Musiqi Aleti - Wikipedia
Musiqi Aleti - Wikipedia - Haqqında Məlumat
Musiqi alətləri (Çalğı alətləri) - müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu.[1] Musiqi alətlərinin quruluşunu, texniki xüsusiyyətlərini və ifaçılıq imkanlarını öyrənən elmə alətşünaslıq deyilir [2].
Növləri
redaktəMusiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.
1) Səsçıxarma imkanlarına görə
- Simli musiqi alətləri – simlərin səsləndirilməsi üsullarına görə növlərə bölünür:
- Kamanlı alətlər – skripka, alt, violonçel, kontrabas;
- Dartımlı alətlər – arfa;
- Mizrablı alətlər - tar, saz;
- Zərb alətləri – alətin gövdəsinə vurulmaqla səs əldə edilir [3]. Səslənməsinə görə aşağıdakı növlərə bölünür: köklənən alətlər (müəyyən səsyüksəkliyinə malik zərb alətləri) – litavrlar, ksilofon, zəng (kolokol, kolokolçik). Köklənməyən alətlər (qeyri-müəyyən yüksəklikli zərb alətləri) – kiçik və böyük barabanlar, kastanyetlər, tam-tam və s. Quruluşuna görə növləri: plastinkalı alətlər, zarlı (pereponkalı) alətlər.
- Nəfəsli musiqi alətləri (üfləmə alətlər) – havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur [4]. Quruluşuna görə növləri: dəlikli alətlər, qamış dilçəkli alətlər, müştüklü alətlər. Hazırlanma materialına görə növlərə bölünür:
- Klavişli (dilli) alətlər – xüsusi mexanizmlə təchiz olunmuş alətlər olub, səsçıxarma üsullarına görə fərqlənir. Növləri:
- klavişli-zərbi alətlər: fortepiano;
- pnevmatik-klavişli alətlər: akkordeon, qarmon;
2) Alətlərin səslənmə registrinə görə növləri: bas alətlər, soprano alətlər, tenor alətlər.
3) Alətlərin quruluşuna görə növləri: natural alətlər, transpozisiyalı alətlər.
Çalğı alətləri Azərbaycan musiqisində
redaktəMüxtəlif xalqların musiqisində istifadə olunan çoxsaylı simli, nəfəs və zərb alətləri mövcuddur. Azərbaycan xalq musiqi alətləri:
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Alət". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Alətşünaslıq". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
- ↑ "Muğam Ensiklopediyası - Zərbli alətlər". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
- ↑ "Muğam Ensiklopediyası - Nəfəsli musiqi alətləri". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
- ↑ "Muğam Ensiklopediyası - Alət". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
Xarici keçidlər
redaktəVikianbarda Musiqi aləti ilə əlaqəli mediafayllar var.