Seudlar - Wikipedia
Səudlar, Əl Saud (ərəb. آل سعود; daha çox — Səudilər) — 1744-cü il ölkənin elan olunduğu gündən Səudiyyə Ərəbistanında hakim krallıq sülaləsi.
Səudlar, Əl Saud | |
---|---|
Səudlar (ərəb. آل سعود | |
Ölkə | |
Banisi | Məhəmməd İbn Səud |
Hazırkı rəhbər | Salman bin Əbdüləziz əs-Səud |
Əsası qoyulub | 1744 |
Milliyyət | ərəb |
Titullar | |
Səudiyyə Ərəbistanı kralı İki müqəddəsin qoruyucusu Hicazın kralı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sülalənin tarixi və mənşəyi
redaktəSəudlar 1446/7-ci illər civarında Əl Dəriyyə şəhərinin əsasını qoyan Əl Katifdən olan Mani Əl-Mraydinin nəslindəndirlər. Əl Mani nəslindən olanlar Anaza qəbiləsinə rəhbərlik edərək bu şəhərin və ətraf bölgələrin əmirləri oldular.
1744-cü ildə Məhəmməd ibn Səud Məhəmməd ibn ƏbdulVəhhab arasında sıx əlaqələr yaranmışdır. O, ibn ƏbdulVəhhabı himayəyə almış və onun məzhəbini qəbul etmişdir.[1] Bu məzhəb sonradan vəhhabilik adını almışdır.Əslində isə Muhəmməd ibn ƏbdulVəhhab özündən heç bir din,əqidə gətirməmişdir.Dedikləri və yazdıqları kitablar Quran və sünnəyə söylənir.Bir neçə on il ərzində İbn Səud və nəsli vəhhabilərin dini coşğusuna güvənərək Ərəbistan yarımadasının bütün qərbini və şərqini, o cümlədən Nəcdi özlərinə tabe etməyi bacardılar.
Birinci Səudiyyə dövləti
redaktəBu dövr Birinci Səudiyyə Dövləti zamanı adlanır. 1792-ci ildə Məhəmməd ibn Əbdülvahhabın ölümündən sonra Səudlar yüksək dünyəvi və ali dini gücü birləşdirərək öz əllərinə almağı bacardılar. Səud sülaləsinin hərbi uğurlarını görən Osmanlı hökuməti bölgəyə hərbi qüvvələr göndərdi. Ancaq, məğlub olan osmanlılar geri çəkilmək məcburiyyətində qaldılar. Osmanlı imperiyası o qədər zəifləmişdi ki, öz əyalətlərinə nəzarət edə bilmirdi və nəticədə Dəriyyə əmirliyi 1802-ci ildə İraqa hücum etdi və Kərbəla şəhərində şiə ziyarətgahlarını dağıtdı. Ardından Məkkə şəhərini ələ keçirsələr də, Ciddə və Mədinə şəhərlərini tuta bilmədilər. 1803-cü ildə Dəriyyə əmiri Əbdüləziz ibn Məhəmməd əl-Səud sui-qəsd nəticəsində öldürüldü və yerinə oğlu Səud ibn Əbdüləziz əl-Səud keçdi. O, 1805-ci ildə Mədinəni və demək olar ki, bütün Hicazı ələ keçirdi.[2]
1805-ci ildən 1810-cu ilə qədər Dəriyyə əmirliyinin İraqa və Suriyaya hücumları davam etdi. Dəriyyə əmirliyinə qarşı, 1811-ci ildə Osmanlı sultanının əmri ilə onun vassalı olan Misir və Sudanın ilk xədivi Kavalalı Mehmed Əli Paşa müharibəyə başladı. Misir hakimi Mehmet Əli Paşanın oğlu Tusun paşanın başçılıq etdiyi ordu 1813-cü ildə Hicaz bölgəsini səudiyyəlilərdən azad etdi. Omanda başlayan üsyan nəticəsində vəhhabi-səudiyyəlilər bu regiondan da çəkilmək məcburiyyətində qaldı.
1814-cü ildə Səud ibn Əbdüləziz öldü. Onun yerinə taxta oğlu Abdullah ibn Səud keçdi. Abdullah ibn Səudun dövründə vəhhabilər, Hicaz, Oman, Bəhreyn və Tihamə üzərində nəzarəti itirdilər.[3] 1817-ci ildə Abdullah ibn Səud mərkəzi Nəcd üzərində nəzarəti itirdi və bir il sonra Səud sülaləsinin son qalası olan Dəriyyə şəhəri də işğal edildi və yerlə yeksan olundu. Səud sülaləsinin bir çox üzvü həlak oldu. Dəriyyə əmiri Abdullah ibn Səud İstanbula göndərildi və orada sultanın əmri ilə edam edildi.
İkinci Səudiyyə dövləti
redaktəƏrəbistan yarımadasının mərkəzində və şərqində mərkəzi hakimiyyətin olmaması qarmaqarışıqlığa səbəb olmuşdu. Bu şəraitdə sağ qalan səudların mövqeləri yenidən güclənməyə başladı. Nəticədə 1821-ci ildə Abdulla ibn Səudun sağ qalmış qohumlarından Türki ibn Abdulla əl-Səud, özünə Ər-Riyadı paytaxt seçərək Osmanlılara qarşı üsyan qaldırdı. Nəticədə 1824-cü ildə İkinci Səudiyyə Dövləti - Nəcd əmirliyi yarandı.
1834-cü ildə Turki öldü, onun yerinə Misir əsarətindən qaçan oğlu Feysal keçdi. Səudların hakimiyyəti altında əmirlik qəbilə üsyanlarını yatıraraq qonşu dövlətləri ona xərac verməyə məcbur edərək tədricən gücləndi.Nəticədə 1824-cü ildə İkinci Səudiyyə Dövləti - Nəcd əmirliyi yarandı.
1840-cı ildə misirlilər, ehtimal ki, Osmanlı imperiyasında qarışıqlıq törətmək niyyəti ilə, Feysal ibn Turkini həbsdən azad etdilər. Ağır və şiddətli mübarizədən sonra əmir Feysal ibn Turki 1843-cü ildə əmirliyin paytaxtında qərar tutdu. Özünü Osmanlı Sultanının vassalı elan edən əmir Orta və Şərqi Ərəbistanın növbəti fəthinə başladı. Feysal ömrünün sonlarında əmirliyin idarəsini üç oğlu - Abdulla, Səud və Məhəmməd arasında böldü. Onun oğlanları isə öz növbəsində əmirlik torpaqlarında məskunlaşan qəbilələr arasında özlərinə dəstək axtarmağa başladılar. 1865-ci ildə Əmir Faysalın ölümü və Abdulla ibn Feysalın hakimiyyətə gəlişindən sonra Abdulla və Səud arasında daxili mübarizə başladı. Şərqi Ərəbistanda olan bütün dövlət qurumları - Osmanlı imperiyası və Britaniya imperiyası da bu mübarizəyə cəlb olundular. Abdullanın 1871-ci ildə Bağdad vəlisi Midhət Paşaya kömək üçün rəsmi müraciəti, osmanlıların Əl-Xasanı ələ keçirmək üçün bəhanə oldu.
1880-ci illərdə Cebel-Şammar əmirliyinin hakimləri Rəşidilər fəal şəkildə Ərəbistanda hakimiyyət uğrunda mübarizəyə qoşuldular. 1891-ci ildə səudların əzəli düşmənləri Əl-Rəşidi qəbiləsi İkinci Səudiyyə dövlətini süquta uğratdılar.
Beləliklə, İkinci Səudiyyə dövləti 67 il ömür sürdü. Səudlar Küveytə qaçmaq məcburiyyətində qaldılar. Küveyt əmiri onlara sığınacaq verdi.
