Azerbaycan Kommunist Partiyasi - Wikipedia
Bu məqalə Azərbaycan SSR-dəki siyasi partiya haqqındadır. 1993-cü ildə təsis edilmiş partiya üçün Azərbaycan Kommunist Partiyası (1993) səhifəsinə baxın. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Azərbaycan Komunist Partiyası və ya qısaca AKP — Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi altında fəaliyyət göstərən və onun proqram vəzifələrini Azərbaycan Sovet Sosialist Respublikasında həyata keçirən siyasi partiya. 1952-ci ilədək Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və ya qısaca AK(b)P adlanmışdır.
Azərbaycan Kommunist Partiyası | |
---|---|
Quruluş tarixi | 20 fevral 1920 |
Dağılma tarixi | 14 sentyabr 1991 |
Birləşən |
Hümmət Partiyası Ədalət Partiyası Əkinçi Partiyası |
Sələfi |
Hümmət Partiyası Ədalət Partiyası |
Xələfi |
Azərbaycan Kommunist Partiyası (1993) Azərbaycan Vahid Kommunist Partiyası |
Baş qərargah | Bakı |
İdeologiya |
Kommunizm Marksizm-Leninizm |
İdeoloji spektr | İfrat solçuluq |
Gənclər təşkilatı | Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı |
Bayrağı |
Tarixi
redaktəQuruluşu və Aprel işğalı
redaktə1920-ci il fevralın 20-də Hümmət Partiyası (bolşeviklər qanadı), Ədalət Partiyası, Əkinçi Partiyası və Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin birləşməsiylə Mirzə Davud Hüseynovun rəhbərliyində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır.
İlk illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakıda şəhər və rayon partiya komitələri, eləcə də qəzalarda 14 qəza partiya komitəsi təşkil olunmuşdu. 1920-ci ilin yanvarından Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı komitəsi yanında Əliheydər Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə "operativ qərargah" fəaliyyət göstərirdi. 1920-ci il aprelin 24-dən isə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin hərbitexniki komissiyası silahlı üsyana hazırlığı öz üzərinə götürdü. Partiyanın erməni daşnak üzvləri Azərbaycanın müxtəlif bölgələrində milli hökumətə qarşı təxribatçı dəstələrin təşkilində xüsusi fəallıq göstərirdilər. 1920-ci il aprelin 24-də Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi və Bakı komitəsinin birgə qərarı ilə Bakı rayonunun partiya təşkilatlarında hərbi vəziyyət elan edildi və bu təşkilatlarda birləşmiş bolşeviklər tam döyüş hazırlığına gətirildi. Silahlı üsyana rəhbərlik döyüş qərargahına tapşırıldı, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi və Bakı komitələri bütünlüklə qərargaha tabe edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində və 11-ci Qırmızı Ordunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı qırğınlarda AK(b)P fəal rol oynadı.
16 oktyabr 1920-ci ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının II Qurultayı keçirilmişdir.
Sovet dövrü
redaktəAprel işğalından sonra Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Azərbaycanda yeganə hakim və leqal partiya oldu. Azərbaycanın hər yerində inqilab komitələri yaradılmış, milli müstəqillik şüurunu məhv edən kommunist diktaturası formalaşdırılmışdı.
23 sentyabr 1952-ci il tarixində keçirilən XIX qurultayda partiyanın adından "bolşeviklər" sözü çıxarıldı.
Son dövrü və ləğvi
redaktə1988-ci ildə başlanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Sovet İttifaqı Kommunist Partiyasının tutduğu mövqe Azərbaycan Milli Azadlıq Hərəkatının genişlənməsinə gətirib çıxardı. Bunun qarşısını almaq məqsədilə 1990-cı ildə Mərkəz Bakıya qoşun yeridərək qırğın törətdi. Bu hadisələrdən sonra Azərbaycan Kommunist Partiyasına olan etimad itirilmiş və minlərlə kommunist partiya sıralarını tərk etmişdi.
1991-ci il sentyabrın 14-də Azərbaycan Kommunist Partiyasının XXXIII (fövqəladə) qurultayında partiya özünü buraxıb.
