Mirze Ibrahimov - Wikipedia
Mirzə İbrahimov (15 (28) oktyabr 1911, Eyvəq (Sərab), Şərqi Azərbaycan ostanı – 17 dekabr 1993, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945). Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR xalq yazıçısı (1961), "Stalin" mükafatı laureatı (1951), Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958), Azərbaycan SSR maarif komissarı və naziri (1942–1947), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1948–1954), birinci katibi (1965–1976, 1981–1986), 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), , Azərbaycan SSR Ali Sovetinin (3–4-cü, 6–7-ci və 9-cu çağırış) deputatı, SSRİ xalq deputatı (1989).[1]
Mirzə İbrahimov | |
---|---|
13 iyun 1981 – 1986 | |
Əvvəlki | İmran Qasımov |
Sonrakı | İsmayıl Şıxlı |
Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin birinci katibi | |
1965 – 1975 | |
Əvvəlki | Mehdi Hüseyn |
Sonrakı | İmran Qasımov |
23 yanvar 1958 – 25 mart 1959 | |
Əvvəlki | Abdulla Bayramov |
Sonrakı | Qəzənfər Cəfərli |
9 mart 1954 – 23 yanvar 1958 | |
Əvvəlki | Nəzər Heydərov |
Sonrakı | İlyas Abdullayev |
1948 – 1954 | |
Əvvəlki | Səməd Vurğun |
Sonrakı | Süleyman Rəhimov |
24 mart 1947 – 27 may 1950 | |
Sədr | Teymur Quliyev |
28 mart 1946 – 24 mart 1947 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Məmməd Ələkbərov |
1942 – 28 mart 1946 | |
Əvvəlki | Mirzə Məmmədov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
8 may 1938 – 1942 | |
Əvvəlki | Davud Rəsulzadə |
Sonrakı | Hacı Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 (28) oktyabr 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 17 dekabr 1993 (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | dramaturq, yazıçı, tərcüməçi, siyasətçi, nasir |
Uşağı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMirzə İbrahimov 1911-ci il oktyabrın 28-də İranın Sərab şəhəri yaxınlığındakı Eyvəq kəndində (indiki İran İslam Respublikası, Şərqi Azərbaycan ostanı, Sərab şəhristanı, Şərəbiyan dehistanı, Eyvəq kəndi) anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. Əvvəlcə anası, sonra isə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib çörək pulu qazanmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.
Yaradıcılığı
redaktəMirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya — Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, "Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933). "Həyat" (1935) pyesi bu dövrün bəhrəsidir.[2]
1935–1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M. İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942–1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.
İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs", "Sənət aşiqləri", "Zəhra", "Yol ayrıcında", "Mələk", "Qaçaq", "Cənub hekayələri" silsiləsi — "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat"), povest ("Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı") və romanlarla ("Gələcək gün — (1948), "Böyük dayaq" (1957), "Pərvanə") yanaşı, səhnə əsərlərini qələmə almışdır: "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyeslərindən iyirmi il fasilədən sonra "Kəndçi qızı" (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), "Yaxşı adam" (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən "Közərən ocaqlar" (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. U.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A. N. Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A. P.Çexovun "Üç bacı", A. Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.
O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanunu qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Onun sayəsində Azərbaycan SSR-də fəaliyyət göstərən rus, erməni və gürcü dilli məktəblərdə Azərbaycan dilinin tədrisi qanunlarda rəsmiləşdirildi.[3] Həmçinin onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdir.
Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı Idarə Heyətinin Sədri (1948–1954), birinci katibi (1965–1976), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965–1976), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1947–1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958) vəzifələrində işləmiş,[4] Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955; Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov. İKP XX–XXI və XXIII–XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir.[5] BMT-nin apartheyd əleyhinə mübarizə komitəsinin iclasında (Nyu York, 1978) çıxış etmişdir.
Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olmuşdur (1946–1954).[6] Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960–1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946–1954) və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965–1975) olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). O çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixinin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur.[7] Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur.[8]
1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları
redaktə- Sosialist Əməyi Qəhrəmanı — 14 oktyabr 1981[9]
- "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 9 oktyabr 1961
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 17 iyun 1943
- "Stalin" mükafatı (2-ci dərəcə) — 14 mart 1951 ("Gələcək gün" (1948) romanına görə)
- Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 28 aprel 1965 ("Kəndçi qızı" komediyası üçün)
- "Lenin" ordeni — 25 fevral 1946; 28 oktyabr 1967; 14 oktyabr 1981
- "Oktyabr İnqilabı" ordeni — 21 oktyabr 1971[10]
- "Qırmızı Əmək Bayrağı" ordeni — 17 aprel 1938
- Beynəlxalq Nehru mükafatı — 1979
Xatirəsi
redaktə5 fevral 1996-cı ildə Azərbaycanın xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim Mirzə İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə ilə əlaqədar qərar qəbul edilmişdir.[11].
Əsərlərinin nəşri
redaktə- Giqantlar ölkəsi. Bakı: Azərnəşr, 1932, 32 səh.
- Həyat üçün. Bakı: Azərnəşr, 1934, 115 səh.
- Həyat(pyes). Bakı: Azərnəşr, 1937, 107 səh.
- Həyat (pyes). Bakı: Azərnəşr, 1938, 110 səh.
