Vikipediya Bilirsinizmi Iyul 2015 - Wikipedia
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 27. Həftə
Vikipediya məqalələrindən
- Nərimanov rayonunda Fətəlixan Xoyski küçəsinə və Heydər Əliyev prospektinə paralel Təbriz küçəsinin keçmiş adı Çapayev olmuşdur.
- Malayziyanın yeni inzibati mərkəzi olan Putracayada yerləşən Putra məscidi (şəkildə) xarici görünüşünün dizaynına Bağdadda Şeyx Ömər məscidi və Kasablankada yerləşən İkinci Həsən məscidinin dizaynı güclü təsir göstərib.
- Süngər Bob Kvadrat Şalvar cizgi serialının əsas personajlarından olan Patrik Star dəniz bioloqu və animator olan Stiven Hillenburq tərəfindən yaradılmışdır.
- Skandinav əfsanəsinə görə tanrı Odin Run əlifbasını əldə etmək üçün doqquz gecə özünü İqqdrasil ağacından başı-aşağı asmışdır.
- Bir vaxtlar Koreyanın cənubunda yerləşmiş Şila krallığının 27-ci hökmdarı və ilk qadın rəhbəri olan Kraliça Seondeok uzaq şərqin ilk rəsədxanasını inşa etdirmişdir.
- Belçikalı Erje tərəfindən yaradılmış "Tintin macəraları" komiksinin əsas qəhrəmanı jurnalist və səyyah olan gənc Tintindir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Vikipediya məqalələrindən
- Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçaları (şəkildə) hazırda Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin adını daşıyır.
- 4 qat olimpiya çempionu Cessi Ouens 1936 yay Olimpiya oyunlarında irqçiliyə qarşı mübarizəsinə görə 1976-cı ildə Olimpiya ordeni ilə təltif edilib.
- Cənubi Amerika ərazisində yerləşən Uruqvay çayının adı Quarani dilindən tərcümədə "rəngli quşların çayı" mənasını verir.
- Dəmir adam komiks personajı komiks ustası Sten Li, ssenarist Lari Liber, rəssam Don Hek və dizayner Cek Kirbi tərəfindən 1963-cü ildə yaradılmış və ilk dəfə "Qorxulu hekayələr"in 39-cu sayında çıxmışdır.
- Alman katolik keşişi Yohan Martin Şleyer tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq Volapük danışıq dilinin əlifbası 27 hərfdən ibarətdir.
- İngilis dilində çıxan The Daily Talk divar qəzeti Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında qara lövhə üzərində təbaşirlə yazılır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
Vikipediya məqalələrindən
- 2015 Avropa Oyunlarının açılış mərasimində ölkə idmançılarının keçidi zamanı Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Qara Qarayevin müxtəlif əsərlərinin texno musiqi üslubunda işlənmiş versiyaları səsləndirilib.
- Özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı olan Bilderberq konfransının ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub.
- Yuan sülaləsinin əsasını qoymuş Xubilay xan 1260-cı ilin avqustunda çao adlanan ilk vahid kağız pulu yaradıb.
- İslandca danışmaq mənasını verən "seqja" sözündən törəyən saqa sözünün lüğəvi mənası deyilən, söylənmiş deməkdir.
- Şükran günü milli bayramı Kanadada oktyabr ayının ikinci bazar ertəsi günü, ABŞda isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur.
- Qarnı yırtmaqla icra edilən intihar növü Harakirini adətən əsir düşmüş samuraylar icra edirdilər.
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
Vikipediya məqalələrindən
- Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı Yana Batırşina Olimpiya Oyunlarının gümüş mükafatçısı olmaqla yanaşı, yeddiqat dünya və beşqat Avropa çempionudur.
- Malayziyanın Selanqor ştatında yerləşən Sultan Səlahuddin Əbdül Əziz məscidi minarələrinin hündürlüyünə görə Mərakeşin Kasablanka şəhərində yerləşən İkinci Həsən məscidindən sonra dünyada ikinci yeri tutur.
- Çində Yanszı çayının üzərində yerləşən Üç dərə (şəkildə) dünyada gücünə görə birinci su elektrik stansiyasıdır.
- Kompüter elmləri üzrə görkəmli alimlərdən biri Marvin Minski 1959-cu ildə Con Makkarti ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda ilk süni intellekt laboratoriyasının əsasını qoyub.
- And dağlarının Kordilyer-Blanka silsiləsində, Perunun Ankaş bölgəsində yerləşən Uaskaran Milli Parkı 1985-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına salınmışdır.
- Çinin dünyaca məşhur e-ticarət şirkəti Alibaba Groupun yaradıcısı Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb.
bax – müzakirə et – redaktə et – tarixçə
- 31. Həftə
Vikipediya məqalələrindən
- Məşhur çeçen rəqqası Mahmud Esambayev (şəkildə) heç vaxt məşhur papağını başından çıxarmırmış. O, SSRİ-də yeganə adam olub ki, pasport şəklini papaqla çəkdirməsinə icazə veriblər.
- Azərbaycanın mühacir şairi Almas İldırım varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.
- Azərbaycanın 1 manatlıq əsginasları üzərində və 2006-cı ildə buraxılmış Azərbaycanın 1 qəpiyi üzərində muğam üçlüyünün musiqi alətləri təsvir olunmuşdur.
- Qadınlar arasında şahmat üzrə ilk dünya çempionu Vera Mençik İkinci dünya müharibəsi zamanı 1944-cü il iyunun 27-də Londonun bombardımanı zamanı həlak olmuşdur.
- "Marvel Comics" nəşriyyatı tərəfindən yaradılmış Ay cəngavəri komiksi ilk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxuculara təqdim olunmuşdur.
- Şimal Torpağı arxipelağının mərkəzi hissəsində yerləşən Oktyabr İnqilabı adası Bolşevik adasından Şokalski boğazı, Komsomoles adası və Pioner adasından Qırmızı Ordu boğazı vastəsi ilə ayrılır.
bax – müzakirə et – redaktə et – tarixçə