Iii Mustafa - Wikipedia
III Mustafa (osm. مصطفى ثالث — Mustafa-i sâlis) (28 yanvar 1717[1][2][…], Ədirnə Sarayı, Ədirnə – 21 yanvar 1774[1][3], Topqapı sarayı, İstanbul) — 26-cı Osmanlı sultanı və 105-ci İslam xəlifəsi.
III Mustafa | |
---|---|
31 oktyabr 1757 – 21 yanvar 1774 | |
Əvvəlki | III Osman |
Sonrakı | I Əbdülhəmid |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar 1717[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 1774[1][3] (56 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | III Əhməd |
Anası | Əminə Mehrişah Sultan |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞahzadəlik illəri
redaktə28 yanvar 1717-ci ildə cümə axşamı günü Ədirnə sarayında dünyaya gəldi.[4] Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Əminə Mihrişah Sultandır. Dünyaya gəlişi səbəbilə sarayda şənliklər təşkil edildi və anasına dəyərli hədiyyələr verildi.[5] 18 sentyabr 1720-ci ildə keçirilən möhtəşəm sünnət mərasimiylə qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə sünnət edildi.[6] 23 gün davam edən bu şənliklər əsnasında dövrün sədrəzəmi Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed bəy də sünnət edildi. 8 oktyabr 1721-ci il çərşənbə günü İncili köşkdə baş tutan mərasimin ardından qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə ilk təhsilinə başlayan Şahzadə Mustafa dini təlimlə yanaşı, hüsnxətt üzrə xəttat Vəliüddin Əfəndidən də dərs aldı.[7] Vəliüddin Əfəndi gələcəkdə yüksələrək, səltənəti dövründə şeyxülislamlığa təyin edildi.[8] Uşaqlıq illəri Lalə dövrünün məşhur əyləncə və saray mərasimlərində keçən Şahzadə Mustafa bütün bu mərasimlərdə digər qardaşlarıyla birlikdə atasının yanında yer aldı.
2 oktyabr 1730-cu ildə baş tutan, başda sədrəzəm Nevşəhərli İbrahim Paşa olmaqla bir çox mühüm dövlət adamının öldürülməsi və atası Sultan Əhmədin taxtdan endirilməsiylə nəticələnən Patrona Xəlil üsyanıyla bu eyş-işrət və əyləncə dövrü başa çatdı.[9] Üsyançılar tərəfindən taxta çıxarılan Sultan Mahmuda ilk biat edənlər isə atası Sultan Əhməd və oğulları oldu. Ardından Şahzadə Mustafa atası və qardaşlarıyla birlikdə Topqapı sarayının Şimşirlik bölümünə həbs edildi.[10][11] Anası Əminə Mihrişah Sultan və sabiq padşahın digər hərəm nümayəndələri isə Köhnə saraya sürgün edildi.
Sarayın Şimşirlik bölümündə keçən illəri ailə fərdlərinin sırayla vəfatı və tutulan yaslarla keçdi. İlk öncə 1732-ci ildə anası Əminə Mihrişah Sultan, bacıları Ümmüsələmə və Ümmügülsümlə qardaşı Süleyman, ardından 1733-cü ildə bacıları Fatma və Əminəylə qardaşı Seyfəddin, 1736-cı ildə atası Sultan Əhməd, 1738-ci ildə isə bacıları Xədicə və Atikə vəfat etdi. Bu ölümlər arasında ən mühümü isə özündən 3 həftə böyük olan və taxta vəliəhd olaraq görülən qardaşı Şahzadə Mehmedin 22 dekabr 1756-cı ildə şübhəli şəkildə ölümü oldu.[12][13] Yayılan saray şayələrinə görə, Sultan Osman tərəfindən taxtına təhlükə olaraq görülən Şahzadə Mehmed sədrəzəm Bahir Mustafa Paşanın vasitəsilə zəhərlənərək öldürülmüşdü. Bu ölüm Şahzadə Mustafanı vahiməyə salsa da, taxt sıralamasında onu önə daşımış, beləcə taxtın vəliəhdi olmuşdur.
Səltənət illəri
redaktəUzun müddətdir davam edən xəstəliyinin ardından Sultan Osman 30 oktyabr 1757-ci ildə gecə saatlarında vəfat etdi.[14] Xəbəri olan sədrəzəm Raqif Paşa dərhal Topqapı sarayına gələrək şeyxülislam Feyzullah Əfəndi, kaptan-ı dərya Əli Paşa, yeniçəri ağası Çələbi Mehmed ağa, Anadolu və Rumeli qazəsgərlərini saraya çağırdı. Qısa müzakirənin ardından Darüssəadə ağası Əhməd ağa tərəfindən tutulduğu Şimşirlik bölümündən çıxarılan Şahzadə Mustafa sarayın Sünnət otağına gətirildi və burada biat mərasimi keçirildi.[15] Səhər saatlarında Babüssəadə qapısı önünə taxt çıxarıldı və ənənəvi cülus mərasimiylə Sultan Mustafanın taxta çıxarıldı elan olundu. Ardından mərhum padşah Sultan Osmanın cənazə mərasiminə qatılan Sultan Mustafanın qılınc qurşanma mərasimi 3 noyabrda ənənəyə sadiq qalınaraq Əyyubsultan məscidində baş tutdu.[16] 8 noyabr günü cülus bəxşişi paylandı.
