Nurmemmed Bey Sahsuvarov - Wikipedia
Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (az.-əski. نورمممد بی آدیلخان بی اوغلو شاهسوواروو; 1883, Minkənd, Zəngəzur qəzası – 11 avqust 1958, Bakı) — Azərbaycan SSR xalq maarifi komissarının müavini, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad nazirinin müavini, Dağlılar Respublikasının xalq maarifi naziri.
Nurməmməd Şahsuvarov | |
---|---|
1920 – 1921 | |
Komissar | Dadaş Bünyadzadə |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | Fətulla Rzabəyli |
5 mart 1920 – 30 mart 1920 | |
Hökumət | II Yusifbəyli hökuməti |
Əvvəlki | Həmid bəy Şahtaxtinski |
Sonrakı | vəzifə ləğv olundu[1] |
24 dekabr 1919 – 5 mart 1920 | |
Nazir | Həmid bəy Şahtaxtinski |
Əvvəlki | Nurməmməd Şahsuvarov (özü) |
14 mart 1919 – 22 dekabr 1919 | |
Nazir | Rəşid xan Qaplanov |
24 may 1918 – 23 may 1919 | |
Hökumət | Çermoyev hökuməti I Kotsev hökuməti II Kotsev hökuməti |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1883 |
Doğum yeri | |
Vəfat tarixi | 11 avqust 1958 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi |
Atası | Adilxan bəy Şahsuvarov |
Həyat yoldaşı | Feona Kuzminşina |
Uşağı | Cahangir Şahsuvarov |
Dini | şiəlik |
Vikianbarda əlaqəli mediafayllar |
Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparmışdır. O, repressiyanın qurbanı olmuş, 1938-ci ildə həbs olunub Bakıya göndərilmiş,[2] 1940-cı ildə isə sürgün olunmuşdur.[3] Nurməməd Şahsuravov 1943-cü ildə Bakıya qayıtmış, 1958-ci ildə vəfat etmişdir.
Həyatı
redaktəNurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdur.[4] Mənşəcə kürddür.[5] 1889–1903-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Şahsuvarov 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu, 1912-ci ildə isə ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1915-ci ildə oranı ekstern yolla bitirmişdir.[6]
Təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.[mənbə göstərin]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.[mənbə göstərin]
Sovet dövründə o, Bakıda Pedaqoji, S. Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs deyib, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləyib.[7]
Repressiya
redaktəDövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan PR-6399 saylı istintaq işinin materiallarında Xalq Daxili İşlər Komissarlığı 4-cü şöbənin 4-cü bölməsinin rəisi, Dövlət Təhlükəsizliyi leytenantı Qriqoryanın 1930-cu ilin iyulunda hazırladığı arayış mövcuddur:[8]
Tərəfimizdən həbs edilmiş Ümumittifaq Pantürkist Mərkəzin üzvü professor Çobanzadə Nurməmməd Şahsuvarovun Azərbaycan SSR-də əksinqilabi İttihadçı təşkilatın rəhbərlərindən biri olduğunu göstərmişdir. Tərəfimizdən həbs edilən əksinqilabi Burjua millətçi təşkilatının fəal üzvü Hənifə Zeynallı da Şahsuvarovun təhsil müəssisələrində əksinqilabi fəaliyyət göstərdiyini qeyd etmişdir. Göstərilənlər əsasında Nurməmməd Şahsuvarovu Azərbaycan SSR Cinayət Məcəlləsinin 72, 73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etməklə həbs etməyi zəruri sayır və bu barədə Dövlət Təhlükəsizlik İdarəsi 8-ci şöbəsinin və XDİK işlərinə nəzarət edən prokurora xəbərdarlıq edirik. DTİ 4-cü şöbə, 4-cü bölməsinin rəisi DT baş leytenantı Qriqoryan. Təsdiq edirəm: 4-cü şöbənin rəisi, DT kapitanı Sinman. 20 iyul, 1937-ci il |
Nurməmməd Şahsuvarov həbs edilməzdən əvvəl Moskvada Qubkin adına İnstitutda dosent işləyirdi. 1938-ci ilin fevralın 27-də Moskva yaxınlığındakı Leninisk rayonunda, Kalujsk şossesində Derevlevo kəndində, ev 52-də, bitərəf olan, Qubkin adına İnstitutda dosent işləyən, Q. Ş. Mixaylinovun mənzilində yaşayan Nurməmməd Şahsuvarov Dövlət Təhlükəsizliyi Xidmətinin kapitanı Fedotov tərəfindən həbs edilərək Bakıya göndərilmişdir.[9]
