Paleontologiya Tarixi - Wikipedia
Paleontologiya tarixi canlı orqanizmlərin qalıqları əsasında Yer kürəsində həyatın yaranması şəraitini və onun inkişaf mərhələlərini öyrənir. Paleontologiya elminin əsas vəzifələrindən biri canlı orqanizmlərin inkişaf tarixinin öyrənilməsi ilə bağlı olduğundan onu biologiya elminin bir hissəsi hesab etmək olar, lakin Yer kürəsinin özünün tarixini tədqiq etdiyinə görə paleontologiya, həm də geologiya elmi ilə sıx əlaqədardır.
XVII əsrə qədər
redaktəQədim dövrlərdə yunan mütəfəkkiri Ksenofan (e.ə.570-480) vaxtilə quruda yaşamış, sonralar su altında qalmış ərazilərdə aşkar edilmiş dəniz canlılarının (molyuskların) qalıqlarından yazmışdır[1].
Yunan filosofu Aristotel (e.ə. 384-322) hesab edirdi ki, daşlaşmış canlı orqanizm qalıqları nəm və ilıq lildən əmələ gəlmişdir. O formanı isə onlara təbiətin plastik və forma əmələ gətirən qüvvələri vermişdir. Aristotelin nəzəriyyəsinə görə, həmin qalıqlar canlı və qeyri-canlı təbiət arasında keçid formalarıdır.
Orta əsrlərdə görkəmli mütəfəkkir İbn Sina özünün "Şəfa kitabı" əsərində (1027) daşlaşmış canlı orqanizmlərdən danışarkən, bu qalıqların müxtəlif dərinliklərdə yerləşən və atmosferdə havanın temperaturundan yüksək temperatura malik olan flyuidlərin meydana gəlməsində mühüm rol oynaması barədə nəzəriyyə irəli sürmüşdür. XIV əsrdə Saksoniyalı Albert bu ideyanı daha da təkmilləşdirmişdi.[2]. XVI əsrdə bir çox naturalistlər Saksoniyalı Albertin nəzəriyyəsinə əsaslanan tədqiqatlar aparmışlar.[3]. Çin naturalisti Şen Ko (1031-1095) Şensi əyalətində Yanyan adlı dağlıq ərazidə tapılmış daşlaşmış bambuk qalıqları əsasında tədricən baş verən iqlim dəyişiklikləri barədə nəzəriyyə irəli sürmüşdür, onun bu qənaətə gəlməsinin əsas səbəbi o idi ki, quru iqlimə malik Şensidə bambuk bitmir.[4]. Sun imperiyası dövründə yaşamış Şen Ko Tayxanşan dağlarında tapılmış dəniz canlılarının qalıqlarına əsasən geomorfologiyada olduğu kimi geoloji proseslərin mövcud olması və tədricən sahil xətlərinin əvəzlənməsi qənaətinə gəlmişdir.[5].
İlk paleontoloji araşdırmalar Leonardo da Vinçi tərəfindən Misirdən gətirilmiş əhəng daşında nummulitlərlə (Nummulites) rastlaşması ilə aparılmağa başlanmışdır. Leonardo da Vinci nummulitlərin bir orqanizm qalığı olduğunu anlamışdır.
Yeni tarixin əvvəllərində rasionalizm dövründə Avropada natural fəlsəfənin inkişafında baş verən əsas dəyişikliklərdən biri də daşlaşmış canlı orqanizmlərin qalıqların sistemli şəkildə tədqiq edilməsidir. XVII və XVIII əsrlərdə daşlaşmış orqanizm qalıqlarının keçmiş həyatla bağlılığının öyrənilməsində mühüm nailiyyətlər əldə edilmişdir.
XVII əsrdə
redaktəPaleontologiya tarixi | ||||
---|---|---|---|---|
| ||||
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
1665-ci ildə alman alimi Afanasi Kirxer özünün «Mundus subterraneus» adlı traktatını nəsli kəsilmiş nəhəng insanların sümüklərinin tədqiqinə həsr etmişdi. Elə həmin il ingilis təbiətşünası və alimi Robert Huk mikroskopdan istifadə etməklə öz müşahidələri əsasında tərtib etdiyi illustrasiyalı kolleksiyasını - "Mikroqrafiya" adlı əsərini nəşr etdirmişdir. Robert Huk belə hesab edirdi ki, daşlaşmış canlı qalıqları Yer üzərində həyatın tarixinin sübutudur. Robert Huk qeyd edirdi ki, əgər arxeoloji qazıntılar zamanı aşkar edilən pullar, medallar və zəngin tabutlar keçmiş dövrlərdə məşhur şəxsiyyətlərin, şəhərlərin mövcud olmasının bilavasitə sübutudursa, daşlaşmış qalıqlar da, bütün düşünən insanların fikrincə, qədim dövrlərdə mövcud olmuş bitki və ya canlıların mövcudluğunun isbatıdır.[6]. Alim iddia edirdi ki, bu qalıqların bir hissəsi geoloji fəlakətlər zamanı baş vermiş kütləvi qırğınlar nəticəsində nəsli kəsilmiş canlı orqanizmlərə aiddir.[7].
