Selcuqlu Imperiyasi - Wikipedia
Böyük Səlcuq imperiyası, həmçinin Səlcuqilər dövləti[8] (türk: Selçuklu İmparatorluğu)— Oğuz türklərinin Qınıq boyundan olan tayfaların XI əsrdə yaratdığı, Orta Asiya, İran, Yaxın Şərq, Qafqaz və Anadolu ərazilərini əhatə edən türk dövləti.[9][10][11][12][13]
Böyük İmperiya | |||||
Böyük Səlcuq imperiyası | |||||
---|---|---|---|---|---|
Böyük Səlcuq İmperiyası | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt |
Nişapur (1038—1043) Rey (1043—1073) İsfahan (1073—1118) Həmədan (1118; daha sonra İraq Səlcuqilərinin paytaxtı oldu) Mərv (1118-1157) |
||||
Dilləri | fars dili[6][7][…], ərəb dili[6][7][…] | ||||
Rəsmi dilləri |
Türk dili (danışıq dili)[1] Azərbaycan dili[2] Fars dili (rəsmi dil)[3] Ərəb dili (elm və təhsildə istifadə olunurdu)[4] |
||||
Dövlət dini | İslam (Sünni) | ||||
Valyuta | Dinar | ||||
Ərazisi | 6.900.000 km² (1080-cı il) | ||||
Əhalisi | 52000000 | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Sülalə | Səlcuq sülaləsi | ||||
Sultan | |||||
• (1038-1063) | Toğrul bəy(ilk)[5] | ||||
• (1063-1072) | Alp Arslan | ||||
• (1072-1092) | Sultan Məlikşah | ||||
• (1092-1094) | I Mahmud | ||||
• (1094-1104) | Börkiyaruq | ||||
• (1104-1105) | II Məlikşah | ||||
• (1105-1118) | Məhəmməd Təpər | ||||
• (1118-1157) | Əhməd Səncər (son) | ||||
Davamiyyət | |||||
→ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Sülalənin mənşəyi
redaktəSəlcuq türkləri Qınıq boyuna mənsubdur. Tarixçi Fəzlullah Rəşidəddinin "Cami ət-təvarix" əsərində Oğuz boylarının siyasi və ictimai mövqelərinə aid tərtib edilmiş cədvəldə qınaqlar sonuncu yerdə göstərilmişdir. Sülalənin əsasını qoyan Səlcuqun atası "dəmir yaylı" ləqəbi daşıyan "Dukak" olmuşdur. Dukak və oğlu Səlcuq oğuzlar arasında tanınmış şəxsiyyətlərdən idi.[14]
Səlcuq hökmdarı olan Səlcuqun adı tələffüz baxımından münaqişələrə səbəb olmuşdur. J. Marquart adın bu cür deyilişini düzgün hesab etmiş və adın bu cür düzgün olduğunu XIII əsr tarixçisinin əsərini göstərməklə sübut etmişdir. Mahmud Kaşğari də Səlcuq şəklinin ən düzgün tələffüz hesab edərək, sonrakı türk mənbələrində də bunu açıqlamışdır. Daha sonra bu məsələ ilə maraqlanan L. Rasonyi XII əsr ərəb yazıçısı əl-Əzimi və farsca "Enesi-il-külüb" əsərinin müəllifi olan Qədi Burxan Ənəvini mənbə kimi göstərərək adın Səlcüq olmasını tələb etmişdir.[15]
Səlcuq adının "kiçik sel" mənasını verdiyini irəli sürən Rasonyiyə görə, Səlcuq Orta Asiyada Sel-dağ yaxınlığında dünyaya gəlmiş və adını da bu dağdan götürmüşdür. Digər tərəfdən P. Pelliot bu adın, türk dilində "mübarizəçi" mənasını verdiyini yazır.[16]
Quruluş dövrü