Üzvləri
redaktə1920 ilin əvvəlində üzvlərinin sayı 20-yə yaxın idi, 1987 ilin yanvarda isə Azərbaycan Kommunist Partiyasının üzvlərin sayı 384100 nəfərə çatdı. Qara yanvardan sonra Sovet İttifaqı Kommunist Partiyası öz etimadını itirdi, və minlərlə adam onun sırasından çıxırdı.
Qurultaylar
redaktəQurultaylar Azərbaycan Kommunist Partiyasının ali orqanı kimi sayılmışdır. Fəaliyyətində Sovet İttifaqı Kommunist Partiyası və onun rəhbər orqanları əsas tutub. Azərbaycan Kommünist Partiyası qurultayları Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Mərkəzi Nəzarət Komitəsinin və Təftiş Komissiyasının hesabatlarını dinləyib, partiya, təsərrüfat və mədəni quruculuq məsələlərini müzakirə edib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, Təşkilat Komitəsi və Sovet İttifaqı Kommunist Partiyası qurultayına nümayəndələr seçilib.
Konfranslar
redaktəKonfranslar respublika partiya təşkilatın ali orqanı olub, qərarlar qəbul edirdi, partiya komitələri seçirdi. 1923-cü ildən konfransların rolu Mərkəzi Komitəsinin plenumlarına keçib.
Təşkilatlanma
redaktəMərkəzi Komitə
redaktəAzərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycan Kommunist Partiyasının qurultaylararası ali orqanı olmuşdur. Mərkəzi Komitə müntəzəm plenumları keçirib, plenumlarda Mərkəzi Komitəsinin üzvü həlledici səslə iştirak edib, Mərkəzi Komitəsinə namizəd olan şəxslər isə məşvərətçi səslə. Mərkəzi Komitəsi plenumlarda Azərbaycan Kommunist Partiyasının Büro və katiblik seçilirdi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin quruluşuna "Kommunist" nəşriyyatı, "Kommunist" və "Bakinski raboçi" qəzetləri, Bakı Ali Partiya Məktəbi, Partiya Tarixi və Marksizm-Leninizm İnstitutları girirdi.
Bölgələrdə
redaktə1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyasının Ağdaş, Gəncə, Göyçay, Cəbrayıl, Qazax, Qubadlı, Quba, Lənkəran, Nuxa, Salyan, Tovuz, Şamxor, Şamaxı və Şuşa Qəza Partiya Komitələri yaradılmışdır. 1922-ci ildə Cavanşir, Naxçıvan və Şərur-Dərəlyəz , 1923-cü ildə isə Ağdam və Kürdistan Qəza Partiya Komitələri və Dağlıq Qarabağ Vilayət Partiya Komitəsi yarandı. 1923-cü ildə Cavanşir, Qubadlı, Naxçıvan,Tovuz, Şərur-Dələyəz və Şuşa Qəza Partiya Komitələri ləğv olundu.
1925-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının inzibati bölgüsündə dəyişiliklər yol verdi. Baş-Noraşen, Culfa, Əbrəqunis, Qıvraq, Nərimanov, Ordubad, Paraqa və Tümbül Dairə Partiya Komitələri yaradıldı. 1926-cı ildə Ağdaş və Şamxor Qəza Partiya Komitələri ləğv olundu.
1929-cu ildə isə bütün qəzalar ləğv olunaraq və yeni dairələr yaradılır. Bu dairələrdə Gəncə, Kürdistan, Qarabağ, Quba, Lənkəran, Muğan, Şuşa, Zaqatala və Zaqatala-Nuxa Dairə Partiya komitələri yaradıldı.
1930-cu ildə bütün dairələr ləğv olunur, rayonlar təşkil edilib. 1930-cu ildə Ağdam, Ağdaş, Ağsu, Astara, Babək, Balakən, Bərdə, Biləsuvar, Cəbrayıl, Culfa, Çuxurabad, Daşkəsən, Əbrəqunis, Əliabad, Əli-Bayramlı, Əsgəran, Füzuli, Gədəbəy, Göynük, Qaraməryəm, Qarasu, Qasım İsmayılov, Hacıkənd, Hadrut, Xanlar, Xaçmaz, Xəzri, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Qonaqkənd, Qutqaşen, Mərəzə, Quba, Qubadlı, Laçın, Lerik, Lənkəran, Martuni, Masallı, Vartaşen, Ordubad, Saatlı, Sabirabad, Salyan, Samux, Səfərəliyev, Şahbuz, Şamaxı, Şəmkir, Şuşa, İliç, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zəngilan Rayon Partiya Komitələri yaradılmışdır.
