Qara Qarayev - Wikipedia
Qara Əbülfəz oğlu Qarayev (5 fevral 1918[1][2][…], Bakı, Bakı qəzası[1] – 13 may 1982[2][3][…], Moskva[4][5][…]) — Azərbaycan-sovet bəstəkarı və pedaqoqu, Sosialist Əməyi Qəhrəmanı (1978), SSRİ xalq artisti (1959), Azərbaycan SSR xalq artisti (1958), Stalin mükafatı laureatı (1946, 1948), "Lenin" mükafatı laureatı (1967), SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki.
Qara Qarayev | |
---|---|
1953 – 13 may 1982 | |
Əvvəlki | Səid Rüstəmov |
Sonrakı | Aqşin Əlizadə |
1950 – 1953 | |
Əvvəlki | Üzeyir Hacıbəyov |
Sonrakı | Ə. Abbasov |
Şəxsi məlumatlar | |
Doğum adı | Qara Əbülfəz oğlu Qarayev |
Doğum tarixi | 5 fevral 1918[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 may 1982[2][3][…] (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | bəstəkar, pianoçu, film bəstəkarı, musiqi pedaqoqu, deputat, universitet müəllimi[d] |
Atası | Əbülfəz Qarayev |
Anası | Sona xanım Axundova |
Həyat yoldaşı | Tatyana Neçayeva |
Uşaqları |
|
|
|
Təltifləri |
|
qara-qarayev.musigi-dunya.az/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Qara Qarayev yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Uilyam Şekspir, Aleksandr Puşkin və Ömər Xəyyam, Mixail Lermontov və Lope de Veqa obrazlarına müraciət etmiş, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanmışdır.[6]
Həyatı
redaktəErkən illəri
redaktəQara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevin ailəsində anadan olmuşdur.[7] Qara Qarayevin atası — əməkdar elm xadimi, Azərbaycanda ən qabaqcıl uşaq həkimi və Azərbaycan Demokratik Respublikası qurulanadək diaqnost, daha sonralar isə nəzəriyyəçi kimi böyük ad-san qazanmış,[8] anası Sona xanım isə "Müqəddəs Nina" məktəbinin Bakı bölməsini bitirmişdi.[8] O həm də fortepiano ifaçılığı təhsili almışdı.[8]
1925-ci ildə Qara Qarayev konservatoriya yanında musiqi məktəbində oxuduğu zaman pianoçu və pedaqoq Vladimir Mixayloviç Kozlov ilə tanış olmuşdu.[9] Qara Qarayev V. M. Kozlovun Azərbaycandan çox-çox uzaqlarda tanınmasını yüksək qiymətləndirirdi.[9] Bu haqda o belə demişdi:
O Bakıda çıxış etmiş bütün artistlərlə çalmışdı və çoxları bilirdi ki, Bakıya akkompaniatorsuz da yollanmaq olar.[9] |
Qarayevin yaradıcılığında V. M. Kozlovun adı ilə bağlı əsərlərdən onun dünyadan köçdüyü 1960-cı ildə yazılmış və xatirəsinə həsr olunmuş violino ilə fortepiano üçün sonatanı göstərmək olar.[9][10]
1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmişdir.[11] 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə (professor Georgi Şaroyevin sinfi) daxil olmuşdur.[11] 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxumuşdur.[11]
Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs almışdır.[11][12] Üzeyir Hacıbəyovun sinfində Qara Qarayev "Azərbaycan xalq musiqisinin əsasları" fənnini keçirdi.[9] Hacıbəyov ilk andan Qara Qarayevin gələcəkli istedadını aşkarlaya bilmişdi.[9] Sonralar Qara Qarayev belə söyləyirdi:
O, əgər belə desək, mənim milli ruhum uğrunda çarpışırdı.[9] |
Qarayev muəllimi Üzeyir Hacıbəyova bəslədiyi sonsuz minnətdarlığını ömrünün sonunadək qoruyub saxlamışdı.[13] Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk violino, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin "Aşıqsayağı" simfonik transkripsiyasını yaratmağa ilhamlandırmışdı.[9][14]
1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir.[11] 1938-ci ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi olmuşdur.[11]
Yaradıcılıq fəaliyyəti