redaktəSəlcuq bəy atasının ölümündən sonra, ona tabe olan tayfaların hərbi siyasi birliyini yaradıb Sırdərya sahilindən Cənd şəhərinə gəldi. Şəhərdə əsasən müsəlmanlar yaşayırdılar. Səlcuqların Cəndə gəlmələri X əsrə ehtimal olunur. Bu hərbi-siyasi ittifaqa daxil olan oğuzlar səlcuqlar adlandılar, lakin oğuz yaqbusu şah Məlik səlcuqları Cənd şəhərindən çıxardı. Səlcuqların böyük bir hissəsi Zərəfşan vadisinə, Nuratin dağlarına çəkildi və bu yerdə məskunlaşdılar.[17] Səlcuq bəy yaqbunun onu öldürəcəyindən qorxaraq qəbiləsi, yaxın adamları ilə Yengikənd bölgəsindən ayrılaraq, ölkələrin birləşdiyi Cənd şəhərinə gəldi. Səlcuq bəy bu köçün yer darlığı və otlaq kifayətsizliyi olduğunu bildirdi.[18]
Səlcuqların ilk illərində, bu dövrdə ikisi türk olmaqla üç müsəlman dövləti mövcud idi. Bunlardan ilki şərq sərhədlərində Türk dövləti olan Qaraxanlılar idi. Digər türk dövləti isə indiki Əfqanıstan torpaqlarını əhatəyə almış Qəznəvilər idi. Qəznəvilər daha sonra, sərhədlərini genişləndirərək Şimali Hindistanı və Xorasanı ələ keçirdi. Mavəraünnəhr və Xorasanı əhatələyən üçüncü böyük dövlət Samanilər idi.[18]
Tarixi
redaktəDövlətin yaranması
redaktəXI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində mühüm bir hadisə baş verdi. Həmin dövrdə Böyük Səlcuq imperiyası yarandı. Səlcuqlar oğuz türklərinin Qınıq boyundan idilər. Bu tayfanın başçısı Dükak bəyin oğlu Səlcuq bəy idi. Sonradan bütün tayfa onun adı ilə Səlcuq türkləri adlanmağa başlandı. Oğuz Yabqu dövlətində sübaşı (ordu başçısı) vəzifəsində olan Səlcuq bəy Oğuz Yabqusu ilə aralarında olan narazılığa görə öz tərəfdarları ilə 960-cı ilə Seyhun çayının sahilində olan Cənt şəhərinə getdi. Səlcuq bəy İslam dinini qəbul etdi və Oğuz dövlətinə tabe olmaqdan imtina etdi.
Səlcuq bəy bu vaxt Mavəraənnəhrdəki Samanilər dövləti ilə ittifaqa girərək Qaraxanlılar dövlətinə qarşı mübarizə aparırdı. Samanilərin süqutundan sonra Səlcuq türkləri Qaraxanilərdən asılı vəziyyətə düşdülər. Sultan Mahmud Qəznəvi Mavərannəhri işğal etdikdən sonra səlcuqların başçılarından Mikayıl və İsraili həbs edərək səlcuq tayfalarını 1009-cu ildə Xorasan əyalətinə köçürtdü, lakin buna baxmayaraq Səlcuqun nəvələrindən Toğrul bəy, İbrahim Yınal, Çağrı bəy Davud, Musa Yaqubu Kolyan və başqaları səlcuqları öz bayraqları altında birləşdirərək mübarizəyə başladılar. Səlcuqlar Qəznəvi sultanı I Məsuddan fəaliyyət göstərmək üçün torpaq istədilər, lakin I Məsud bu xahişi rədd edərək onların üstünə qoşun göndərdi. Səlcuqlar əvvəlcə məğlub edildilər. Sonra səlcuqlar Məsudun Hindistana yürüşdə olmasından istifadə edərək Bəlx, Tus, Gürgan və Mərvi tutdular. Məsudun göndərdiyi 30 minlik ordunu məğlub edən səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapuru ələ keçirərək 1038-ci ildə Səlcuq dövlətinin yarandığını elan etdilər. Beləliklə, Yaxın və Orta Şərqdə ən güclü orta əsr feodal dövlətlərindən olan Böyük Səlcuq dövlətinin əsası qoyuldu. Böyük Səlcuq dövlətinin ilk sultanı I Toğrul (1038–1063), ilk paytaxtı isə Nişapur şəhəri oldu.