Ərəbistanın birləşdirilməsi
redaktəƏbdüləziz ibn Səud İkinci Səudiyyə Dövlətinin çökməsindən və Ər-Rəşid qəbiləsi tərəfindən idarə olunan Cebel-Şammarın Ərəbistan yarımadasında hakimiyyəti ələ keçirməsindən sonra 1893-cü ildən Küveytdə sürgündə keçirmişdir. 1902-ci ildə Əbdüləziz ibn Səud Əl Səud sülaləsinin keçmiş paytaxtı Ər-Riyadı geri aldı və Nəcd əmiri oldu. 1903-07-ci illərdə Əbdüləziz Rəşidilər sülaləsinin idarə etdiyi Cebel-Şammar əmirliyi ilə müharibələr apardı. Əmirlik Osmanlı imperiyasının 8 piyada taboru tərəfindən dəstəkləndi, lakin sonda ona aid olan Kasım torpaqları Nəcd və Has əmirliyinin bir hissəsi oldu.
Ən böyük qəbilələrin sədaqətini qazanmaq üçün İbn Səud, dini alimlərin tövsiyəsi ilə onları oturaq həyata öyrəşdirməyə başladı. Bu məqsədlə 1912-ci ildə "İxvan" (ərəb. "Qardaşlar") hərbi-dini qardaşlığı quruldu. İxvan hərəkatına qoşulmaqdan imtina edən və İbn Səudu əmir və imam kimi tanımayan bütün bədəvi qəbilələri və vahələr Nəcdin düşməni kimi qəbul edilməyə başlandılar.
1908-ci ildə Hüseyn ibn Əli əl-Haşimi Məkkə şərifi oldu. Hakimiyyətini mühkəmləndirən Hüseyn, Hicazın müstəqil bir hökmdarı olmaq və Ərəbistan yarımadasının digər bölgələrini özünə tabe etmək istəyi göstərdi. Osmanlı imperiyasına qarşı mübarizədə Məkkə şerifi ərəb millətçilərinə və ingilislərə arxalanırdı. 1914-cü ildə onun oğullarından biri Faysal gənc ərəblər və Dəməşq islahatçıları ilə əlaqələr qurdu. Eyni zamanda, başqa bir oğlu Abdulla, Misirdəki Britaniya nüməyəndələri ilə əlaqə qurdu. 1915-ci ildə gizli bir razılaşma əldə edildi. Razılaşmaya görə Britaniya imperiyası, Ədən, Suriya, Fələstin və İraq istisna olmaqla bütün Ərəbistan yarımadasını əhatə edən əraziyə sahib ərəb dövlətinin müstəqilliyini tanımağı və təmin etməyi vəd etdi.[4]
1916-cı ilin iyun ayında Məkkə şerif Hüseyn ərəb əhalisini türklərə qarşı üsyana başlamağa çağırdı.[4]. Hüseyn ibn Əli əl-Haşimi özünü "Ərəb Ölkələrinin Kralı" elan etdi.[5] Lakin 3 yanvar 1917 tarixində Britaniya və onun müttəfiqləri bu titulu qəbul etmədilər. Onu yalnız rəsmi olaraq müstəqil "Hicazın Hökmdarı" olaraq tanıdılar.[4]
Hüseynin özünü bütün ərəb ölkələrinin padşahı olduğunu elan etməsi, Əbdüləziz İbn Səudu çox narahat etmişdi. Bunun üzərinə İran körfəzindəki Britanya nümayəndəsi onu indiki Küveytə dəvət edib, ona həm silah, həm də maddi yardım etmə, və həmçinin, Hüseynin onun şəxsi işlərinə qarışmama və "Ərəblərin Kralı" olaraq ərəblər adına danışma qarantiyasını vermişdir. Bunun müqabilində Ədbuləziz İbn Səud, Hüseynə qarşı heç bir hərəkət etməyəcəkdir. Britaniyalıların Əbdüləziz ibn Səudə çox tolerant olmasının səbəbi, Hüseyni Ərəbistan yarımadasında, Dəməşqdə və İraqda Osmanlılara qarşı müharibə aparmasını təmin etmək idi.[5]
