Elesger Elekberov Aktyor - Wikipedia
Ələsgər Ələkbərov (26 mart 1910, Bakı – 31 yanvar 1963, Bakı) — Azərbaycan teatr və kino aktyoru,[1] Azərbaycan SSR xalq artisti (1940), SSRİ xalq artisti (1961), SSRİ Ali Sovetinin VI çağırış deputatı.[2]
Ələsgər Ələkbərov | |
---|---|
Doğum adı | Ələsgər Hacıağa oğlu Ələkbərov |
Doğum tarixi | 26 mart 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 1963 (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru, siyasətçi |
Fəaliyyət illəri | 1924-cü ildən |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0017872 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏləsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Ələkbərov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.
Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.
31 yanvar 1963-cü ildə vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.[3]
Yaradıcılığı
redaktəTeatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz — Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.
Təltif və mükafatları
redaktə- "SSRİ xalq artisti" fəxri adı — 28 fevral 1961
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 dekabr 1938
- "Lenin" ordeni — 22 iyul 1949
- "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946; 9 iyun 1959
- "Şərəf nişanı" ordeni — 27 aprel 1940
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Teatr səhnəsindəki rolları
redaktə- Makduf (Makbet, Uilyam Şekspir)
- Vaqif (Vaqif, Səməd Vurğun)
- Fərhad (Fərhad və Şirin, S. Vurğun)
- Otello (Otello, V. Şekspir)
- Xanlar (Xanlar, S. Vurğun)
- Minnətov (Vəfa, Rəsul Rza)
- Alxan (Bahar suları, İlyas Əfəndiyev)
- Yusif (Məhəbbət, Mirzə İbrahimov)
Filmoqrafiya
redaktə- Ağasadıq Gəraybəyli (film, 1974)
- Aktrisanın təbəssümü (film, 1974)
- Almaz (film, 1936) (tammetrajlı bədii film)-rol: Fuad
- Altıncı hiss (film, 1935) — mühəndis Heydər
- Bizim küçə (film, 1961)
- Böyük dayaq (film, 1962)
- Fətəli xan (film, 1947)
- Kəndlilər (film, 1939)
- Kölgələr sürünür (film, 1958)
- Qara daşlar (film, 1956)
- Qızmar günəş altında (film, 1957)
- Qüdsi (film, 2007)
- Lətif (film, 1930) — Kolxoz sədri
- Leyli və Məcnun (film, 1961)
- Ögey ana (film, 1958)
- Səhər (film, 1960)
- Sovqat (film, 1942)
- Uzaq sahillərdə (film, 1958)
- Vulkan üzərində ev (film, 1929)
- Yeni horizont (film, 1940)
- Matteo Falkone (film, 1960) — filmi səsləndirən: Matteo Falkone — (Nodar Şaşıqoğlu)
Şəkillər
redaktə Fətəli xan (film, 1947) Ələsgər Ələkbərov Fətəli xan rolunda (sağda) |
"Lətif" filmindən kadr |
Mənbə
redaktə- ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
- Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust.
- Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 22 avqust.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16.
- [1]
- "Səhnəmizin Vaqifi, kinomuzun Rüstəm kişisi" //Kaspi.- 2011.- 4 iyun.
İstinadlar
redaktə- ↑ Əsgərov, H. Sənətkar imzasının işığı: Ələsgər Ələkbərov – 105: [Xalq artisti haqqında] //Mədəniyyət.- 2015.- 13 may.- S.12.
- ↑ "Zaman sərhədi tanımayan sənətkar": [Xalq artisti Ələsgər Ələkbərovun anadan olmasının105 illiyi münasibətilə] //Ekran-efir.- 2015.- 3 aprel.- S.4.
- ↑ "Ələsgər Ələkbərov". portal.azertag.az (az.). İstifadə tarixi: 2022-09-04.
Xarici keçidlər
redaktəVideolar
redaktəDigər
redaktəİzlə sayt YouTube
"Ölümlərlə" ölməzlik qazanan aktyor
O, səhnədə daim canlı və cazibəli idi Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
Ələsgər Ələkbərov