Səlcuq yürüşlərinin başlanması
redaktəXorasanın ən mühüm yerinin əldən çıxdığını görən sultan I Məsud 50 min nəfərlik qoşun və 300 döyüş fili ilə Xorasana doğru hərəkət etdi. Toğrul öz qoşununa geri çəkilmək əmri verdi. Sultan I Məsud onları təqib edərək çölə daxil oldu. Saysız-hesabsız vergilərdən cana doymuş əhali səlcuqilərə rəğbət bəsləyirdi. I Məsud əhalidən heç bir yardım almadığından, ərzaq, su və yem qıtlığı ilə üzləşdi. Mərv şəhərindən 10 fərsəng məsafədə yerləşən Dəndənəkən adlı yerdə 1040-cı il 23 may tarixində (bəzi mənbələrdə avqustun 26-da) səlcuqlarla qəznəvilər arasında qanlı Dəndənəkən döyüşü baş verdi. Sultan I Toğrulun böyük qardaşı Çağrı bəyin başçılıq etdiyi Səlcuq ordusu qəznəviləri darmadağın etdi. Bununla da səlcuqlar üçün İran və İraqa yol açılmış oldu. Mərv şəhərində keçirilən böyük qurultayda Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alındı. Qəznəvilər və Qaraxanlılarla toqquşmaqdansa, Xilafətin tənəzzülündən sonra siyası dağınıqlıq keçirən İran, Cənubi Qafqaz və Bizansa qarşı hücuma keçmək daha məqsədəuyğun sayıldı. 1043-cü ildə dövlətin paytaxtı Tehran yaxınlığındakı Rey şəhərinə köçürüldü. Səlcuq orduları buradan Həmədan, İsfahan, Gilan və Azərbaycana doğru yürüşə başladılar. 1038–1044-cü illərdə bütün Xorasan, 1043-cü ildə Xarəzm, 1042–1051-ci illərdə Qərbi İran səlcuqilərin əlinə keçdi. Kiçik Asiya, Suriya, Ön Qafqaz, bir sözlə, Türküstandan Aralıq dənizinə, Dərbənddən Fars körfəzinə qədər ərazilər ələ keçirildi. Sultan I Toğrul yeni yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nüfuzu ilə gücləndirmək məqsədilə 1055-ci ildə Bağdadı tutdu. Abbasilər səlcuq türklərindən asılı vəziyyətə düşərək, sultan I Toğrulu bütün "Şərqi və Qərbin hökmdarı" kimi tanımağa məcbur oldular. Sultan I Toğrul Bağdad səfərində olarkən onun qardaşı İbrahim Yınal və əmisi Qutalmış qiyam qaldırdılar. I Toğrul qardaşı oğlu Alp Arslanın köməyi ilə bu qiyamı yatırtdı. Səlcuq dövlətinin yaranmasında, möhkəmlənməsində və yeni ərazilər fəth edilməsində sultan I Toğrulun çox böyük tarixi rolu olmuşdur.
Səlcuq dövlətinin imperiyaya çevrilməsi
redaktəSultan I Toğrulun vəfatından sonra hakimiyyətə qardaşı Çağrı bəyin oğlu Alp Arslan (1063–1072) gəldi. Onun məqsədi Anadoluya girmək idi. Əvvəlcə İran və Azərbaycandan keçərək Bizansla müttəfiq olan erməni, gürcü və abxaz hökmdarlarını darmadağın edib Tiflis, Ani, Qars şəhərlərini ələ keçirdi. Daha sonra Alp Arslan öz sərkərdələri Gümüş Tikin və Afşin bəyi Anadolu üzərinə göndərdi. Onlar Orta Anadoluya kimi irəlilədilər, Sivas, Qeysəriyyə (Kayseri) və Konya şəhərlərini ələ keçirdilər. 1070-ci ildə Alp Arslan güclü ordu ilə Misir üzərinə yürüş etdi. Daha sonra yenidən Anadoluya girən Alp Arslan Malazgird şəhərini asanlıqla tutdu, Urfa şəhərini mühasirəyə aldı, amma onu tuta bilmədi. Oradan Hələb üzərinə yeridi və bu zaman Bizans qoşunlarının Azərbaycan istiqamətində hücum xəbərini eşidərək geri döndü.
