Antverpen - Wikipedia
Antverpen (nid. ⓘ, fr. Anvers) — Belçikanın şimalında şəhər. Atverpen əyalətinin inzibati mərkəzi. İri nəqliyyat qovşağı. Şelda çayı və Albert kanalı sahilindədir. AES var. Əhalisi 461 min (2006). Ən böyük dəniz limanlarından biri olan Antverpendə 173 millətin nümayəndəsi yaşayır. Avropada yük dövriyyəsinə görə (2002-ci ildə 132 mln. t) 2-ci (Rotterdamdan sonra), konteyner daşınmalarına görə 3-cü (Rotterdam və Hamburqdan sonra) yerdədir. Yüklərin yarısını kömür, filiz, gübrə, 1/3-ni neft və neft məhsulları təşkil edir. Yüklərin 40%-ə yaxını tranzitdir. Beynəlxalq aeroportu var. Antverpen Avropa əhəmiyyətli sənaye, nəqliyyat və ticarət-maliyyə mərkəzidir. Sənayesinin əsasını idxal edilən xammalların emalı təşkil edir. Qərbi Avropanın ən böyük kimya və neft-kimya (“Bayer”, “BASF” şirkətləri), kinofotoplyonka (Mortseldə “Aqfa-Gevard” şirkəti) mərkəzlərindəndir. Neft emalı, gəmiqayırma, əlvan metallurgiya, avtomobil (“Ceneral motors” z-du) və traktor yığma (“Ford traktor” z-du), elektro -texnika və elektronika, almazlı qazıma alətlər istehsalı, ağac emalı, kağız və yeyinti sənayesinin iri milli mərkəzidir. Almaz cilalanmasının, brilyant ticarətinin və onların təkrar ixracının dünya mərkəzidir. [7]
Şəhər | |
Antverpen | |
---|---|
Antwerpen | |
51°13′16″ şm. e. 4°23′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | VII əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 7 m[4] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +32 3 |
Poçt indeksi | 2000[6], 2018[6], 2020, 2030, 2040, 2050, 2060[6], 2100[6], 2140, 2170, 2180, 2600, 2610, 2660 |
Digər | |
antwerpen.be antwerpen.be/FR antwerpen.be/DE antwerpen.be/EN |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAntverpen haqqında ilk yazılı məlumat 726-cı ilə aiddir. Roma məskənlərinin yerində salınmışdır. 1008-ci ildən markqrafların iqamətgahı olmuş və təqribən 1100-ci ildə Brabant hersoqluğuna birləşdirilmişdir. 1291-ci ildə şəhər hüququ almışdır. 1313-cü ildə Qanzanın tərkibində olan Antverpen İngiltərə ilə ticarətdə vasitəçi rolu oynamışdır. 1430-cı ildən Burqundiya hersoqluğunun, 1477-ci ildən isə Habsburqların hakimiyyətinə keçmişdir. 12-ci əsrdən sənətkarlıq və ticarətin mərkəzi kimi inkişaf etmiş, 16-cı əsrin ortalarında dünya əhəmiyyətli ticarət və kredit mərkəzinə, həmçinin Avropanın ən varlı şəhərinə çevrilmişdir. Antverpendə İspaniya, Portuqaliya, Almaniya, İngiltərə, İtaliya və s. tacirlərinin kontorları yerləşirdi. Niderland burjua inqilabı (16-cı əsr) zamanı kəskin siyasi mübarizə meydanına çevrilmişdir. 1576-cı ildə ispan qoşunları Antverpeni talan etmişlər. 1579-cı ildə Utrext uniyasına birləşdirilmişdi. 1585-ci ilin avqustunda ispanlar tərəfindən yenidən zəbt olunmuşdur. İspaniya ağalığı, 1609-cı ildə Şelda çayı mənsəbinin hollandlar tərəfindən mühasirəyə alınması, sonralar isə Vestfal sülhü (1648) şərtləri Antverpenin iqtisadi əhəmiyyətinin itirilməsinə gətirib çıxardı. 1815–30-cu illərdə Niderland Krallığı, 1830-cu ildən Belçika Krallığı tərkibində idi. Belçika Niderlanddan Şelda çayında ticarət aparmaq hüququnu satın aldıqdan sonra (1863) Antverpen yenidən dirçəldi və iri ticarət mərkəzinə çevrildi. Antverpen, həmçinin mühüm hərbi qala idi. Birinci və İkinci dünya müharibələri dövründə şəhər Almaniya tərəfindən işğala məruz qalmışdır. Şelda çayı Antverpeni iki hissəyə bölür; şəhərin hər iki hissəsini çayın altından keçən tunellər birləşdirir.
Mədəniyyəti
redaktəAntverpenin qədim hissəsində qotik kilsə (1352–1616), intibah dövrünə aid ratuşa binası (1561–65, memar K. Floris) və patrisi evləri (16-cı əsr), barokko üslubunda kilsə (1614–21), kral sarayı (1743–45) və s. var. 20-ci əsrdə Antverpendə çoxmərtəbəli “Torengebau” binası (1930–31), aeroport (1931), Kil (1950 –55), Lüxtbal (1955) və s. yaşayış kompleksləri tikilmişdir. Antverpendə Kral İncəsənət Muzeyi (1810-cu ildə əsası qoyulmuşdur), P.P. Rubensin ev-muzeyi (təqr. 1610–18-ci illərdə tikilmişdir), Qotik kilsə (14–16-cı əsrlər) və s. var. İncəsənət akademiyası, flamand rəssamlıq qalereyası, konservatoriya və s. var.
Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər
redaktə- 1920-ci ildə 7-ci Yay Olimpiya oyunları burada keçirilmişdir.[8]
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Global LEI index.
- ↑ https://bestat.statbel.fgov.be/bestat/crosstable.xhtml?view=98d704f1-0a0a-40ee-8945-dd5453eddd7c.
- ↑ GeoNames (ing.). 2005.
- ↑ https://www.ibz.rrn.fgov.be/fileadmin/user_upload/fr/pop/statistiques/population-bevolking-20230101.pdf.
- ↑ 1 2 3 4 Crossroad Bank of Enterprises.
- ↑ AzərTAc. "Avropanın almaz şəhəri –Antverpen" (az.). Youtube.com. 02.01.2017. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-02.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 564 – 565. ISBN 978-9952-441-02-4.