Nurməmməd Şahsuvarova qarşı ilk istintaq 1938-ci ilin martın 21-də aparıldı. İstintaq zamanı əks-inqilabı təşkilatda iştirak iddihamı ilə təqsirləndirilsə də, o bunu təkzib etmişdir.[2] 1938-ci ilin aprelin 15-də keçirilən növbəti istintaq prosesində o, təzyiqlər altında qalaraq əks-inqilabı təşkilata daxil olduğunu etiraf edib.[10]
Nurməmməd Şahsuvarova qarşı təzyiqlər haqqında onun 1939-cu ilin 29 noyabrında Xalq Daxili İşlər Komissarlığı Xüsusi şöbəsinə yazdığı ərizədə müstəntiqin dediyi ifadələrdə görmək mümkündür:[3]
Şahsuvarov, Sizi də Pənah Qasımovun taleyi gözləyir. Mən onun bütün dişlərini tökdüm, ağzını qulağına qədər cırdım. Sizi, Şahsuvarov, döşəmədə sürüyəcəklər, top kimi ayaqlarının ucunda vuracaqlar, Siz gəbərəcəksiniz, həkim çağırıb akt tərtib edəcəyik |
Nurməmməd Şahsuvarova 1940-cı ilin fevralında "millətçi antisovet, qiyamçı təşkilatlarda iştirakına görə" 3 mart 1938-ci ildən hesablanmaqla 5 il müddətinə Kranoyarsk diyarına sürgün edilmə hökmü kəsildi.[11][12]
Nurməmməd Şahsuvarov 1943-cü ildə sürgün müddəti bitəndən sonra Bakıya qayıtdı. 1946-cı ildən 1958-ci ilədək Nurməmməd Şahsuvarov Bakıda, Azərbaycan Tibb İnstitutunda və Azərbaycan Dövlət Neft Akademiyasında Rus dili kafedrasının professoru olaraq çalışdı. Bu dövrdə o, həmçinin Azərbaycan Tibb İnstitutunun Rus dili kafedrasının müdiri olmuşdur.[13]
Nurməmməd Şahsuvarov 1958-ci ilin avqustun 11-də Bakıda vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn edilmişdir.[7]
Siyasi fəaliyyəti
redaktəŞimali Qafqaz dövrü
redaktəNurməmməd bəy Şahsuvarov Rusiya Fevral inqilabı dövründə siyasi hadisələrdə yaxından iştirak etmişdir.
Nurməmməd Şahsuvarov 1 may 1917-ci ildə Birinci Dağlı Qurultayında Dağıstan oblastı adından Mərkəzi Komitənin üzvlüyünə 2-ci dərəcəli namizəd seçilmişdir.[14]
O, 1918-ci ildə dağlı ziyalıları adından türk nümayəndələr ilə görüşdə iştirak etmişdir.[mənbə göstərin]
11 may 1918-ci ildə Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqının sabiq rəhbərləri Şimali Qafqaz Dağlılar Respublikasının müstəqilliyini elan etdilər və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının (Dağlı Respublikası) yaradılması haqqında İstiqlal bəyannaməsini qəbul etdilər.[15][16] 24 may 1918-ci ildə Şimali Qafqaz Dağlılar Respublikasının Tapa Çermoyevin rəhbərliyində ilk hökuməti elan olundu. Nurməmməd bəy Şahsuvarov bu hökumətdə xalq maarifi naziri postunu tutdu.[7] Gəncədə qurulan hökumət əvvəl Dərbəndə, daha sonra isə Teymurxan-Şuraya köçdü. 15 dekabr 1918-ci ildə Dağlılar Respublikasının parlamentinin qurulması qərara alındı. Bununla mövcud hökumət istefa verdi. 17 dekabr 1918-ci ildə Pşemaxo Kotsev rəhbərliyində yeni koalisyon hökumət quruldu və Nurməmməd bəy Şahsuvarov bu hökumətdə xalq maarifi naziri vəzifəsinə təyin olundu.[17][18]
Denikinin ordusunun Çeçenistanın böyük hissəsini işğal etməsi Dağlı Respublikasında hökumət böhranı yaratdı. Pşemaxo Kotsevin və hərbi nazir N. Tarkovskinin passivliyini tənqid edən hökumət üzvləri Rəşid xan Qaplanov, V. Cabagiyev və Nurməmməd bəy Şahsuvarov istefa verərək, yeni hökumət qurulmasını istədilər. 23 mart tarixində Pşemaxo Kotsevin hökuməti istefa verdi. Parlament hökumətin təşkilini yenə Pşemaxo Kotsevə həvalə etdi. Yeni hökumət 26 mart 1919-cu ildə parlamentə təqdim olundu və təsdiqləndi. Nurməmməd bəy Şahsuvarov bu hökumətdə də xalq maarifi naziri postunu tutdu.[19]
