Konstantinopol Divarlari - Wikipedia
Konstantinopol divarları, Konstantinopolun müdafiə divarları və ya İstanbul divarları, hazırda İstanbulun sərhədləri içərisində olan İstanbulu əhatə edən və Şərqi Roma İmperiyası dövründə inşa edilmiş şəhər divarlarıdır. V əsrdən başlayaraq şəhəri əhatə edən divarlar sökülmə və yenidənqurma işləri ilə dörd dəfə əsaslı təmir edilmişdir. Son konstruksiyası eramızın 408-ci ilindən sonra olmuşdur. II Theodosius (408–450) dövründə İstanbul divarları Sarayburnudan Haliç sahili boyunca Ayvansaraya, bu tərəfdən Mərmərə dənizi sahilləri boyunca Yeddiqülləyə, Yeddiqüllədən Topqapıya, Topqapıdan Ayvansaraya qədər uzanırdı.
İstanbulun tarixi hissəsi | |
Ölkə | Türkiyə |
---|---|
Tip | Mədəni |
Kriteriya | i, ii, iii, iv |
Keçid | [1] 356[1] |
Region | Avropa və Şimali Amerika [* 1] |
Daxil edilməsi | 1985 (9 sessiya) |
|
|
Divarlar və bürclər
redaktəDivarların uzunluğu 22 km-dir. Haliç divarları 5,5 km, quru divarları 7,5 km, Mərmərə divarları 9 km-dir[2] .
Quru divarlar üç hissədən ibarətdir: xəndək, xarici divar və daxili divar[3]. Xəndəklər bu gün əkinçilik ərazisinə çevrilib. Divara bitişik və quru divarlarının kənarında 50 m aralıqlarla əksəriyyəti çökmüş və çatlamış 96 bürc vardır[4][5]. Bu bastionlar boydan-boya uzanan divarlar arasında 10 metrlik bir proyeksiyada[6], əsasən kvadrat planlı və 25 m hündürlükdədir[7]. Pəncərələri, tağları və qapıları var[8]. Daxili divarlarla xarici divarlar arasında qapılar və pilləkənlər var[9][10]. Kefeki daşı və kərpic daxili divarlarda və qalalarda istifadə edilmişdir[11].
Xarici divarlar sandıq və ya qazamat divarlarıdır. Xarici divarlarda daha kiçik və daha böyük bürclər arasında gediş-gəlişi təmin etmək üçün kiçik bürclər mövcuddur[12]. Bütün bu xəndək, bürc, xarici və daxili divarların ümumi eni 70 m-dir[13][14]. Divarların içərisində dəhlizlər və kiçik boşluqlar mövcuddur[13][15][16].
Mərmərə və Qızıl burun (Haliç) divarlarının qarşısında heç bir xəndək və xarici divar yoxdur. Bu divarların qalınlığı 5 m, hündürlüyü 15 m-dir. Qüllələr 20 m-dir, Mərmərə tərəfdə 103, Haliç tərəfdə 94 bürc vardır. Mərmərə istiqamətindəki divarlar boyunca Sirkeci-Halkalı şəhərətrafı qatar xətti işləyir.
Bu bürclərdən bəzilərinin tarixi şöhrəti vardır: Yedikule, Sulukule, Anemas, Isaakios.
Dəniz divarları
redaktəDəniz divarları şəhəri Propontis (Marmara dənizi) və Qızıl burun (Χρυσοῦν Κέρας) tərəflərdən əhatə edirdi. İlkin Bizans şəhərinin dəniz divarlarına sahib olduğu məlum olsa da, sağ qalan orta əsr şəhər divarlarının dəqiq tikilmə tarixi müzakirə mövzusudur. Uzun müddət dəniz divarlarının əsas quru divarlarını inşa edən I Konstantin tərəfindən tikildiyi düşünülürdü. Bununla birlikdə, bu inşaat üçün ilk həqiqi istinad 439-cu ildə, şəhər valisi Cyrus Panopolisin quru divarlarının bərpası və dəniz tərəfə olan hissəsinin tamamlanması barədə verdiyi əmrlə oldu. Bu hadisə, Vandalların Karfageni fəth etməsi və eyni ildə dəniz təhlükəsinin meydana gəlməsi siqnallarından şübhəsiz ayrı deyildir. Buna baxmayaraq dəniz divarları təxminən 700-cü illərə qədər dəqiq göstərilməmişdir.