Hüseyn ibn Əli əl-Haşimi bütün Ərəbistan yarımadasını hakimiyyəti altında birləşdirməyə qərar verdi. Ancaq bu yolda o, Nəcd əmiri Əbdüləziz ibn Səud simasında güclü bir rəqiblə qarşılaşdı.[4] 1917-ci ilin payızında Hüseyn ibn Əli ilə səudlar arasında Nəcddən çıxarkən Hicazın qapısı sayılan Turab və Əl-Xurma sərhəd vahiləri üzərində silahlı toqquşmalar baş verdi. 1919-cu ilin mayında Hüseynin oğlu Abdulla Turabı tutdu, lakin bir neçə gün sonra nəcdlilər onun dəstəsinə hücum etib onu darmadağın etdilər.[4] Səudlar Hicaza hücum etməyə hazırlaşırdılar, lakin iyun ayında ingilislər müttəfiqi Hüseynə arxa duraraq Əbdüləziz ibn Səuddan Turabı və El-Xurmanı tərk etməsini tələb etdilər. Britaniya qoşunları Ciddəyə gəldi və səudlar geri çəkilmək məcburiyyətində qaldılar.[4]
Səudiyyə Ərəbistanı dövlətinin yaradılması
redaktə1920-ci ildə İxvanlılar Küveytə hücum etdilər, lakin 10 oktyabr 1920-ci ildə Əl-Cəhrada məğlub oldular və Küveytdən qaçmaq məcburiyyətində qaldılar. İxvanlar 1922 və 1924-cü illər arasında Transiordaniyaya basqınlar düzənlədilər. 1924-cü ildə Nəcd əmiri Əbdüləziz ibn Səud Hicaza qarşı yenidən döyüşlərə başladı. Vəhhabilərin silahlı dəstələri Hicaza hücumlar təşkil edirdilər.[4] İngilislər bu dəfə nümayişkaranə olaraq neytrallığı qorudular. Hüseynin qoşunları isə dalbadal məğlubiyyətə uğrayırdılar. Belə şəraitdə Hicaz zadəganları 6 oktyabr 1924-cü ildə Ciddədə toplandı və Hüseyni Haşimilər sülaləsindən Hicazın ikinci və son kralı olmuş böyük oğlu Əlinin lehinə taxtdan imtina etməyə məcbur etdilər. Yeni kral Əli ibn Hüseyn bir neçə yüz tərəfdarları ilə birlikdə Ciddəyə daxil oldu.[4] Vəhhabilər bütün Hicaza sahib oldular, Məkkəni işğal etdilər və Ciddənin mühasirəsinə başladılar. 6 dekabr 1925-ci ildə Mədinə alındı və 22 dekabrda dəstəkdən məhrum olan Əli Ciddəni tərk etdi. Fəth edilmiş Hicaz Səudlar tərəfindən Nəcddə birləşdirildi.[4]
Yeni yaranan dövlət 1927-ci ildən Nəcd və Hicaz Krallığı adlandı. 1927-ci ildə Mutair və Acman tayfaları İxvan üsyanının başlanğıcını qoyan İbn Səudun hakimiyyətinə qarşı üsyan qaldırdılar. Bu üsyan 1930-cu ilin əvvəlində yatırıldı.
Asirin fəthindən və Əl-Xasa ilə El-Katifdəki mövqelərinin gücləndirilməsindən sonra İbn Səud dövlətinə 1932-ci ildə Səudiyyə Ərəbistanı krallığı adı verildi.