- Böyük demokrat (Molla Nəsrəddin). Bakı: Azərnəşr, 1939, 160 səh.
- Həyat və ədəbiyyat. Bakı: Azərnəşr, 1947, 213 səh.
- Azad. Bakı: Uşaqgəncnəşr, 1949, 20 səh.
- Gələcək üçün. Bakı: Azərnəşr, 1949, 157 səh.
- Gələcək gün (roman). Bakı: Azərnəşr, 1949, 753 səh.
- . Salam sənə Rusiya! Bakı: Azərnəşr, 1950, 87 səh.
- Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: Azərnəşr, 1954, 406 səh.
- Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: Azərnəşr, 1954, 323 səh.
- Gələcək gün. Bakı: Azərnəşr, 1956, 622 səh.
- Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1956, 622 səh.
- Azərbaycan dili (məqalələr). Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1957, 74 səh.
- Böyük dayaq (roman). Bakı: Uşaqgəncnəşr, 1957, 582 səh.
- Sarı sim (xatirələr, məqalələr, oçerklər). Bakı: Azərnəşr, 1958, 301 səh.
- Mədinənin ürəyi (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 213 səh.
- Xəlqilik və realizm cəbhəsindən (məqalələr). Bakı: Azərnəşr, 1961, 524 səh.
- Böyük şairimiz Sabir. Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1962, 38 səh.
- Murovdağın ətəyində (hekayələr). Bakı: Azərnəşr, 1964, 93 səh.
- Ədəbi qeydlər. Bakı: Azərnəşr, 1970, 299 səh.
- Pərvanə. Bakı: Azərnəşr, 1971, 703 səh.
- Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1972, 455 səh.
- Əsərləri (10 cilddə). I c. Bakı: Yazıçı, 1978, 512 səh.
- Əsərləri (10 cilddə). II c. Bakı: Yazıçı, 1978, 504 səh.
- Əsərləri (10 cilddə). III c. Bakı: Yazıçı, 1979, 592 səh.
- Əsərləri (10 cilddə). IV c. Bakı: Yazıçı, 1979, 506 səh.
- Əsərləri (10 cilddə). V c. Bakı: Yazıçı, 1980, 339 səh.
- Əsərləri (10 cilddə). VI c. Bakı: Yazıçı, 1981, 376 səh.
- Əsərləri (10 cilddə). VII c. Bakı: Yazıçı, 1981, 332 səh.
- Əsərləri (10 cilddə). VIII c. Bakı: Yazıçı, 1981, 303 səh.
- Əsərləri (10 cilddə). IX c. Bakı: Yazıçı, 1982, 664 səh.
- Əsərləri (10 cilddə). X c. Bakı: Yazıçı, 1983, 507 səh.
- Pərvizin həyatı (hekayələr və povestlər). Bakı: Yazıçı, 1975, 248 səh.
- Pərvizin həyatı (povestlər və hekayələr). Bakı: Gənclik, 1981, 251 səh.
- Pərvanə (roman). Bakı: Yazıçı, 1984, 703 səh.
- Gələcək gün (roman). Bakı: Gənclik, 1973, 586 səh.
- Gələcək gün (roman). Bakı: Maarif, 1984, 472 səh.
- Niyəsiz, necəsiz bir yazısan sən. Bakı: Yazıçı, 552 səh.
- Anama deyərəm ha! (hekayələr və povestlər). Bakı: Gənclik, 1986, 336 səh.
- Tufanlara kömək edən bir qələm. Bakı: Azərnəşr, 197 səh.
Tərcümələri
redaktə(ruscadan)
- N. Q. Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında roman). Bakı: Uşaqgəncnəşr, 1956, 180 səh.
- N. Q. Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında söhbətlər, roman). Bakı: Gənclik, 1974, 536 səh.
- Ş. Rəşidov. Qaliblər. Bakı: Azərnəşr, 1976, 378 səh.
Haqqında olan ədəbiyyat
redaktə- Quliyev E. M. İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri. Bakı: ADPU, 1997, 96 s.
- Anar. Tənha müəllimin son səfəri. Azərbaycan qəzeti, 1994, 2 fevral.
- Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Azərbaycan qəzeti, 1996, 6 fevral.
- Rəhimqızı S. Bir görüşün xoşbəxtliyi. Xalq qəzeti, 2002, 16 yanvar.
Filmoqrafiya
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 361.
- ↑ "Arxivlənmiş surət". 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-28.
- ↑ Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 355.
- ↑ "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-28.
- ↑ http://xezer.libmks.az/home/427-azyrbaycandn-xalq-yazdgdsd-mirzy-dbrahimovun-andm-ggngdgr.html[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-29.
- ↑ "Arxivlənmiş surət". 2014-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-28.
- ↑ "Arxivlənmiş surət". 2015-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-29.
- ↑ Yazıçı M. Ə. İbrahimova Sosialist Əməyi Qəhrəmanı adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 oktyabr 1981-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Yazıçı M. Ə. İbrahimovun Oktyabr Ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 21 oktyabr 1971-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1996-cı il tarixli Sərəncamı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Nadir Bədəlov. "Bizim kino". Həbib İsmayılovun "Böyük dayaq" filmi haqqında. 20.02.2016 [ölü keçid]
Mənbə
redaktə- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.