Ailəsi
redaktəHərəmxanası
redaktə- Mihrişah Sultan
- Ayşə Adilşah Sultan
- Aynülhəyat Sultan (1726 - 1 avqust 1764) — Məzarı Sultan Mustafa türbəsindədir.
- Rüfət Qadınəfəndi (1744 - yanvar 1804) — 1758-ci ildə saraya alınmışdır.
- Fatma Fəhimə Sultan (1734 - 1761) — doğum əsnasında vəfat etmişdir.
- Mihrişah Sultan (ö. 1799) — Məzarı qızı Şah Sultanın türbəsindədir.
- Binnaz Qadınəfəndi (ö. may 1823)
Oğlan uşaqları
redaktə- III Səlim
- Şahzadə Mehmed (10 yanvar 1767 - 12 oktyabr 1772) — Mihrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir.
Qız uşaqları
redaktə- Hibətullah Sultan (14 mart 1759 - 1 iyul 1762) — Mihrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir.
- Şah Sultan
- Mihrimah Sultan (6 oktyabr 1762 - 19 mart 1764) — Aynülhəyat Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir.
- Mihrişah Sultan (10 dekabr 1762 - 21 fevral 1769) — Məzarı Sultan Mustafa türbəsindədir.
- Beyhan Sultan
- Xədicə Sultan
- Fatma Sultan (9 yanvar 1770 - 26 may 1772) — Mihrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Mustafa III // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Sultan (seit 1757) Mustafa // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Mustafà III // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ Râşid Mehmed Efendi, Târîh-i Râşid ve Zeyli, C. 2, Haz. Abdülkadir Özcan vd., Klasik Yayınları, İstanbul 2013, s. 1050
- ↑ Dündar Alikılıç, İmparatorluk Seremonisi, Tarih Düşünce Kitapları, İstanbul 2004, s. 168-169
- ↑ Hâfız Mehmed Efendi, Sûr-ı Hümâyûn, (Haz. Seyit Ali Kahraman), İstanbul Büyükşehir Belediyesi Kültür A.Ş. Yayınları, İstanbul 2016, s. 32-36
- ↑ Dündar Alikılıç, İmparatorluk Seremonisi, s. 181
- ↑ Şemdanizade, Mür’i’t-Tevârih, C. II.A, s. 37
- ↑ Destârî Sâlih Efendi, Destârî Sâlih Tarihi, Yayımlayan: Bekir Sıtkı Baykal, Türk Tarih Kurum Yayınları, Ankara 1962, s. 18
- ↑ Subhî Mehmed Efendi, Subhî Tarihi, Haz. Mesut Aydıner, Kitabevi Yayınları, İstanbul 2007, s. 33
- ↑ Abdi Efendi, Abdi Tarihi, Haz. Faik Reşit Unat, Türk Tarih Kurumu Yayınları, Ankara 2014, s. 52-56
- ↑ İsmail Hakkı Uzunçarşılı, Osmanlı Tarihi, C. 6, Türk Tarih Kurumu Yayınları, Ankara …, s. 372-378
- ↑ Hâkim Efendi, Tarih, s. 409-413
- ↑ Fikret Sarıcaoğlu, “Osman III”, DİA, C. 33, İstanbul 2007, s. 458
- ↑ Üzeyir Yıldırım, Osmanlılar’da Cülûs ve Buna Dair Bir Kaynak Eser, Mimar Sinan Güzel Sanatlar Üniversiesi Sosyal Bilimler Enstitüsü, Yüksek Lisans Tezi, İstanbul 2007, s. 24-25
- ↑ Abdülkadir Özcan, “Kılıç Alayı”, DİA, C. 25, Ankara 2002, s. 408-410
Mənbə
redaktə- Uzunçarşılı, İsmail Hakkı (2003). Osmanlı Tarihi III. Cilt 1. Kısım: II. Selim'in Tahta Çıkışından 1699 Karlofça Andlaşmasına Kadar. Ankara: Türk Tarih Kurumu Yayınları. ISBN 975-16-0013-8.
- Sakaoğlu, Necdet (1999). Bu Mülkün Sultanları. İstanbul: Oğlak Yayınları. ISBN 875-329-299-6. say.357–373
- Kinross, Lord (1977). The Ottoman Centuries. İstanbul: Sander Kitabevi. ISBN 0-224-01379-8.(İngilizce)
- Shaw, Stanford (1976). History of the Ottoman Empire and Modern Turkey. Vol.1 Empire of the Gazis: the Rise and Decline of the Ottoman Empire 1280–1808. Cambridge: Cambridge University Press. ISBN 0-521-29163-1. say.246–250 (İngilizce)
Xarici keçidlər
redaktəIII Mustafa Doğum: 28 yanvar 1717 Vəfat: 21 yanvar 1774
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri III Osman |
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 31 oktyabr 1757-21 yanvar 1774 |
Xələfləri I Əbdülhəmid |
Sünni İslam titulları | ||
Sələfləri III Osman |
İslam Xəlifəsi (خلافة إسلامية) |
Xələfləri I Əbdülhəmid |