Bizans imperatoru Roman IV Diogen çox böyük ordu toplamış, bu orduya həmçinin Rumelidəki əslən türk olan uz və peçeneq tayfaları da daxil edilmişdi. Onun məqsədi elə də gizli deyildi. İmperator müsəlman ərazilərini ələ keçirərək xəlifəni taxtdan salıb yerinə katolikos təyin etmək istəyirdi. Sultan öz qoşunlarının bir hissəsini Suriyada qoyaraq kiçik bir ordu ilə geri döndü. Ona vaxt qazanmaq və ordu toplamaq lazım idi. Buna görə də Alp Arslan hörmətli adamlardan ibarət elçilər heyətini Bizans sarayına göndərərək öz barışıq şərtlərini təklif etdi, lakin Diogen onlara soyuq və saymazyana münasibət bəsləyərək etinasız lovğalıqla dedi:
İsfahanmı, yoxsa Həmədanmı daha yaxşıdır? Mən İsfahanda, atlarım isə Həmədanda qışlayacaqlar.
Türk elçisi isə cavabında deyir.
Atların Həmədanda qışlayacağı doğrudur. Sənə gəlincə isə, hələlik məlum deyil.
Düşmənin hücumunu gözləmək ölümə apara bilərdi. Ona görə Alp Arslan özü hücuma keçməyi qərara aldı. İki ordu Malazgird düzənliyində qarşılaşdı. Malazgird döyüşü 1071-ci il avqustun 26-da başlandı. Türk süvariləri hər tərəfdən hücuma keçdilər. Ancaq Bizans ordusunu yerindən tərpətmək mümkün olmadı. O zaman türklər döyüşə-döyüşə və pusqular quraraq geri çəkilməyə başladılar. Hava qaralarkən türk tayfaları olan uzlar və peçeneqlər qarşıdakı ordunun soydaşlarından ibarət olduğunu anlayıb səlcuqların tərəfinə keçdilər. Vəziyyəti belə görən imperator geri çəkilməyi əmr etdi. Alp Arslan fürsətdən istifadə edərək düşmənin üzərinə qəti hücuma keçdi. Pusqudakı əsgərlər də bizanslıların üstünə atıldılar. Bizans imperatoru yaralanaraq əsir düşdü, lakin Alp Arslan böyük bir nəciblik göstərərək onu bağışladı və azad etdi. Bu döyüş dünya tarixində böyük bir dönüş nöqtəsi oldu. Bu döyüşün nəticəsi olaraq Bizans hər il səlcuqlara vergi verməli, lazım olduqda hərbi yardım göstərməli, Şərqi Anadolunu bütünlüklə türklərə verməli idi. Malazgird döyüşündən sonra Səlcuq imperiyasının təsir dairəsi şərqda Qaşqardan Qərbdə Aralıq dənizinədək, şimalda Qafqazdan tutmuş cənubda Yəmənə qədər böyük bir ərazini əhatə edirdi. Abbasi xəlifəsi Alp Arslanı dinin təməli adlandırırdı.
1072-ci ildə Alp Arslan Orta Asiya istiqamətində hərbi yürüşə çıxdı. Bu yürüşlərin birində o bir qala komendantı tərəfindən ağır yaralanaraq öldürüldü. Onun oğlu I Məlikşahın dövründə (1072–1092) səlcuqların yeni ərazilər ələ keçirməsi prosesi başa çatdı. 4–5 il ərzində Konya və Ankara şəhərləri alındıqdan sonra boğazlara və Egey dənizinə qədər yerlər türklərin əlinə keçdi. Suriya da zəbt edildi. Bizansdan Antakya və Urfa şəhərləri, fatimilərdən Qüds şəhəri alındı. Atası kimi cəsur, uzaqgörən və qətiyyətli bir hökmdar olan I Məlikşahın hakimiyyəti illərində Səlcuq imperiyasının tərkibinə Orta Asiya, Suriya və Ərəbistan yarımadası daxil edildi. I Məlikşahın dövrü Səlcuq imperiyasının çiçəklənməsi dövrü idi. Dövlətin belə qüdrətli olmasında Alp Arslanın və I Məlikşahın vəziri olmuş görkəmli alim və siyasətçi Xacə Nizamülmülkün böyük rolu olmuşdur.[19] I Məlikşahın dövründə paytaxt Reydən İsfahana köçürüldü.
