Saxurlar - Wikipedia
Saxurlar (sax. yixbı (йихъбы) / tsaxbı (цIаIхбы)) — Azərbaycanın Qax,[5] Zaqatala[6] və Balakən[7] rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsi ilə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. Sayları 30 mindən çoxdur.[1][2] Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan dilində danışırlar.[8] Dini baxımdan sünni müsəlmandırlar.
Ümumi sayı | ||||||
---|---|---|---|---|---|---|
30 000-dən çox[1][2] | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dini | ||||||
Daxildir | ||||||
Ləzgi xalqları | ||||||
Mənşəyi | ||||||
Qafqaz albanları | ||||||
Qohum xalqlar | ||||||
Digər Ləzgi xalqları |
Hazırda 12 məktəbdə saxur dilində dərslər keçirilir. Həmin məktəblərdə ümumilikdə 105 sinif var və 2500-ə yaxın şagird təhsil alır.
Saxurların yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi rayonuna daxildir. Son onillikdə orta illik əhali artımı 1,5 % olmuşdur ki, bu da orta respublika səviyyəsindən azdır.
Saxurların ən məşhur nümayəndələri arasında fizika-riyaziyyat elmləri doktoru Abdulla Muxtarovu, professor Abdulla Qarayevi, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovu,Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovu,yazıçı-publisist Əhməd İsayevi,filologiya elm doktoru-professor-sovet türkoloqu Səlim Cəfərovu,Tarixçi Dağıstan Dövlət universitetinin professoru Harun İbrahimovu,tarixçi dosent Elvira Lətifova,Bonn Universiteti Şifahi tarix fənni üzrə doktor Rasim Mirzəyev,Azərbaycan Texniki Universitetinın rektor əvəzi Xalıq Yahudov,Sovet Sosialist Əməyi Qəhrəmanı Minə Nəzirovanı,cüdo üzrə Avropa və Dünya kuboku çempionu Oruc Vəlizadəni, əməkdar MMA döyüşçüsü Samir Abdullayevi, muay tay və kikboksinq üzrə məşhur idman ustası Renat Yusubovu və s digərlərini göstərmək olar.
Hazırda onların Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.[8]
Məskunlaşma
redaktəRusiya FR-da
redaktəDağıstan
redaktəİnzibati-ərazi vahidi | Sayı, 2002 sa. |
---|---|
cəmi | 8 168 |
Rutul rayonu | 4 971 |
Mahaçqala şəhər ə/d | 2 098 |
Qızılyar rayonu | 535 |
Xumtorqala rayonu | 123 |
digər | 441 |
Azərbaycan Respublikasında
redaktəİnzibati-ərazi vahidi | 1999 sa. | 1999 sa. |
---|---|---|
cəmi | 15 877 | 12 289 |
Zaqatala rayonu | 13 114 | 11 203 |
Qax rayonu | 2 612 | 1 008 |
Balakən rayonu | … | 34 |
Sumqayıt şəhər ə/d | … | 8 |
Qusar rayonu | 5 | … |
digər | 146 | 36 |
1967-cı ilin məlumatlarına görə saxurlar Dağıstanın 13 kəndində: Saxur, Gelmets, Kurdul (Lek), Mikik, Mişleş, Xiyax, Suqyut, Muslax, Attal, Korş, Cınıx, Baş-Kələl, Baş-Muxax; Azərbaycanın isə 16 kəndində yaşayırdılar: Muxax (7,2 min), Suvagil (Yeni Suvagil) (5,5–6 min), Qarqay, Kələl, Dağlı (keçmiş Əli Bayramlı kəndi) (3 min), Mamrux (2,1 min), Sabunçu (2 min), Qum (1,5–2 min), Gözbarax (2 min), Mişleş (Çinçar) (7–7,5 min), Çinarlı (1,2 min), Ləkit Kötüklü (1,2 min), Ağdam-Kələl, Qas, Armudlu ,Ələsgər, Ağyazı (Üzümlü) (1–1,5 min).[9][10] Əsasda Şəkidə məskunlaşıblar.
