Aleksanderplats - Wikipedia
Aleksanderplats və ya Alexanderplatz (azərb. Aleksandr meydanı) — Berlinin mərkəzində yerləşən meydan və nəqliyyat mərkəzidir. Meydan Mitte rayonunda və Spree çayının və Berlin Kafedralının yaxınlığındadır. Yerli xalq onu tez-tez qısaca Aleks adlandırır.
Aleksanderplats | |
---|---|
Alexanderplatz | |
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Bezirk mitte |
Şərəfinə adlandırılıb | I Aleksandr |
Əvvəllər mal-qara bazarı kimi düşünülmüş Aleksandrplatzın adı 25 oktyabr 1805-ci ildə Rusiya imperatoru I Aleksandrın Berlinə səfərinin şərəfinə Aleksandrplatz adlandırılmışdır. XIX əsrin sonlarında meydanın yaxınlığında tikilən və eyniadlı dəmir yolu vağzalı ilə böyük əhəmiyyət qazanmış, yaxınlıqdakı bazarlar da ticarəti canlandırmışdır. Alexanderplatzın əsl çiçəklənməsi 1920-ci illərdə Potsdamer Platzda gecə həyatı başlayanda olmuşdur.
Meydanın memarlığı keçmişdə müntəzəm olaraq dəyişdirilmiş, ən son olaraq 1960-cı illərdə Şərqi Almaniya tərəfindən dəyişdirilmişdir. Meydanın yanında o zamanlar Avropanın ikinci ən hündür binası olan Fernsehturm tikilmişdir. Alexanderplatz yaxınlığında həmçinin Park Inn Berlin binası və Weltzeituhr yerləşir. Weltzeituhr (Dünya vaxtı) dünyanın müxtəlif şəhərlərindəki vaxtı göstərir. 4 noyabr 1989-cu ildə Şərqi Almaniya dövlətinə qarşı olmuş ən böyük rejim etirazı da bu meydanda keçirilmişdir.
Almaniyanın yenidən birləşdirilməsi nəticəsində Alexanderplatzda memarlıq və nəqliyyat baxımından bir çox dəyişikliklər baş vermişdir. Bir çox binalar bərpa edilmiş və ya sökülmüşdür. Şərqi Almaniyanın hökumət binası olan Palast der Republik 2006-cı ildə tamamilə dağılan binalar arasındadır. Çox dəyişikliyə məruz qalan meydanda hələ də az da olsa sosializm dövrünün simvolları mövcuddur.
Biblioqrafiya
redaktə- Маркина Л. Г., Муравлёва Е. Н., Муравлёва Н. В. ALEXANDERPLATZ АЛЕКСАНДЕРПЛАЦ // Культура Германии: лингвострановедческий словарь: свыше 5000 единиц / под общ. ред. Н. В. Муравлёвой. — М.: АСТ, 2006. — С. 27. — 1181 с. — ISBN 5-17-038383-5.
- Harald Hauswald (Foto), Günter Lamprecht (Hrsg.): Alexanderplatz: Geschichten vom Nabel der Welt. Jaron Verlag, Berlin 2012, ISBN 978-3-89773-693-1.
- Alexander Schug (Hrsg.): 5 Namen — 1 Platz. Der Berliner Alexanderplatz. Vergangenheitsverlag, Berlin 2008, ISBN 978-3-940621-00-9.
- Gernot Jochheim: Der Berliner Alexanderplatz. Ch. Links Verlag, Berlin 2006, ISBN 978-3-86153-391-7.
- Annegret Burg: Alexanderplatz Berlin. Geschichte Planung Projekte. Senatsverwaltung für Stadtentwicklung Berlin. Kulturbuch, Berlin 2001, ISBN 3-00-007839-8.
- Hans-Joachim Pysall: Der Alexanderplatz — Das Alexanderhaus. jovis, Berlin 1998, ISBN 3-931321-87-8.
- Entwicklungsgemeinschaft Alexanderplatz: Alexanderplatz. Städtebaulicher Wettbewerb. Senatsverwaltung für Stadtentwicklung Berlin. Ernst & Sohn, Berlin 1994, ISBN 3-433-02477-4.
- Gisela Fiedler-Bender: Peter Behrens. Berlin Alexanderplatz. Bezirksverband Pfalz. Die Pfalzgalerie, Kaiserslautern 1993, ISBN 3-89422-066-X.
- Max Missmann, Hans-Werner Klünner: Berliner Plätze. Argon, Berlin 1992, ISBN 3-87024-223-X.
- Klaus J. Lemmer: Alexanderplatz. Ein Ort deutscher Geschichte. Parkland, Stuttgart 1991, ISBN 3-88059-602-6.
- Ursula Hirsch: Aus der Geschichte des Alexanderplatzes, neunteilige Serie in der Tageszeitung BZ am Abend, Februar 1969. Ergebnisse aus Recherchen im Stadtarchiv
Əlavə ədəbiyyat siyahısı
redaktə- Weszkalnys, Gisa (2010). Berlin, Alexanderplatz: Transforming Place in a Unified Germany. Berghahn Books.
- Alexanderplatz: Plenty of Space for Free Speech. In: Sites of Unity (Haus der Geschichte), 2022.