İmperiyanın tənəzzülü
redaktəOrta əsrlərin başqa feodal imperiyaları kimi Böyük Səlcuq dövləti də çox yaşamadı. O zaman əmtəə-pul münasibətləri hələ başlıca iqtisadi əlaqə forması olmadığından, natural təsərrüfat hökm sürdüyündən Böyük Səlcuq imperiyasının əhatə etdiyi ərazilərin və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməsi, qüdrətli mərkəzləşdirilmiş dövlətə çevrilməsi qeyri-mümkün idi. Uğurlu müharibələr zamanı oğuz-səlcuq hərbi-siyasi birliyinə əsaslanan Səlcuq dövləti XI əsrdə işğallar ara verdikdə zəiflədi. Səlcuq sultanları öz əyanlarına bütöv vilayətləri, mahalları iqta olaraq bağışlayırdılar. Zaman keçdikcə onlar irsi hakimlərə çevrilir, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Mövcud olan qaydaya görə hər bir şahzadənin özünə xanədan tələb etmək hüququ var idi.
Sultan I Məlikşah və Mizamülmülkün ölümündən sonra Səlcuq imperiyasında mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri gücləndi. Sultan Mahmud (1092–1094) və Börküyarığın (1094–1104) hakimiyyəti illərində dövlət tədricən tənəzzülə uğradı, ayrı-ayrı əmirlər arasında bölünmə təhlükəsi yarandı. Uzun sürən ara müharibələri və ismaililərin qiyamları dövləti zəiflədirdi. Buna görə də xaçlıların yürüşlərinin qarşısını almaq mümkün olmadı. Xaçlılar Suriyanı keçərək Qüdsü aldılar. Börküyarıqdan sonra hakimiyyətə II Məlikşah (1104–1105) gəlsə də, hakimiyyəti uzun sürmədi. Sultan Məhəmməd Təpər (1105–1117) mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışdı. İsmaililərə qarşı mübarizəyə başladı, Mosulu almış Anadolu Səlcuq sultanı I Qılınc Arslanı məğlub etdi, Suriyadakı xaçlılar üzərinə ordu göndərildi. Məhəmməd Təpər Səlcuq imperiyasının bütün ərazisi üzərində öz suverenliyini bərpa etsə də, sonuncu Səlcuq sultanı Səncər (1118–1157) zamanı dövlətin bütövlüyü yenidən pozuldu. Səncər Qəznə şəhərini qəznəvilərdən, Mavəraünnəhri qaraxanlılardan alsa da, qarakitayların Məvarünnəhrə hücumunun qarşısını ala bilmədi.[20] 1141-ci ildə Səmərqənd yaxınlığında məğlubiyyətə uğradı və bütün Məvarünnəhri itirdi. Bu uğursuzluq daxili qiyamlara səbəb oldu. Vergilərin çoxluğundan narazı olan oğuzlar üsyan etdilər. Səncər onlara qarşı döyüşdə məğlubiyyətə uğradı və əsir düşdü. Üç il əsirlikdə qaldıqdan sonra əsirlikdən qaçdı, lakin çox yaşamadı və 1157-ci ildə vəfat etdi. Sultan Səncərdən sonra Səlcuq imperiyası süquta uğradı. Onun ərazisində Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı.