Mətbəxi
redaktəSaxur mətbəxi müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə onların ən çox sevdikləri yeməklərdən sayılır. Saxurların mətbəxində bir çox yemək növləri qaxalca hazırlanır. Bundan başqa, onların mətbəxində "sürhüllü", "xikeyi", "xingili" adlı yemək növləri də məşhurdur. Saxur mətbəxinin şah yeməyi sürhüllüdür. Sürhüllü əsasən qaxac ətlə hazırlanır. Lakin toyuq əti və təzə ətlə də hazırlanır. Daha sonra "tələ", "qomba", "cint", "bircəh" də saxur mətbəxinə aiddir.[11]
Tarixi
redaktəSaxurlara Qafqazın aborigen etnosudur. Saxurlar Qafqaz Albaniyasının 26 tayfasından biridir. Onlar Alban tayfalarından olan "çiqbi" tayfasına uyğun gəlir.[12] Özlərini "yıxiy" adlandırırlar. "Yıxiy" sözünün etimaloji mənası "dağlı" deməkdir. Alban tayfalarının tərkibi barədə məlumat verən Strabondan başlayaraq müasir tədqiqatçılara kimi hamı bu fikirdədir. Hətta Qəmərşah Cavadovanın konkret misallar əsasında yazdığı kimi "saxurların Qafqazın qədim xalqlarından olmasını qədim gürcü və erməni mənbələri də təsdiq edir."[13]
Ulu tarixçi Strabon öz məşhur "Coğrafiya"-sında Alban ərazisindəki Qanıx çayı barədə bilgi verir və "xьan" adının saxur dilindəki su (çay) sözündən yarandığını söyləyir.[12][14] Strabonun məlumatına əsaslanan Q. Qeybullayev "Azərbaycanlıların etnogenizminə dair" adlı kitabında (Bakı 1991) belə bir qənaətə gəlir ki, "saxurların əcdadı Alazan (Qanıx) çayının, adı onların dilində olan qolunun (yəni Qanıxın) vadisində yaşayırdılar".[14]
Tədqiqatçı Elvira Lətifova yazır ki, saxurların hər hansı dövrdə Qafqaz Albaniyasının şimal-qərb ərazisinə kütləvi köçü, yaxud basqını haqqında heç bir mənbə yoxdur.[15] Bu da, saxurların həmin ərazilərdə daha öncədən yaşamasını göstərir.
İstinadlar
redaktə- ↑ 1 2 "Jurnalist Əhməd İsayev-Həyatda qalan izlər" kitabı. səh. 9
- ↑ 1 2 Цахурский язык - Гарун Ибрагимов 1990. страница 3 Sitat səhvi: Xətalı
<ref>
etiketi; "ReferenceB" adı bir neçə dəfə müxtəlif məzmunla verilib - ↑ Большая советская энциклопедия: Цахуры Arxivləşdirilib 2019-09-23 at the Wayback Machine
- ↑ Советская историческая энциклопедия: ЦАХУРЫ Arxivləşdirilib 2019-09-18 at the Wayback Machine—Лит.: Народы Кавказа, т. 1, М., 1960.
- ↑ Qax rayon İcra Hakimiyyəti: Rayon haqqında: Əhalisi Arxivləşdirilib 2013-07-28 at the Wayback Machine
- ↑ Zaqatala Rayon Məhkəməsi: Zaqatala rayonu haqqında qısa məlumat Arxivləşdirilib 2013-05-25 at the Wayback Machine
- ↑ Balakən Rayon Məhkəməsi: Balakən rayonu haqqında qısa məlumat Arxivləşdirilib 2013-05-25 at the Wayback Machine
- ↑ 1 2 Azərbaycan Respublikası Xarixi İşlər Nazirliyi: Milli Azlıqlar: Azərbaycan Respublikasında mədəni müxtəliflik: Ümumi məlumat Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ Талибов Б. Б. Цахурский язык // Языки народов СССР: в 5-ти томах. Иберийско-кавказские языки. — М.: Наука, 1967. — Т. 4. — С. 591
- ↑ "Saxurların gözü Suvagil"(Bakı 2008)-Əhməd İsayev. səh.23
- ↑ Səlcuq, Xalq Cəbhəsi.- 2011.- 29 mart.- S.11. Azsaylı xalqlar-Saxurlar Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine
- ↑ 1 2 ИЛИСУЙСКОЕ СУЛТАНСТВО (Ilisu Sultanlığı)-E.M.Lətifova
- ↑ "Saxurların gözü Suvagil"(Bakı 2008)-Əhməd İsayev. səh. 12
- ↑ 1 2 "Saxurların gözü Suvagil"(Bakı 2008)-Əhməd İsayev. səh. 14
- ↑ "Saxurların gözü Suvagil"(Bakı 2008)-Əhməd İsayev. səh. 15
Xarici keçidlər
redaktə Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |