Eduard Mane - Wikipedia
Eduard Mane (fr. Édouard Manet; 23 yanvar 1832[1][2][…] – 30 aprel 1883[1][2][…], VIII arondisman[3] və ya Paris[4]) — fransız impressionist rəssamı. XIX əsrdə müasir mövzulu əsərlər çəkməyə başlamış ilk rəssamlardandır. Mane realizm cərəyanından impressionizm cərəyanına keçməkdə böyük rol oynamışdır. Eduard Mane Çəmənlikdə səhər yeməyi və Olimpiya əsərləri ilə böyük uğur əldə etmişdir. Müasir dövrdə bu iki rəsm əsəri modern mədəniyyətin başlanğıcı hesab olunur.
Eduard Mane | |
---|---|
fr. Édouard Manet | |
Doğum tarixi | 23 yanvar 1832[1][2][…] |
Vəfat tarixi | 30 aprel 1883[1][2][…] (51 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, illüstrasiyaçı[d], litoqraf, memarlıq çertyojçusu[d], boyakar[d], vizual incəsənət rəssamı, incəsənət xadimi |
Janrlar | portret[4], janr rəssamlığı[4], natürmort[4], peyzaj[4], dini rəssamlıq[d][4] |
Stil | impressionizm[4] |
Tanınmış işləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəGənclik illəri
redaktəEduard Mane 1832-ci ilin 23 yanvar tarixində Paris şəhərində kasıb və kibar bir ailədə anadan olmuşdur. Anası (fr. Eugénie-Desirée Fournier) İsveç kralı Tural Bernadotun nəvəsi idi. Atası Aprel Mane (fr. Auguste Manet) isə məhkəmə hakimi vəzifəsində çalışırdı və oğlunun da özü kimi hüquq təhsili alıb, bu sahədə işləməsini istəyirdi. Dayısı Şarl Furnye (fr. Charles Fournier) Manenin rəssam olmasını istəyirdi və bu məqsədlə onu tez-tez Luvr muzeyinə aparırdı. 1825-ci ildə Mane dayısının məsləhətlərindən sonra rəssamlıq dərsləri almağa başladı. Bu dərslər əsnasında gələcəkdə Fransa Mədəniyyət naziri vəzifəsində çalışacaq Antonin Prust ilə tanış oldu. Antonin Prust Eduard Mane ilə ömrünün sonlarına qədər dostluq etmişdir.
1848-ci ildə, atasının təkidlərindən sonra təhsil nazirliyinə məxsus bir gəmi ilə Rio-de-Janeyro şəhərinə getdi. Dəniz donanmasına daxil olmaq üçün iki dəfə imtahan verdi, ancaq hər iki imtahandan hərbi biliklərinin az olması səbəbindən kəsildi. Atası Manenin hüquq və hərb sahəsində istedadının olmadığını gördükdə, onun rəssamlıqla məşğul olmasına icazə verdi. Mane 1850–1856-cı illərdə iri həcmli tarixi tabloların hazırlanması ilə məşğul olan Tomas Kounturn yanında çalışdı. Mane boş vaxtlarını Luvr muzeyində olan məşhur əsərlərinin sürətini çıxarmaqla keçirirdi.
1853–1856-cı illərdə Almaniya, İtaliya və Hollandiya kimi ölkələrə səfərlər etdi. Bu səfərləri zamanı Frans Hals, Dieqo Velaskes və Fransisko Qoyya kimi rəssamların orjinal əsərləri ilə tanış oldu və Mane bu əsərlərdən çox təsirləndi. 1856-cı ildə Eduard Mane şəxsi emalatxanasını açdı.
