlər üzrə Xalq Komissarı işləmiş Vyaçeslav Molotov da öz kitabında o vaxtkı Azərbaycan SSR rəhbərliyinin İranın azərbaycanlılar yaşayan hissəsinin Azərbaycana birləşdirilməsi üçün SSRİ rəhbərliyinə təzyiq göstərdiyini yazmışdı.[8]
DQMV məsələsi
redaktə1945-ci il noyabr ayının axırlarında M. Bağırov ÜIK(b)P MK katibi G. Malenkovdan bir məktub alır. Məktubda göstərilir ki, Ermənistan K(b)P MK katibi G. Arutunov ÜIK(b)P MK-da DQMV-in Ermənistan SSR-yə verilməsi məsələsinə baxılmasını təklif etmişdir. G. Malenkov Ermənistandan gələn məktubu M. Bağırova göndərmişdi. M. Bağırov məktubla tanış olduqdan sonra G. Malenkova 1945-ci il dekabrın 10-da cavab məktubu göndərmişdi. Məktubda DQMV yaradılması prosesi tarixi ətraflı göstərilməklə yanaşı qeyd olunurdu ki, DQMV Ermənistan SSR ilə həmsərhəd deyil, Ermənistan SSR ilə DQMV arasında əhalinin əksəriyyəti azərbaycanlılar olan Qubadlı, Kəlbəcər, Laçın, Dəstəfur (indiki Daşkəsən) rayonları yerləşir. M. Bağırov məktubda yazır:
"Eyni zamanda ÜIK(b)P MK nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır… Eyni zamanda Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə qatılması məsələsinə də baxılmalıdır. Çünki əhalisi tamamilə azərbaycanlılardır və Azərbaycan SSR-lə bilavasitə yanaşıdır. Nəhayət, biz xahiş edirik, Dağıstan MSSR-in Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Keçmişdə Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil idi. Bu rayonların əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və onların əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar".[9].
Beriya ilə birlikdə
redaktə1953-cü il aprelin 18-də Azərbaycan KP MK-nın plenumu olmuş və plenumda bir sıra məsələlərlə yanaşı təşkilati məsələyə də baxılmışdır. Plenum M. Bağırovu Azərbaycan KP MK birinci katibi vəzifəsindən azad etmiş və Azərbaycan SSR Nazirlər Sovetinin sədri təsdiq etmişdir, lakin dövlətə xain çıxmış L. Beriya ilə əlaqədar olaraq bir neçə aydan sonra M. Bağırova da münasibət dəyişmişdir.
1953-cü il iyulun 12–13-də Azərbaycan KP MK və Bakı Komitəsinin birləşmiş VI plenumu olmuşdur. Həmin plenumda 989 nəfər, demək olar ki, respublikanın əksər rəhbər işçiləri iştirak etmişlər. VI plenumda L. Beriya və M. Bağırovun məsələsi geniş müzakirə olunmuşdur. Plenumun M. Bağırov haqqında qərarında yazılır:
"Beriya ilə əlaqədar yoldaş M. C. Bağırovun partiyaçıya yaraşmayan hərəkətlərini qəbul etmək və pisləmək. Beriya işi ilə əlaqədar partiyaçıya yaraşmayan hərəkətlərinə, partiya qarşısında qeyri-səmimiliyinə, öz işlərində böyük siyasi səhvlər buraxdığına görə M. Bağırovu Azərbaycan SSR Nazirlər Soveti sədri vəzifəsindən götürmək və onu Azərbaycan KP MK bürosunun tərkibindən çıxarmaq".
Lavrenti Pavloviç Beriya Müsavat Partiyasına işlədiyi, Musavatçı, əks-kəşfiyyatda olduğu iddia edilir. 1953-cü ildə güllələnən Beriyaya qarşı ittiham maddələrindən biri onun müsavatçı olması ilə bağlıdır[1][10]. Mircəfər Bağırovun 1920-ci illərdən Beriya ilə olan sıx münasibəti əsas gətirilərək Bağırovun bundan xəbəri olduğu güman edilirdi. Bu onun tutduğu vəzifələrdən azad edilərək həbs edilib, güllələnməsinə gətirib çıxarmışdır.
1954-cü il martın 13-də partiyadan çıxarılır[11][12]. Nəticədə Azərbaycandan xaricə təsərrüfat xarakterli işə göndərilmişdir. M. Bağırov 1953–1955-ci illərdə Kuybuşev neft idarəsi rəisinin müavini vəzifəsində çalışmışdır.
