Azerbaycanciliq - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Azərbaycan milliyətçiliyi və ya Azərbaycançılıq — Azərbaycanlıların millət olmasının iddiası və azərbaycanlıların mədəni birliyinin təbliğ fikridir. Azərbaycanda millətçiliyin formalaşması prosesi XIX əsrin ikinci yarısından başlamışdır. Azərbaycançılıq fikirlərini əsasən XX əsrin başlanğıcında Azərbaycanın ideoloqları, qurucuları müəyyənləşdirmiş və bu fikirlərin nəticəsi olaraq Azərbaycan xalqları ilə birgə Azərbaycan Xalq Cümhuriyyəti adında dövlət qurmuşlar. Azərbaycanda millətçilik məzmunu və əhəmiyyətinə görə liberal millətçilik olmuşdur. Bunu Azərbaycan Xalq Cümhuriyyətinin xarici və daxili siyasətində aydın görmək olardı. Onun daxili siyasəti şəxsiyyətin azadlığı, bərabərlik, həmrəylik və plüralizm prinsiplərinə əsaslanırdı.
Azərbaycan milliyətçiliyinin ideologiyası
redaktəAzərbaycançılıq fikirlərini əsasən XX əsrin başlanğıcında Azərbaycanın ideoloqları, qurucuları müəyyənləşdirmiş və bu fikirlərin nəticəsi olaraq Azərbaycan xalqları ilə birgə Azərbaycan Cümhuriyyəti adında dövlət qurmuşlar.[1] Filosof Etibar Nəcəfova görə, Rusiya imperiyasına qarşı Azərbaycan xalqının mübarizəsi Azərbaycanda millətçiliyin əsas hərəkətverici qüvvəsi idi.[2] Bundan əlavə, filosofun fikrincə, mütərəqqi rus və avropalı nəzəriyyəçi və dövlət xadimlərinin ideyaları Azərbaycanda millətçiliyin formalaşması prosesinə cox böyük təsir etmişdi.[2] Qeyd olunmalıdır ki, Azərbaycan millətçiliyinin təmsilçilərinin əksəriyyəti Rusiya və Avropada təhsil almışdılar.[2] Bundan başqa, onlardan bəziləri (Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə) Türkiyədə və İranda milli azadlıq hərəkatının fəal iştirakçıları olmuşdur.[2] Azərbaycanda millətçilik məzmunu və əhəmiyyətinə görə liberal millətçilik olmuşdur.[2] Bunu Azərbaycan Xalq Cümhuriyyətinin xarici və daxili siyasətində aydın görmək olardı. Onun daxili siyasəti şəxsiyyətin azadlığı, bərabərlik, həmrəylik və plüralizm prinsiplərinə əsaslanırdı.[2]
Tarixi
redaktəSovet dövründən əvvəl Azərbaycanda millətçilik
redaktəFilosof Etibar Nəcəfova görə, Azərbaycanda millətçiliyin formalaşması prosesi XIX əsrin ikinci yarısından başlamışdır.[2] Azərbaycanda millətçiliyin təşəkkül tapması və inkişafının əsas hərəkətverici qüvvəsi Azərbaycan xalqının milli, mədəni müstəqilliyi uğrunda mübarizəsi olmuşdur.[2] Ziya Göyalpa görə, şərq xalqları arasındakı milli hərəkatlar nəticə etibarilə üç mərhələdən keçir: mədəni, siyasi və iqtisadi.[2] Qeyd olunmuş dövrləşməyə uyğun olaraq Azərbaycanda millətçilik ilk öncə özünü mədəni hərəkat kimi göstərmişdir.[2]
Mədəni millətçiliyin daşıyıcıları olan Azərbaycan ədəbiyyatı, incəsənəti və maarifçiliyinin görkəmli nümayəndələri Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov mədəni hərəkata başçılıq edirdilər.[2] Onlar Mirzə Fətəli Axundovun ənənəsini davam və inkişaf etdirərək xalqın nadanlığını, mövhumatçılığını, tərəqqiyə mane olan köhnə adətləri tənqid edir, şovinist Çar Rusiyasının milli siyasətini günahlandırırdılar.[2]
Azərbaycan maarifçilərinin əsas fəaliyyət istiqamətləri aşağıdakı kimi görünürdü: birinci, yeni öyrətmə üsuluna (üsul-i-cədid) əsaslanan milli məktəblərin açılması.[2] Bu üsul əhali arasında savadsızlığın aradan götürülməsi, dünyəvi və milli təhsilin tətbiq edilməsinə yönəldilmişdi; ikinci, dil və əlifba islahatı uğrunda mübarizə.[2] Bu mübarizə ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi ideyasına əsaslanırdı.[2] İlk dəfə bu ideya 19-cu əsrin birinci yarısında Mirzə Fətəli Axundov tərəfindən irəli sürülmüşdür.[2] Dil islahatına gəldikdə, o, canlı xalq dili əsasında Azərbaycan ədəbi dilinin formalaşmasına yönəldilmişdi.[2] Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov və başqaları bu ideyanın təsiri altında öz əsərlərini adi adamların başa düşdüyü dildə yazmışdılar.[2] Azərbaycan maarifçilərinin cəhdləri ədəbi Azərbaycan dilinin formalaşması və inkişafını irəli aparmışdı, millətin mədəni dirçəlişinə xidmət edirdi; üçüncü, milli kitabxanaların və oxu zallarının açılması.[2] Azərbaycanda ilk oxu zalı Bakıda Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə tərəfindən açılmışdır.[2] O kitabxanalarda və oxu zallarında çar hökumətinin qadağan etdiyi bəzi kitablar var idi.[2] Oxucular arasında belə kitablar çox sevilirdi; dördüncü, "Nicat", "Sara", "Ədəb yurdu" və "Cəmiyyəti-Xeyriyyə" kimi xeyriyyə təşkilatlarının fəaliyyəti.[2] Onlar varlı adamların ianələri hesabına maliyyələşdirilirdi, milli qəzet və jurnallara, Avropada təhsil alan azərbaycanlı tələbələrə də yardımlar edirdilər; beşinci, qəzet və jurnalların buraxılması.[2] Azərbaycan maarifçiliyinin təmsilçiləri qəzet və jurnalları, milli və mədəni intibaha aid ideyaların yayılması üçün təsirli vasitə hesab edirdilər.[2] XX əsrin əvvəlində "Həyat", "Yeni həyat", "Füyuzat", "İrşad", "Tərəqqi" kimi qəzet və jurnallar Azərbaycan xalqının milli şüurunun inkişafında çox mühüm rol oynamışdır.[2]
Beləliklə, ədəbiyyat və maarifçilik təmsilçilərinin səylərinə görə Azərbaycanda millətçilik mədəni hərəkat kimi öz tarixi vəzifəsini yerinə yetirdi. Nəticə etibarilə Azərbaycan xalqı öz mədəni və etnik birliyindən hali oldu.[2]
Azərbaycanda millətçiliyin mədəni hərəkatdan siyasi hərəkata çevrilməsi Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və Məhəmməd Əmin Rəsulzadə kimi görkəmli Azərbaycan ziyalılarının nəzəri və siyasi fəaliyyəti ilə bağlıdır.[2] İlk dəfə onlar Azərbaycan xalqının sosial-siyasi hüquqlarının üstündə durmağa başladılar.[2] Bu məqsədlə onlar bütün qanuni yollardan istifadə edirdilər: çara petisiyalar yazır, ali hökumət rəsmiləri ilə görüşür, Rusiya müsəlmanlarının qurultaylarını çağırır, habelə parlamentdə (Dumada) fəal iştirak edirdilər.[2] Dövlət Dumasında Azərbaycan nümayəndəliyinin fəallığı artmışdı.[2] 1905-ci ilin aprel ayında Azərbaycan nümayəndəliyi Dumada baxılması üçün "Rusiyanın müsəlman əhalisinin səlahiyyətli nümayəndələrinin adından" adlı petisiyanı hazırlayıb təqdim etdi.[2] Petisiya Əlimərdan bəy Topçubaşov tərəfindən yazılmışdı.[2] Dilarə Seyidzadənin dediyi kimi:
Petisiyanin əhəmiyyəti çara Azərbaycan xalqı tərəfindən təqdim edilmiş ilk proqram sənədi olmuşdu. Gələcəkdə ondan müxtəlif inzibati qurumlara çağırışlar etmək üçün bir əsas kimi istifadə edilirdi.[2] |
Petisiya Rusiya müsəlmanlarına bərabər siyasi, vətəndaş, dini, mülki və mədəni hüquqların verilməsi zərurətini tələb edirdi.[2] Bundan başqa, Rusiyada feodal qalıqlarının aradan qaldırılması haqqında və demokratik cəmiyyətin qurulması barəsində yazılmışdı.[2] Petisiyanın çar hökuməti tərəfindən qəbul edilməməsinə baxmayaraq, o, Azərbaycanda siyasi millətçiliyin inkişaf səviyyəsini nümayiş etdirirdi.[2]
