Amerika Futbolu - Wikipedia
Amerika futbolu — kontakt idman növüdür. ABŞ-də və Kanadada yayılmışdır. Oyunun məqsədi uzunsov topu rəqibin hal zonasına doğru yürütməkdir. Topu əllərdə saxlamaq və ya yoldaşlara ötürmək olar.[1]
Amerika futbolu | |
---|---|
Ümumi məlumatlar | |
Mənşə ölkəsi | |
İcraçı qurum | Beynəlxalq Amerika Futbolu Federasiyası (IFAF) |
İlk oyun | 6 noyabr, 1869 |
Xüsusiyyətləri | |
Tipi | komanda oyunu, top oyunu |
Cinsiyyətə görə | kişi, qadın |
Oyunçu sayı |
|
Beynəlxalq arenada | |
Olimpiya oyunları | Daxil deyil |
ifaf.org | |
Vikianbarda əlaqəli mediafayllar |
On bir oyunçudan ibarət iki komanda arasında, özünə xas oyun sahəsi olan düzbucaqlı bir sahədə oynanan komanda idman növüdür. Oyunun əsas məqsədiː müəyyən qaydalar və mexanika çərçivəsində daha çox bal toplayan tərəf olmaqdır. Bu hədəfə hücum edən komanda topu ötürmə və ya qaçışla irəlilətməklə nail olur. Topu irəli aparan zaman hücum komanda on metrlik məsafəni keçmək üçün dörd hücum hüquqlarına malikdir, və bu dörd qarşıdurma içərisində on metr məsafəni keçərsə, hücum komandası dörd yeni hücum haqqı qazanır. Müdafiə komandasının məqsədi hücum komandasının irəliləməsinə mane olmaqdır. Xal qazanmağın əsas yolları isəː topun sahənin sonuna çatması, yəni touchdown və ya topun müəyyən bir nöqtədən vurularaq sayı dirəkləri arasından keçirilməsidir. Bir touchdownun dəyəri 6 xal, bir field qolun dəyəri 3 xaldır.[2]
Amerika futbolu reqbi və futbolun erkən formalarından inkişaf edən, hansı ki, adətən ABŞ-də "Sokker"(futbol) adlandırırlar. Amerika futbol matçı olaraq qəbul edilə biləcək ilk matç, 6 noyabr 1869-ci ildə oynamışdır. 1880-ci ildə "Amerika futbolunun atası" kimi tanınan Uolter Kempin rəhbərliyi altında; 11 nəfərdən ibarət komandalar və hüquq sistemi kimi qaydalar əlavə edildi və oyun bugünkü vəziyyətinə uyğunlaşdırılmışdır.
Amerika futbolu Amerikada ən populyar idman növü olubː peşəkar futbol (Milli Futbol Liqası) və kollec futbolu oyunun ən çox izlənilən səviyyələridir. Amerika futbolunun digər populyar səviyyələri isə orta məktəb qrupu ilə müqayisədə daha kiçik yaş qruplarını əhatə edən gənc futboludur. ABŞ-də hər il təxminən 1.1 milyon fərqli lisey idmançısı və 70.000 fərqli kollec idmançısı oyun oynamaqdadır. Milli Futbol Liqası ən məşhuru Amerika futbol liqası olubː dünyanın ən yüksək ortalama izləyicilərinə sahib olan idman liqasıdır və bu liqanın çempionluq matçı olan superboul, dünyanın ən çox izlənilən idman növüdür.