1667-ci ildə Nils Stensen akulanın başının quruluşu haqqında məruzə yazdı. O, akulanın dişlərini (tongue stones) adlanan daşlaşmış əşya qalıqları ilə müqayisə edərək bu qənaətə gəldi ki, bu qalıqlar (o, bu qalıqları «glossopetrae» adlandırmışdı) akulanın dişləridir.[8].[9] Nils Stensen sonralar daşlaşmış canlı qalıqları ilə daha dərindən maraqlanmağa başlımışdı. Tədqiqatçı bu qalıqların keçmiş həyatın izləri olmasını inkar edən bir çox arqumentlərin əsassız olduğunu təsdiq etmək üçün o, daha dərindən daş lövhələri öyrənməyə başladı. Nils Stensonun akulanın dişləri haqqında tədqiqatları nəticəsində belə bir qənaətə gəlindi ki, hər hansı bir möhkəm əşya digər bir möhkəm əşyanın, məsələn, qaya parçasının da daxilində ola bilər.
Bu tədqiqatların nəticəsi olaraq 1669-cu ildə onun "De solido intra solidum naturaliter contento dissertationis prodromus" adlı əsəri nəşr olundu.
Nils Stensen XVII əsrdə yaşamış, demək olar ki, bütün naturalist filosoflar kimi, canlı orqanizmlərin Bibliyada təsvir olunan böyük daşqının baş verdiyi ərazilərdən uzaqda aşkar edilməsinə əsaslanaraq Yer kürəsinin bir neçə min il yaşı olduğunu düşünürdü.[10].
XVII əsrdə Nils Stensenlə eyni dövrdə yaşamış Martin Lister (1638—1712) və Con Rey (1627—1705) daşlaşmış qalıqların canlı orqanizmlərlə heç bir bağlılığının ola bilməyəcəyini iddia edirdilər. Onları ammonitlər adlandırılan obyektlər xüsusilə maraqlandırıdı və bu filosoflar qeyd edirdilər ki, ammonitlər Robert Hukun göstərdiyi kimi, canlı varlıqlar ola bilməzlər, çünki onlar məlum olan heç bir canlı orqanizm növlərinə oxşamırlar.
Bu, yalnız kütləvi qırğınlar dövründə ammonitlərin nəslinin kəsilməsi ilə bağlı ola bilərdi, lakin elmi və dini baxışların mürəkkəb mübarizəsi şəraitində həmin filosoflar uçün məsələnin əsl mahiyyətinin dəqiqləşdiilməsi çətin bir proses idi.[11]
XVIII əsrdə
redaktəXVIII əsrin sonlarında fransız naturalisti və təbiətşünası Jorj Küvye müxtəlif bioloji növlərin nəslinin kəsilməsi barədə çoxillik mübahisələrə son qoydu və müqayisəli anatomiyanın köməyi ilə paleontologiyanın müstəqil elm kimi yarandığı qənaətinə gəldi. Paleontologiya salnamələri haqqında biliklərin çiçəklənməsi geologiyanın və xüsusilə stratiqrafiyanın inkişafında mühüm rol oynamışdır.
1796-cı ildə Jorj Küvye canlı və daşlaşmış fil qalıqları mövsusundakı məruzəsində Hindistan və Afrika fillərinin qalıqlarını mamont və sonralar mastodontlar adlandırılan canlıların qalıqları ilə müqayisə etmişdi. O, ilk dəfə olaraq müəyyən etdi ki, Hindistan və Afrika filləri ayrı-ayrı növlərdir, mamontlar isə onların ikisindən də fərqlənirdi və mamontların nəsli kəsilmişdir. Daha sonra o, belə bir nəticəyə gəldi ki, mastodontlar nəsli kəsilmiş daha bir canlı növüdür və onlar da Hindistan və Afrika fillərindən, o cümlədən, mamontlardan fərqlənmişlər.