Siyasi millətçiliyin nümayəndələri fəaliyyətlərinin əvvəlində millətçi ideyaları, xüsusən Azərbaycan xalqının türk birliyi barəsində ideyanı açıq surətdə təqdir edə bilmirdilər.[2] Bu o faktla izah edilirdi ki, azərbaycanlılar özlərini dini xüsusiyyətlərinə görə eyniləşdirir, özlərini müsəlman hesab edirdilər.[2] Onlar öz etnik birliyini anlamırdılar.[2] Əslində, Azərbaycanda siyasi millətçiliyin təmsilçiləri islampərəstliyi milli azadlıq hərəkatı yolunda böyük bir maneə hesab edirdilər.[2] Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərindən biri Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi:
Tarixi təcrübə göstərir ki, bir tərəfdən dini və ruhani irticaçı hərəkatına dəstək vermək, digər tərəfdən müsəlman aləmində milli ideologiyanın formalaşmasına maneə olmaq müsəlman xalqlarının müstəqilliyinə yol vermir. Biz gərək bütün müsəlman dünyasında milli şüurun inkişaf prosesini gücləndirək, çünki milli mənliyin formalaşması sosial tərəqqinin səbəbi və milli müstəqilliyin əsasıdır.[2] |
Zamanla siyasi millətçiliyin təmsilçiləri millətçi pan-türkist ideyasını təbliq etməyə başladılar.[2] Əvvəlcə bu, bütün türk xalqlarının birləşməsi və birləşmiş türk dövlətinin qurulması kimi romantik bir ideya – "Turan" ideyası idi.[2] XX əsrin əvvəlində azərbaycanlıların əksəriyyəti Azərbaycanın Türkiyə ilə birləşməsini istəyirdi.[2] Onlar bu siyasi birləşməni Rusiya hökmranlığından xilas olmaq vasitəsi hesab edirdilər.[2] 1918-ci ilin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin siyasi rəhbərlərindən biri Nağı Şeyxzamanlı öz xatirələrində qeyd edirdi ki, Azərbaycan xalqının siyasi müstəqilliyinin bəyan olunması üçün çox əlverişli şərait yaranmasına baxmayaraq, onlar Azərbaycanın siyasi müstəqilliyi ideyasını qəbul etmədilər.[2] Lakin siyasi millətçiliyin əksər liderləri bütün türk xalqlarının siyasi vahidliyi barəsində romantik ideyanı rədd edirdilər.[2] Onlar azərbaycançılıq adlanan yeni milli-siyasi bir ideyanı irəli sürdülər. Azərbaycançılıq ideyası türkçülüyün konkret tarixi forması idi.[2] O, Azərbaycan xalqının ictimai, iqtisadi, siyasi və mədəni inkişafının xüsusiyyətlərini ifadə edirdi və onların rifahının inkişafına yönəldilmişdi.[2] Azərbaycançılığın nəzəri əsası üç istiqamətdə – türkləşmə, İslamlaşma və müasirləşmədə idi.[2] Bu ideya Əli bəy Hüseynzadə tərəfindən onun "Həyat" jurnalında 1905-ci ildə irəli sürülmüşdü.[2] Əli bəy Hüseynzadə Azərbaycan millətçiliyi nümayəndələrindən fərqli olaraq, azərbaycançılıqla türkçülüyü əlaqələndirməyə, ümumtürk miqyasını, yaxud kontekstini hər bir türk xalqının tərəqqisinin etnososial məkanı olaraq qəbul etməyə çalışır, gələcəyə mütəşəkkil şəkildə məhz "genotip"dən getməyin mümkünlüyünü deyirdi.[3]
Sonralar bu ideya Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi doktrinası olmuş və respublikanın üçrəngli bayrağında öz rəmzi ifadəsini tapmışdır. 1918-ci ilin mart ayına kimi azərbaycançılıq ideyasının tərəfdarları federativizm mövqeyində olmuşdular.[2] Onlar hesab edirdilər ki, Azərbaycan və Rusiya arasındakı münasibət federativizm prinsipi əsasında olmalıdır. Lakin bolşeviklərin erməni silahlı qüvvələri ilə birləşərək 1918-ci il Mart soyqırımı zamanı Bakı və Şamaxıda Azərbaycan əhalisini qətlə yetirməsindən sonra Azərbaycan milli azadlıq hərəkatının rəhbərləri federativizm ideyasını rədd etdilər.[2] Onlar azərbaycançılıq ideyasını Azərbaycanın siyasi müstəqilliyinə nail olmasına yönəltdilər.[2] 1918-ci il mayın 28-də bütün müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi:
AXC din bünövrəsi üstündə yaradılmış, başqa türk dövlətlərindən fərqli olaraq milli mədəni özünü təyinetmə, türk milli və demokratik pirinsipi əsasında qurulur.[2] |
AXC-nin qurulması Azərbaycanda siyasi millətçiliyin inkişafında yeni mərhələ olmuşdur. O, Azərbaycanda millətçiliyin ən ali üçüncü mərhələsi – iqtisadi mərhələsinə keçmək üçün bütün labüd şəraitləri hazırlamışdı.[2] Lakin 1920-ci ilin aprel ayının 28-də Azərbaycanın bolşevik işğalı ilə bu keçid dayandırılmışdır.[2] Artıq qeyd etdiyimiz kimi, bütün xalqların ictimai inkişafında obyektiv və labüd mərhələ olan Azərbaycanda millətçiliyin tarixi inkişafı Sovet basqını ilə müvvəqqəti olaraq dayandırılmışdır.[2]
Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı və burada Sovet hakimiyyətinin qurulması Azərbaycanda millətçiliyin inkişafını dayandırdı.[2] Milli şüurun formalaşması prosesi başa çatmadı.[2] Azərbaycanın 1991-ci il oktyabr ayının 18-nə qədər davam etmiş tarixinin Sovet düvrü yeni tarixi mərhələ təşkil edir.[2]
Sovet dövründə Azərbaycanda millətçilik
redaktəSovet dövrü ərzində Azərbaycan xalqının milli mədəni dəyərləri Sovet sivilizasiyasının dəyərlərinin birbaşa təsiri altında olmuşdur. Planlı iqtisadiyyat, Kommunist Partiyasının hökmranlığı əsasında birpartiyalı siyasi sistem, bazar münasibətlərinin ləğvi, qeyri-rus xalqların mədəni irsinin tədricən dağıdılması kommunist sivilizasiyasının əsas dəyərləri idi. Bu dəyərlər marksist-leninçi ideologiya əsasında qurulmuşdu və ictimai inkişafın obyektiv istiqaməti ilə ziddiyyət təşkil edirdi. Buna görə kommunist sivilizasiyasının dəyərləri süni idi. Kommunist sivilizasiyasının dəyərləri həmçinin Azərbaycan xalqının milli dəyərlərinə də zidd idi. Kommunist sivilizasiyası və milli mədəniyyət arasında olan münasibətlər Sovet hökumətinin milli siyasəti ilə tənzimlənirdi. Bu siyasət Sovet tarixinin əvvəlində (1920-ci illər) korenizasiya (yerliləşdirmə) prinsiplərinə əsaslanırdı. Korenizasiya siyasəti qismən yerli millətçiliyi irəli sürürdü. Tadeuş Svyatixovskiyə görə, "Sovet millətinin yaradılması üzrə fəaliyyətin ən gözəçarpan aspekti 1923-cü ildən sonra korenizasiya (yerliləşdirmə) siyasəti idi. Bu, sadəcə olaraq, yerlilərin partiya və hökumətdə yüksək vəzifələrə çəkilməsinə qədər qalxırdı. Korenizasiya həm də qeyri-rus dillərinin rus dili ilə bərabərliyinə çağırırdı və millətlərin Sovet idarəçiliyi ilə barışmasına çəhd edirdi". Korenizasiyaya görə Azərbaycan ziyalılarının əksəriyyəti Sovet hakimiyyətini, Sovet hökumətinin milli siyasətini dəstəkləyirdi. Onlar korenizasiyanın yaratdığı əlverişli şəraitdən milli təhsilin, milli dilin, ədəbiyyat və incəsənətin inkişafı üçün istifadə edirdilər. Lakin 1930-cu illərin ortalarında Sovet milli siyasəti öz həqiqi simasını göstərdi. O, milli mədəniyyəti və millətçiliyin bütün təzahürlərini sıxışdırmağa başladı. Yerli millətçiliyin dağıdılması rus şovinizminin artması ilə müşayiət edilirdi. Rus kommunistləri totalitar dövlətin gücündən sui-istifadə edirdi. Onlar cəmiyyətin bütün sahələrində ruslaşdırma siyasətini fəal surətdə aparırdılar. Rus kommunistlərinin bəzi demokratik və beynəlxalq şüarlarla, habelə özünüidarəetmə və mədəni muxtariyyatın bəzi növlərini milli regionlara verməklə öz milli siyasətinin mahiyyətini maskalamağa müvəffəq olmalarına baxmayaraq, Sovet İttifaqının necəliyindən asılı olmayaraq, onun milli siyasəti totalitar millətçilikdən başqa bir şey deyildi. Halbuki, Sovet İttifaqı federativ dövlət, xalqların öz müqəddəratını təyinetmə pirinsipləri əsasında qurulmuşdu. Lakin 1930-cu ilin əvvəlinə qədər milli məsələnin demokratik həlli ilə bağlı bütün əsas ideyalar ya nəzərə alınmırdı, ya da sinfi mübarizə ideyaları ilə əvəz olunurdu.