Etimologiyası və adları
redaktəABŞ-də Amerika futbolu "football"(futbol) kimi tanınır.[3]
Tarixi
redaktəAmerika futbolu reqbidən və Avropada oynanan futboldan ilham alan bir idman növüdür. Reqbi, Amerika futbolundakı kimi, iki komandanın topu tutaraq topa nəzarət etməyə çalışdığı və topu dirəklərin arasından keçirərək və ya sayı zonasında yerə toxunaraq xal toplamağa çalışdıqları bir oyundur.[4]
O dövrdə Amerika futbolu sayılan oyunun ilk oyunu; 6 Noyabr 1869-da Rutgers və Princeton arasında oynandı. Qarşılaşma reqbi və Avropa futbol qaydaları altında standart bir topla, hər biri 25 oyunçudan ibarət iki komanda arasında oynandı, qaydalar Avropa futboluna daha yaxın olduğundan, topun əllə tutulması və ya daşınması qadağan edilmişdi. Qarşılaşmada istifadə olunan qaydalar Avropa futbolunun qaydalarına yaxın olmasına baxmayaraq, qrupun sayı zonasına düşməsi şərti ilə topun ayaq, əl və ya baş ilə vurulmasına icazə verilir. Matçın sonunda Rutgers 6-4 hesabı ilə qalib gəldi. Oyun, bu dövrlərdə ev sahibi komandaların qoyduğu qayda dəyişiklikləri ilə bir müddət davam etdi. Sözügedən dövrün sonunda Yel, Kolumbiya, Prinston və Ratqers Universitetlərinin Amerika futbol nümayəndələri 19 oktyabr 1873-cü ildə toplanaraq, hər məktəbdə eyni şəkildə istifadə edilməsi üçün bir qayda kitabı yaratdılar.[5] Yeni qaydalar, komandalardakı oyunçu sayının 25-dən 20-ə endirilməsi və sahənin ölçülərini 400 futdan (122 metr) 250 futa (76 metr) olması kimi maddələr daxil idi. Bundan əlavə, Harvard, topun əldə tutulduğu, əldə tutularaq idarə edildiyi və reqbi qaydalarına yaxın qaydaların istifadə olunduğu oyunu müdafiə etdiyi üçün iclasda iştirak etmədi.[6][7]
1875-ci ildə Harvard və Yel arasında, reqbi üslublu yaxın qaydalar altında bir oyunu seyr edən 2 Prinston tələbəsi oyundan təsirlənmişdi, daha sonra oyunu Prinston Universitetinə təqdim etmişlər. Bu hadisədən sonra Prinston, Harvard, Yel və Kolumbiya universitetləri oyunu dəyişdirilmiş bir hesab sistemi ilə, reqbi qaydaları ağırlıqlı qaydalar ilə oynamağı qəbul etmişdir və eyni zamanda kolleclərin öz aralarında oyunlar edəcəyi, Yel 1879-cu ilə qədər qoşulmadığı universitetlərarası liqa qurmuşdular. Oyunun bu dövründə, 1880-ci ildə, qaydalar "Amerika futbolunun atası" kimi tanınan Yel Universitetinin tələbəsi Walter Camp tərəfindən qaydaların dəyişdirilməsi təmin edildi. Komandalardakı oyunçu sayı 20-dən 11-ə endirildi. Oyunu başladarkən kullanılan kaotik ve stabil olmayan "scrum" sistemi əvəzinə "snap" sistemi tətbiq edildi.[8]
Oyunun inkişafı
redaktəSnap sisteminin oyuna əlavə edilməsi gözlənilməz strateji nəticələr verdi. Snapdan əvvəl oyunda istifadə olunan skrum sistemində top meydançanın pis bir hissəsində qalırsa top oyunçular tərəfindən vurularaq uzaqlaşdırılırdı. Bu qaydanın dəyişdirilməsindən sonra bir qrup Prinston Universitetinin tələbəsi, snap sisteminin rəqib təzyiqi altında olmadığını başa düşmüş və bundan faydalanaraq topun mövqeyi pis olsa belə, scrum sistemindən fərqli olaraq olduğu yerdə tutmuş, bu şəkildə rəqibin sayı almasının qarşısını almışdır. 1881-ci ildə kollec futbol mövsümünün məğlub olmayan iki komandası - Yel və Prinston, statistikalarını qorumaq üçün bu strategiyadan istifadə etmişdilər. Matçda, hər iki komanda topa sahib olaraq başladıqları oyun vaxt yarımında, bu, saxlama strategiyasını istifadə etmiş və topu hücum məqsədli irəlilətməmişdir. Nəticədə, matç 0:0 hesablı heç-heçə ilə başa çatdı.
