Danimarkaca - Wikipedia
Danimarkaca - Wikipedia - Haqqında Məlumat
Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur.
Dan dili | |
---|---|
Orijinal adı | dansk |
Ölkələr | Danimarka, Qrenlandiya, Almaniya, Farer adaları |
Rəsmi status | Danimarka, Aİ |
Tənzimləyən təşkilat | Danimarka dil komitəsi |
Danışanların ümumi sayı | 5,7 milyon |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | latın əlifbası (Danimarka əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | дат 178 |
ISO 639-1 | da |
ISO 639-2 | dan |
ISO 639-3 | dan |
Dilin strukturlarının dünya atlası | dsh |
Ethnologue | dan |
Linguasphere | 52-AAA-cc |
ABS ASCL | 1501 |
IETF | da |
Glottolog | dani1284, dani1285 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazi və say
redaktəDan dili aşağıdakı ölkələrdə yayılmışdır;
- Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005)
- Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir.
- Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır.
- Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.