redaktə1938-ci ildə ilk böyük əsərini xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə "Könül mahnısı" kantatasını bəstələmişdir.[11] Həmin ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.[11][15]
1941-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləmişdir. 1943-cü ildə birinci simfoniyanı yazmışdır.[11] 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur. 1946-cı ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir.[11][16] Şostakoviçlə Qarayevin ömürlük dostluğu həm zövq, həm yaradıcılıq durumu, həm də həyata baxışları baxımından yaxınlıqlarının sonucu kimi açıqlanırdı.[9][17] Bütün bunlar Qara Qarayevin tələbəlik illərindəki yaradıcılığında həm kəmiyyət, həm də keyfiyyət göstəriləri ilə özünü aşkarlayırdı.[9][18][19]
1946-cı ildə ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləmişdir.[11] 1946-cı ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilmişdir.[20] 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olmuşdur.[11] Həmin ildə Ümumittifaq Sovet Bəstəkarlatının I qurultayının nümayəndəsi olmuşdur.[21] 1949-cu ildə Üzeyir Hacıbəyov adına İncəsənət İnstitutunun musiqi bölməsinin rəhbəri seçilmişdir.[11]
Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır.[11] 1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilmişdir[11]. Həmin ildə Sovet mədəniyyət və incəsənəti nümayəndə heyətinin tərkibində Alban Xalq Respublikasında olmuşdur.[11] 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilmişdir.[11] Həmin ildə Ümumittifaq Sülh həmrəyliyi tərəfdarlarının IV konferensiyasının nümayəndəsi seçilmişdir və Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur.[11] O, 1954-cü ildən 1982-ci ilə qədər SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.[22] 1955-ci ildən 1976-cı ilə qədər IV–IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur.[11] 1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmişdir.[11] 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayına nümayəndə seçilmişdir.[11] 1957-ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü seçilmişdir.[11] Həmin ildə "Don Kixot" filminə musiqi bəstələmişdir.[11] 1958-ci ildə V çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur.[11] 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Həmin ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru olmuşdur.[11] Moskvada Azərbaycan incəsənət dekadasının iştirakçısı olmuşdur. Çexoslovakiyada "Yeddi gözəl" baletinin premyerasında iştirak etmişdir.[23]
1960-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.[11] Həmin ildə Azərbaycan Kommunist Partiyasının XXIV qurultayının nümayəndəsi olmuşdur.[11] 1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur.[24] Həmin ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misirdə səfərdə olmuşdur.[11] O, həm də Azərbaycan Kommunist Partiyasının XXV qurultayının və SSRİ KP XXII qurultayını nümayəndəsi olmuşdur.[11] 1962-ci ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir (VI çağırış).[11] Azərbaycan Bəstəkarlarının İkinci Qurultayının nümayəndəsi olmuşdur.[11] SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir.[11] P. İ. Çaykovski adına skripkaçıların İkinci Beynəlxalq müsabiqəsinin juri üzvü olmuşdur.[11] Sovet mədəniyyət və incəsənət nümayəndə heyətinin tərkibində Amerika və Afrika ölkələrində olmuşdur.[11] 1963-cü ildə "Yeddi gözəl" baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da səhnəyə qoyulmuşdur.[11] Həmin ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur; Azərbaycan Kommunist Partiyasının XXVI qurultayının nümayəndəsi olmuşdur.[11] 1964-cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak etmişdir.[11] 1965-ci ildə Kamera orkestri üçün məşhur 3-cü Simfoniyanı bitirmişdir.[11] Aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.[11]
