Makao - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Makau və ya Makao (çin. 澳门) rəsmi olaraq Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi (MXİB), Çinin Cənubi Çin dənizi ilə Mirvari çayı deltasının qərb hissəsində yerləşən bir şəhər və xüsusi inzibati bölgədir. Təxminən 680,000 əhalisi və 32.9 kvadrat kilometr (12.7 kvadrat mil) sahəsi ilə dünyanın ən sıx məskunlaşıldığı bölgəsidir. Keçmiş Portuqaliya imperiyası koloniyası olan Portuqaliya Makau ərazisi ilk dəfə 1557-ci ildə Min sülaləsi tərəfindən ticarət məntəqəsi kimi Portuqaliyaya icarəyə verilmişdir. Portuqaliya illik icarə haqqı ödədi və 1887-ci ilə qədər ərazini Çinin suverenliyi altında idarə etdi. Daha sonra Portuqaliya Çin-Portuqaliya Pekin Müqaviləsi əsasında əbədi müstəmləkə hüquqlarını aldı. Koloniya 1999-cu ilə qədər Çinə təhvil verilənə qədər Portuqaliya hakimiyyəti altında qaldı. Makau "bir ölkə, iki sistem" prinsipi altında materik Çindən ayrı-ayrı hökumət və iqtisadiyyat sistemlərini qoruyan Çinin xüsusi inzibati regionlarındandır. Şəhərin tarixi mərkəzində Portuqaliya və Çin memarlığının unikal birləşməsi onun 2005-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilməsinə səbəb oldu.
Makau | |||||
---|---|---|---|---|---|
中华人民共和国澳门特别行政区 | |||||
| |||||
Tarixi | |||||
• Portuqaliyanın icarəyə götürməsi | 1557 | ||||
• Portuqaliyadan Çinə transfer edilməsi | 20 dekabr 1999 | ||||
Rəsmi dilləri | |||||
İdarəetmə forması | Unitar təkpartiyalı dövlət daxilində səlahiyyətli icra hakimiyyəti | ||||
Baş İcraçı | Ho lat-seng | ||||
İdarə və Ədliyyə Katibi | Andre Cheong Weng-chon | ||||
Sahəsi | |||||
• Ümumi |
115.3 km2 km² |
||||
• Su sahəsi (%) | 73.7 | ||||
Əhalisi | |||||
• Əhali | 682,300 nəfər | ||||
• Sıxlıq | 21,340 nəf./km² (1-ci) | ||||
• Ümumi | 30.123.795.337 $[1], 21.979.475.561 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $63.47 milyard dollar (115-ci) | ||||
• Adambaşına | $89,558 dollar (9-cu) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | $35.84 milyard dollar (100-cü) | ||||
• Adambaşına | $50,571 dollar (23-cü) | ||||
İİİ (2019) | 0.922 (artım; 17-ci) | ||||
Valyuta | Makao patakası, Honkonq dolları | ||||
İnternet domeni | .mo | ||||
ISO kodu | MO | ||||
BOK kodu | MAC | ||||
Telefon kodu | +853 | ||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Adın etimologiyası
redaktəMakao XVI əsrin ortalarında hələ Portuqaliya müstəmləkəsi olmamışdan öncə Jinghai (鏡海, "Güzgü dəniz") və ya Haojing (濠鏡, "Stridiya güzgüsü") adlandırılırdı. Makao adını isə Makaoda yerləşən qədim A-Ma məbədi (Çincə: 媽 閣 廟; Make Miao) ilə əlaqələndirirlər. A-Ma Məbədi Daosizmdəki dənizçilər və balıqçılar ilahəsi Matsunun şərəfinə 1448-ci ildə inşa edilmişdir.