Sülalənin hazırkı vəziyyəti
redaktəƏl Səudlar bu gün ölkədə mütləq gücə sahib olan az sayda kral ailəsindən biridir. Hökumətdəki və bölgələrdəki bütün vəzifələr kral tərəfindən təyin olunan Əl Səud nümayəndələri tərəfindən tutulur. Hökumət səviyyəsində seçkilər heç vaxt keçirilməyib və yerli seçkilər ilk dəfə yalnız 2005-ci ildə baş tutub1. Eyni zamanda, ölkə əhalisinin yalnız kiçik bir hissəsinin səs vermək hüququ vardır: qadınlar, hərbi qulluqçular və köçərilər (bədəvilər) səs vermək hüquqlarına malik deyillər. Baxmayaraq ki, seçki qanununun özü qadınların seçkilərə qatılmasını qadağan etmir və hətta seçilmək hüququ belə verir. Lakin deputatların tən yarısını kral təyin edir.
Səudiyyə Ərəbistanı hal-hazırda adı hakim sülalələrlə əlaqəli olan üç dövlətdən biridir (digərləri Lixtenşteyn və İordaniya Haşimilər Krallığıdır). 2015-ci ildən sülalənin başçısı Kral Salman bin Əbdüləziz əs-Səuddur. Səud sülaləsi üzvləri ümumi sayı 25 min nəfərə çatır ki, onlardan 200-ü şəhzadədir.
Səudlar arasında irsiyyət, əksər sülalələrdə olduğu kimi, atadan uşaqlara deyil, əksər hallarda qardaşdan qardaşa və yalnız bundan sonra gələcək nəslin böyüyünə keçir. Qadın xətti üzrə irsiyyət nəzərə alınmır.
Məhkəmə sistemi şəriət qanunlarına əsaslanır. Hakimlərin özləri müstəqil sayılsalar da, kral tərəfindən təyin edilir və dövlət başçısının özü istənilən cəzanı dəyişdirə bilər. Ölkə daxilindəki müxalifət sərt şəkildə bastırılır, çünki kralın və ya onun qərarlarının şifahi şəkildə tənqid edilməsinə görə, dünyanın ən ağır cəzalarından biri, digər ölkələrlə müqayisədə edam cəzasına qədər verilir.
Səud sülaləsinin rəhbərləri
redaktəİlk Səudiyyə dövləti
redaktə- Məhəmməd ibn Səud (təqribən 1710[6]−1765) 1744–1765 arasında hökmramlıq etmişdir
- Əbdüləziz ibn Məhəmməd ibn Səud (vəfatı 1803) 1765–1803-cü illərdə hökmramlıq etmişdir
- Səud ibn Əbdüləziz ibn Məhəmməd Əl Səud (vəfatı 1814) 1803–1814-cü illərdə hökmramlıq etmişdir
- Abdulla ibn Səud (vəfatə 1818-ci il) 1814–1818-ci illərdə hökmramlıq etmişdir
İkinci Səudiyyə dövləti
redaktə- 1. Türki ibn Abdulla (1755–1834) 1824-cü ilə qədər idarə etmişdi[7] − 1834
- 2 və 5. Feysəl ibn Türki Əl Səud (1785-1865) 1834–1838 və 1843–1865 arasında hökmranlıq etmişdir. Türkinin oğlu
- 3. Xalid ibn Səud ibn Əbdüləziz ibn Məhəmməd ibn Səud 1838–1841-ci illərdə hökmranlıq etmişdir. Uzaq əmiuşağı
- 4. Abdulla ibn Thunayyan 1841–1843-cü illərdə hökmranlıq etmişdir. Uzaq əmiuşağı
- 6, 8 ve 11. Abdulla ibn Faysal bin Türki Əl Səud 1865–1871, 1871–1873, 1876–1889. Faysalın oğlu
- 7 və 9. Səud ibn Faysal ibn Türki (1875-ci ildə vəfat etmişdir) 1871 və 1873–1875-ci illərdə hökmranlıq etmişdir. Faysalın oğlu
- 10 və 12. Əbdülrəhman bin Faysal (1850-1928) 1875–1876 və 1889–1891 illərdə hökmranlıq etmişdir. Faysalın oğlu
Səudiyyə Ərəbistanı kralları
redaktə- Əbdüləziz bin Əbdürrəhman əs-Səud və yaxud ibn Səud (15 yanvar 1876 - 9 noyabr 1953) kimi tanınan Əbdüləziz bin Əbdülrəhman bin Faysal 1902[8]-1953-cü illərdə hakimiyyətdə olmuşdur.