1931-ci ildə Ağsu, Mərəzə, Qubadlı, Tərtər, Hacıkənd, Əliabad, Göynük, Çuxurabad, Qaraməryəm, Qarasu, Xəzri Rayon Partiya Komitələri ləğv olunmuş, İsmayıllı, Qusar, Şəki, Şaumyan, Gəncə Partiya Komitələri yaradılmışdır.
1933-cü ildə Qubadlı, 1934-cü ildə Tərtər, 1935-ci ildə Yevlax və Zərdab, 1939-cu ildə Ağstafa, Beyləqan, Hacıqabul, Ucar və Xıllı, 1940-cı ildə Neftçala və Siyəzən, 1943-cü ildə Ağsu, Mərəzə, Xaldan və Xudat Rayon Partiya Komitələri yaradılmışdır.
1949-cu ildə Əbrəqunis, 1954-cü ildə Samux Rayon, 1956-cı ildə Xızı, 1959-cu ildə Ağstafa, Hacıqabul, Mərəzə, Neftçala, Siyəzən, Qonaqkənd, Səfərəliyev və Xudat Rayon Partiya Komitələri ləğv olunmuşdur.
1953-cü ildə bir sıra rayonlar Bakı və Gəncə vilayətlərinə birləşib, Bakı və Gəncə Partiya Vlayət Komitələri yaranıb. 1954-cü ildə isə ləğv olunmuşdur.
1963-cü ildə Ağcabədi, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Qasım İsmayılov, Xaçmaz, Qax, Qutqaşen, Qubadlı, Ordubad, Saatlı, Dəvəçi, Şəki, Tərtər, Tovuz, Yevlax, Zərdəb, Şuşa, Şahbuz, Əli-Bayramlı Rayon Partiya Komitələri ləğv olunmuş, Abşeron Rayon Partiya Komitəsi isə ləğv olunmuştur.
1964-cü ildə Biləsuvar, Cəbrayıl, Qasım İsmayılov və Qubadlı, 1965-ci ildə Ağcabədi, Ağsu, Astara, Balakən, Beyləqan, Daşkəsən, Qax, Qutqaşen, Ordubad, Saatlı, Dəvəçi, Şəki, Tərtər, Tovuz, Yevlax, Zərdab, Şuşa, Şahbuz, Əlibayramlı Rayon Partiya Komitələri yaradılmışdır. 1990-cı ildə isə Ağstafa, Hacıqabul, Xızı, Mərəzə Rayon Partiya Komitələri yaradılmış, Əli Bayramlı Rayon Partiya Komitəsi isə ləğv olunmuşdur.
Əlavə olaraq Azərbaycanda olan respublika tabeli şəhərlərdə öz partiya komitələri var idi. 1920-ci ildə Bakı, Kirovabad, 1924-cü ildə Naxçıvan, Stepanakert, Mingəçevir, 1953-cü ildə Sumqayıt, 1962-ci ildə Şəki, 1965-ci ildə Əli-Bayramlı, Yevlax, 1967-ci ildə Naftalan və 1971-ci ildə isə Lənkəran Şəhər Partiya Komitələri yaradılmışdır.