Repressiya dövründəki fəaliyyəti
redaktə1937-ci il avqustun 5-də SSRİ NKVD-si bir qərarı çıxarır. Həmin qərara 3 nəfər – SSRİ daxili işlər naziri Yejov, Mikoyan və Stalin qol çəkib. Qərarda yazılıb ki, müsavatçılar, ittihadçılar, sosial-demokratlar, hümmətçilər, eyni zamanda menşeviklər və daşnaklar güllələnməlidir.[1] Bundan sonra M. Bağırovun fəaliyyətində 1937–1938-ci illər qara ləkə kimi iz buraxmışdır. Çünki bu illərdə Azərbaycanın minlərlə millətsevər alimi, şair və yazıçısı, partiya, dövlət xadimi və s. həbs edilmiş və güllələnmişdir. Bu repressiya təkcə onun deyil, həmin dövrdə SSRİ məkanında partiya, sovet və s. təşkilatlarda çalışanların əksəriyyətinin həyatında bir qara ləkə olaraq qalır. Bu işdə M. Bağırovun günahı olsa da, o partiya əsgəri kimi Ümumittifaq KP MK və SSRİ hökumətinin göstərişlərini, tələblərini yerinə yetirmişdir. Çünki o dövrdə "vətən xainləri", "əksinqilabçıları", "xariclə əlaqələri olanları" tapıb üzə çıxarmaq müttəfiq respublikalarda adi hal olmuş və plana çevrilmişdi.
Ceyhun Hacıbəyliyə görə 1937-ci ilin oktyabr ayında keçirilən məhkəmələr Azərbaycan Sovet rəhbərliyinin təmizlənməsinin ən qızğın vaxtı idi. Bağırovdan başqa bir çox şəxs vəzifələrindən azad edilmiş və həbs edilmişdilər. Ceyhun bəy bildirir ki, sadəcə həqiqi milliyətçilər deyil, stalinizmin marksizimlə eyni olmadığını sübut edə biləcək marksist mütəfəkkirləri də aradan götürürdülər. Beriya ilə yaxın dostluğu olduğu üçün Bağırovdan başqa demək olar ki, bir çox köhnə bolşeviklər ortadan qaldırılmışdılar. Ceyhun bəyin yazdıqlarına görə o, Bağırovu Azərbaycandakı represiyalara görə günahkar hesab etmirdi, Ceyhun bəy onu Beriya ilə olan yaxın əlaqələrinə görə xilas olmuş potensial qurban kimi görürdü, lakin Bağırov represiyanın təməlini hazırlayan partiya qurultaylarında və 1937–1938-ci illərdə keçirilən məhkəmələrdə öz rəqiblərini ləkələməkdən və onlara qarşı ittihamlar irəli sürməkdən geri çəkilmirdi.[13]
1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər, 10 gün ev dustağı olmuşdur.[1]
Həbs olunması və güllələnməsi
redaktə1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunmuş, Bakıda 12 – 26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə məhkəmənin hökmü ilə ən ağır cəzaya – güllələnməyə məhkum edilmiş və rəsmi məlumata görə hökm yerinə yetirilmişdir. Mircəfər Bağırovun məhkəməsi indiki "Şəhriyar" klubunda keçirilmişdir. Nürnberqdə SSRİ-nin nümayəndəsi olmuş prokuror Rudenko onun məhkəməsini aparmışdır.[14] M. Bağırovun bağışlanmaq haqqında sovet rəhbərliyinə müraciətləri rədd edilmişdir, lakin Sov. İKP MK siyasi bürosu iclaslarının sənədlərindən aydın olur ki, beynəlxalq vəziyyət mürəkkəb olduğundan Mikoyanın təklifi ilə bu qərarın icrası iki il dayandırılmışdır. Bununla belə, Azərbaycana güllələnmə haqqında qərarın qüvvədə qaldığı bildirilmişdir.
İttiham "Bağırovun və onunla əlbir olanların" 1936–1938-ci illərin repressiyalarında birbaşa iştirakını, günahsız insanların təqib olunmasını, istintaq işlərinə müdaxilə etməsini, öz siyasi rəqiblərini dövlətin repressiya aparatının vasitəsilə məhv etməsi faktlarını sübuta yetirmişdir. Bu işlərdən biri də "Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (ESMƏMT) rəhbərlərinin işi idi.[15] Bu işin "Bağırov və onunla əlbir olanlar" tərəfindən saxtalaşdırılması və sifariş edilməsi; eləcə də məhbuslara işgəncələrin verilməsi, bu yolla da özlərini və başqalarını təqsirli bilməsinə məcbur edilməsi məhkəmə tərəfindən sübuta yetirilmişdir. Bu iş üzrə 1938-ci ildə "32 rayon partiya komitəsi katibi 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər".[16] ESMƏMT işi Bağırovun məhkəmə hökmünün mətnində xatırlanmışdır.
Onun həbsi əhali tərəfindən birmənalı qarşılanmamış və hətta bəzi etiraz aksiyalarına da səbəb olmuşdu. Cəmil Həsənlinin "Azərbaycanda milli məsələ: həqiqətlər və müəmmalar (1956–1959)" məqaləsində göstərilir ki, 1956-cı ilin mart ayının 9-da Tbilisidə Stalinin heykəlinin yanında keçirilən mitinqdə əsas tələblərdən biri Mikoyanın, Bulqaninin və Xruşşovun vəzifədən kənarlaşdırılması, digəri isə Azərbaycan KP MK-nın keçmiş birinci katibi M. C. Bağırovun həbsdən azad edilməsi idi.[17]
1980-ci illərdə xarici mətbuat və radioların yaydıqları məlumatlara görə Sibirdə həbsxanaların birində vəfat etmişdir, lakin o, hələ 1956-cı ilin aprelində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ölüm cəzasına məhkum edildikdən bir qədər sonra, həmin ilin may ayında güllələnib.
Bağırov mühakimə olunduğu zaman cəmi 5–10 cümlə söyləyib ki, bu cümlələrdən biri belə olmuşdur: "Mənim ən böyük səhvim Stalinə inanmağım olub".[18]
Vəfatı haqqında digər iddialar
redaktəBəzi iddialara görə 17 may 1976-cı ildə Dalnoreçenskidəki ölümə məhkum edilənlərin düşərgəsində vəfat etmişdir. Elə orada da dəfn olunan Mircəfər Bağırovun məzarının nömrəsi 1684-dür. Həmin həbsxana rəisinin dediklərindən:
"Ölümünə iki ay qalana qədər türmədə aşpaz işləyirdi. Çox da xəstə olmadı. Sakit-səssiz qoca idi. Eləcə də dünyadan köçdü. Srağagün, elə öldüyü gün də dəfn elədik…"[19]
Yasaqlanmış Bağırov
redaktəM. C. Bağırovun Azərbaycana rəhbərlik etdiyi dövr (1933–1953) XX əsr Azərbaycan tarixinin ən ziddiyyətli və ən çətin dövrlərindən birini təşkil edir. Həmin ziddiyyətlərdən irəli gələrək uzun illər M. C. Bağırova aid kitab və məqalələr yazmaq yasaq edilmişdi. Hətta 1976-cı ildə nəşr olunmuş "Azərbaycan Sovet Ensiklopediyası"nın 1-ci cildində 13 nəfər Bağırov soyadlı şəxs haqqında, o cümlədən Bağırov Ruben Xristoforoviç haqqında məlumat verilsə də, M. C. Bağırovun adı çəkilməmişdir.
Azərbaycanlı alim və tələbələrə 1920-ci illərdən 1957-yə, yəni Mircəfər Bağırovun ölümünə qədər olan dövrün tarixi sənədlərini tədqiq etməyə icazə verilmirdi.[20]
Mükafatları
redaktəMircəfər Bağırov dəfələrlə Sov. İKP MK, ZKÖK MK, Azərbaycan KP MK və bürolarının üzvü, plenumlarının, konfranslarının, qurultaylarının nümayəndəsi, SSRİ, ZSFSR və Azərbaycan MİK və Ali Sovetlərinin üzvü, qurultay və sessiyalarının deputatı seçilmişdir.
O Azərbaycan sənayesinin tərəqqisində, kənd təsərrüfatının inkişafında və mədəniyyətinin yüksəlməsində əldə etdiyi nailiyyətlərə görə hökumət tərəfindən 5 dəfə Lenin ordeni, 2 dəfə Qırmızı bayraq, 1 dərəcəli Vətən Müharibəsi, Qırmızı Əmək Bayrağı, Azərbaycan Qırmızı Əmək Bayrağı ordenləri və müxtəlif medallarla təltif edilmişdir.
Filmoqrafiya
redaktəAzərbaycan kinosunda ilk dəfə Mircəfər Bağırovun obrazı Bakının işıqları (film, 1950) filmində yaradılmışdır. Həmin filmdə Mir Cəfər Bağırov obrazını Rza Təhmasib canlandırmışdır. Filmə baxış keçiriləndə Mircəfər Bağırov öz obrazının ifasından narazı qalaraq demişdi: "Təhmasib məni yaltaq eləyib. Mən yaltaq olmamışam."[21]
- Bakının işıqları (film, 1950)
- Qəzəlxan (film, 1991)
- Qırmızı terror və ya Mircəfər Bağırov (film, 1999)
- Qeybdən gələn səs (film, 2002)
- Tənha bülbülün rəqsi (film, 2003)
- Cavid ömrü (film, 2007)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Məmmədtağı Bağırov: "1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər"". 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-25.