Dəniz divarları memarlıq baxımından Theodosian Divarlarına bənzəyirdi, lakin daha sadə bir quruluşda inşa edilmişdir.
Quru divarlarından aşağı olan dəniz divarları, limanların içərisini qoruyan tək bir divar halında idi. Qızıl burun divarları, Qızıl burun limanının girişində İmparatoru III Leon tərəfindən qurulmuş, üzən çəlləkllərlə dəstəklənən ağır bir zəncirlə müdafiə olunurdu. Bu zəncirin bir ucu bugünkü Sirkeci ərazisindəki Eugenius Qülləsinə, digəri isə alt mərtəbəsi daha sonra Yeraltı Məscidə çevrilən Qalatadakı böyük kvadrat qalaya bağlanmışdı.
Mövcudluğunun ilk əsrlərindən bəri Konstantinopol dəfələrlə dəniz tərəfdən təhdidlərlə qarşılaşmışdır. I Yustinian müharibələrindən sonra Aralıq dənizinin “Roma gölü” halına gəlməsi bu təhdidləri yenidən bir müddət dayandırdı, ancaq Avarlar və Sasani Farsları tərəfindən şəhərin ilk mühasirəsi zamanı şəhər ilk dəfə dəniz müharibəsində təhdid edildi. Ərəblərin Suriyanı və Misiri, sonra da Kriti fəthi yeni dəniz təhlükəsi yaratdı və bu da ardıcıl olaraq imperatorların dəniz divarlarına əhəmiyyət verməsinə səbəb oldu. Dəniz divarları III Tiberius və ya II Anastasios tərəfindən 8-ci əsrin əvvəllərində bərpa edilmişdir. Sonra II Michael tərəfindən genişmiqyaslı bir təmir başladıldı, bu təmir, varisi Theophilos tərəfindən divarların hündürlüyünün qaldırılması ilə tamamlandı. Hər şeyə baxmayaraq, Venesiyalıların Dördüncü Səlib yürüşü əsnasında dəniz divarlarını aşmağı, dəniz divarlarının hələ də İstanbulun müdafiəsində zəif bir nöqtə olduğunu aşkara çıxardı. Bu təcrübədən sonra VIII Mihail dəniz divarlarının qaldırılmasına və möhkəmləndirilməsinə diqqət yetirdi. Bu fəaliyyətin əsas səbəbi Siciliya Kralı Charles d'Anjou tərəfindən mümkün işğal təhdidi olmuşdur.
Qapılar
redaktəKonstantinopol divarları boyunca əsas qapılar və yan qapılar var. Qapılar divardakı 5 m enində bir tağın altındadır. Əsas küçələrin keçdiyi Topqapı və Ədirnəqapı xaricindəki qapılar iki arabanın yan-yana keçməsi üçün çox dardır. Bu qapıların mərmərlə üzlənmiş içərisi və taxta qapıları var idi. Divara dırmaşmaq üçün tikilmiş pilləkənlər qapıların içərisində sağda və soldadır. Qapı divarlarının içərisindəki boşluqlarda əsas qapını bağlamaq üçün istifadə olunan dəmir qapılar və ya barmaqlılar mövcud idi. Ayrıca, bəzi əsas qapıların xarici qapısı var idi. Bunların çoxu tarixdə itmişdir. Bəzi qapılarda kitabələr var, ancaq bunlar Osmanlı imperiyasındandır. Xarici qapı ilə daxili qapı arasındakı məsafə 25 metrdir.
Topqapı sarayı qapısından Qızıl buruna, buradan Yeddiqülləyə və yenidən Topqapı sarayına qayıdan divarların qapıları belədir.
|
|
|
Konstantinopol divarlarında 50 qapı və 300 bürc var və bəziləri itib. Xarici şəhər Qalata tərəfdəki divarların da qapıları var idi: Kurşunlumahzen, Karaköy, Balıkpazarı, Yağkapanı, Kürkçükapı, Azapkapı ...