Geoloq və dağ-mədən mühəndisi Uilyam Smit ilk dəfə olaraq stratiqrafiya metodunun köməyi ilə daşlaşmış canlı orqanizmlərin qalıqlarından fəal istifadə edərək ayrı-ayrı yerlərdəki dağ təbəqələri arasındakı əlaqənin öyrənilməsinə cəhd göstərdi. O, XVIII əsrin sonlarında və XIX əsrin əvvəllərində apardığı tədqiqatlrın nəticəsində İngiltərənin ilk geoloji xəritəsini yaratmağa müvəffəq oldu. Uilyam Smit faunanın inkişafının ardıcıllığı prinsipinin müəyyən edilməsinə nail oldu, bu prinsipə əsasən hər bir dağ təbəqəsi özündə canlı orqanizmlərin qalıqlarının müəyyən tiplərini saxlayır və bu üsul hətta bir-birindən çox aralı məsafədə yerləşən ayrı-ayrı dağ təbəqələrinin belə, geoloji dövrlərinin ardıcıllığını müəyyənləşdirməyə imkan verir. Elə həmin dövrdə Jorj Küvye və Parisməktəbinin dağ-mədən mühəndisliyi üzrə təlimatçısı Aleksandr Bronyar Paris şəhəri ətrafındakı regionun geoloji cəhətdən tədqiqi zamanı oxşar metodlardan istifadə etmişlər.
XIX əsrin əvvəllərində və ortalarında
redaktəSürünənlər dövrü
redaktəAvropada paleontologiyanın "qızıl əsri" XIX əsrin birinci yarısına təsadüf edir. Paleontoloji qalıqların tapıldığı yerlərin sayı artdıqca, müxtəlif ölkələrdə təbiət tarixi muzeyləri və təbiət muzeyləri açıldı.
1808-ci ildə Jorj Küvye Maastrixtdə aşkar edilmiş, sonralar mozazavrlar adlandırdıqları dəniz canlılarınının qalıqlarını identifikasiyalaşdırdı. O, həmçinin Bavariyada tapılmış və pterodaktil adlandırdığı uçmaq qabiliyyətinə malik sürünənləri şəklinə görə identifikasıyalaşdırdı. Jorj Küvye aşkar edilmiş qalıqlara əsasən belə bir qənaətə gəldi ki, südlə qidalananlar dövründə Yer kürəsində nəhəng sürünənlər yaşamışlar.[12]. Son iki onillikdə Böyük Britaniyada tapılmış daşlaşmış qalıqlar Jorj Küvyenin haqlı olduğunu sübut etdi. 11 yaşından canlı orqanizmlərin daşlaşmış qalıqlarından ibarət peşəkar kolleksiya yaradılması ilə məşğul olan Meri Enninq Laym-Recisdə təbaşir dövrünə aid bir sıra dəniz canlılarının qalıqlarını tapdı. Onun tapıntıları içərisində 1811-ci ildə tapdığı ixtiozavrların ilk skeleti, 1821 və 1823-cü illərdə pleziozavrların ilk skeletləri də var idi. Geoloqlar Uilyam Konibzar, Henri Tomas de la Beş və Uilyam Baklend Jorj Küvyenin aşkar etdiyi tapıntıların əksəriyyətinin elmi cəhətdən təhlilini vermişlər.[13]. Məhz Meri Enninq ilk dəfə olaraq müəyyən etdi ki, bezoarlar adı ilə məlum olan daş obyektlər nadir hallarda rast gəlinən ixtiozavrların skeletləridir. 1824-cü ildə Baklend Stounsfild ətrafında təbaşir dövrünə aid təbəqələrdə alt çənə sümüklərinin qalıqlarını tapdı və onların təsvirini verdi. O, müəyyən etdi ki, bu daşlaşmış qalıqlar quruda yaşamış sürünənlərə məxsusdur və tədqiqatçı onu meqalozavr adlandırdı. Elə həmin il Gideon Mantell etiraf etdi ki, onun 1822-ci ildə Tilqeyt ətrafında təbaşir dövrünə aid təbəqələrdən aşkar etdiyi bir neçə iri dişin daşlaşmış qalıqları quruda yaşamış nəhəng və ot yeyən sürünənlərə məxsusdur.
