Araukanlar - Wikipedia
Araukanlar və ya Mapuçe (özlərini hərfi mənası "torpağın adamları" olan mapuche adlandırırlar) — Çilidə və Argentinada yaşayan hindu xalqı.
Çilidə yaşayan araukanlı qadın | ||||||
Özünüadlandırma | ||||||
---|---|---|---|---|---|---|
Mapuçe | ||||||
Ümumi sayı | ||||||
1,5 milyon | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dili | ||||||
Dini | ||||||
katolisizm, ənənəvi inanclar |
Müxtəlif hesablamalara görə sayları 1,5 milyon (1,3 milyon Çilidə və 200 min Argentinada) nəfərdir.
Təcrid olunmuş araukan dilində danışırlar, çoxu ispan dilini bilir.
Araukanların böyük əksəriyyəti katolikdir, XX əsrin 90-cı illərindən başlayaraq ənənəvi kultlarını yenidən bərpa etməyə başlamışlar.
Etnonim
redaktəBu hindu xalqı "mapuçe" ilə müqayisədə "araukanlar" adı ilə daha çox tanınır. "Araukanlar" kəlməsinin bir neçə izahı mövcuddur. Birinci izaha görə, bu kəlmə keçua dilindəki "düşmən", "rəqib" mənalarını verən awqa kəlməsi ilə bu dildə cəm şəkilçisi olan -kuna şəkilçisinin (awqakuna — düşmənlər, rəqiblər) birləşməsindən yaranmışdır. Son variant olan araucano isə bu kəlmənin ispanların danışıq dilində qalmış formasıdır. İkinci izaha görə, kəlmə arauco kəlməsindən meydana gəlmişdir. Bu kəlmə ilə ispanlar mapuçelərin yaşadıqları əraziləri adlandırırdılar. Öz növbəsində "arauco" da — rag ko ("gilli su") kəliməsinin dəyişilmiş variantıdır.
Yayılma arealı
redaktəÇilidə araukanlar əsasən Bio-Bio və Rio-Bueno çayları arasında, Bio-Bio, Arauko, Malyeko, Kautin, Valdiviya, Osorno, Lyankiue, Çiloe, Argentinada isə Neuken, Buenos-Ayres, La-Pampa, Mendosa, Rio-Neqro, Çubut əyalətlərində yaşayırlar.
Araukanlar üç qrupa bölünür
- şimali araukanlar (pikunçe) — İtata çayından şimalda yaşamışlar,
- mərkəzi araukanlar (və ya müasir araukanlar (mapuçe)
- cənubi araukanlar (uilyiçe) — müasir Valdiviyadan cənubda yaşamışlar.
Tarixi
redaktəXVI-XVII əsrlərdə azsaylı pikunçelər ispanlar tərəfindən assimilyasiyaya məruz qaldılar. Assimilyasiya olunmayanlar ali başçının (toke) rəhbərliyi altında üç (XVIII əsrin əvvəllərindən dörd) birlikdən (vutanmapu — "böyük torpaq") ibarət ittifaq qurdular. Bu birliklərin hər birinə bir neçə qəbilə daxil idi və ona seçilmiş hərbi başçı rəhbərlik edirdi. XVII-XVIII əsrlərdə araukanlar Argentina ərazisinə soxuldular və puelçe ilə teuelçeləri assimilyasiyaya məruz qoydular (bu proses araukanlaşdırma da adlandırılır).
Santilyanın vergiləri
redaktəFernando de Santilyan məşhur Santilyan vergilərinin müəllifidir. 1558-ci ildə Çilidə toplanmağa başlanan bu vergilər ispanlar və araukanlar arasındakı münasibətləri tənzimləyən bir növ ilk qanunlar idi.
Mapuçe başçıları
redaktəTitul: mapu-toki (xalq başçısı).
- Miçimalonko (təx. 1535—1543)
- Ayyavila (təx. 1545—1549)
- Linkoyyan (1549—1553)
- Lautaro (1553—1557)
- Kaupolikan (1557—1558)
- Koloko (təx. 1570—1590)
- Pelantar (təx. 1598)
- Lyentur (təx. 1630)
XIX əsrə qədər müstəqil ərazi.
- Oreli-Antuan de Tunan (I Oreli-Antuan) (Araukaniyanın və Pataqoniyanın kralı 1861—1862, 1867—1871, ölüm: 1878).
1871 — Çili və Argentina arasında bölünmə.
- Araukaniyada əmin-amanlıq
Tarixi
redaktəAraukanları təşkil edən başlıca qruplar pinunçelər, mapuçelər, huilliçelər, pehuençelər və puelçelərdir. Yarıköçəri həyat tərzi keçirən və primitiv əkinçiliklə məşğul olan araukanlar, daha yaxşı savaşa bilmək üçün bəzi texnikalarını mənimsədikləri ispanlara qarşı çıxmış və 1553-cü ildə konkistador Valdiviyanı məğlub edib öldürmüşlər. Bu hadisəni XVI əsrdə Alonso de Erkilla "Araucana" adlı eposvari şeiriylə ölümsüzləşdirmişdir. Valdiviyanın yerinə keçən Qarsiya Hurdato de Mendoza bir müddət araukanları müdafiəyə çəkilməyə məcbur edə bilmişdir. Amma 1598-ci ildə araukanlar yeni üsyan qaldıraraq ispanları Bio-Bionun şimalına qovmuşlar. O tarixdən başlayaraq, təxminən iki yüz il müddətində müstəmləkə olan Çilinin şimalında kiçik fasilələrlə araukanlarla toqquşmalar baş vermişdir. Müstəmləkəçilər dəmiryolları vasitəsilə çox sayda əcnəbini bölgəyə yerləşdirmiş, bu proses XIX əsrin ikinci yarısında araukanların birdəfəlik məğlub edilməsinə qədər davam etmişdir.
Hazırda hərbi idarəçilik sisteminə bənzər bir sistemlə idarə olunan, bir liderin bir neçə kəndə rəhbərlik etdiyi araukanlar əsasən lama yetişdirir, ovçuluq, balıqçılıq, meyvəçilik və sənətkarlıqla (çömləkçilik, səbətçilik, toxumaçılıq, dəri və ağaç emalı) məşğul olur, bunlardan əldə etdikləri məhsullarla həyatlarını təmin edirlər. Mərkəzi Çili kökənli olan araukanlar And dağlarının iki yamacı üzərində, xüsusilə də Argentina tərəfində (burada atçılıqla məşğul olurlar) yaşayırlar. Araukanlar Çilidə onlar üçün xüsusi ayrılmış torpaqlarda yaşayırlar və çilili kəndlilərdən sadəcə bəzi adət-ənənələrinə, dini mərasimlərinə görə fərqlənən kiçik kəndli icmalarında birləşiblər.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Берёзкин Ю. Е. Этническая история Чили // Этнические процессы в странах Южной Америки. М., 1981. С. 223-61.
- Берёзкин Ю. Е. Арауканы // Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1999. С. 54-55.
- Cooper J. The Araucanians // Steward J.H. (Ed.) Handbook of South American Indians. Vol. 2. N.Y., 1963.
- Dowling Desmadryl J. Religión, chamanismo y mitología Mapuche. Santiago, 1973;
- Steward J.H., Faron L.C. Native Peoples of South America. N.Y., etc. 1959;
Xarici keçidlər
redaktə- Mapuçelər haqqında məqalə (rus.)
- А индианише мамэ. (rus.) booknik.ru saytında (rus.)
- Mapuche International Link official website (ing.) (isp.)
- Mapuche-nation.org (ing.)
- Mapuçe: "Çilinin toxumları" (rus.)