Sovet milli siyasətinin əsas məsələlərindən biri bütün milli regionların siyasi, iqtisadi, ictimai və mədəni sahələrində islahatların həyata keçirilməsi idi. Geridə qalmış milli regionlar öz ictimai-iqtisadi, siyasi və mədəni inkişafında bu islahatlarla əsl tərəqqiyə nail oldular. Bu islahatlar bir tərəfdən milli regionlarda Sovet hakimiyyətini möhkəmləndirmiş, ruslaşdırma prosesini irəli sürmüşdü, digər tərəfdən, yerli millətçilik təhlükəsini aradan götürmüşdü. Totalitar dövlət cəmiyyətin bütün sahələrində ruslaşdırma siyasəti aparmaq üçün çox əlverişli şərait yaratmışdı. Siyasi sahədə ruslaşdırma əlamətləri Rusiya (mərkəz) ilə qeyri-rus respublikaları arasındakı münasibətlərdə görünürdü. Hökumətin yerli orqanları mərkəzin nəzarəti altında idi. Milli maraqları müdafiə edən hər hansı bir təşkilatın fəaliyyəti qadağan olunmuşdu. İqtisadi sahədə ruslaşdırma siyasətinin əlamətləri iqtisadiyyatın mərkəzləşməsində və şəxsi mülkiyyətin qadağan olunmasında görünürdü. Bu əlamətlər milli regionların maraqlarını nəzərə almırdı və onların iqtisadi potensiallarının qabağını alırdı. Mərkəzləşmiş idarəçilik respublikalar arasında sərt əmək bölgüsü əsasında qurulmuş SSRİ-nin birləşdirilmiş iqtisadi kompleksinin işləməsini təmin edirdi. Milli regionların bir-birindən və Rusiyadan asılılığını saxlamaq üçün mərkəz elə müəssisələr qurmuşdu ki, onların işləməsi başqa regionlarda yerləşdirilmiş müəssisələrin işləməsindən asılı idi. Buna görə milli regionları iqtisadi yolla bir-birinə bağlayaraq birləşdirilmiş iqtisadi kompleks totalitar dövlətin iqtisadi bazası kimi xidmət edirdi.
Mədəni sahədə ruslaşdırma siyasətinin həyata keçirilməsi başqa proseslərdən daha çətin olmuşdur. Bu onunla izah olunur ki, mədəni sahə adamların daxili aləmi, tarixi ənənələri, milli və mənəvi dəyərləri ilə sıx bağlıdır. Bu sahədə ruslaşdırmanın uğur qazanması cəmiyyətin başqa sahələrində onun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə təsir edə bilərdi. Yerli millətçiliyin qabağını almaq üçün Sovet İttifaqı Kommunist Partiyası və Sovet hökuməti milli mədəniyyətlərin bünövrələrini tədricən dağıdır, milli şüurun formalaşması prosesinə maneə törədirdi. Sovet Rusiyası öz ruslaşdırma siyasətində Çar Rusiyasını da üstələdi. Aşağıdakı fakta diqqət yetirək: rus missioneri prof. Nikolay İlminski tərəfindən 19-cu əsrdə türk xalqlarının ruslaşdırma metodu 1930-cu illərdə həyata keçirildi. Bu metoda uyğun olaraq türk dillərinin əlifbası rus əlifbasına uyğunlaşdırılıb, bunların hər biri ayrı yerli dil hesab edilirdi. Bu təcrübə türk xalqları arasında Azərbaycan, özbək, qırğız, türkmən və s. müxtəlif ədəbi dillərin formalaşmasına gətirib çıxarırdı. Beləliklə, türk xalqları kiril əlifbasını qəbul etməyə məcbur oldular.
Ruslaşdırma siyasəti Azərbaycan ziyalılarının görkəmli təmsilçilərinin müəyyən müqaviməti ilə qarşılaşmışdı. Bu müqavimət milli mədəniyyət ilə kommunist sivilizasiyası arasında toqquşma hesab oluna bilər. Sovet hökuməti həmin müqaviməti 1930-cu illərin axırında böyük terrorla qarşıladı. Azərbaycan ziyalılarının əksəriyyəti fiziki cəhətdən məhv edildi.
Beləliklə, Sov. İKP-nin və Sovet hökumətinin milli siyasəti, bir tərəfdən Azərbaycanda millətçiliyin təzahürlərinin sıxışdırılmasını, digər tərəfdən, rus şovinizminin inkişafını irəli sürürdü. Yuxarıda qeyd edildiyi kimi, milli mədəni dəyərlər kommunist sivilizasiyası ilə ziddiyyət təşkil edirdi. Buna görə kommunist sivilizasiyasının dəyərləri inzibati üsullarla tətbiq edilirdi. Belə bir nüfuzetmə yolu ilə milli mədəni dəyərlərin daxilində yeni dəyərlər sistemi təşkil olunurdu. Bu submədəni dəyərlər sistemi idi. Submədəni dəyərlər insan qruplarının həyatında müəyyən rol oynayırdı. Lakin kommunist sivilizasiyasının əlavə məhsulu kimi submədəniyyət milli mədəni dəyərlərlə kommunist sivilizasiyası dəyərləri arasındakı ziddiyyəti məhv edə bilmədi. Bu ziddiyyət Azərbaycanda millətçiliyin formalaşması üçün əsas səbəblərdən biri idi. Milli mədəniyyətin əsas formalarından biri olan millətçiliyin kommunizmdən daha güclü qüvvə olduğu məlum oldu. Bu ziddiyyətdən başqa, aşağıdakı iki amil Azərbaycanda millətçiliyin dirçəlişinə səbəb olmuşdur: birinci, yuxarıda deyildiyi kimi, millətçilik bütün xalqların ictimai inkişafında obyektiv və labüd mərhələdir. O, müvəqqəti olaraq dayandırıla bilər. Millətçilik milli mədəni dəyərlərə əsaslanır. Milli mədəni dəyərlər dedikdə, vətənə, millətə, onun mədəniyyəti və tarixi keçmişinə sadiqliyi nəzərdə tutulur. Bu dəyərlər fərdləri şəxsiyyətə çevirir, milli dövlətin qurulmasını irəli sürür. Tarixə görə, milli mədəni dəyərlər böhran dövründə, xüsusilə bu dəyərlər assimilyasiya təhlükəsində olarkən öz təsirini göstərir; ikinci, Azərbaycan xalqı xarici hökmranlıq altında olmuşdur, onun milli müstəqilliyi yox idi. Bu fakt həmçinin Azərbaycanda milli azadlıq hərəkatının inkişafı üçün əlverişli şərait yaratmışdı. Lakin rus şovinizminin Sovet totalitar sistemi bu imkanın həyata keçməsi yolunda əsas maneə idi.
Cənubi Azərbaycanda millətçilik
redaktəXX əsrdə Güney Azərbaycanda sonu məğlubiyyətlə nəticələnən inqilabların məğlubiyyət səbəblərindən biri kimi ruhani təməli olmadan güney azərbaycanlıların sosial-demokratiyaya uymalarını, Ümumiran hərəkatına qulluq etdiklərini göstərirdi.[4] Pişəvəri hərəkatında bu ideya olsa da, Seyid Cəfər Pişəvərinin ölümü, onun ideyalarını reallaşmasına imkan vermədi.[4] Nəticə də, Güney Azərbaycan ideyası kommunizm və sosializm ideyası ilə bir yerdə verilirdi, müstəqil Azərbaycan yox idi.[4] 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi ortaya çıxana qədər Cənubi Azərbaycanda milliyətçilik düşüncələri siyasi güc əldə edə və siyasi axımlara təsir edə bilmək istəyi yönündə şəkillənmişdi.[5] Filosof Asif Atanın sözlərinə görə:
Cənubi Azərbaycan millətçiliyi o deməkdir ki, İranın daxilində, İran ölkəsinin içində bir dünya var — Cənubi Azərbaycan milləti adlanan dünya. O, dünyanın öz dili var, öz mədəniyyəti var, öz ənənəsi var. Və o dünyaya qarşı İran adlanan, İran dövləti adlanan yağı var. Millətçilik, Cənubi Azərbaycan millətçiliyi — Azərbaycançılığın dərkidir. Dünyamızı əlimizdən alıblar, dünyamızı özümüzə qaytarmalıyıq. Cənubi Azərbaycan millətçiliyi budur...[4] |
Postsovet Azərbaycanda millətçilik
redaktə1980-ci illərin əvvəlinə yaxın Sovet totalitar sistemi çürümə prosesini yaşayırdı. Bu onun sosial-iqtisadi göstəricilərə görə inkişaf etmiş dövlətlərdən geridə qalmasında özünü göstərirdi. "Qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasəti SSRİ-nin iqtisadi xarakterini dəyişən kimi Sovet İmperiyasının dağılma prosesi sürətləndi. Başlanğıcda SSRİ-də milli azadlıq hərəkatları mərkəz və milli respublikalar arasında münasibətlərin yeniləşməsinə yönəldilmişdi. Onlar həqiqi suverenlik, federal qanunlara qarşı milli respublikalardakı qanunlara üstünlük verilməsini tələb edirdilər. Bu iddialar milli potensiallardan qeyri-qənaətbəxş istifadə, ictimai-iqtisadi inkişafda milli marağın və həvəsin azalması, ətraf mühitin çirklənməsi və s. kimi arqumentlərlə əsaslandırılırdı. "Perestroyka"nın əlverişli şəraitlərindən bəziləri təcavüzkar məqsədlərə geniş imkan açır, o cümlədən onlar başqa respublikalara qarşı ərazi iddiaları ilə çıxış edirdilər. Erməni milli hərəkatı Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistana qatmaq kimi sərsəm bir ideya irəli sürmüşdü.[2]
Azərbaycanda millətçiliyin inkişafı 1980-ci illərin axırında Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistana qatılması barədə ermənilərin ərazi tələbləri ilə üz-üzə gəldi.[2] Bu hadisə Azərbaycan xalqının milli azadlıq hərəkatının yolunda ciddi bir maneəyə döndü.[2] Qarabağ problemi Azərbaycanda milli hərəkatı kütləvi hərəkata çevirdi.[2] Azərbaycanın ərazi bütövlüyünün qorunması, demək olar ki, Azərbaycan əhalisinin hamısını milli azadlıq hərəkatına qoşulmağa sövq etdi. Azərbaycanda milli azadlıq hərəkatı öz miqyasına görə keçmiş Sovet İttifaqında ən böyüyü olmuşdur. Qeyd olunmalıdır ki, Ermənistanın Azərbaycana olan ərazi iddiaları Azərbaycan xalqının milli şüurunun oyanması prosesini sürətləndirdi. Nəticə etibarilə, Azərbaycandakı millətçiliyi siyasi mərhələyə çıxartdı.[2] Lakin Azərbaycandakı millətçilik "üçüncü dünya"nın millətçiliyi kimi ciddi bir çatışmazlığa malik idi. Azərbaycandakı millətçilik kütləvi hərəkat olsa da, qeyri-iradi hərəkat olmuşdur.[2] Azərbaycan xalqının əksəriyyəti milli azadlıq hərəkatını Qarabağ probleminə yönəltdi. O dövrdə müstəqil və demokratik dövlətin qurulması, milli mədəni dəyərlərin irəli çəkilməsi kimi fundamental məqsədlər lazımınca dərk olunmurdu.[2]
Beləliklə, postsovet Azərbaycanda millətçiliyin inkişafı özünün əlverişsiz şəraitdə olduğunu gördü, çünki onun qarşısında iki problem var idi: birinci, Azərbaycanın ərazi bütövlüyünü erməni işğalından qorumaq; ikinci, Sovet İmperiyasına qarşı mübarizə aparıb Azərbaycanın siyasi müstəqilliyini bərpa etmək.[2] Bu məsələlərin həlli Azərbaycan xalqının kütləvi milli azadlıq hərəkatına rəhbərlik etmək və onu məqsədyönlü təşkil etmək üçün siyasi partiyanın yaradılmasını tələb edirdi.[2] Bu tarixi zərurətə cavab olaraq 1988-ci ilin sonunda Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradıldı.[2] AXC-nin yaradılması Azərbaycanda siyasi millətçiliyin daha da güclənməsinə işarə idi.[2] AXC qeyri-iradi xalq hərəkatını aparmağa və onu ölkənin son dərəcə mühüm problemlərinin həllinə yönəltməyə qadir olan bir qüvvə idi.[2] Lakin bəzi obyektiv (Azərbaycan xalqının milli şüurunun aşağı səviyyəsi; Azərbaycan xalqının milli azadlıq hərəkatını təcavüzkar bir hərəkat kimi təqdim etməyə çalışan xarici dövlətlərin məxfi xidmət orqanlarının təxribatçılıq fəaliyyəti; Rusiyanın Ermənistana göstərdiyi hərbi yardım) və subyektiv səbəblərə (Azərbaycanda milli hərəkatın nəzəri bazasının olmaması; AXC rəhbərlərinin əksəriyyətinin peşəkar keyfiyyətlərinin aşağı səviyyəsi; AXC daxilində parçalanma) görə AXC göstərilən tarixi vəzifələri həyata keçirməyi bacarmadı.[2] Daxili və xarici düşmən qüvvələr AXC-nin bacarıqsızlığından istifadə etdilər.[2] Azərbaycanda milli hərəkatı sıxışdırmaq üçün Sovet rəhbərliyi onu təcavüzkar bir hərəkat kimi qələmə verirdi.[2] 20 yanvar 1990-cı ildə Sovet qoşunları Bakıya daxil oldu və yüzdən çox mülki şəxsi qətlə yetirdi.[6] Mülki adamlara qarşı silahın tətbiqi Sovet rejiminin vəziyyətə nəzarət etməyə qadir olmadığı faktını üzə çıxartdı.[2] Bu əməliyyat nəinki Azərbaycandakı millətçiliyin inkişafını dayandıra bildi, əksinə, ona yeni bir təkan verdi.[2]