1966-cı ildə SSRİ Ali Sovetinin deputatı (VII Çağırış) seçilmişdir.[11] Həmin ildə Bakıda "Klassik süita"nın ilk ifası olmuşdur.[11] O, həm də Dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri olmuşdur və Sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər etmişdir.[11] 1967-ci il aprelin 21—də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur.[11] Həmin ildə Monrealda keçirilən Beynəlxalq sərgidə Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur; Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsində iştirak etmişdir.[11] 1969-cu ildə "Yeddi gözəl" baletinin və "Leyli və Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər etmişdir və III Simfoniyası Yaponiyada səslənmişdir.[11]
1971-ci ildə Moskvada açılan Beynəlxalq Musiqi Konqresinin yekun konsertində III Simfoniya böyük uğur qazanmışdır.[11] "Qoyya" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuşdur.[11] 1972-ci ildə "Varşava payızı" çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.[11] 1973-cü ildə "İldırımlı yollarla" baleti Odessa Opera və Balet Teatrında səhnəyə qoyulmuşdur.[11] Həmin ildə P. İ. Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir.[11] 1975-ci ildə Leninqradda yaradıcılıq gecəsi konserti keçirilmişdir.[11]
1976-cı ildə III Simfoniya Praqa şəhərində uğurla səsləndirilmişdir.[11] Həmin ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir.[25] 1978-ci ildə 60 illiyi münasibətilə Moskvada müəllif konserti təşkil edilmişdir.[11] Həmin ildə ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, Moskva operetta teatrında "Çılğın qaskoniyalı" müziklinin ilk tamaşası qoyulmuşdur.[11]
Qara Qarayev XX əsri "molto accelerando e crescendo" (azərb. hərəkəti sürətləndirib səslənməni gücləndirmək) musiqi termini ilə izah etmişdir.[6] Qarayev müxtəlif illərdə, müxtəlif məqalə və çıxışlarında Azərbaycan musiqi mədəniyyətində Şərq və Qərbin sintezi, vəhdəti haqqında danışırdı.[6][26] O, bu sintezi Şərq və Qərbin mücərrəd toqquşmasında deyil, onların milli mədəniyyətinin yaradıcı təcrübəsinin qarşılıqlı əlaqəsində, beynəlmiləl yaxınlığında görürdü.[6][27] Bu barədə başqırd yazıçısı R. Həkimova verdiyi müsahibədə Qarayev Qərbin və Şərqin lap əvvəldən onun təhsilində, yaradıcılığında vəhdətdə olduğunu qeyd edirdi:
Axı mən oxumağa Bakıda Hacıbəyovda başlamışam, Moskvada Şostakoviçdə isə təhsilimi bitirmişəm. Ona görə Qərb və Şərq lap əvvəldən məndə bir vəhdət təşkil etmişlər. Mən sanki iki ananın oğluyam.[6] |
Qara Qarayevin yaradıcılığında vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil etmişdir.[6][28] İkinci simfoniya, Cövdət Hacıyevlə yazdığı "Vətən" operası, "Ürək mahnısı" kantatası, "Bizim partiya", "Səadət mahnısı", "Azərbaycan" süitası belə əsərlərdəndir.[6][29][30]
Qara Qarayev bəstəkar olmaqla bərabər, həm də zəngin dünyagörüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə, geniş erudisiyaya, iti zəkaya malik alim, mütəfəkkir idi.[6][31] O, dünya musiqi elminin son nailiyyətlərini böyük dəqiqliklə öyrənmiş, mənimsəmiş, dünya musiqisinin, eləcə də ədəbiyyatının, rəssamlığının, teatrının gözəl bilicisi olmuşdur.[6][32] Alimin sırf musiqi elminə, nəzəriyyəsinə, estetikaya aid xüsusi tədqiqatı olmasa da, onun zəngin elmi-publisistik irsi, qırx il ərzində yazdığı çoxlu məqalələri, resenziyaları, məruzə və çıxışları, müsahibələri, incəsənətin bir sıra vacib problemləri — xəlqilik, millilik, beynəlmiləlçilik, ənənə, novatorluq, musiqidə faciə və s. haqqında fikirləri, düşüncələri, görüşləri, elmi müddəaları, ona böyük mütəfəkkir alim kimi Azərbaycan musiqi elmində möhkəm və şərəfli yer tutmasına haqq qazandırıb.[6][33]