Yaradıcılığı
redaktəÇəmənlikdə səhər yeməyi[5][6][7] və ya Çəmənlikdə piknik[8] (fr. Le déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862–1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda, çılpaq qadınla iki qara qeyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın isə suyun icərsində təsvir edilir. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etmişdir.[9] Solonda rəsm əsərlərini qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı daha 3.000 tablonu salonda nümayiş etdirməkdən imtina edir. İmtinanın əsas səbəbi kimi, əsərlərin lazımi keyfiyyətdə olmaması göstərilir. III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplanırdı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başlanmışdır.[10]
O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir.[9] Mane, əsərin mövzusunu Tisian Veçellionun Fiesta Campestre əsərindən, kompazisiyası isə Rafael Santinin hazırladığı, Markantonio Raimondinin yekunlaşdırdığı Parisin günahı adlı qravürdən götürmüşdür.[11][12] Tabloda olan tarixi cizgilərə baxmayaraq, iki kişinin çılpaq qadınla çəmənlikdə təsvir edilməsi, dövrün kübar cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilməmişdir.[13] Çəmənlikdə səhər yeməyi həm mövzusu, həm də janrı baxımından sərgilənməyə başladığı gündən etibarən, ciddi mübahisələrə səbəb olmuşdur.[14]
Tablo üçün Eduard Manenin yaxın rəfiqəsi və özü də rəssam olan Viktorina Möran çılpaq şəkildə, rəssamın qardaşı Qustav və gələcək bacanağı Ferdinand Leyenhof poza vermişdilər. Əsərin böyük mübahisələrə səbəb olmasından sonra, bir çox nüfuzlu şəxslər Eduard Maneni sərt tənqid etməyə başladılar.[15]
Bütün tənqidlərə baxmayaraq, Manenin mövqeyni müdafiə edən şəxslər də vardı. Emil Zolya, Stefan Malarme və Şarl Bodler kimi cəmiyyətin nüfuzlu şəxsləri əsəri müdafiə edənlər arasında idi. Realizm cərəyanının formalaşmasında Qustav Kurbe və Eduard Manenin rolu böyükdür. Çəmənlikdə səhər yeməyi, Olimpiya və Foli-Berjerdə bar tabloları modernizm cərəyanının ilk nümunələri hesab olunur.[16] Hər üç tablo Eduard Manenin ən uğurlu işlərindən sayılır. Qeyd edilən tablolar Pablo Pikasso, Mari Kasset, Pol Sezann və Klod Mone kimi dahi rəssamların yaradıcılığına öz təsirini göstərmişdir.[17] Bununla incəsənət dünyasında yeni cərəyanın İmpressionizmin əsası qoyulmuşdur[18]
Tablo, ilk dəfə 1865-ci ildə Paris Salonunda, sənətçinin digər əsəri olan "Əsgərlər tərəfindən hörmətsiz olan İsa" ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb oldu.[19] Əsərdə, fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın, üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvirlənmişdi.[20] Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane, klassik tabloların əksinə heç bir göndərmə ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri, bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xəttlərə və təzad ehtiva edən sərt rənglərə sahib şəkillə qarşılaşınca çox çaşdılar.[21] Olimpiyanın izləyənlərə utanmazca baxması, işığın qadının nəfəs bədənini oxşaması və üzərində yatdığı atlaz adyallarda əks olunması maraq çəkdi.[22] O il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-si, gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" haqqında idi. Salon rəhbərliyi, sərgi davam edərkən, Manenin hər iki portretini başqa bir otağa hərəkət və hücum ehtimalına qarşı qoruma altında tutmaq məcburiyyətində qaldı.[23]
Gələn tənqidlərə qarşı Şarl Bodler, Emil Zolya, Klod Mone kimi adların müdafiə etdiyi tabloda olan çılpaq, Manenin favorit modeli Viktorina Möran idi. XVI və XVII əsrlərdə Yunan və Roma heykəllərinin kəşfi ilə çılpaq qadın portretləri məşhur olmuşdu. Mane də "Olimpiya"nın tərkibində bu dövrün əhəmiyyətli nümunələrindən biri olan Tisian Veçellionun "Urbinolu Venera" əsərindən təsirləndi.[24] Həmçinin Corconenin "Yatan Venera" və Fransisko Qoyyanın "Çılpaq Maxa" əsərləri rəssamın digər ilham mənbəyi idi. Bu tarixi göndərmələrə baxmayaraq Manenin qadınında bir etiraz vardır və rəssam ənənəvi əsərlərdə ideal qadın obrazını pozmuşdur.[25]
Pablo Pikasso, Ernst Ludviq Kirçner, Pol Qogen, Pol Sezann, Larri Rivers, Jan Dübüffe, Jan-Mikel Basquiyat kimi rəssamları təsir edən və onlara ilham mənbəyi olan "Olimpiyanın", sənət tarixinin ilk avanqard çılpağı olduğu düşünülür.[26].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Édouard Manet (nid.).
- ↑ 1 2 http://archives.paris.fr/s/4/etat-civil-actes/resultats/?.
- ↑ 1 2 3 4 5 6 7 8 RKDartists (nid.).
- ↑ Rəssamlar və Qadınlar. Metu Press, 2003. Səhifə 18
- ↑ Farthing, Stephen. Ölmədən əvvəl baxılmalı 1001 rəsm əsəri. Carette Kitabları. avqust 2007. Səhifə 436. ISBN 978-975-92722-9-6
- ↑ Sérullaz, 1991. səh. 123
- ↑ Magalhaes, Roberto Carvalho. Möhtəşəm sənət əsərləri. Alfa kitab evi, 2008. Səhifə 832. ISBN 978-975-297-994-9
- ↑ 1 2 Walther, 1992. səh. 491
- ↑ White, Nicholas. The Family in Crisis in Late Nineteenth-century French Fiction. Cambridge University Press, 1999. ISBN 978-0-521-56274-4
- ↑ Rubin, James Henry. Manet's silence and the poetics of bouquets. Harvard University Press, 1994. Səhifə 47. ISBN 978-0-674-54802-2
- ↑ Brombert, Beth. Edouard Manet: Rebel in a Frock Coat. University of Chicago Press, 1997. Səhifə 125. ISBN 978-0-226-07544-0
- ↑ Brombert, Beth. Edouard Manet: Rebel in a Frock Coat. University of Chicago Press, 1997. Səhifə 131. ISBN 978-0-226-07544-0.
- ↑ Mauclair, Camille. The French Impressionists (1860–1900). BiblioBazaar, LLC, 2008. ISBN 978-0-554-28887-1
- ↑ Acton, Mary. Learning to look at modern art. Routledge, 2004. Səhifə 29. ISBN 978-0-415-23811-3
- ↑ Harris Jonathan P., Greenberg Clement, Fried Michael, Clark Timothy J. Writing back to modern art: after Greenberg, Fried, and Clark. Routledge, 2005. Səhifə 57. ISBN 978-0-415-32429-8.
- ↑ Discogs album cover Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine, accessed 2010–09–05.
- ↑ Wittel Betina, Hermesch Robert, Breaux T. A. Absinthe, Sip of Seduction: A Contemporary Guide. Fulcrum Publishing, 2008. ISBN 978-1-933108-21-6. Sayfa 11
- ↑ Little, Stephen. İzmler: Sənəti Anlamaq. Tikinti Sənaye Mərkəzi Nəşrləri, 2006. ISBN 978-975-8599-75-2. Səhifə 81
- ↑ Jones, Stephenson, 1999. səh. 102
- ↑ Locke, 2003. səh. 2
- ↑ Rapelle, 2001. səh. 67
- ↑ Katz, CELESTINE, 2000. səh. 70
- ↑ Luban , David. Legal Modernism . University of Michigan Press , 1997. ISBN 978-0-472-08439-5 . Səhifə 56
- ↑ Berger , John . Görmə Formaları . Metis Yayınları , 2006. ISBN 975-342-083-8 . Səhifə 63
- ↑ Foster, Hal. Prosthetic gods. MIT Press, 2004. ISBN 978-0-262-06242-8. Səhifə 12
Xarici keçidlər
redaktə- Описание картин Эдуарда Мане и сами картины Arxivləşdirilib 2009-12-16 at the Wayback Machine
- Эдуард Мане. Картины и биография
- Жизнь и творчество Эдуарда Мане на сайте Картины Импрессионистов
- Эдуар Мане на сайте Импрессионизм.ру Arxivləşdirilib 2020-07-27 at the Wayback Machine
- Галерея работ Мане (ing.)
- http://www.malarze.walhalla.pl/galeria.php5?art=60 Arxivləşdirilib 2005-12-10 at the Wayback Machine
- Эдуард Мане ЖЗЛ
- Эдуард Мане Arxivləşdirilib 2020-11-26 at the Wayback Machine биография, галерея картин, интересные статьи.
- Все картины Эдурда Мане