- ↑ "First Congress of the Communist International". 2010-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-15.
- ↑ Mircəfər Bağırovun fəaliyyətinin görünməyən tərəfləri [ölü keçid]
- ↑ "Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri. Bağırov Mir Cəfər Abbas oğlu". 2010-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-15.
- ↑ "Багировский мост. Автор: Дмитрий Купянский". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-20.
- ↑ İkinci Dünya Müharibəsi: Qərbin Bakını bombalamaq planı BBC Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine (az.)
- ↑ Несбывшаяся история Азербайджана в контексте пакта Молотова-Риббентропа. Джейхун Наджафов Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine (rus.)
- ↑ Чуев, Феликс. 140 бесед с Молотовым. Второй после Сталина (rus). Litres. 2022. ISBN 978-5-04-159061-1. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2022.
- ↑ Телеграмма Маленкова первому секретарю ЦК Компартии Азербайджана Мирджафару Багирову , его ответ Москве и справка МГБ Азербайджана генерал-майора Емельянова. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (rus.)
- ↑ Audrey L. Altstadt. The Azerbaijani Turks: power and identity under Russian rule Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. Series: Hoover Institution Press Publication 410. Stanford, CA: Hoover Institution Press, Stanford University, 1992, p. 161. ISBN 0817991824
- ↑ "Тайны ушедшего века: лжесвидетельства, фальсификации, компромат. Микалай Аляксандравич Зянькович, Николай Зенькович. Olma Media Group, 2004, Səh. 643". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-07.
- ↑ "Самые закрытые люди: энциклопедия биографий. Микалай Аляксандравич Зянькович. Olma Media Group, 2002, Səh. 35". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-07.
- ↑ The Azerbaijani Turks: power and identity under Russian rule. By Audrey L. Altstadt, Səh. 146.
- ↑ Vaqif Səmədoğlu: "Bir günümü Mircəfər Bağırovla keçirdim…" [ölü keçid]
- ↑ [1] Arxivləşdirilib 2018-02-10 at the Wayback MachineAydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938–56). Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine
- ↑ "Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881–892". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ Cəmil Həsənli, "Azərbaycanda milli məsələ: həqiqətlər və müəmmalar (1956–1959)", "525-ci qəzet", 18 fevral 2006
- ↑ İran adlı Türk Dövləti. davam.az Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine (az.)
- ↑ "Mircəfər Bağırovun 1684 nömrəli qəbiri". 2011-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-13.
- ↑ "Aesopian literary dimensions of Azerbaijani literature of the Soviet period, 1920–1990. Maliheh S. Tyrrell. Səh. 12". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-13.
- ↑ "Bakının işıqları" filmi haqqında Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine (az.)
Ədəbiyyat
redaktə- Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi, f.1, siy.74, iş 129, 130; 134; 135; 335; siy.169, iş 249; siy.277, iş 17, 21; siy.405, iş 3188.
- Большая Советская Энциклопедия. Второе издание. М., 1950.
- "Kommunist" qəz., 1946, 25 yanvar, № 19; 3 fevral, № 25; 1950, 1 mart, № 43.
- Gürcüstan Respublikası Dövlət Ən yeni tarix Arxivi, f.607, siy.2, iş 282.
- Российский Государственный Архив Социально-Политической Истории (РГАСПИ), ф.3, оп.8, д.388, л.16–18; оп.10, д.70, л.2; оп.10, д.207, л.2; оп.12, д.1004, л.37–42а-б; оп.14, д.23, л.3; оп.14, д.24, л.17; оп.14, д.25, л.96–98.
- Mir Cəfər Bağırovun məhkəməsi (arxiv materialları). Bakı: Yazıçı. (tərtibçi . N. Rüstəmli, T. Alıyev ; tərc. ed. N. Rüstəmli). 1993.
- Cəmil Həsənli. Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında (1939-1945). Bakı: Diplomat. 1998.
- Эльдар Исмаилов. Власть и народ. Послевоенный сталинизм в Азербайджане (1945-1953). Баку: Адильоглы. 2003.
- Adıgözəl Məmmədov. Baş tutmamış çevriliş. Bakı: El-ALİiance. 2003.
- Musa Qasımlı, Cavid Hüseynov. Azərbaycanın baş nazirləri. Bakı: Adiloğlu. 2005.