Rəhbərlər
redaktəRəyasət Heyətinin sədrləri
redaktə№ | Sədr | Səlahiyyət müddəti | ||
---|---|---|---|---|
Portret | Adı | Səlahiyyətlərin başlanğıcı | Səlahiyyətlərin sonu | |
1 | Mirzə Davud Hüseynov (1894–1938) |
28 aprel 1920 | 23 iyul 1920 | |
2 | Viktor Naneyşvili (1878–1940) |
23 iyul 1920 | 9 sentyabr 1920 | |
3 | Yelena Stasova (1873–1966) |
9 sentyabr 1920 | 15 sentyabr 1920 | |
4 | Vladimir Dumbadze (1879–1934) |
15 sentyabr 1920 | 24 noyabr 1920 |
İcraçı katiblər
redaktə№ | Katib | Səlahiyyət müddəti | ||
---|---|---|---|---|
Portret | Adı | Səlahiyyətlərin başlanğıcı | Səlahiyyətlərin sonu | |
1 | Qriqori Kaminski (1895–1938) |
24 oktyabr 1920 | 24 iyul 1921 |
Mərkəzi Komitənin birinci katibi
redaktə№ | Birinci katib | Səlahiyyət müddəti | ||
---|---|---|---|---|
Portret | Adı | Səlahiyyətlərin başlanğıcı | Səlahiyyətlərin sonu | |
2 | Sergey Kirov (1886–1934) |
24 iyul 1921 | 5 yanvar 1925 | |
3 | Ruhulla Axundov (1897–1938) |
5 yanvar 1925 | 21 yanvar 1926 | |
4 | Levon Mirzoyan (1897–1939) |
21 yanvar 1926 | 11 iyul 1929 | |
5 | Nikolay Gikalo (1897–1938) |
11 iyul 1929 | 5 avqust 1930 | |
6 | Vladimir Polonski (1893–1937) |
5 avqust 1930 | 7 fevral 1933 | |
7 | Ruben Rubenov (1894–1937) |
7 fevral 1933 | 10 dekabr 1933 | |
8 | Mir Cəfər Bağırov (1896–1956) |
10 dekabr 1933 | 6 aprel 1953 | |
9 | Mir Teymur Yaqubov (1904–1970) |
6 aprel 1953 | 17 fevral 1954 | |
10 | İmam Mustafayev (1910–1997) |
17 fevral 1954 | 10 iyul 1959 | |
11 | Vəli Axundov (1916–1986) |
10 iyul 1959 | 14 iyul 1969 | |
12 | Heydər Əliyev (1923–2003) |
14 iyul 1969 | 3 dekabr 1982 | |
13 | Kamran Bağırov (1933–2000) |
3 dekabr 1982 | 21 may 1988 | |
14 | Əbdürrəhman Vəzirov (1930–2022) |
21 may 1988 | 25 yanvar 1990 | |
15 | Ayaz Mütəllibov (1938–2022) |
25 yanvar 1990 | 14 sentyabr 1991 |
Seçkilərdə
redaktəAzərbaycan SSR Ali Sovetinin VIII çağırışında 269, IX çağırışında 277, X çağırışında və XI çağırışında 311 partiya üzvü deputat seçilmişdir. AKP təkpartiyalı olmayan, ictimai təşkilatların, başda Azərbaycan Xalq Cəbhəsinin qatıldığı ilk seçki olan 1990-cı il Azərbaycan SSR Ali Sovetinə seçkilərdə üstünlük təşkil edərək 360 yerdən 280 yeri qazandı.
Mənbə
redaktəİstinadlar
redaktəƏdəbiyyat
redaktə- Азәрбајҹан Коммунист Партијасынын гурултајлары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 151–156.
- Азәрбајҹан Коммунист Партијасынын конфранслары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 156–157.
- Азәрбајҹан Коммунист Партијасынын гурултајлары (әлавәләр) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 587–588.
- Azərbaycan Kommunist Partiyası // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. 604 səh. ISBN 978-9952-441-05-5.
- Azərbaycan SSR Ali Soveti. Çağırış (8). Deputatlar. Bakı: Azərnəşr. 1973. səh. 5.
- Azərbaycan SSR Ali Soveti. Çağırış (9). Deputatlar. Bakı: Azərnəşr. 1976. səh. 5.
- Azərbaycan SSR Ali Soveti. Çağırış (10). Deputatlar. Bakı: Azərnəşr. 1982. səh. 5.
- Azərbaycan SSR Ali Soveti. Çağırış (11). Deputatlar. Bakı: Azərnəşr. 1985. səh. 5.
- The CIA World Factbook. 1995.
- Directorate of Intelligence. Directory of Soviet oficcials: Republic organizations. Washington D. C. 1986. 59–63.
- Directorate of Intelligence. Directory of Soviet oficcials: Republic organizations. Washington D. C. 1987. 41–44.