Paleobotanika və "paleontologiya" sözünün mənşəyi və mənası
redaktə1828-ci ildə Aleksandr Bronyarın oğlu botanik Adolf Bronyar aşkar edilmiş bitki qalıqlarının tarixinə dair çıxışlarının toplusunu dərc etdirdi. Adolf Bronyar bu əsərdə belə bir qənaətə gəmişdir ki, bitki qalıqlarının tarixini təxminən 4 hissəyə bölmək olar. Birinci dövr çiçəkləməyən bitkilər dövrü kimi səciyyələndirmək olar. İkinci dövrün fərqləndirici əlaməti çılpaqtoxumluların meydana çıxmasıdır. Üçüncü dövrdə örtülütoxumlular, dördüncü dövrdə çiçəkli bitkilər meydana çıxdı. Geoloji araşdırmalara əsasən bir dövrdən digərinə keçid kəskin dönüşlə müşahidə olunsa da, bitkilərin dəyişmə dövrləri uzun müddət davam etmişdir. Bronyarın tədqiqatları paleobotanikanın əsasını təşkil etmişdir. Bu tədqiqatlar, eyni zamanda, Yer üzərində həyatın uzun və mürəkkəb bir tarixə malik olması, müxtəlif bitli və heyvan qruplarının ardıcıl olaraq meydana çıxması barədə nəzəriyyəni daha da gücləndirdi.[14]. Bronyar belə hesab edirdi ki, bitki qalıqlarının tədqiqi sübut edir ki, daş kömür dövründə Şimali Avropada tropik iqlim mövcud olmuşdur; bu isə o deməkdir ki, Yer üzərində iqlim dəyişkənliyi də tədricən baş vermişdir.[15].
XIX əsrin birinci onilliyində aşkar edilmiş bitki qalıqlarına marağın artması nəticəsində keçmiş həyatın oyrənilməsi üçün tətbiq edilən terminologiya daha da zənginləşdi. «Journal de Physique» adlı nüfuzlu fransız elmi jurnalının redaktoru, Jorj Küvyenin şagirdi Anri-Mari Dyukrote-de-Blenvil 1817-ci ildə nəsli kəsilmiş heyvanların aşkar edilmiş sümüklərinin bərpası ilə əlaqədar Jorj Küvye və digər naturalistlər tərəfindən aparılan tədqiqat işlərini ifadə etmək üçün ilk dəfə «paleozoologie (paleozoologiya)» terminini işlətmişdir. Lakin Blenvil elə bir söz axtarırdı ki, bu terminlə həm heyvan qalıqlarının, həm də bitki qalıqlarının tədqiqatlarını ifadə etmək mümkün olsun və o, 1822-ci ildə «palaeontologie» termininin üzərində dayandı. Blenveldin bu termini qısa müddətdə elmi ictimaiyyət tərəfindən qəbul edildi.[16]
Paleontologiya adı üç yunan sözündən əmələ gəlmişdir: "paleos"-qədim, "ontos"-mövcud olan varlıq, "loqos"-söz, elm: sözün hərfi mənası belədir: "qədim varlıqlar haqqında elm, "ontos" sözünün digər mənası - "şeylərin mahiyyəti" deməkdir. Həqiqətən, paleontologiya elmi təkcə vaxtilə yaşamış orqanizmləri deyil, həmçinin, qədim həyatın mahiyyətini, onun inkişaf yollarını öyrənir. XVIII və XIX əsrlərin hüdudlarında bu elmi yunan dilində oriktoqnoziya, yəni daşlaşmış qalıqlar haqqında elm adlandırırdılar.[17]
Transformasiya və paleontologiya salnaməsi
redaktə† Dinozavrlar | ||||
---|---|---|---|---|
| ||||
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
XX əsrin əvvəllərində Jan-Batist Lamark daşlaşmış canlı qalıqlarından növlərin transformasiyası barədə öz nəzəriyyəsini sübut etmək üçün istifadə etmişdir.[18]. Sonrakı bir neçə onillikdə həyatın, zaman keçdikcə dəyişməsini sübut edən çanlı qalıqlarının aşkar edilməsi bu nəzəriyyəni yenidən müzakirə obyektinə çevirdi.[19]. Robert Çeymberz daşlaşmış canlı qalıqlarından özünün «Vestiges of the Natural History of Creation» adlı kitabının tərtibində geniş istifadə etmişdir. Bu əsərdə iddia olunnurdu ki, Yer kürəsində olduğu kimi kosmosda da həyat təkamül təbiətinə malikdir. Jan-Batist Lamarkın nəzəriyyəsinə əsaslanan Robert Ceymberz bu əsərində sübut edirdi ki, həyat sadədən mürəkkəbə doğru hərəkət edir.[20]. Bu erkən təkamül nəzəriyyəsi elmi dairələrdə geniş müzakirə olunsa da, o, öz elmi təsdiqini tapmadı.[21]. tranformasiya ideyasının bir çox tənqidçisi öz arqumentlərini əsaslandırmaq üçün daşlaşmış canlı qalıqlarından istifadə etmişlər. Robert Ouen "dinozavr" terminini ifadə etdiyi dissertasiyasında göstərirdi ki, dinozavrlar müasir sürünənlər kimi mürəkkəb quruluşa malikdir, bu isə, Robert Ouenin fikrincə, transformasiya nəzəriyyəsinə zidd idi.[22]. Xyu Müller Old Red Sendstounda tapılmış balıqların daşlaşmış qalıqlarına əsasən belə bir fakta diqqət yetirmişdir ki, bu balıqların quruluşu "Vestiges of the Natural History of Creation» adlı kitabda iddia edildiyi kimi, nə sonrakı dövrlərdə mövcud olmuş balıqlarla müqayisədə mürəkkəb, nə də əvvəlki dövrlərlə mövcud olan balıqlarla müqayisədə primitiv quruluşa malik olmamışdır.[23]. Bu təkamül nəzəriyyələri o zaman müəyyən elmi dairələr tərəfindən müdafiə olunmasa da, bu məsələlər ətrafında gedən müzakirələr sonralar Darvinin təkamül nəzəriyyəsinin meydana çıxmasında mühüm rol oynamışdır.[24].