Konstantinopol ətrafının gücləndirilməsi
redaktəMüxtəlif dövrlərdə Konstantinopol ətrafında bir çox gücləndirmə işləri aparılmışdır. Şəhərin əsas divarları boyunca müdafiə sistemini tamamlayan ünsürlərin olduğunu söyləmək mümkündür. Bunlardan birincisi və ən böyüyü 56 km uzunluğunda olan Anastasiya Divarıdır. V əsrin ortalarında Konstantinopolun 65 km qərbində şəhərin xarici müdafiəsi üçün inşa edilmişdir. Bu divar 3.30 metr qalınlığında və 5 metr hündürlüyündə idi. Ancaq etibarlılığı məhdud idi. Bir müddət sonra VII əsrdə tərk edildi. Materialları yerli bina tikintisində istifadə edilmişdir. Ancaq bəzi hissələri hələ də mövcuddur.
Qalata divarları
redaktəQalata Bizans dövründə Sykainin xarici məhəlləsi olduğu vaxtlar gücləndirilməmişdir. Qızıl buynuzun ağzında uzanan zəncirin mühafizəçisi kimi fəaliyyət göstərirdi. Ancaq 1204-cü ildə şəhərin zəifləməsindən sonra Qalata Venesiya ərazisinə çevrildi və daha sonra Genuya Respublikasının müstəmləkəsi oldu. Bizanslıların etirazlarına baxmayaraq, Genuyalılar Bizans nəzarətinin xaricində qalmış öz məhəllələrini xəndəklə əhatə etməyə müvəffəq oldular. Koloniyanın ətrafındakı qala tipli evləri özlərinin yaratdıqları ilk divarla birləşdirdilər. Qalata qülləsi və digər şəhər divarlarının uzantıları 1349-cu ildə şimal hissədə həyata keçirilmişdir. Sonrakı istehkam və müdafiə divarı uzantıları 1387, 1397 və 1404-cü illərdə davam etmişdir. Kobud şəkildə deyilsə, təxminən trapesiya formasında həyata keçirilmiş genişlənmə onlara böyük bir qapalı ərazi verdi. Genişlənmə Azapkapıdan şimala Şişxana istiqamətində, oradan Topxanaya və daha sonra Karaköy istiqamətində olmuşdur.
Anadolu və Rumeli hasarları
redaktəAnadolu və Rumeli əkiz hasarları Boğazın ən dar nöqtəsindədir və İstanbulun şimalına qədər uzanır. Osmanlılar tərəfindən həyati əhəmiyyətli su yolu olan Boğazdakı trafikə nəzarət etmək və İstanbula son son hücuma hazırlaşmaq üçün tikilmişdirlər. Anadolu Hasarı əvvəlcə Akçehisar və Güzelcehisar adlanırdı. 1395-ci ildə Sultan I Bəyazid tərəfindən tikdirilmişdir. Əvvəlcə 25 metr hündürlüyündə idi. Təxminən beşbucaqlı müşahidə qülləsi divarla əhatə olunmuşdu. Daha geniş və daha mürəkkəb olan Rumeli Hasarı 1452-ci ildə Sultan II Məhəmməd tərəfindən inşa etdirilmişdir. Üç böyük və bir kiçik qüllədən ibarətdir. Toplar 13 kiçik müşahidə qülləsi ilə möhkəmləndirilmiş divarla birlikdə əsas qalaya quraşdırılmışdır. Hasar, Osmanlıya boğazdan keçən gəmilərə nəzarət etməsinə imkan verirdi. Bu rol onun orijinal adını açıq şəkildə ortaya çıxarirdı: boğazın kəsicisi (cutter of the strait). Konstantinopolun zəbt edilməsindən sonra qala, gömrük nəzarət məntəqəsi və xüsusən də imperiya ilə müharibə edən səfirliklər üçün həbsxana yeri rolunu oynamışdır. 1509-cu ildəki genişmiqyaslı zəlzələdən sonra təmir edilmiş və XIX əsrin sonlarına qədər mütəmadi olaraq istifadə edilmişdir.