- Kral Səud bin Əbdüləziz (15 yanvar 1902 - 24 yanvar 1969) 1953-1964-cü illərdə hakimiyyətdə olmuşdur
- Kral Feysəl ibn Əbdüləziz (aprel 1906 - 25 mart 1975) 1964-1975-ci illərdə hakimiyyətdə olmuşdur
- Kral Xalid bin Əbdüləziz (13 fevral 1913 - 13 iyun 1982) 1975–1982-ci illər arasında hakimiyyətdə olmuşdur
- Kral Fəhd bin Əbdüləziz (16 mart 1920 - 1 avqust 2005) 1982–2005-ci illər arasında hakimiyyətdə olmuşdur
- Kral Abdullah bin Əbdüləziz (1 avqust 1924 - 23 yanvar 2015) 2005–2015-ci illər arasında hakimiyyətdə olmuşdur
- 2015-ci ildən bəri Kral Salman bin Əbdüləziz (31 dekabr 1935-ci il təvəllüdlü)
İstinadlar
redaktə- ↑ Osman ibn Sənəd əl-Bəsri, “Tarixi-Bağdad”, səh. 152
- ↑ Sauds's campaign for Hejaz and the two holy cities Arxivləşdirilib 2010-09-14 at the Wayback Machine Islam Life online magazine
- ↑ Abdullah bin Saud's capture Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine King Abdullah Ibn Saud Information Resource
- ↑ 1 2 3 4 5 6 7 8 9 Рыжов К. В. Все монархи мира. Мусульманский восток XV—XX вв. Москва, «Вече», 2004 ISBN 5-9533-0384-X, ст. 303
- ↑ 1 2 "Mustafa Bostancı, "Birinci Dünya Savaşı'nda Osmanlı Devleti'nin Hicaz'da Hâkimiyet Mücadelesi"". 2015-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
- ↑ "Timeline Saudi Arabia". 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2012.
- ↑ Turki ibn Abdallah ruled various parts of the area between 1819 and 1824. The Second Saudi State was officially founded in 1824.
- ↑ Abdul-Aziz ruled various parts of the area between 1902 and 1932. The Kingdom was officially founded in 1932.
Ədəbiyyat
redaktə- Madawi Al-Rasheed, A History of Saudi Arabia, Cambridge University Press, 2002, ISBN 0-521-64412-7
- David Fromkin, A Peace to End All Peace, Holt, 1989, ISBN 978-0-8050-8809-0.
- David Holden & Richard Johns, The House of Saud, Pan, 1982, 0-330-26834-1 (reprint of the Sidgwick and Jackson edition, 1981, ISBN 0-283-98436-8)
- Craig Unger, House of Bush, House of Saud: The Secret Relationship Between the World's Two Most Powerful Dynasties, Scribner, 2004, ISBN 0-7432-5337-X
- Alexei Vassiliev, The History of Saudi Arabia, London, UK: Al Saqi Books, 1998
Xarici keçidlər
redaktə- A Chronology: The House of Saud, Frontline, PBS (Public Broadcasting Service), 1 August 2005
- The House of Saud: A View of the Modern Saudi Dynasty, Frontline, PBS (Public Broadcasting Service), 1 August 2005
- Structure of the House of Saud (PDF), GlobalSecurity.org
- "Saudi Royal Family Directory". Datarabia.
- "Saudi Royal Family Website". House of Saud.
- Все монархи мира. Саудовская Аравия
- Васильев А. История Саудовской Аравии. 1745—1973