Geoloji şkala və həyatın tarixi
redaktəPaleontologiya tarixi | ||||
---|---|---|---|---|
| ||||
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
"Böyük devon (paleozoy erasının dördüncü geoloji dövrü) debatları"ndə iştirak edən Adam Secvik və Roderik Murçison kimi geoloqlar stratiqrafiyanın inkişafında mühüm rol oynadılar. Onlar yeni geoloji dövrlərin (kembri, silur, devon və Perm) təsvirini vermişlər. Stratiqrafiyanın tərəqqisi canlı orqanizmlərin daş qalıqlarının müəyyən tipləri haqqında xüsusi biliklərə malik olan ekspertlərin rəyindən daha çox asılı idi.Məsələn, Uilyam Lonsdeyl və Con Lindli "Devon debatları"nda və onların yekunlaşdırılmasında mühüm rol oynamışlar.[25]. XIX əsrin 40-cı illərində geoxronoloji şkalanın tərtibinin əsas hissəsi yekunlaşdırıldı. 1841-ci ildə Con Filips paleontoloji salnamələrdəki fərqlər əsasında geoloji dövləşməni üç böyük eraya (paleozoy, mezozoy və kaynazoy) böldü.[26]. Ordovik dövrü istisna olmaqla, o, mezozoyun 3 dövrünü və paleozoyun bütün dövrlərini müəyyənləşdirdi. Onun tərtib etdiyi geoxronoloji şkaladan bu gün də istifadə olunur.[27]. O zaman dövrləşmələrin mütləq yaş dövrlərinin müəyyən edilməsi üçün müəyyən metodlar olmadığından onların yaşı təxmini mülahizələrə əsaslanırdı. Belə hesab olunurdu ki, "sürünənlər dövrü"ndə həyat yalnız dənizlərdə mövcud olmuşdur.
XIX əsrin sonlarında
redaktəTəkamül
redaktə1859-cu ildə Çarlz Darvinin "Növlərin mənşəyi" əsərinin çap olunması həyatı tədqiq edən bütün elm sahələrində və xüsusilə, paleontologiya elmində ciddi dönüş yaratdı. Çarlz Darvinin təkamül nəzəriyyəsinin yaranmasında daşlaşmış canlı qalıqlarının mühüm rolu olmuşdur. Çarlz Darvində daha çox təəssürat yaradan nəhəng zirehlilərin qalıqları idi, o zaman o belə düşünürdü ki, bu qalıqlar ümumdünya səyahəti zamanı Cənubi Amerikada rast gəldikləri nəhəng lamalara aiddir. Bu qalıqlar həmin dövrdə Cənubi Amerikada yaşayan heyvan növlərinə oxşayırdı.[28].
Belçika paleontoloqu Lui Dollo (1857-1931) paleontoloji üsulu nəzəri cəhətdən əsaslandırmışdır. O, 1893-cü ildə paleontologiyanın əsas qanunlarından biri olan təkamülün dönməzliyi qanununu kəşf etmişdir. Bu qanuna görə, bir dəfə meydana gəlmiş orqanizm öz əcdadının yaşadığı şəraitə düşsə belə, heç vaxt əcdadının quruluşuna qayıda bilməz. Bu, o deməkdir ki, təkamül prosesi zaman kimi yalnız bir istiqamətdə gedir. odur ki, hər hansı bir zaman kəsiyində yaşamış orqanizmi nə ondan əvvəlki, nə də sonrakı dövrlərdə tapmaq mümkün deyil.