Şahsuvarov nazir olduğu müddətdə Dağlı Parlamentinin iclaslarında iştirak etmişdir.[20][21]
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
redaktə1919-cu ilin mayında Dağlılar Respublikasının işğal edilməsindən sonra, həmin ilin iyununda Nurməmməd Şahsuvarov Bakıya gəlmişdir. Bakıda o, İttihad Partiyası sıralarına qoşulmuşdur.[4] Nəsib bəy Yusifbəyli tərəfindən 14 mart 1919-cu ildə qurulan I Yusifbəyli hökumətində Nurməmməd Şahsuvarov Əhrar Partiyası üzvü olaraq maarif və dini etiqad naziri Rəşid xan Qaplanovun müavini vəzifəsinə təyinat almışdır. Nurməmməd Şahsuvarov Rəşid xan Qaplanovla Dağlılar Respublikasında I Kotsev və II Kotsev hökumətlərində birgə fəaliyyət göstərmişdir. Həmin hökumətlərdə Qaplanov daxili işlər naziri, Şahsuvarov isə xalq maarifi naziri vəzifəsini tutmuşdur.[17][18][19]
22 dekabr 1919-cu ildə I Yusifbəyli hökumətinin istefasından sonra qurulan II Yusifbəyli hökumətində ilk dəfə İttihad Partiyası da koalisiya hökumətinə daxil oldu. Hökumətdə maarif və dini etiqad naziri postu İttihad üzvü Həmid bəy Şahtaxtinskiyə həvalə olundu. Nurməmməd Şahsuvarov isə onun müavini təyin olundu.[22] Lakin 5 mart 1920-ci ildə müəyyən səbəblərdən Həmid bəy Şahtaxtinski nazir vəzifəsindən istefa verdi.[23] Onun əvəzinə İttihad Partiyası Nurməmməd Şahsuvarovun namizədliyini irəli sürdü. Beləliklə, həmin gün Nurməmməd Şahsuvarov maarif və dini etqad naziri təyin olundu.[23][24][25]
Nazir olduğu müddətdə Nurməmməd Şahsuvarov Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması, təhsil və mədəniyyət sahəsində bir sıra mütərəqqi tədbirlərin həyata keçirilməsində, Bakı Dövlət Universitetinin təşkiində yaxından iştirak etmişdir.[4][26] Mart ayının 30-da İttihad Partiyası nümayəndələrini hökumətdən çəkdi və hökumət istefaya getdi.[27][28]
Aprel işğalından sonra Nurməmməd Şahsuvarov Azərbaycan SSR xalq maarif komissarı Dadaş Bünyadzadənin müavini təyin olundu.[29] 1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında İttihad Partiyasının II Qurultayı keçirildi. Qurultayda partiyanın yeni Mərkəzi Komitəsi seçilmişdir. Mərkəzi Komitəyə Nurməmməd Şahsuvarov da daxil edilmişdir.[30]
Ailəsi
redaktə- Ulu babası Şahsuvar bəy — 1802-ci ildə Dərələyəz mahalının Paşalı kəndində anadan olmuşdur. 1825-ci ildə Abbas mirzə Qovanlı-Qacar tərəfindən Dərəlyəz mahalına başçı təyin edilmiş Mehdiqulu xan Cavanşir Şahsuvarlı obası da daxil olmaqla bir neçə obanı Rusiya tərəfə keçəndə Şahsuvar bəyin obasını da Qarabağa gətirib, Qaraçorlu mahalının Hacısamlı nahiyəsinin Minkənd ərazisində yerləşdirdi. Beləliklə Şahsuvar bəy həyat yoldaşı Pəri xanımla burada yaşamalı olur.[31]
- Qardaşı Mürsəl bəy Şahsuvarov — Cümhuriyyət tələbəsi, həkim, professor.[32][33]
- Qardaşı Əzim bəy Şahsuvarov[33]
- Qardaşı oğlu Surxay bəy Şahsuvarov — Cümhuriyyət tələbəsi, Frayberq Dağ-Mədən Akademiyasının tələbəsi, mühəndis.[33]
- Xanımı Feona Kuzminşina[mənbə göstərin]
- Oğlu Cahangir Şahsuvarov — Moskvada yaşamış, orada Yerin Fizikası İnstitutunda çalışmışdır. Cahangir Şahsuvarov fizika-riyaziyyat elmləri doktoru idi.[7]
Xatirəsi
redaktə29 may 2018-ci ildə Azərbaycan Tarix Muzeyində "Şahsuvarovlar nəslindən üç varis" adlı tədbir keçirilib. Tədbirdə Nurməmməd bəy Şahsuvarovla yanaşı, Mürsəl bəy Şahsuvarov və Surxay bəy Şahsuvarovun Azərbaycan Xalq Cümhuriyyətinin həyatındakı xidmətlərindən bəhs edilib.[32]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Vəkilov, 1998. səh. 25
- ↑ 1 2 Azərbaycan Respublikası, Dövlət Təhlükəsizlik İdarəsinin Arxivi. PR-6399 saylı Nurməmməd Şahsuvarova aid istintaq işi, v. 193.