Altınkapı və Yeddiqüllə hasarı
redaktəQızıl qapı (Altınkapı) və ya Qızıl rəngli qapı (Yaldızlıkapı) (Müasir Yunanca: Χρυσεία Πύλη, Rom: Chryseia Pylē; Latın: Porta Aurea; İngiliscə: Golden Gate) İstanbulun qurudan müdafiə divarlarının Yeddiqüllə hissəsindəki zəfər yürüşlərindən sonrakı zəfər alaylarının başında imperatorların şəhərə girdiyi əsas mərasim qapısıdır. Qərbdən Trakya istiqamətində uzanan Via Egnatia adlanan şəhərlərarası yol bu qapıya çatır və adı cəkikəny qapıdan keçdikdən sonra şəhərdəki Mese adlı əsas küçə ilə Ayasofya qarşısındakı Augustaion adlı meydana çatırdı. II Theodosian dövründə Şərqdəki Praetorian Prefecture olan Anthemius tərəfindən paytaxtın divarlarını yenidən möhkəmləndirməyə cəhd göstərildi və bununla birlikdə Via Egnatianın genişləndirilmiş şəhər sahəsinin girişində bir qapı inşa edilmişdir. Bu qapı, ərazinin yüksək bir nöqtəsində yerləşməsi səbəbindən əhəmiyyətini artırır və sonrakı illərdə şəhərin əsas qapısına çevrilir, xüsusən də imperatorun şəhərə giriş mərasimlərində istifadə etdiyi əsas qapı halına gəlir. Ioannes Primikeriosun 425-ci ildəki qələbəsindən sonra binaya adını verən qızıl rəngli qapı qanadları quraşdırıldı. Qapının üstündə Theodosiusun heykəlləri, Nike və fil qoşqulu bir araba var idi. Qapı girişinin üstündə qızıl üzlüklü tunc hərflərdən yazılar mövcuddur.
Qapının arxasındakı ilk qalanın inşasına I İoannisin dövründə başlanılmış və I Manuilin dövründə tamamlanmışdır. Qalanın beş qülləsi var idi. Bu səbəbdən beşbucaq adlandırılmışdır. Dördüncü Səlib yürüşü zamanı şəhərin düşmən əlinə keçməsindən sonra məhv edilmişdir. Yenidən 1350-ci ildə VI İoannis dövründə tikilmişdir. Yeni qala beş ədəd səkkiz tərəfli bürcdən ibarət idi və qızıl qapının iki mərmər qülləsi ilə birlikdə ümumilikdə yeddi, məlum olan yeddi bürc meydana gəlirdi. Lakin 1391-ci ildə V İoannis, qalanı təməlindən Sultan I Bəyazid tərəfindən gələn təhdidlər nəticəsində dağıtmaq məcburiyyətində qaldı, əks təqdirdə Osmanlıların əlində əsir olan oğlu Manuilin kor ediləcəyi ilə təhdid edilirdi. İmperator VII İoannis qalanı bərpa etməyə çalışdı, lakin bu dəfə Sultan II Murad tərəfindən törədilən maneələrlə qarşılaşır. Osmanlı imperiyası tərəfindən Konstantinopolun son zəbtindən sonra Sultan II Məhəmməd onu 1457-ci ildə yeddi bürclə yenidən yeddi bürcdən ibarət bir qala olaraq inşa etdirmişdir. Qala Osmanlı dövründə xəzinə idarəsi və dövlət adamlarının həbsxana yeri kimi istifadə edilmişdir. Bunlar arasında ən diqqət çəkən məhbus Gənc Osman (II Osman) idi. Burada əsir şəklində saxlanılır və 1622-ci ildə yeniçərilər tərəfindən edam edilmişdir.
İstinadlar
redaktə- ↑ 1 http://whc.unesco.org/en/list/356 Arxivləşdirilib 2017-07-07 at the Wayback Machine
- ↑ Janin, 1964. səh. 12–13
- ↑ Janin, 1964. səh. 13
- ↑ Janin, 1964. səh. 263; Mango, 2000. səh. 176
- ↑ Kazhdan, 1991. səh. 519
- ↑ Bury, 1923. səh. 70
- ↑ Janin, 1964. səh. 13, 15
- ↑ Janin, 1964. səh. 21–23
- ↑ Janin, 1964. səh. 19–20
- ↑ Janin, 1964. səh. 16–19
- ↑ Janin, 1964. səh. 13, 16
- ↑ van Millingen, 1899. səh. 32–33
- ↑ 1 2 Janin, 1964. səh. 263
- ↑ cf. Janin, 1964. səh. 34–35
- ↑ Bardill, 2004. səh. 124
- ↑ van Millingen, 1899. səh. 15–18; Janin, 1964. səh. 26