Bu "saxlama" strategiyasının qarşısını almaq üçün qayda dəyişikliyi tələb olundu və snap sisteminin çıxarılması, scrum sisteminə qayıtması gündəmə gəlmişdir. Ancaq Walter Camp, bu geri dönüş yerinə "down"(aşağı) qaydalar sisteminin (hücum haqqı sistemi) əlavə edilməsini təmin etmiş, oyuna yeni əlavə edilən bu qaydalar sisteminə əsasən, komandalar üç hücum haqqı içərisində, topun ilkin mövqeyinə görə təyin olunan 5 yardlıq(4.6 metrlik) məsafəni keçmək məcburiyyətində qalmışdı. Bu üç hücum hüququ daxilində komandanın müəyyən edilmiş məsafəni keçə bilməməsi halında, topun mövqeyi qorunmuş, hücum hüququ digər komandaya verilir. Eyni zamanda dəyişiklik, ölçmələrin düzgün aparılması üçün Amerika futbolu meydançasının 5 yardlı məsafələrə bölünməsiylə ona, özünə xas bölünmüş oyun sahəsi görüntüsünü (gridiron) qazandırmış və bu vəziyyət oyunun reqbidən ciddi şəkildə ayrıldığını göstərən ilk hadisə olmuşdur. Əsas məsələ dövr ərzində oyunda edilən digər dəyişikliklər, sahənin ölçülərinin kiçildilib 110 yarda 53.5 yard olması və bir toxunma 4 xal, bir təhlükəsizliyin və toxunma sonrası uğurlu sahə qolu 2 xal, normal sahə qolu isə 5 xaldır. Əlavə olaraq, beldən aşağı "tackle" (oyunçunu yerə atmaq) artıq qayda pozuntusu olmaqdan çıxmış və oyun əsnasında sabit bir "line of scrimmage" (oyun xətti) təyin olunmağa başladı.
Bu qayda dəyişikliklərinə baxmayaraq, Amerika futbolu zorakı bir idman olaraq tanındı. Bəzi oyun toqquşmaları yaralanmalara və hətta ölümlərə səbəb olmaqda idi. Oyun 1905-ci ildə ölkə daxilində cəmi 19 idmançının ölümünə səbəb olduqda, prezident Teodor Ruzvelt tərəfindən lazımi dəyişikliklər edilib təhlükəsiz hala gətirilənə qədər qadağan edildi. Bu tələbi yerinə yetirmək üçün 28 dekabr 1905-ci ildə 62 kollec və universitetin nümayəndələri Nyu-Yorkda bir araya gələrək qayda dəyişikliklərini müzakirə etdilər. Görüş, daha sonra Milli Kollec Atletika Birliyi formasında adlandırılacaq olan Amerika Birləşmiş Ştatları Kolleclərarası İdman Federasiyasının qurulması ilə nəticələndi.
1906-cı ildə oyuna bəzi pas qaydaları əlavə edildi, lakin qayda belə idi, mövcud qadağalar və qaydalar səbəbindən böyük təsir göstərmədi. Eyni ildə oyun müddətini 70 dəqiqədən 60 dəqiqəyə çəkilməsi və hücum haqqı sistemindəki uzunluğunu 5 yarddan (4,6 metr) 10 yarda (9,1 metr) qədər artırılması kimi qayda dəyişiklikləri də edildi. Oyuna əlavə edilən başqa bir qayda isə snap vəziyyətindəki da fəlakətin qarşısını alan, bir Amerika futbol topunun uzunluğunda olan neytral sahədir. 1909-cu ildə sahə qolunun xal dəyəri 5-dən 3-ə endirilmiş və 1912-ci ildə touchdown-un sayı dəyəri isə 4-dən 6-ya qaldırıldı. 1914-cü ildə pas üçün kobud cərimə tətbiq edilmiş və uyğun oyunçular ilk dəfə 1918-ci ildə meydannın istənilən yerində topu tutmağa icazə verdilər.
Peşəkarlıq dövrü
redaktə12 noyabr 1892-ci ildə Pudge Heffelfingerə, Allegheny Atletik Assosiasiyasının Pittsburgh Atletik Klubuna qarşı oynaması üçün ona 500 dollar ödənildi. Bu isə onu Amerika futbolu oynamaq üçün nağd ödəniş alan ilk idmançı etmişdi. 1880-ci illərdə bir çox idman klubu oyunçuların işə düzəlmələrinə kömək etmək, oyunçuların pul üçün girov qoya biləcəyi kuboklar və saatlar vermək kimi dolayı faydalar təklif etsə də, Pudge Heffelfinger, Amerika futbolu oyununa qatılmaq üçün pul alan ilk oyunçu idi..[9]
Vaxt keçdikcə peşəkar oyun daha da çox yayılmağa başladı və bununla birlikdə maaşların artması və oyunçuların gözlənilməz hərəkəti, habelə məktəbdə olan kollec oyunçularına qeyri-qanuni ödənişlər artırdı. Milli Futbol Liqası, 1920-ci ildə ilk dəfə Amerika Professional Futbol Assosiasiyası kimi yaradılmış peşəkar komandaların bir qrupu, məhz bu problemlərin həllinə yönəldilmişdi. Bu yeni Liqanın iddia etdiyi məqsədlər, oyunçu ticarətinin dayandırılması, kollec oyunçularının istifadəsinin qarşısının alınması və oyunçuların başqa komandadan ayrılması üçün pul ödəmək təcrübəsinin ləğv edilməsi idi. 1922-ci ildə Milli Futbol Liqası özünü Amerikanın əsas Peşəkar Futbol Liqası kimi tanıtdı.
