Inkisaf Etmis Olke - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71,1% Avropada, 15,8%-i Asiyada, 5,3%-i Şimali Amerikada, 5,3%-i isə Okeaniyadadır.
İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı:
- İsveçrə (1987-ci ildən);
- Norveç (1988-ci ildən);
- Birləşmiş Ştatlar (1992-ci ildən);
- Lüksemburq (1992-ci ildən);
- Danimarka (1994-cü ildən);
- Niderland (1995-ci ildən);
- Yaponiya (1996-cı ildən);
- Almaniya (1996-cı ildən);
- Avstriya (1996-cı ildən);
- İtaliya (1996-cı ildən);
- Kanada (1997-ci ildən);
- Belçika (1997-ci ildən);
- Avstraliya (1997-ci ildən);
- Fransa (1998-ci ildən);
- İsveç (1998-ci ildən);
- İslandiya (1998-ci ildən);
- İrlandiya (1998-ci ildən);
- Birləşmiş Krallıq (1999-cu ildən);
- Finlandiya (1999-cu ildən);
- Sinqapur (1999-cu ildən);
- İspaniya (2001-ci ildən);
- Tayvan (2002-ci ildən);
- Kipr (2002-ci ildən);
- Yeni Zelandiya (2003-cü ildən);
- Cənubi Koreya (2006-cı ildən);
- İsrail (2006-cı ildən);
- Portuqaliya (2007-ci ildən);
- Sloveniya (2007-ci ildən);
- Monako (2008-ci ildən);
- Lixtenşteyn (2008-ci ildən);
- Malta (2008-ci ildən);
- Çex Respublikası (2009-cu ildən);
- Slovakiya (2011-ci ildən);
- Estoniya (2012-ci ildən);
- Yunanıstan (2013-cü ildən);
- Litva (2013-cü ildən);
- Latviya (2016-cı ildən);
- Andorra (2020-ci ildən);
- San Marino (2021-ci ildən);
- Xorvatiya (2023-cü ildən).
Ölkələrin inkişaf etmiş qrupa daxil edilməsi üçün nəzərə alınan amillər
redaktə- Həyat və sağlamlıq səviyyəsinin yüksək olması
- ÜDM-in hər bir nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması
- Orta ömür müddətinin çoxluğu
- Əhalinin təhsil səviyyəsinin yüksək olması
- Xidmət sferası və emal sənayesinin payı olması
İEÖ-in bölündüyü yarımqruplar
redaktəG7
redaktəBöyük Yeddilik kimi də adlandırılan G7-yə iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. G7-yə üzv ölkələr və əsas liderləri:
- Kanada və Baş Naziri Justin Trudeau
- Fransa və Prezidenti Emmanuel Macron
- Almaniya və Kansleri Olaf Scholz
- İtaliya və Baş Naziri Giorgia Meloni
- Yaponiya və Baş Naziri Fumio Kişida
- Birləşmiş Krallıq və Baş Naziri Rishi Sunak
- Birləşmiş Ştatlar və Prezidenti Joe Biden.
Qərbi Avropanın digər İEÖ-i
redaktəBu ölkələrdə yüksək texnologiyaya malik olan sənayedə istehsal edilən məhsulların çoxu ixrac edilir, əsas gəlirləri qeyri-sənaye sahələrindən (bank işləri, xidmət sahələri, turizm və s.) formalaşır. Bu ölkələrə aiddir:
Köçürmə Kapitalizm Ölkələri
redaktəKöçürmə Kapitalizm ölkələri Birləşmiş Krallığın müstəmləkəsi olmuş ölkələrdir. Ölkələrin əhalisi əsasən müstəmləkəsi olduğu dövlətlərdən (metropoliyadan) olan miqrasiyaların hesabına formalaşmışdır. Bu ölkələrin təsərrüfat sitemi də Birləşmiş Krallığın köməyi ilə qurulmuşdur. Metropoliyadan olan şirkətlərin rolu böyükdür. Bu ölkələrə aiddir:
QEYD: ABŞ və Kanada həm G7, həm də köçürmə kapitalist ölkələridir. İsrail isə Birləşmiş Krallığın müstələki olmasa da, köçürmə kapitalizm ölkəsidir.
Avropanın "Cırtdan" ölkələri
redaktəCırtdan ölkələr xəritədə görülməyəcək qədər kiçikdir və əsasən öz dilləri və hökumət başçıları yoxdur, tərəfsizdirlər. Cırtdan ölkələrə aiddir:
QEYD: Vatikan cırtdan ölkə olsa da, İEÖ-ə aid deyil.
İnkişaf etməyə ən yaxın ölkələr
redaktəÖlkənin inkişaf etmiş olması üçün 4 kateqoriya mövcuddur və bunlar təsdiq olunmalıdır:
- BMT-nin İnkişaf proqramına əsasən İİİ-nin çox yüksək (yəni 0.800 və daha çox) olması;
- IMF-ə əsasən "inkişaf etmiş" iqtisadiyyata malik olması;
- World Bank-a əsasən "yüksək gəlirli" iqtisadiyyata malik olması;
- Adambaşına düşən AQP həcminin 25.000 dollardan çox olması.
İnkişaf etməyə ən yaxın ölkələr:
- Qətər (1996-İİİ);
- Bruney (1999-İİİ);
- Birləşmiş Ərəb Əmirlikləri (2004-İİİ);
- Səudiyə Ərəbistan (2010-İİİ);
- Oman (2012-İİİ);
- Bəhreyn (2012-İİİ);
- Küveyt (2014-İİİ);
- Polşa (AQP-2014);
- Macarıstan (WB və AQP-2014);
- Bahamalar (2016-İİİ);
- Panama (WB-2021);
- Rumıniya (WB-2021);
- Trinidad və Tobaqo (İİİ-2021);
- Çili (AQP-2021);
- Uruqvay (AQP-2022).
Bu ölkələrin heç biri IMF-in "inkişaf etmiş" iqtisadiyyat kateqoriyasına daxil olmadığından İEÖ deyil, amma inkişaf etmək potensialı ən yüksək ölkələrdir.