Bipolyar Pozuntu - Wikipedia
Bu məqalə Bipolyar Pozuntu ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Bipolyar pozuntu — (bipolyar — bi — latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi "maniakal-depressiv pozuntu" adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla) qalır.[2]
Bipolyar pozuntu insanın əhval-ruhiyyəsinə, enerji səviyyəsinə və gündəlik funksiyalarına təsir edən ciddi bir psixi pozuntu vəziyyətidir. Bu pozuntu maniya (yüksək əhval-ruhiyyə və enerjinin çox olduğu dövrlər) və depressiya (aşağı əhval-ruhiyyə və enerjinin az olduğu dövrlər) epizodları ilə xarakterizə olunur.
Bipolyar pozuntunun iki əsas növü vardır: Bipolyar I və Bipolyar II. Bipolyar I pozuntusunda maniya epizodları daha şiddətli və uzunmüddətli olur. Bipolyar II pozuntusunda isə daha yüngül maniya epizodları (hipomaniya) və daha ciddi depressiya epizodları baş verir. Bu pozuntu müalicə edilə bilər və müalicə ilə insanların əhval-ruhiyyə dəyişikliklərini idarə etmələrinə və daha normal bir həyat sürmələrinə kömək edilə bilər.
Statistik məlumatlara əsasən, bipolyar pozuntu ilə xəstələnmək riski 1–1,5% təşkil edir. Qadınlar və kişilər arasında xəstələnmə halları demək olar ki, eynidir.[3]
Bipolyar pozuntunun tipləri və fazaları
redaktəBu xəstəlik bir qütbdən digər bir qütbə periodik olaraq dəyişir. Yəni bu o deməkdir ki, bu xəstəlikdən əziyyət çəkən insanlarda ani şəkildə ruh yüksəkliyi yarana bilər, enerjili ola bilər. Bu maniakal (hipomaniakal) fazada olur. Birdən isə ruh düşkünlüyü yarana bilər və hər şeyə depressiv yanaşa bilirsən.
Bipolyar pozuntu iki tipə bölünür:
- 1-ci tip bipolyar pozuntu-moniakal faza+depressiv faza
- 2-ci tip bipolyar pozuntu-hipomoniakal faza+depressiv faza
1-ci tip moniakal fazada (maniya) insan yüksək dərəcədə əhval ruhiyyədə olur. Və hər şeyin, hər işin öhdəsindən gələ biləcəyi düşüncəsində olur. Kiminləsə söhbətləşəndə fikirlərini sürətli şəkildə ağzından çıxardır və hətta düşünülməmiş fikirlər demək olar buna. Belə hallarda da ətraf tərəfindən fikirlər qətiyyən anlaşılmır və sürətli şəkildə də fikir dəyişikliyi yaşanır. Həyat ritmi pozulur və bir iş tamamlanmamış daimi digər işlərə ordan da digərlərinə keçirilir. Halusunasiyalar görməyə başlayır və reallıqla əlaqə itir. Yüksək ab-havada olduğu üçün öz xəstəliyini dərk eləmir. Və bu ciddi şəkildə ətrafda olan insanların da narazılığına səbəb olur və hərəkətlərin sürəti düşünülməmiş şəkildə artır. Bu hallar həkimə müraciət olunmasına gətirib çıxardır.
Hipomoniakal (hipomaniya) fazada da yüksək əhval ruhiyədə olursan. Ama moniakal fazadan fərqli olaraq daha sakit keçirir bu dövrü və nəzarət mümkün qədər əla alına bilir. Ətrafa zərərlə nəticələnmir. Reallıqla əlaqə itmir və halusunasiyalar görülmür. Ancaq bu dövr də depressiv vəziyyətlə nəticələnir.
Onu da qeyd etmək lazımdır ki, depressiv vəziyyət moniakal və ya hipomoniakal fazaya nisbətdə daha uzun müddət də olur.
Depressiv vəziyyət
Bu fazada insan hər şeyə daha bədbin daha ümidsiz baxır hərşeyə. Davamlı travma halında olur və düşkün ruh halı hökm sürür.
Depressiv faza üçün göstərilən əlamətlər:
- Əhval-ruhiyyənin enməsi.
- İnsan heçnəyə maraq göstərmir, əvvəllər müsbət emosiyalar doğuran şeylər ona zövq vermir.
- İş qabiliyyəti enir, tez yorulur.
- Fikir dağınıqlığı.
- Özünə qarşı inamsızlıq.
- Gələcəyi haqqında ümidin olmaması.
- Ölüm haqqında tez-tez düşünməsi və intihar fikriylə dolaşması.
- Yuxu və iştaha pozuqluğu.
Depressiv vəziyyət zamanı digər əlamətlər də özünü göstərə bilər. Bu əlamətlər eyni anda hamısı özünü göstərməyə də bilər. Bipolyar pozuntu müxtəlif xəstəliklərdir və buna görə də xəstəliyin növünə görə müalicəsi də müxtəlif olur. Ona görə də həkimə müraciət edərkən keçirdiyiniz hal-vəziyyəti dəqiq şəkildə bildirmək, hansı hal özünü daha çox hansı vəziyyətdə göstərdiyini dəqiq şəkildə demək lazımdır ki, diaqnoz düzgün qoyulsun və müalicə də düzgün və dəqiq olsun. Bunu müxtəlif testlərdən keçərək də hansı dərəcədə sizdə var olduğunu müəyyən etmək mümkündür.
Bipolyar pozuntu zamanı dərman müalicəsi vacib olsa belə, psixoterapiya mütləqdir. Psixoterapiya pasiyentin psixologiyasının nəzarət də saxlanılmasın da xüsusi rol oynayır.
Unutmamaq lazımdır ki, bu xəstəlik yenidən qayıda bilər və xəstənin vəziyyətini stabil saxlamaq üçün aşağıdakı qaydalara riayət olunmalıdır.
- Yuxu rejiminin pozulmaması. (Hər gün eyni vaxtda oyanıb eyni vaxtda yatmaq.)
- Həddən artıq yorulmadan özünü qorumaq və mümkünsə ciddi iş rejimi tələb edən iş yerlərindən uzaq durmaq.
- Qaydalı və mütamadi şəkildə istirahətini təmin etmək.
- Spirtli içkini azaltmaq və mümkünsə tamamilə tərgitmək.
- Münaqişələrdən qaçmaq və stresdən uzaq durmaq.
İstinadlar
redaktə- ↑ 1 2 3 Disease Ontology (ing.). 2016.
- ↑ "Bipolyar pozuntu: əsas simptomlar, depressiya testi, müalicə, psixoterapiya". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14.
- ↑ Merikangas KR, Akiskal HS, Angst J, Greenberg PE, Hirschfeld RM, Petukhova M, Kessler RC. (2007) Lifetime and 12-month prevalence of bipolar spectrum disorder in the National Comorbidity Survey replication Arxivləşdirilib 2012-02-23 at the Wayback Machine Arch Gen Psychiatry. May;64(5):543–52.