Yetirmələri
redaktəQara Qarayev saysız-hesabsız tələbə yetişdirirdi. Onun tələbələri yüksək professionallığı və individuallığı, xüsusi, özlərinə məxsus dəst-xətti ilə seçilirlər.[34][35]
- Boris Yermolayev (1951)
- Valeri Svekolnikov (1951)
- Yuri Qazançyan (1953)
- Tofiq Bakıxanov (1957)
- Firəngiz Nadirova (1957)
- Xəyyam Mirzəzadə (1957)
- Yuri Ter-Osipov (1958)
- Rəcəb Allayarov (1960)
- Nihat Osmanov (1961)
- Şəmsi Kərimov (1962)
- Leonid Qureviç (1963)
- Vladimir Şainski (1963)
- Polad Bülbüloğlu (1968)
- Rasim Bədəlov (1968)
- Afaq Cəfərova (1969)
- Firəngiz Əlizadə (1972)
- İbrahim İsmayılov (1972)
- Vladimir Qazancyan (1973)
- İsmayıl Hacıyev (1973)
- Arif Mirzəyev (1974)
- Elnara Dadaşova (1975)
- Çingiz Almaszadə (1976)
- Rəhilə Həsənova (1977)
- Eduard Qazarov (1977)
- Elnar Məmmədov (1979)
- Cəlal Abbasov (1980)
Ölümü
redaktə1982-ci il mayın 13-də Moskva şəhərində vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.[11][36] Bəstəkarın qəbir daşını memar Tələt Xanlarov hazırlamışdır.[37]
Şəxsi həyatı
redaktəQara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurmuş və bu cütlükdən Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlmişdir.[38] O, öz həyat yoldaşını çox sevir, başa düşür və etibar edirdi.[39] Həyat yoldaşına həsr olunmuş yeganə musiqi əsəri — prelyüdiya lya majoru Qarayev yuxuda eşitmiş, səhər isə qələmə alaraq Tatyanaya bəxş etmişdir.[39]
Qara Qarayevin uşaqlıq və gənclik illəri Məhəmməd Füzuli küçəsi (indiki Nizami küçəsi) 47-də yerləşən mənzildə keçib.[38] Qara Qarayev Moskvada təhsil aldığı dövrdə isə Lesnaya küçəsi 43 ünvanındakı 7 saylı mənzildə yaşayıb.[38] Bakıya qayıdandan sonra gənc bəstəkara Krasnoarmeyskaya küçəsi (indiki Səməd Vurğun küçəsi) 21-də yeni mənzil verilib və 1946–1955-ci illərdə Qara Qarayev həmin mənzildə yaşayıb.[38] 1959-cu ildə isə Qara Qarayev ailəsi ilə birgə Kirov prospektinə köçürlər.[38]
Qara Qarayev fotoqrafiya həvəskarı idi və boş vaxtlarında şəkillər çəkirdi.[38] Onun müxtəlif markalı fotoaparatları var idi və xarici səfərləri zamanı şəkilləri lentə alırdı.[38]
Xatirəsi
redaktə1960-cı ildə rəssam Tahir Salahov Qara Qarayevi "Bəstəkar Qara Qarayevin portreti" təsvir etmişdir.[40] Rəsm əsəri Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır.[40] Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov bunu qeyd etmişdir:
Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım.[40] |
1982-ci ildə Azərbaycan Dövlət Kamera Orkestrinə bəstəkarın adı verilmişdir.[41] 1984-cü ildə Bəstəkar Qara Qarayev gəmisi dənizə buraxılmışdır.[41] 1989-cu ildə 8 illik orta musiqi məktəbinə Qara Qarayevin adı verilmişdir.[41]
1991-ci ildə Bakı şəhərinin "Avrora" metro stansiyasının adı dəyişilərək bəstəkarın xatirəsinə Qara Qarayev metrostansiyası adlandırılmışdır.[41] Həmin ildə Bakı şəhərinin küçələrindən birinə Qara Qarayevin adı verilmişdir.[41] 1998-ci ildə "Qara Qarayev" poçt markası buraxılmışdır.[41]
2007-ci ildə Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçirilmişdir.[41]
2010-cu il 6–10 dekabr tarixlərində Qara Qarayev adına pianoçuların birinci Beynəlxalq Elmi-İfaçılıq müsabiqəsi və "Fortepiano Qara Qarayev yaradıcılığında" Beynəlxalq Elmi — İfaçılıq konfransı keçirilmişdir. 2011-ci il 2–8 aprel tarixlərində Qara Qarayev IV Beynəlxalq Müasir musiqi festival keçirilmişdir.[41] 2013-cü il 14–19 apreldə Qara Qarayev V Beynəlxalq Müasir musiqi festival keçirilmişdir.[41] Həmin ildə Qara Qarayev adına musiqi məktəbinin bazasında Mərkəzi İncəsənət Məktəbinin yaradılması haqqında qərar qəbul edilmişdir.[41] 2014-cü ildə Bakının "28 May" küçəsində bəstəkarın abidəsi heykəltaraş Fazil Nəcəfov tərəfindən ucaldılmışdır.[42] Həmin ildə 1973–1982-ci illərdə Moskva şəhərində yaşadığı evin divarına vurulan xatirə lövhəsinin (heykəltaraş H. Haqverdi, memar P. Kozlov) açılış mərasimi olmuşdur.[43] 2018-ci ildə TÜRKSOY 2018-ci ili "Qara Qarayev İli" elan etmişdir.[41] 2018-ci il oktyabrın 1-də Bakının Nizami küçəsi yerləşən ev muzeyinin açılış mərasimi olub.[44]
Təltif və mükafatları
redaktə- Sosialist Əməyi Qəhrəmanı — 3 fevral 1978[45]
- "SSRİ xalq artisti" fəxri adı — 9 iyun 1959[41]
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 26 aprel 1958[41]
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 aprel 1955[41]
- "Lenin" mükafatı — 22 aprel 1967 ("İldırımlı yollarla" baletinə görə)[46]
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 ("Vətən" operasına görə)[41]
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1948 ("Leyli və Məcnun" simfonik poemasına görə)[41]
- Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 28 aprel 1965 ("Antoni və Kleopatra" tamaşasına yazdığı musiqiyə görə)[47]
- "Lenin" ordeni — 27 oktyabr 1967; 3 fevral 1978[45]
- "Oktyabr inqilabı" ordeni — 2 iyul 1971[45]
- "Qırmızı əmək bayrağı" ordeni — 15 sentyabr 1961[45]
- "Qafqazın müdafiəsinə görə" medalı — 1944[41]
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946[41]
- Ümumittifaq Sovet filmləri festivalının laureatı — 1957 ("Bir məhəlləli iki oğlan" filminin musiqisinə görə)[41]
- Ümumittifaq kino festivalında II mükafat — 1959 ("Uzaq sahillərdə" filminin musiqisinə görə)[41]
Əsərləri
redaktəOperalar
redaktəBaletlər
redaktə- Yeddi gözəl (1952)
- İldırımlı yollarla (1958)
- Leyli və Məcnun (1969)
Müzikllar
redaktə- Çılğın qaskoniyalı (1973)
Xor, solistlər və orkestr üçün — kantata və oratoriyalar
redaktə- Könül nəğməsi (1938)
- Səadət nəğməsi (1947)
- Partiyamızdır (1959)
- Lenin (1970)
- Dostluq himni (1974)
Orkestr üçün — simfoniyalar
redaktə- Birinci simfoniya (Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə) (1944)
- İkinci simfoniya (1946)
- Alban rapsodiyası (1952)
- Üçüncü simfoniya (kamera orkestri üçün) (1965)
- Qoyya (Yaşlılar və uşaq xorları və simfonik orkestr üçün) (1979)
- Don Kixot (1960)
Suitalar
redaktə- Azərbaycan süitası (1939)
- Passakaliya və üçlü fuqa (1941)
- Yeddi gözəl baletindən suita (1949)
- Xəzər neftçiləri haqqında dastan filmindən suita (1953)
- Vyetnam filmindən suita (1955)
- Dənizi fəth edənlər filmindən suita (1964)
- İldırımlı yollarla baletində iki suita (1967)
- Kamera orkestri üçün klassik suita (1966)
- Matəm odası
Solo alətlərlə orkestr üçün
redaktə- Sevinc poeması (fortepiano ilə orkestr üçün) (1937)
- Violino ilə orkestr üçün Konsert (1967)
Kamera-instrumental ansamblları
redaktə- Simli kvartet üçün fuqa (1940)
- Simli kvartet üçün kvartettino (1942)
- 1-ci simli kvartet (1942) (itirilib)
- 2-ci simli kvartet (a-moll) (1947)
Fortepiano üçün
redaktə- Matəm prelüdü (S. Ordjonikidzenin xatirəsinə) (1937)
- Tsarskoselo heykəli (musiqili şəkil) (1937)
- Üçsəsli fuqa (1939)
- Azərbaycan rapsodiyası (1940)
- 2 sonatina (1940, 1943)
- 12 uşaq pyesi (6–1950, 6–1966)
- "24 prelüd" silsiləsi. 4 dəftər (1951, 1952, 1957, 1963).
- "12 fuqa"
Violino ilə fortepiano üçün
redaktə- Violino ilə fortepiano üçün Sonata (d-moll) (Vladimir Kozlovun xatirəsinə)
- Səs ilə fortepiano üçün A. S. Puşkinin sözlərinə 2 romans: "Gürcüstan yüksəkliklərində" (rus. На холмах Грузии) və "Mən sizi sevirdim" (rus. Я вас любил)
- Səs və caz-orkestr üçün "Üç noktürn" (1958)
Xor üçün
redaktə- "Lay-lay" fortepiano üçün (1939)
- "Payız" (1947)
Filmlər üçün yazdığı musiqilər
redaktə- Ordenli Azərbaycan (1938)
- Bir ailə (1943)
- Xəzər dənizçiləri (1944)
- Bakının işıqları (1950)
- Mingəçevir (1950)
- Xəzər neftçiləri haqqında dastan (1953)
- Bir məhəllədən iki nəfər (1957)
- Don Kixot (1957)
- Onun böyük ürəyi (1958)
- Uzaq sahillərdə (1958)
- Dənizi fəth edənlər (1959)
- Əsl dost (1959)
- Matteo Falkone (1960)
- Leyli və Məcnun (1961)
- İnsan məskən salır (1967)
- Nizami (1982)
- Yeddi gözəl (1982)
Filmoqrafiya
redaktəİştirak etdiyi filmlər
redaktə- Axşam konserti (film, 1948)
- Bülbül (film, 1968)
- Respublikam haqqında həqiqət (film, 1972)
- Ürək nəğməsi (film, 1989)
Haqqında çəkilən filmlər
redaktə- Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
- Qara Qarayev-60 (film, 1978)
1979-cu ildə Arif Qazıyev tərəfindən "Azərbaycantelefilm"də istehsal edilmiş Bəstəkar Qara Qarayev. Opus-78 adlı qısametrajlı sənədli televiziya filmi çəkilmişdir. Film Qara Qarayevin Moskvada tamaşaya qoyulmuş "Coşğun Qaskoniyalı" müzikli haqqındadır.
Əsərlərindən istifadə edilən filmlər
redaktə- Doğma xalqıma (film, 1954)
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962)
- Üçüncü simfoniya (film, 1968)
- Abşeron ritmləri (film, 1970)
- Dostluq himni (film, 1974)
- Əfsanələr aləmində (film, 1975)
- Nəğməkar torpaq (film, 1981)
- Əlvida, cənub şəhəri (film, 2006)
- 40-cı qapı (film, 2008)
- Həqiqətin özü (film, 2008)
- Ölüm növbəsi (film, 2009)
- Üfüqü ötənlər (film, 2011)
Qalereya
redaktə-
Qara Qarayevin 70 illik yubileyinə həsr olunmuş "Qara Qarayev musiqi həftəsi" elmi-nəzəri konfransının emblemi olan döş nişanı. Bakı, 1988
-
Qara Qarayevə məxsus olan fotoaparatlar və onun çəkdiyi kadrlar. Qara Qarayevin ev-muzeyi
Nəsil ağacı
redaktəƏbülfəz Qarayev (1885–1952) | Sona Axundova (1898–1971) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tatyana Neçayeva | Qara Qarayev (1918–1982) | Mürsəl Qarayev (1919–1975) | Böyükxanım Nəzirova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fərəc Qarayev (1943–) | Züleyxa Qarayeva | Cahangir Qarayev (1950–2013) | Əbülfəs Qarayev (1956–) | Medeya Qarayeva | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Караев Кара Абульфаз оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Qarayev, Qara Əbülfǝz oğlu (1918-1982) // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Kara (Gara) Garayev // Musicalics (fr.).
- ↑ 1 2 Qarayev, Qara // Catalog of the German National Library (alm.).
- ↑ 1 2 КАРА́ЕВ // (unspecified title).
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Qara Qarayev: Biblioqrafiya (PDF). Bakı: M.F.Axundov adına Milli Kitabxana. 2008. 331. 2022-08-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 noyabr 2018.
- ↑ Zümrüd. Musiqimizə yeni yollar açan novator sənətkar /Zümrüd //Səs.- 2017.- 19 oktyabr.- S.7.
- ↑ 1 2 3 "Ailəsi". qara-qarayev.musigi-dunya.az. qara-qarayev.musigi-dunya.az. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Müəllimləri". qara-qarayev.musigi-dunya.az. qara-qarayev.musigi-dunya.az. 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
- ↑ Karagiçeva, L. Qara Qarayev /Lyudmila Karagiçeva; tərc. ed. İ. Yaqubov; red. F. Sahib.- Bakı: Azərnəşr, 1968.- 70 s.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 Qara Qarayev: Biblioqrafiya. M.F.Axundov adına Milli Kitabxana. 2008. 331. (#accessdate_missing_url)
- ↑ Qara Qarayev: biblioqrafiya = Кара Караев: библиография /AzSSR EA, Əsaslı Kitabxana; tərt. ed. M. İbrahimova, A. İsazadə, X. Məmmədova; red. L. Karaqiçeva, R. Kazımov.- Bakı: [AzSSR EA], 1969.- 141, [3] s.
- ↑ Qara Qarayev /E. Abbasova, L. Karaqiçeva, R. Fərhadova ; red. T. Quliyev.- Bakı: İşıq, 1978.- 72 s.
- ↑ Zöhrabov, R. Bəstəkarlarımız haqqında söz: [toplu]: Müəllif bu kitabı Azərbaycan Bəstəkarlar İttifaqının 60 illiyinə ithaf edib. /Ramiz Zöhrabov .- Bakı:Şur, 1995.- I kitab.- 90 s.- portr.
- ↑ Гулиев, Г. Философия Кара Караева: [О книге музыковеда М. Гаджиевой: "Философия мышления Кара Караева"] //Каспий.- 2007.- 12 сентября.- С. 7.
- ↑ Qara Qarayevi anarkən: məqalələr toplusu /tərt. və red.: Z. Səfərova; AMEA, Memarlıq və İncəsənət İnstitutu.- Bakı: Elm, 2002.- 160 s. (Mətn Azərbaycan və rus dillərində).
- ↑ HRENNIKOV, Tihon; KARAEV, Kara; BUNIN, Revol' S Begegnungen mit Dmitri Schostakowitsch. [Meetings with Dmitrij Sostakovic.] Kunst und Literatur, Vol. XXV/5 (1977) 535–47. In German. ISSN: 0023–544X.
- ↑ Таирова, Р. Традиции Д. Шостаковича в азербайджанской музыке на примере симфонического и камерно — инструментального творчества К. Караева: Автореф. дисс.… на соискание ученой степени канд. искусствоведения .-Б., 2004.-27 с
- ↑ Schmelz Peter J. Shostakovich's "twelve-tone" compositions and the politics and practice of Soviet serialism. pp. 303–354; music.
- ↑ Гаджиева, Мина. Философия мышления Кара Караева [Текст] /М. Гаджиева; науч. ред. И. Б. Джафарзаде.- Баку: Элм, 2007.- 118, [2] с.: ил., 21 см.
- ↑ Qara Qarayev: oçerklər /ön sözün müəl. F. Bədəlbəyli; elmi red. G. Abdullazadə; tərt. ed. və red. Ş. Mahmudova, G. Mahmudova.- Bakı: Çinar-Çap, 2003.- 280 s.
- ↑ Əliyeva, İ. Böyük sənətin qüdrəti: Musiqi xadimləri /İradə Əliyeva //Azərbaycan.- 2016.-6 fevral.- S.6.
- ↑ На проводе -Прага: [Сегодня премьера балета "Семь красавиц" Кара Караева на Чехословацкой сцене] //Вышка.- 1959.- 23 сентября.- С. 2.
- ↑ Тропою грома" в Лос-Анжелесе: [Беседа корреспондента газеты с композитором об его участии в концертах США] //Вышка.- 1961.- 28 мая.- С. 2.
- ↑ Тагизаде, А. На музыкальных меридианах: [Доклады Кара Караева и Т. Тагизаде на встрече советских и итальянских музыкантов в мае в городе Пезаро] //Бакинский рабочий.- 1976.- 2 мая.- С. 3.
- ↑ Абдуллаева, Л. Донкихотство как вечное движение вопреки: [О значении творчества К. Караева и Уз. Гаджибекова в музыкальной жизни] //Азербайджанские Известия.- 2008.- 23 февраля.- С. 3.
- ↑ Алиева, Р. Лицом к лицу со временем //Азербайджанские Известия.- 2008.- 13 февраля.- С. 3.
- ↑ Насирова Кенуль Ясиф кызы. Мелодика Кара Караева [Текст]: [монография] /Кенуль Насирова.- Баку: Шерг-Гярб, 2000.- 330, [2] с.: ноты., 20 см.
- ↑ Абасова, Эльмира Абдул Гамид кызы. О новаторских принципах в творчестве Кара Караева [Текст] /Э. А. Абасова; науч. ред. Г. А. Абдуллазаде; М-во Образования Азерб. Респ., Научно-метод. центр по проблемам образования, Бакинская Муз. Акад. им. Уз. Гаджибекова.- Баку: [б. и.], 2000.- 19, [1] с.: ил., 21 см.
- ↑ Микеладзе, Г. Лицом к лицу со временем: [О проекте в рамках юбилейного года К. Караева] //Каспий.- 2008.- 12 января.- С. 16
- ↑ Кара Караев [Текст]: научно-публицистические наследие /АН Азерб. ССР, Ин-т Архитектуры и искусства; ред. Э. Г. Абасова, сост., авт. предисл. и коммент. З. Сафарова.- Баку: Элм, 1988.- 439, [5] с.: портр., 21 см.
- ↑ Палитра великого мастера //Биржа плюс.- 2008.- 15 февраля.- С. 17
- ↑ Эфендиева, И. Музыка Кара Караева волнует, вдохновляет и зовет к подвигам //Вышка.- 2008.- 1 февраля.- С. 3
- ↑ Əlizadə, F. Qara Qarayev /müəl. və tərt. Firəngiz Əlizadə.- Bakı: [s.n.], 1997.- 111, [1] s.
- ↑ "Qara Qarayevin 100 illiyi silsilə tədbirlərlə qeyd edilir". www.anl.az. www.anl.az. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
- ↑ Quliyev, M. Onun musiqisi /Məmmədkərim Quliyev; red. A. Əlizadə; ön söz. T. Salahov.- Bakı: Gənclik, 1997.- 76 s.
- ↑ "Qəbir daşı". qara-qarayev.musigi-dunya.az. qara-qarayev.musigi-dunya.az. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-11.
- ↑ 1 2 3 4 5 6 7 ""Yeddi Gözəl"in doğulduğu ev". ekspress.sabuhi.com. ekspress.sabuhi.com. 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2018.
- ↑ 1 2 "Dramatik və dahi Qara Qarayev". dlmn.info. dlmn.info. 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2018.
- ↑ 1 2 3 "Sahilə qayıdan ləpələr". www.anl.az. www.anl.az. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 "Key dates: Gara Garayev". anl.az. anl.az. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ XX əsrin dahi bəstəkarı //Mədəniyyət.- 2015.- 13 fevral.- S.11.
- ↑ Moskvada Qara Qarayevin xatirə lövhəsi açılıb: Bu, Qara Qarayevin yaradıcılığına, Azərbaycan mədəniyyətinə ehtiramın təzahürüdür //Mədəniyyət.- 2014.- 25 iyun.- S.8.
- ↑ "Bakıda Qara Qarayevin ev muzeyi açıldı". qafqazinfo.az. qafqazinfo.az. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2018.
- ↑ 1 2 3 4 "Караев Кара Абульфаз оглы". warheroes.ru (rus). 1 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2020.
- ↑ Cəfərov C. Sənətin zirvələrinə. Qara Qarayevin "İldırımlı yollarla" adlı baletinin Lenin mükafatına layiq görülməsi münasibətilə // Kommunist. 22 aprel 1967.
- ↑ Азәрбајҹан ССР Назирләр Советиндә. М.Ф.Ахундов адына мүкафатларын верилмәси һаггында // Бакы. 28 aprel 1965.
Xarici keçidlər
redaktə- Azərbaycanın dünyəvi təranəsi
- Qara Qarayev musiqisi orqan səsinin cazibəsində
- Qara Qarayevin əsərlərindən ibarət orqan musiqisi gecəsi