Şimali Amerikada hadisə
redaktəXIX əsrin sonlarında Şimali Amerikada paleontologiya elmində ciddi irəliləyişlər baş verdi. 1858-ci ildə Amerika bioloqu Cozef Leydi qadrazavrın skeletini təsvir etdi. Bu Şimali Amerikada daşlaşmış qalıqlar əsasında tədqiq olunan ilk dinozavr idi. Amerikada vətəndaş müharibəsindən (1861-1865) sonra Qərbə doğru ekspansiyanın güclənməsi, Kanzasda və ABŞ-nin digər ərazilərində dəmir yollarının, hərbi bazaların tikintisinin genişlənməsi və yeni yaşayış məntəqələrinin salınması aşkar edilən daşlaşmış canlı qalıqlarının kolleksiyasının zənginləşməsinə müsbət təsir göstərdi.[29]. Bu dövrdə Şimali Amerikanın təbii tarixinin araşdırılması istiqamətində də bir sıra nailiyyətlər əldə edildi, təbaşir dövründə Kanzası və ABŞ-nin qərb ərazilərinin əksər hissəsini əhatə edən Təbaşir gölü aşkar edildi, qədim quşların və atların, allozavr, steqozavr, tritseratops kimi dinozavr növlərinə aid mühüm daşlaşmış qalıqlar tapıldı. Bu nailiyyətlərin əldə edilməsinə ABŞ alimləri Qofoniil Marş və Edvar Koyp arasında gedən şəxsi və peşəkar rəqabət də mühüm təsir göstərmişdir. Bəzi hallarda bu alimlər arasında gedən mübarizəni "Sümük müharibələri" də adlandırmışlar.[30]
XX əsrdə
redaktə† Bаktrоzavr | ||||
---|---|---|---|---|
| ||||
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Geologiya elminin tərəqqisi
redaktəXX əsrdə geologiyanın inkişafı ilə bağlı baş verən iki hadisə paleontologiyanın sürətli inkişafına təkan verdi. Onlardan biri radioizotop metodu vasitəsilə daşlaşmış canlı qalıqlarının yaşının dəqiq müəyyənləşdirilməsi idi, bu metod qədim dövrlərdə yaşamış müxtəlif canlıların, o cümlədən, nəsli kəsilmiş canlıların geoxronoloji şkala üzrə inkişaf mərhələlərinin izlənilməsinə geniş imkanlar yaratdı. İkincisi, tektonik təbəqələr nəzəriyyəsinin meydana gəlməsi idi, bu nəzəriyyə qədim dövrlərdə Yer kürəsində həyatın hancı coğrafi areallarda mövcud olması barədə biliklərin zənginləşməsində müstəsna rol oynadı.
Paleontologiyanın geoloji inkişafı
redaktəXX əsrdə dünyanın əksər yerlərində paleontoloji işlər aparılırdı, xüsusilə, Avropa və Şimali Amerikada geniş vüsət almışdı. 135 il ərzində - Baklenddə ilk tapıntıdan 1969-cu ilədək dinozavrların 170-dən artıq növü aşkar edilmişdir. Paleontoloq Çarlz Uitn Hilmor tərəfindən 1933-ci ildə dinozavrların daha bir növü olan Baktrozavr qeydə alınmışdır. 1969-cu ildən sonrakı 25 il ərzində aşkar edilmiş dinozavrların növlərinin sayı 315-ə çatmışdır. Bu ilk növbədə, dağlıq massivlərdə, xüsusilə, Cənubi Amerikanın və Afrikanın az tədqiq olunan ərazilərində aşkar edilmişdir.[31]. XX əsrin sonlarına yaxın Çin ərazisində daşlaşmış canlı qalıqlarının sistemli şəkildə axtarışlarının təşkili nəticəsində qədim quş formasında və balalarını südlə qidalandıran dinozavrların külli miqdarda qalıqları tapıldı.[32]
Kembri partlayışı
redaktəKembri dövrü [33] süxurlarda bir-birindən fərqli və kompleks quruluşda çoxhüceyrəli orqanizmlər tapılmış ən qədim geoloji dövrdür. Bu dövrə aid süxurlar əvvəlcə 1835-ci ildə ingilis geoloq Adam Secvik (Adam Sedgwik) tərəfindən Şimali Uelsdə tapılmışdı. Secvik həmin dövrü Uelsin latın dilindəki adı olan "Cambria" sözündən götürərək adlandırmışdır. Beynəlxalq Kembri Stratiqrafiyası Alt Komissiyasının 2002-ci ildə yayımladığı tarixlərə əsasən, Kembri dövrünün dövrümüzdən 545 milyon il əvvəl başlayıb 490 milyon il əvvəl sona çatdığı qəbul edilir. Erkən Kembri (542-513 milyon il), orta Kembri (513-501 milyon il) və son Kembri (501-490 milyon il) olaraq 3 dövrə bölünür.[34].