Tarixi
redaktə1553-cü ildə portuqallar Quandan yerli hakimiyyətini ələ alaraq Aomen rayonunda lövbər dayanacağı və ticarət hüququna yiyələndilər. 1557-ci ildə onlar Aomenə daxil oldular və orada məskunlaşmağa başladılar.[2] 1840-cı il tiryək müharibəsində Tsin hökumətinin məğlubiyyətindən sonra portuqallar Aomendən cənubda yerləşən Dantszı və Luxuan adalarını bir-birinin ardınca işğal etmək imkanı qazandılar. 1887-ci ildə Portuqaliya Tsin hökumətini "Çin-portuqal müşavirəsi layihəsi" və "Çin-portuqal Pekin müqaviləsi"ni imzalamağa məcbur edir və "Portuqaliya Aomeni həmişəlik tutur, onu və oraya daxil olan əraziləri Portuqaliyanın digər müstəmləkələrindən heç bir fərq olmadan idarə edir" müddəası ilə çıxış edir, o vaxtdan Portuqaliya Aomen üzərində öz ağalığını həyata keçirmişdir. Çin xalqı bu qeyri-bərabər müqavilələri heç vaxt tanımamışdır, ÇXR hökuməti dəfələrlə bəyan etmişdir ki, Aomen Çinin ərazisidir və tarixdən miras qalmış Aomen məsələsi əlverişli zamanda sülh danışıqları yolu ilə həll olunmalıdır. 1979-cu ildə ÇXR və Portuqaliya arasında diplomatik münasibətlər yarandığı zaman, Portuqaliya hökuməti Aomenin Çin ərazisi olduğunu qəbul etmiş və tərəflər Aomen məsələsini münasib vaxtda iki hökumət arasında danışıqlar yolu ilə həll etməyə razılaşmışdılar. 1986-cı ilin iyunundan 1987-ci ilni martınadək ÇXR və Portuqaliya hökumət nümayəndələrinin danışıqlarınının dörd raundu keçirilmiş və əsas məsələlər razılaşdırılmışdır. 13 aprel 1987-ci ildə Pekində "Çin Xalq Respublikası hökumətinin və Portuqaliya Respublikası hökumətinin Aomen problemi üzrə birgə bəyanatı"nın rəsmi imzalanması keçirilmişdir. "Birgə bəyanatda" deyilir: 20 dekabr 1999-cu ildə ÇXR hökuməti Aomen üzərində suverenliyinin bərpasını həyata keçirir, bu vaxta qədər Aomen Xüsusi İnzibatı Rayonu təsis edilir. Çin xalqınını arzusu yerinə yetdi. Bu gün Aomen böyük Çin islahatçısı Den Syaopinin əsasını qoyduğu "bir dövlət – iki quruluş" prinsipi üzərində ÇXR daxilində yaşayır və çiçəklənir.
Fiziki-coğrafi xarakteristika
redaktəOrta illik temperaturu — 22°-23 °C.
İnzibati ərazi bölgüsü
redaktəMakao demək olar ki, bütövlüklə şəhərləşmişdir və təsərrüfata ayrılan ərazi ümumi sahənin yalnız 10 %-ni tutur. Makaonun inzibati bölgüsü isə aşağıdakı kimidir:
- Makao Bələdiyyəsi (Makao rayonları).
- Nossa Senyora de Fatima (Nossa Senhora de Fátima)
- Sent Antoni (Santo António)
- San Lazar (São Lázaro)
- San Lorens (São Lourenço)
- Se (Sé)
- Nossa Senyora do Karm (Nossa Senhora do Carmo), (Taypa adası)
- Kotay (Cotai)
- San Fransisk Xavyer (São Francisco Xavier), (Koloan adası)
Bu rayonlar içərisində sahəsi ən çox olan 7,6 km² ilə San Fransisk Xavyer rayonudur. Bu rayonlar içərisində əhalisi ən çox olan isə 201 min nəfər ilə Nossa Senyora de Fatima rayonudur. Qeyq edək ki, Makaonun Kotay rayonu Taypa və Koloan adaları arasında sonradan torpaq tökülərək yaradılmış süni ərazidə salınmışdır. Süni şəkildə yaradılmış Kotay rayonunun sahəsi 5,8 km²-dir. Əhalisi isə hələ ki yoxdur.
İqtisadiyyat
redaktəİqtisadiyyatın başlıca seqmenti olan sənayedə, əsas sahələr arasında toxuculuq sənayesi, oyuncaq istehsalı, elektron cihazlar istehsalı, süni çiçək sənayesi və s. göstərilə bilər. Turizm və Qumarxanalar (həmsərhəddi Honkonqda qumar qadağandır.) əhəmiyyətli əlavə gəlir mənbələridir. Ölkə-şəhəri ildə 5 milyondan çox turist ziyarət edir. Qida baxımından Makao, böyük ölçüdə Çin və Honkonqdan edilən idxalatdan asılıdır; ancaq ixracatın yüksəkliyi sayəsində, xarici ticarətin balans hesabatı müsbətdir. İnfrastrukturu inkişaf etdirmək üçün bir çox layihə həyata keçirilir.
İstinadlar
redaktə- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ "Dicionário Português-Chinês : 葡漢詞典 (Pu-Han Cidian) : Portuguese-Chinese dictionary", by Michele Ruggieri, Matteo Ricci; edited by John W. Witek. Published 2001, Biblioteca Nacional. ISBN 972-565-298-3. Partial preview Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine available on Google Books. Pages 153–154