Mirası
redaktəSəlcuq axınları ilə bağlı olaraq oğuz-türk tayfaları bütün Cənubi Qafqazda və Ön Asiyada başlıca etnik və siyasi qüvvəyə çevrildi. Bu amil Yaxın və Orta Şərqin bütün sonrakı taleyində mühüm rol oynadı. Avropa feodallarının Şərq torpaqlarına işğal məqsədilə təşkil etdikləri Xaç yürüşləri zamanı səlibçilərə sarsıdıcı zərbələr endirən səlcuq türkləri Yaxın və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər. Səlcuq türklərinin Cənubi Qafqazda möhkəmlənməsi Bizansa arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planlarını puça çıxardı. Türklük və İslam amilləri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qəti olaraq möhkəmləndi. Səlcuqların həyata keçirdikləri sosial-iqtisadi tədbirlər Şərq ölkələrində, eləcə də dünya miqyasında inkişaf etmiş feodalizmə keçid üçün şərait yaratdı. Dövlətdə daxili iqtisadi əlaqələr zəif olsa da, hərbi-siyasi birlik, sultan və dövlət xadimlərinin şəxsi nüfuzu güclü idi. Səlcuqların hakimiyyəti dövründə iqtisadiyyat və sənətkarlıq inkişaf etmiş, şəhərlər böyümüş, feodal rentasında pul sisteminin rolu daha da artmışdır. Səlcuqların hərb sistemi öz üstünlüyü ilə qonşu dövlətlərdən fərqlənirdi. Səlcuq imperiyası dövründə türk xaqları yenidən öz əvvəlki qüdrətini bərpa etmiş, İslam dünyasının və İslam mədəniyyətinin inkişafının yeni mərhələsinə yol açmışdır.
Bayrağı
redaktəBöyük Səlcuqlu dövlətinin bayrağında ikibaşlı qartal, yay və ox təsvir edilimişdir. "Oyanış Böyük Səlcuqlu" serialında istifadə olunan bayraqda isə yalnız yay və ox təsvir edilmişdir. İkibaşlı qartal Səlcuqların həm Şərqə, həm də Qərbə hakim olduğununun simvoludur. Ox və yay isə türklərin savaş ruhunu təmsil etməkdə idi. Böyük Səlcuqlu parçalanmağa başlayandan sonra yaranmış digər kiçik Səlcuqlu dövlətləri öz bayraqlarını səlcuqluların bayrağının əsasında düzəldiblər. Məsələn, Rum Səlcuqlularının bayrağı kimi.
İstinadlar
redaktə- ↑ Concise encyclopedia of languages of the world, Ed. Keith Brown, Sarah Ogilvie, (Elsevier Ltd., 2009), 1110; "Oghuz Turkic is first represented by Old Anatolian Turkish which was a subordiniate written medium until the end of the Seljuk rule.
- ↑ Johanson, Lars & Csato, Eva & Karakoç, Birsel & Hickey, Raymond. (2020). Turkic Language Contacts. 551-570. 10.1002/9781119485094.ch28. page 177, 181. Orijinal mətn (ing.)
A case in point is the introduction of Azeri in Transcaucasia and Iran by relatively small Seljuk groups, which led to gradual supplanting of several existing regional and local Iranian and Caucasian codes.
Orijinal mətn (ing.)Azeri was introduced substratal variety by Seljuk speakers of an Oghuz Turkic that was already influenced by Persian (§ 10.4).
- ↑ Black, Edwin, Banking on Baghdad: inside Iraq's 7,000-year history of war, profit and conflict, (John Wiley and sons, 2004), 38.
- ↑ C.E. Bosworth, "Turkish Expansion towards the west" in UNESCO HISTORY OF HUMANITY, Volume IV, titled "From the Seventh to the Sixteenth Century", UNESCO Publishing / Routledge, p. 391: "While the Arabic language retained its primacy in such spheres as law, theology and science, the culture of the Seljuk court and secular literature within the sultanate became largely Persianized; this is seen in the early adoption of Persian epic names by the Seljuk rulers (Qubād, Kay Khusraw and so on) and in the use of Persian as a literary language (Turkish must have been essentially a vehicle for everyday speech at this time)
- ↑ Grousset, Rene, The Empire of the Steppes, (New Brunswick:Rutgers University Press, 1988), 167.
- ↑ 1 2 https://web.archive.org/web/20130502180821/http://www.highbeam.com/doc/1G2-3034700041.html.
- ↑ 1 2 https://archive.org/details/introductiontois00savo_0.
- ↑ Давид ЫВ Ҝеорҝијевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 296.
- ↑ Hottinger, Arnold, The Arabs, (University of California Press, 1963), 90; "..and for these Turko-persian Seljuks who now ruled the largest Islamic state…"
- ↑ Grousset, Rene, The Empire of the Steppes, (Rutgers University Press, 1991), 161,164; "..renewed the Seljuk attempt to found a great Turko-Persian empire in eastern Iran..", "It is to be noted that the Seljuks, those Turkomans who became sultans of Persia, did not Turkify Persia-no doubt because they did not wish to do so. On the contrary, it was they who voluntarily became Persians and who, in the manner of the great old Sassanid kings, strove to protect the Iranian populations from the plundering of Ghuzz bands and save Iranian culture from the Turkoman menace."