Bu dövrə təbiət tarixi üçün əhəmiyyət qazandıran ən böyük hadisə Kembri partlayışıdır. Bu, Prekembri dövründən Kembri dövrünə keçid zamanı (erkən Kembri dövründə) baş vermiş partlayışdır və heç bir əcdadı olmayan kompleks canlıların ani surətdə ortaya çıxmasını ifadə edir. Bioloji müxtəliflik və komplekslik baxımından Prekembri dövrü ilə Kembri dövrü arsında o qədər böyük fərq var ki, bu hadisə canlıların ani əmələgəlməsini ifadə etmək üçün "partlayış" adlandırılmışdır.
Kembri dövrü 544 milyon il əvvəl başlamazdan əvvəl heyvanlar məhdud hərəkət imkanı verən sadə bədən quruluşuna malik idilər. Prekembri dövrünün sonundakı heyvan mənzərəsində meduzalar və mərcanla əlaqədar, nisbətən sadə bir sıra canlı var idi. Bunlar arasında ən çox diqqət çəkənlər dəniz dibində sürünərək hərəkət edən soxulcanabənzər heyvanlar idi. Ancaq Kembri dövrünün əvvəlində həyat ani surətdə kompleksə doğru istiqamət götürdü. Geoloji cəhətdən bir "anı" təmsil edən bir neçə milyon illik geoloji zaman kəsiyində təkmil bədən quruluşuna malik canlılar dənizləri doldurdu. Kembri partlayışı adlanan bu bioloji partlayış ilk skeleti və bərk qabıqları, bığcıqları, ayaqları, oynaq və çənələri əmələ gətirdi.[35].
Kembri canlılarının daha çox tapıldığı Kanadadakı Burqes Şeyl fossil yataqlarında və Çindəki Çenqjianq faunasında bərk toxumalarla yanaşı mükəmməl qorunmuş yumşaq toxumaların qalıqları da tapılmışdır. Hətta Çenqjianqdakı fossillər arasında ancaq yumşaq toxumalardan təşkil olunmuş canlıların izləri də var. Çenqjianqda böyük əhəmiyyətə malik orqanlardan göz, bağırsaq, mədə, həzm orqanları, dəri, pulcuq, ağız və sinir sistemi kimi hissələri hərtərəfli tədqiq etmək mümkün olmuşdur.
Mənbə
redaktə- Давиташвили Л. Ш., Химшиашвили Н. Г. К истории термина «палеонтология» и некоторых других названий науки об организмах прошлых // Вопросы истории естествознания и техники. 1956. № 2.
- Насонов Р. А. Афанасий Кирхер // Большая российская энциклопедия. Т. 14. М., 2009, С. 50.
- Bowler, Peter J. (2003). Evolution:The History of an Idea. University of California Press. ISBN 0-520-23693-9.
- Bowler, Peter J. (1992). The Earth Encompassed:A History of the Environmental Sciences. W. W. Norton. ISBN 0-393-32080-4.
- Bowler, Peter J.; Iwan Rhys Morus (2005). Making Modern Science. The University of Chicago Press. ISBN 0-226-06861-7.
- Cadbury, Deborah (2000), The Dinosaur Hunters: A True Story of Scientific Rivalry and the Discovery of the Prehistoric World, Fourth Estate, ISBN 978-1-85702-963-5
- Desmond, Adrian (1975). "The Discovery of Marine Transgressions and the Explanation of Fossils in Antiquity". American Journal of Science, Volume 275.
- Larson, Edward J. (2004). Evolution: the remarkable history of scientific theory. Modern Library. ISBN 0-679-64288-9.
- McGowan, Christopher (2001). The Dragon Seekers. Persus Publishing. ISBN 0-7382-0282-7.
- Everhart, Michael J. (2005). Oceans of Kansas: A Natural History of the Western Interior Sea. Indiana University Press. ISBN 0-253-34547-2.
- Greene, Marjorie; David Depew (2004). The Philosophy of Biology:An Episodic History. Cambridge University Press. ISBN 0-521-64371-6.