Milli Futbol Liqası peşəkar səviyyədə Amerika futbolunun yayılması və oynanması üçün qurulmuş olsa da, həmin illərdə oyunun dominant səviyyəsi kollec səviyyəsi idi. Liqanın qanuniləşməsi və kollec futbolu kimi yayılması, 1925-ci ildə MFL komandası olan Pottsville Maroonsun, Notre Damenin ulduz komandasını bir sərgi matçında məğlub etməsindən sonra sürətləndi. Sonrakı dövrlərdə, xüsusən 1930-cu illərin sonunda, pas oyunlarına daha çox üstünlük verilməyə başlaması isə, peşəkar Amerika futbolunu kollec futbolundan ayırmağa başlamışdı. Ümumiyyətlə, futbolun yayılması 1958-ci ildə keçirilən MFL Çempionatı oyunundan sonra getdikcə daha da populyarlaşdı, Baltimore Colts və New York Giants arasında hələ də "Tarixin oynanmış ən yaxşı Amerikan futbolu matçı" olaraq adlandırılır. Coltsun, əlavə vaxtda, 23-17 hesabı ilə qələbəsi, milyonlarla televiziya tamaşaçısı tərəfindən izlənildi və bu idmanın populyarlığına böyük təsir göstərdi.[10][11]
Komandalar və mövqelər
redaktəHər biri 11 oyunçudan ibarət iki komanda arasında futbol oyunu keçirilir. Meydanda daha çox oyunçunun olması penalti ilə cəzalandırılır. Başlanğıcda komandalar oyun arasında istədikləri qədər oyunçu əvəz edə bilir.[12]
Futbol oyununda fərdi oyunçular 1 ilə 99 arasında vahid bir nömrə ilə təyin olunmalıdır.
İstinadlar
redaktə- ↑ "Gridiron" Arxiv surəti 7 noyabr 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib noyabr 7, 2017, at the Wayback Machine, MacMillan Dictionary
- ↑ gridiron football (sport) // Britannica Online Encyclopedia. britannica.com. iyun 14, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 13, 2010.
- ↑ Geoghegan, Tim. "'In the six' and football's other strange Americanisms". BBC News. may 27, 2013. iyun 9, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 28, 2013.
- ↑ "The basics of rugby union". BBC. sentyabr 2005. mart 1, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: aprel 19, 2014.
- ↑ "Rutgers – The Birthplace of Intercollegiate Football". Rutgers University. September 24, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2012.
- ↑ "History- May 14, 1874 How Canada created American football". rcinet.ca. oktyabr 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 8, 2018.
- ↑ "This Date in History: First football game was May 14, 1874". mcgill.ca. iyun 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 8, 2018.
- ↑ Huntsdale, Justin. "Living off the grid: American football in coastal Australia". Australian Broadcasting Company. iyun 13, 2012. oktyabr 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 28, 2013.
- ↑ Dickson, James David. "The innovator". Michigan Today. July 14, 2010. October 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 7, 2012.
- ↑ Wojciechowski, Jean. "Presidents get playoff plan right". ESPN.com. iyun 26, 2012. may 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: mart 20, 2013.
- ↑ Russo, Ralph D. "NCAA College Football Playoff pits powerhouses Ohio State and Oregon". Toronto Star. yanvar 2, 2015. yanvar 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: yanvar 16, 2015.
- ↑ Fox, Ashley. "Meet Sarah Thomas, NFL's first female official". ESPN.com (ingilis). April 17, 2015. August 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2021.