Azərbaycan parlamenti 1991-ci il oktyabr ayının 18-də "Azərbaycanın müstəqilliyinin bərpası haqqında" qanun qəbul etdi. Azərbaycanın siyasi müstəqilliyinin bəyan olunması Qarabağ problemini həll etmədi. Erməni silahlı qüvvələri Rusiyanın dəstəyi ilə Azərbaycan ərazisinin 20%-ni işğal etdi. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yarandı. Belə bir vəziyyətdə Azərbaycanda milli hərəkat hələ də qüvvədədir. Qeyd olunduğu kimi, əhalinin əksəriyyəti öz milli azadlıq hərəkatlnı Qarabağ böhranının həll olunmasına yönəldir. Azərbaycanın vəziyyəti xarici bir dövlətdən öz ərazi bütövlüyünü qorumaq məcburiyyətində olan bir dövlət üçün tipikdir. Oxşar hallarda "azadlıq" termini ictimai qurum daxilində milli müstəqillik mənasını kəsb etməyə başladı. İşğal olunmuş ərazilərin azad edilməsini təmin etmək bacarıqsızlığı Azərbaycanın siyasi rəhbərləri Əbdurrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin istefa verməsinin əsas səbəbi olmuşdur. Onların istefası Azərbaycan xalqının tələbi ilə olmuşdur. Qarabağ böhranını həll edə bilməmələrinə gəldikdə, bu bəzi dövlətlətin, ilk öncə Rusiyanın münaqişəyə müdaxilə etməsi ilə bağlı idi. Rusiya Azərbaycanın milli azadlıq hərəkatındakı əhəmiyyətini dərk edirdi. Ona görə də, o, Azərbaycanı əlində saxlamaq üçün bu problemdən istifadə edirdi. Azərbaycanda millətçiliyin iqtisadi mərhələsinə keçid dövlət müstəqilliyinin qurulmasından sonra başlandı. Hazırda Azərbaycandakı millətçiliyin iqtisadi mərhələsinin vəzifələri həyata keçirilir. Bunu ilk öncə Azərbaycanın təbii ehtiyatlara sahib olmaq hüquqlarının qaytarılmasında görmək olar. Bütün sənaye, kənd təsərrüfatı və başqa iqtisadi müəssisələr respublikanın əmlakı olmuşdur. Öz iqtisadi maraqlarını güdərək, Azərbaycan başqa dövlətlərlə yeni əlaqələr qurur, yeni qanunvericilik normalarını tətbiq edir və s. Lakin millətçiliyin siyasi mərhələsinin əsas vəzifəsi olan Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi hələ ki həll olunmayıb. Bu həll olunmamış məsələ Azərbaycanda millətçiliyin və milli azadlıq hərəkatının inkişafı yolunda çox boyük maneələr yaradır.
Azərbaycan milliyyətçi qrupları
redaktə1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu tərəfindən "Difai" adlı gizli bir cəmiyyət yaradılır.
Məqsədləri
redaktəQarabağ torpaqlarının qaytarılması
redaktəBütöv Azərbaycan
redaktəBütöv Azərbaycan[7] — hazırda azərbaycanlıların yaşadığı və tarixən əsasən azərbaycanlılar yaşamış ərazilərin birləşdirilməsini nəzərdə tutan irredentist ideya. Bütöv Azərbaycan ərazisinə indiki Azərbaycan Respublikası və tarixən azərbaycanlıların yaşadığı, indisə Ermənistan ərazisi olan Qərbi Azərbaycan tam şəkildə, İranın (Cənubi Azərbaycan), Gürcüstanın (Aşağı Kartli tam olaraq və Kaxetiyanın bir hissəsi), Rusiyanın (Dağıstanın cənubu) daxildir. Bütöv Azərbaycan ideyasının ideoloqlarından biri də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy hesab olunur.[8].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Əzizxanlı, Məmmədxan. "Azərbaycan millətçiliyi". www.azadliq.info. Azadlıq Radiosu. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 Nəcəfov, Etibar. "AZƏRBAYCAN MİLLİ AZADLIQ HƏRƏKATININ XÜSUSİYYƏTLƏRİ". elibrary.az. elibrary.az. İstifadə tarixi: 17 January 2016.[ölü keçid]
- ↑ "Millətin romantik mütəfəkkiri". www.dgtyb.org. www.dgtyb.org. İstifadə tarixi: 16 January 2016.[ölü keçid]
- ↑ 1 2 3 4 Fuad, Esmira. "Asif Ata və Güney Azərbaycan məsələsi". 525.az. 525-ci qəzet. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2016.
- ↑ Geray, Khalida. "Bu gün "21 Azər" hərəkatının 70 illiyidir". musavat.com. musavat.com. 22 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2016.
- ↑ "Şəhidlər Xiyabanı 25 il sonra — FOTOLAR". Ölkə.az saytı (az.). olke.az. 20.01.2015. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- ↑ "İKİ YÜZ İLİN FÜRSƏTİ - BÜTÖV AZƏRBAYCAN". 2012-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-16.
- ↑ Bütöv Azərbaycan Yolunda [ölü keçid]