- Эльдар Исмаилов. Азербайджан: 1953-1956 первые годы "Оттепели". Баку: Адилоглы. 2006.
- Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət. Bakı: Şirvannəşr. 2006.
- Mir Cəfər Bağırov xatirələrdə. Bakı: Nurlan. 2006.
- Fazil Məmmədov. Mir Cəfər Abbas oğlu Bağırov. Tərcümeyi-hala dair ştrixlər, yaxud tarixin həqiqəti-həqiqətin tarixi. Bakı: Nurlan. 2007.
- Fazil Məmmədov. Mir Cəfər Bağırov: Xruşşovun qərəzli və sifarişli Bakı divanxanası. Bakı: Şəms. 2008.
- Cəfər Cəfərov. Azərbaycan kəndi kollektivləşmə illərində (1920-ci illərin sonu - 30-cu illər). Bakı: Elm. 2008.
- Hacı Xaliq Əhmədzadə. Diktatorların bilinməyən sirləri. Bakı: R. N. 2009.
- Adıgözəl Məmmədov. Mir Cəfər Bağırov. Açılmamış səhifələr. Bakı: MBM. 2010.
- Adıgözəl Məmmədov. Mir Cəfər Bağırov. Tam məxfi. Bakı: Elgün. 2012.
- Adıgözəl Məmmədov. Bağırov və Beriya. Məxfi protokollar. Bakı: Qələm. 2014.
- Fazil Məmmədov. M. C. Bağırov İ. Stalinin vəfatından sonrakı dövrdə Kreml ixtilafları burulğanında (iyul 1953-aprel 1956-cı illər). Bakı: Şəms. 2014.
- Эльдар Исмаилов. История "большого террора" в Азербайджане. Москва: РОССПЭН. 2015.
- Fazil Məmmədov. Azərbaycan SSR-in onun siyasi rəhbəri M. C. Bağırovun Böyük Vətən Müharibəsi illərində SSRİ-nin müdafiəsində müstəsna rolu (22 iyun 1941 - 9 may 1945-ci illər). Bakı: Şəms. 2016.
- Fazil Məmmədov. Sovet Azərbaycanı Kreml orbitində (iyun 1945-iyul 1953-cü illər). Bakı: Şəms. 2017.
- Eldar İsmayılov. Azərbaycanda "Böyük terror"un tarixi. Bakı: ADPU-nun mətbəəsi. (rus dilindən tərc. ed. Ş. Məmmədova). 2019.
- Şəlalə Məmmədova. Cənubi Qafqaz XX əsrin 20-30-cu illərində (Azərbaycan məsələləri). Bakı: RS poliqraf. 2020.
- Adıgözəl Məmmədov. Mir Cəfər Bağırov. Siyasi portret. Bakı: Zərdabi Nəşr MMC. 2021.
- Şəlalə Məmmədova. Yaddaşımızdakı tarix Stalindən sonrakı Azərbaycan. Bakı: Elm və təhsil. 2022.
- Adıgözəl Məmmədov. Böyük Azərbaycan naminə Bağır Seyidzadə. Bakı: İmza. 2023.
- Cəmil Həsənli. Güney Azərbaycan: tarixin yol ayrıcında (1939-1945). Bakı: Qanun. 2023.
- Eldar İsmayılov. Azərbaycanda "Böyük terror"un tarixi. Bakı: Qanun. (tərc. Ş. Məmmədova). 2024.
- Mir Cəfər Bağırovun məhkəməsi (MTN-nin arxiv materialları əsasında). Bakı: Kosmo. (tərt. ed.: N. Rüstəmli (ruscadan tərc.), T. Adıyev). 2024.
Xarici keçidlər
redaktə- Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Arxivləşdirilib 2007-02-28 at the Wayback Machine (az.)
- Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri Arxivləşdirilib 2019-03-12 at the Wayback Machine (az.)
- Немного о Мир-Джафаре Багирове (rus.)
- Bağırovun varisi: "Mircəfər Səməd Vurğuna ev vermişdi" Arxivləşdirilib 2011-07-12 at the Wayback Machine (az.)
- БИОГРАФИЧЕСКИЙ УКАЗАТЕЛЬ: Багиров Мир Джафар Аббасович. (rus.)
- Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991: Багиров Мир Джафар Аббас оглы. (rus.)
- Məmmədtağı Bağırov: "1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər" Arxivləşdirilib 2009-12-08 at the Wayback Machine (az.)
- Sabiq prokuror: "Mircəfər Bağırov mənim yanımda dedi ki, onu güllələmək yox, şaqqalamaq lazımdır" — MÜSAHİBƏ (az.)