Uqo Caves - Wikipedia
Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías; 28 iyul 1954[2][3][…] – 5 mart 2013[4][2][…]) — Venesuela dövlət və hərbi xadimi, 1999–2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007–2013)[5].
Uqo Çaves | |
---|---|
Hugo Rafael Chávez Frías | |
2 fevral 1999 – 5 mart 2013 | |
Əvvəlki | Rafael Kaldera |
Sonrakı | Nikolas Maduro |
Şəxsi məlumatlar | |
Doğum adı | Hugo Rafael Chávez Frías |
Doğum tarixi | |
Doğum yeri | Sabaneta, Barinas, Venesuela |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Karakas, Venesuela |
Vəfat səbəbi | kolorektal xərçəng[1] |
Partiya | Venesuela Vahid Sosialist Partiyası |
Fəaliyyəti | siyasətçi, zabit |
Həyat yoldaşları |
Nensi Kolmenares (1992-dək) Marisabel Rodriges Oropeza (2002) |
Uşaqları |
1-ci evlilikdən: Rosa Virxiniya Mariya Qabriela Uqo Rafael Raul Alfonso 2-ci evlilikdən: Rosines |
Dini | Katolik |
Hərbi xidmət | |
Mənsubiyyəti | Venesuela ordusu |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | Polkovnik-leytenant |
|
|
chavez.org.ve todochavez.gob.ve | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub.
1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib. 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıtmışdır.
Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil olmuşdu. Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Muəmmər Qəddafi ilə dost münasibətlərə malik idi. Özünü inqilabçı hesab edən Çaves, Fidel Kastrodan ilhamlandığını iddia edirdi.[6]. Latın Amerikasında siyasi baxışlarına görə Çavesin müttəfiqi hesab olunan dövlətlər Boliviya, Uruqvay, Argentina və həm də iqtisadi baxımdan Venesueladan asılı olan Kuba idi.
2011-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi müəyyənləşən Çaves, 4 dəfə Kubada cərrahiyyə əməliyyatı keçirmişdir. Lakin, 2012-ci ilin 9 dekabr tarixində növbəti müalicə kursu üçün Kubaya yola düşən Uqo Çavesin səhhəti haqqında bir-birindən fərqli müxtəlif iddialar ortaya atılsa da, uzun sürən onkoloji xəstəlikdən sonra 5 mart 2013-cü ildə 59 yaşında xərçəng xəstəliyindən Karakasda vəfat etmişdir[7]. Onun ölkədə olmadığı müddətdə Venesuelada növbəti prezident seçkiləri keçirilmiş və o, növbəti dəfə Venesuela prezidenti seçilmişdi.
İstinadlar
redaktə- ↑ http://www.venelogia.com/archivos/6600/.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Hugo Chávez Frías // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ President Hugo Chavez confirmed dead |BBC News.
- ↑ Postscript: Hugo Chávez, 1954–2013 Arxivləşdirilib 2014-07-12 at the Wayback Machine (ing.)
- ↑ "Uqo Çaves 58 yaşında vəfat etdi". 2016-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
- ↑ Xərçəng xəstəliyinə tutulan prezidentlər [ölü keçid]
Xarici keçidlər
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |