Nesimi Film 1973 - Wikipedia
Nesimi Film 1973 - Wikipedia - Haqqında Məlumat
Bu məqalə İmadəddin Nəsimi haqqında çəkilmiş 1973-cü il istehsalı Azərbaycan filmi haqqındadır. Digər istifadə formaları üçün baxın: Nəsimi (dəqiqləşdirmə).
Nəsimi — Rejissor Həsən Seyidbəylinin dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi haqqında filmi.[1]
Nəsimi | |
---|---|
| |
Janr |
dram tarixi bioqrafik |
Rejissor | Həsən Seyidbəyli |
Ssenari müəllifi | İsa Hüseynov |
Baş rollarda |
Rasim Balayev — Nəsimi Muxtar Maniyev — Miranşah |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssamlar |
Məmməd Hüseynov Mais Ağabəyov |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 5 iyun, 1974 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 96 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1973 |
Texniki məlumatlar |
10 hissə 2505 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID1710431 |
Məzmun
redaktəFilm Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.[2]
Film haqqında
redaktə- Film aktyor Rasim Balayevin kinoda ilk böyük işidir.
- Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir.
- Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkmişlər.
- Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etmişlər.
- Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib.[3]
- Rasim Balayev: "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir"[4]
- Film 2010-cu ildə bərpa edilmişdir.[5]
- Film 2019-cu ilin dekabrında Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun sifarişi və dəstəyi ilə "Balans" Milli Rəqəmsal Bərpa Studiyasında tam bərpa edilib.[6]
Festivallar və mükafatlar
redaktə- 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı
- Kinolentə Tarixi Mövzuda Ən Yaxşı Filmə görə Mükafat verilmişdir.
- Ən Yaxşı Kişi Rolunun İfasına görə aktyor Rasim Balayevə II Mükafat verilmişdir.[7]
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: İsa Hüseynov
- Quruluşçu rejissor: Həsən Seyidbəyli
- Quruluşçu operator: Rasim İsmayılov
- Quruluşçu rəssam: Məmməd Hüseynov, Mais Ağabəyov
- Bəstəkar: Tofiq Quliyev
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Əşrəf Mamayev, Akif Rüstəmov
- Qrim rəssamı: V.Bereznyakov
- Geyim rəssamı: Elçin
- Montaj edən: Tamara Nərimanbəyova
- Rejissor assistenti: Adil İsmayılov, Səməd Lazımov, X.Cəfərov, X.Şirinov, Gülbəniz Əzimzadə
- Montaj üzrə assistent : Esmira İsmayılova
- Operator assistenti: Yuri Varnovski, V.Tibirov, F.Sekandçed, V.Romanov
- Rəssam assistenti: Tamilla Dağıstanlı
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- Redaktor: İntiqam Qasımzadə, Nataliya Şneyer
- Məsləhətçi: Əli Fəhmi (leksika üzrə), M.Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z.Quluzadə (fəlsəfə üzrə), T.Musəvi (tarix üzrə), R.Əfəndiyev (etnoqrafiya üzrə)
- Çalır: SSRİ Kinematoqrafiya Komitəsinin Orkestri
- Dirijor: D.Ştilman
- Filmin direktoru: Daniil Yevdayev, Bəşir Quliyev
Rollarda
redaktə- Rasim Balayev — İmadəddin Nəsimi
- İsmayıl Osmanlı — Fəzlullah Nəimi
- Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Fatma
- Kamal Xudaverdiyev — Yusif
- Tofiq Mirzəyev — Dövlət bəy
- Almaz Əsgərova — Şəms
- Səməndər Rzayev — Şirvanşah I İbrahim
- Məmmədrza Şeyxzamanov — Şeyx Əzəm
- Yusif Vəliyev — Teymurləng
- Muxtar Maniyev — Miranşah
- Əbdül Mahmudov — dərviş
- Ə.Atakişiyev
- Tariyel Qasımov — hürufi
- Gümrah Rəhimov
- Əfrasiyab Məmmədov — Teymurun döyüşçüsü
- Səyavuş Şəfiyev — Mahmud
- Hafiz Fətullayev
- Sadıq Həsənzadə — Qara əmi
- Dadaş Kazımov — Əli
- Mayak Kərimov — Mirəli
- Telman Adıgözəlov — hürufi
- Məmməd Əlili — Mirzə
- Əhməd Əhmədov
- Ramiz Məlikov — sui-qəsdçi
- Sadıq Saleh
- K. Rəsulova
- F. Sekandçed
- R. İbrahimova
- N. Zeynalova
- Rüstəm Rüstəmov
- Elxan Ağahüseynoğlu — Bahadır
- Rəna Səlimova — rəqs edən (titrlərdə yoxdur)
- Nadir Əzməmmədov (titrlərdə yoxdur)
- Aqşin Rəsulov (titrlərdə yoxdur)
- Fərəc Fərəcov — mürid
- Yusif Haqverdiyev - Mövlanə Əli
Filmi səsləndirənlər
redaktə- Şahmar Ələkbərov — Dövlət bəy (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
- Əzizağa Qasımov — Qara əmi (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
Mustafa Süleymanov (aktyor) - Mövlanə Əli (Yusif Haqverdiyev) (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ Teymurləngin ordusunda çətir tutan “əsgər”: Rasim Balayev və Xalidə Quliyeva “Nəsimi” filminin kadrarxası məqamlarından danışır //Azadlıq.- 2015.- 2 fevral.- S.14.
- ↑ Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
- ↑ Gülşən Raufqızı. ""Nəsimi" filminin KADRARXASI: "Teymurləngin papağı Bakıda qalmışdı, Mərəzədə 5 min adam gözləməli oldu"" ( (az.)). modern.az. 2015-01-31. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- ↑ "Rasim Balayev 45 illik sirri açdı: "Nəsimi" yeganə filmdir ki..."". 2018-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
- ↑ “İki film bərpa edilib” [Kinorejissor Həsən Seyidbəylinin yubileyi münasibətilə bərpa olunub Dövlət Film Fonduna daxil olan "Dədə Qorqud" və "Nəsimi" filmləri barədə] //Ayna.-2010.- 19 iyun.- səh.19.
- ↑ ""Nəsimi" filmi yeni versiyada təqdim ediləcək". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ Lider TV. "Səda — Rasim Balayevin doğum günüdür (08.08.2016)" (az.). Youtube.com. 08.08.2016. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-10.
Mənbə
redaktə- "Kino yenilikləri" qəzeti. 11 yanvar 1974-cü il.
- C. Məmmədov. "Coşqun ilham". "Kommunist" qəzeti. 3 yanvar 1981-ci il.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34; 154; 269; 383.
- E.Quliyev, C.Mirzəliyev. Rasim Balayev. Bakı: 1999, səh. 16.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 180; 196-198; 258.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
- Ayxan. "Nəsimi" və "Dədə Qorqud" bərpa olundu: Hər iki film Filmfonda verilib //Ekspress.- 2010.- 19-21 iyun.- S. 12.
- “Nəsimi” filminin KADRARXASI: “Teymurləngin papağı Bakıda qalmışdı, Mərəzədə 5 min adam gözləməli oldu”
- Aydın Dadaşov. "Bizim kino". Həsən Seyidbəylinin "Nəsimi" filmi haqqında. 16.01.2016 Arxivləşdirilib 2018-07-13 at the Wayback Machine
- “Nəsimi” filmi yeni versiyası haqqında. İstipress. 19 dekabr 2019-cu il