- ↑ Nishapuri, Zahir al-Din Nishapuri (2001), "The History of the Seljuq Turks from the Jami’ al-Tawarikh: An Ilkhanid Adaptation of the Saljuq-nama of Zahir al-Din Nishapuri, " Partial tr. K. A. Luther, ed. C. E. Bosworth, Richmond, UK. K. A. Luther: "… the Turks were illiteratre and uncultivated when they arrived in Khurasan and had to depend on Iranian scribes, poets, jurists and theologians to man the institution of the Empire"(pg 9)
- ↑
- Jackson, P. (2002). "Review: The History of the Seljuq Turks: The History of the Seljuq Turks". Journal of Islamic Studies 2002 13(1):75–76; doi:10.1093/jis/13.1.75. Oxford Centre for Islamic Studies.
- Bosworth, C. E. (2001). "Notes on Some Turkish Names" in Abu 'l-Fadl Bayhaqi’s Tarikh-i Mas’udi. Oriens, Vol. 36, 2001 (2001), pp. 299–313.
- Dani, A. H., Masson, V. M. (Eds), Asimova, M. S. (Eds), Litvinsky, B. A. (Eds), Boaworth, C. E. (Eds). (1999). History of Civilizations of Central Asia. Motilal Banarsidass Publishers (Pvt. Ltd).
- Hancock, I. (2006). On Romani Origins and Identity. The Romani Archives and Documentation Center. The University of Texas at Austin.
- Asimov, M. S., Bosworth, C. E. (eds.). (1998). History of Civilizations of Central Asia, Vol. IV: The Age of Achievement: AD 750 to the End of the Fifteenth Century, Part One: The Historical, Social and Economic Setting. Multiple History Series. Paris: UNESCO Publishing.
- ↑ * Josef W. Meri, Medieval Islamic Civilization: An Encyclopedia, Routledge, 2005, p. 399
- Michael Mandelbaum, Central Asia and the World, Council on Foreign Relations (May 1994), p. 79
- Jonathan Dewald, Europe 1450 to 1789: Encyclopedia of the Early Modern World, Charles Scribner’s Sons, 2004, p. 24: "Turcoman armies coming from the East had driven the Byzantines out of much of Asia Minor and established the Persianized sultanate of the Seljuks."
- Ram Rahul. March of Central Asia, Indus Publishing, page 124.
- C. E. Bosworth, "Turkish expansion towards the west", in UNESCO History of Humanity, Volume IV, 2000.
- Mehmed Fuad Koprulu, Early Mystics in Turkish Literature, Translated by Gary Leiser and Robert Dankoff, Routledge, 2006, pg 149.
- O. Özgündenli, "Persian Manuscripts in Ottoman and Modern Turkish Libraries", Encyclopaedia Iranica, Online Edition, (LINK Arxivləşdirilib 2012-01-22 at the Wayback Machine)
- Encyclopaedia Britannica, "Seljuq", Online Edition, (LINK Arxivləşdirilib 2007-12-19 at the Wayback Machine)
- ↑ Eldəniz Məmmədov.s.32.
- ↑ Kafesoğlu.s.3.
- ↑ Kafesoğlu.s.4.
- ↑ Eldəniz Məmmədov.s.32–33.
- ↑ 1 2 Merçil.s.4.
- ↑ Encyclopaedia Britannica, "Nizam al-Mulk", Online Edition, (LINK Arxivləşdirilib 2008-01-04 at the Wayback Machine)
- ↑ Biran, Michel, The Empire of the Qara Khitai in Eurasian history, (Cambridge University Press, 2005), 44.
Ədəbiyyat
redaktə- Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından – XIV əsrlər). Müəllif: Əkbər N. Nəcəf. Elmi redaktor: Tarix elmləri doktoru, prof. İsmayıl Məhəmməd oğlu Məmmədov. Bakı: "Qanun", 2010, 781 səh.