- Needham, Joseph (1986). Science and Civilization in China: Volume 3, Mathematics and the Sciences of the Heavens and the Earth. Caves Books Ltd. ISBN 0-253-34547-2.
- Robert Hooke (1665) Micrographia The Royal Society
- Palmer, Douglas (2005) Earth Time: Exploring the Deep Past from Victorian England to the Grand Canyon. Wiley, Chichester. ISBN 978-0-470-02221-4
- Rudwick, Martin J.S. (1997). Georges Cuvier, Fossil Bones, and Geological Catastrophes. The University of Chicago Press. ISBN 0-226-73106-5.
- Rudwick, Martin J.S. (1985). The Meaning of Fossils (2nd ed.). The University of Chicago Press. ISBN 0-226-73103-0.
- Rudwick, Martin J.S. (1985). The Great Devonian Controversy: The Shaping of Scientific Knowledge among Gentlemanly Specialists. The University of Chicago Press. ISBN 0-226-73102-2.
- Rudwick, Martin J.S. (2008). Worlds Before Adam: The Reconstruction of Geohistory in the Age of Reform. The University of Chicago Press. ISBN 0-226-73128-6.
- Zittel, Karl Alfred von (1901). History of geology and palaentology to the end of the Nineteenth Century.http://www.archive.org/details/historyofgeology00zittrich Charles Scribner's Sons, London.
Xarici keçid
redaktə- Кювье Ж. Л. Рассуждение о переворотах на поверхности земного шара
- Л. С. Клейн «Катастрофисты и флювиалисты»
- History of paleontology
- History of palaeoentomology in Russia
- Paleontology Milestones: Famous Paleontologists and Notable Contributions
- History of Paleontology by P.D. Polly and R.L. Spang[ölü keçid]
- Проблемы эволюции Arxivləşdirilib 2007-08-19 at the Wayback Machine
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Desmond p. 692—697.
- ↑ Гайденко В. П., Смирнов Г. А. Западноевропейская наука в средние века: Общие принципы и учение о движении. — М.: Наука, 1989. — 352 с. — (Библиотека всемирной истории естествознания). — ISBN 5-02-007958-8.
- ↑ Rudwick The Meaning of Fossils p. 24
- ↑ Needham, Volume 3, p. 614.
- ↑ Shen Kuo,Mengxi Bitan (梦溪笔谈; Dream Pool Essays) (1088)
- ↑ name="Bowler1992_118">Bowler The Earth Encompassed (1992) pp. 118—119
- ↑ name="Bowler1992_118"
- ↑ Glossopetrae and the Birth of Paleontology Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine (ing.)
- ↑ Breve storia della paleontologia (ital.)
- ↑ Rudwick The Meaning of Fossils pp 72-73
- ↑ Rudwick The Meaning of Fossils pp 61-65
- ↑ Rudwick Georges Cuvier, Fossil Bones and Geological Catastrophes p. 158
- ↑ McGowan pp. 11-27
- ↑ Rudwick The Meaning of Fossils pp. 145—147
- ↑ Bowler The Earth Encompassed (1992)
- ↑ Rudwick Worlds before Adam p. 48
- ↑ Geologiya. Uşaqlar üçün ensiklopediya. Bakı,2008
- ↑ Rudwick The Meaning of Fossils p. 119
- ↑ McGowan p. 8
- ↑ McGowan pp. 188—191
- ↑ Larson p. 73
- ↑ Larson p. 44
- ↑ Ruckwick The Meaning of fossils pp. 206—207
- ↑ Larson p. 51
- ↑ Rudwick The Great Devonian Controversy p. 94
- ↑ Larson pp. 36-37
- ↑ Rudwick The Meaning of Fossils p. 213
- ↑ Bowler Evolution: The History of an Idea p. 150
- ↑ Everhart Oceans of Kansas p. 17
- ↑ The Bone Wars. From Wyoming Tales and Trails Arxivləşdirilib 2012-09-28 at the Wayback Machine Wyoming Tales and Trails.
- ↑ McGowan p. 105
- ↑ Bowler p. 349
- ↑ "Arxivlənmiş surət". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ http://www.learnthebible.org/cambrian-explosion-disproves-evolution.html Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine "The Cambrian Period of the Paleozoic Era: 542 to 488 Million Years Ago" http://palaeos.com/paleozoic/cambrian/cambrian.htm Arxivləşdirilib 2010-11-26 at the Wayback Machine
- ↑ Richard Monastersky, "The first monsters: long before sharks, Anomalocaris ruled the seas - oldest known large predators", Science News, 27 avqust 1994