Emman - Wikipedia
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi.
Şəhər | |||
Amman | |||
---|---|---|---|
عَمَّان | |||
|
|||
31°57′ şm. e. 35°56′ ş. u.HGYO | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 776 m[2] | ||
Saat qurşağı |
|
||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Poçt indeksi | 11110–17198 | ||
Digər | |||
ammancity.gov.jo | |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAmman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur. Müasir şəhər Roma tikililərinin qalıqlarını (teatr, forum, odeon, nimfeya) əhatə edən təpələrdə yerləşir. Qala yerləşən təpədə bir neçə sərdaba, divar fraqmenti (e.ə. 9-cu və ya 8-ci əsr), Herkules məbədinin (2-ci əsr), Bizans bazilikasının, Basman və Raqdan saraylarının (19-cu əsr) xarabalıqları, həmçinin əl-Hüseyn məscidi (1924), Kral Abdullahın mavzoleyi (1952) saxlanılmışdır.
Ümumi məlumat
redaktəBeynəlxalq aeroportu, nəqliyyat qovşağı var. Şəhər ölkənin mühüm ticarət, sənaye, elm və mədəniyyət mərkəzidir. Neft emalı, yeyinti sənayesi, toxuculuq, tütün, elektronika, gön-dəri, sement, metal emalı, inşaat materialları istehsalı müəssisələri, istilik-elektrik stansiyaları, İslam Sivilizasiyası Tədqiqatı Kral Akademiyası (1980), İslam EA (1986), İordaniya Universiteti (1962), Açıq Universitet (1985), Britaniya Şurası kitabxanası (1950), kütləvi (1958) və universitet kitabxanaları, arxeologiya muzeyi (1951), İslam muzeyi, Xalq sənəti və geyim (1972) muzeyi, mozaika qalereyası (1972) var. Turizm inkişaf etmişdir.[3]
Qardaş şəhərlər
redaktə- Maskat, Oman (1986)
- Bakı, Azərbaycan
- Ciddə, Səudiyyə Ərəbistanı (1988)
- Qahirə, Misir (1988)
- Rabat, Mərakeş (1988)
- İslamabad, Pakistan (1989)
- Bağdad, İraq (1989)
- Sana, Yəmən (1989)
- Pekin, Çin (1990)
- Ankara, Türkiyə (1992)
- Xartum, Sudan (1993)
- Nalçik, Rusiya (1994)
- Mayami, ABŞ (1995)
- Doxa, Qətər (1995)
- Ankara, Türkiyə (1997)
- San-Paulo, Braziliya, (1997)
- Əlcəzair, Əlcəzair (1998)
- Buxarest, Rumıniya (1999)
- Nuakşot, Mavritaniya (1999)
- Tunis, Tunis (1999)
- Sofiya, Bolqarıstan (2000)
- Beyrut, Livan (2000)
- Pretoriya, Cənubi Afrika Respublikası (2002)
- Tequsiqalpa, Honduras (2002)
- Çikaqo, ABŞ (2004)
- Cenevrə, İsveçrə (2005)
- Milan, İtaliya (2005)
- Kaıabriya, İtaliya (2005)
- Sarayevo, Bosniya və Herseqovina (2005)
- Moskva, Rusiya (2005)
- , Bəhreyn (2006)
- Bişkek, Qırğızıstan (2006)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://it-ch.topographic-map.com/map-tg5fdn/Amman/?zoom=19¢er=31.94574%2C35.92393&popup=31.94579%2C35.92395.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 447. ISBN 978-9952-441-02-4.