- ↑ 1 2 Azərbaycan Respublikası, Dövlət Təhlükəsizlik İdarəsinin Arxivi. PR-6399 saylı Nurməmməd Şahsuvarova aid istintaq işi, v. 220.
- ↑ 1 2 3 Əhmədov, 2014. səh. 338-339
- ↑ Şahverdiyev, 2000. səh. 41-42
- ↑ Əliyev, 1990. səh. 77
- ↑ 1 2 3 4 Yaqublu, 2018. səh. 352
- ↑ Azərbaycan Respublikası, Dövlət Təhlükəsizlik İdarəsinin Arxivi. PR-6399 saylı Nurməmməd Şahsuvarova aid istintaq işi, v.55.
- ↑ Azərbaycan Respublikası, Dövlət Təhlükəsizlik İdarəsinin Arxivi. PR-6399 saylı Nurməmməd Şahsuvarova aid istintaq işi, v.56.
- ↑ Azərbaycan Respublikası, Dövlət Təhlükəsizlik İdarəsinin Arxivi. PR-6399 saylı Nurməmməd Şahsuvarova aid istintaq işi, v. 195.
- ↑ Şüküroğlu, 2000. səh. 142
- ↑ Mahmudov, 2005. səh. 363
- ↑ Akif Miriyev. "Azərbaycan Tibb Universiteti – 80". 2010-09-15. 03.03.2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-20.
- ↑ "Arxivlənmiş surət". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
- ↑ Mahmudov, 2005. səh. 386
- ↑ Movsum Aliyev. "AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASI" (#bad_url) [Azerbaijan Democratic Republic]. 2013-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-20.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
- ↑ "İclas". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
- ↑ "İclas". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
- ↑ Bəhmanlı, 2011. səh. 273
- ↑ 1 2 M. Əliyev. Nurməmməd bəy Şahsuvarov. "Odlar Yurdu" qəzeti, fevral, 1990-cı il, № 4.
- ↑ "Repressiya qurbanı Həmid bəy Şaxtaxtinski" [A victim of repression Hamid bey Shahtakhtinski]. Azadliq. 2011-07-08. 2012-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-20.
- ↑ "Azərbaycanın təhsil nazirləri". 2012-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-29.
- ↑ "Azərbaycan müəllimi" qəzeti, 27 may, 2011-ci il.
- ↑ "REGİONLARIMIZ: LAÇIN". 2012-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-20.
- ↑ "Nurməmməd Şahsuvarov". 2021-07-30 tarixində arxivləşdirilib.
- ↑ Mahmudov, 2004. səh. 363
- ↑ Göyüşov, 1997
- ↑ "99-dan biri və yaxud eyni tale yaşamış Şahsuvarovlardan biri | innews.media". innewsagency (az.). 2023-08-03. 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-12.
- ↑ 1 2 CBC TV. "Şahsuvarovlar nəslinin üç varisinə həsr olunmuş tədbir keçirilib" (az.). Youtube.com. 30.05.2018. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
- ↑ 1 2 3 Абуталыбов Р., Азербайджанские студенты в Западной Европе, газ. "Панорама", 1996, 15-е марта.
Ədəbiyyat
redaktə- Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
- Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil nəşriyyatı. 2014.
- R.A.Vəkilov. ИСТОРИЯ ВОЗНИКНОВЕНИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ (PDF). Bakı: Elm nəşriyyatı. 1998.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
- Əliyev M. Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti — 1918–1920. Bakı. 1990.
- Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. 2. Bakı. 2000.
- Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997.
- Адрес Календарь. Азербайджанской республики на 1920 г. (PDF). Bakı: Nağıl Evi. V. Bəhmanlı. 2011.
- Ənvər Çingizoğlu, Şahsuvarovlar, "Soy" dərgisi, 3 (11) 2008.
- Maarif və dini etiqad naziri. "Laçın yurdu" jurnalı, № 1(1), 2011, Bakı, "Elm və təhsil", 2011. səh.12
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 363. ISBN 9952-417-44-4.
- Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 386. ISBN 9952-417-44-4.
- Ələmdar Şahverdiyev. Азербайджанские курды. Bakı: Международный Азербайджанский Журнал IRS-Наследие. 2000.