Antimonit - Wikipedia
Antimonit (son lat. antimonium – sürmə) — stibnit – sulfidlər sinfindən mineral.
Antimonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Sb₂S₃[1] |
Strunz təsnifatı | II/C.02[2] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Xüsusiyyətləri
redaktəKimyəvi tərkibi – Sb2S3. Sinqoniyası rombikdir. Kristalları iynəvarı, prizmatik, aqreqatları radial şüalı və iynəvarıdır. Rəngi qurğuşunu-boz. Metal parıltılıdır. Sərtliyi – 2, sıxlığı – 4630 kq/m³-dir. Hidrotermal damarlarda qalenit, sfalerit, sinnabarit, xalkopirit və s. minerallarla birlikdə tapılır. Tərkibində 71,4% stibium və 28,6% kükürd var. Stibium filizlərinin əsas komponentidir.[3]
Xassələri
redaktəRəng – göyümtül çalarlı oksidləşmə rəngli qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – qurğuşunu-boz; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,61-4,65; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl, {110} üzrə qeyri - mükəmməl; Sınıqlar – yarımqabıqvari, pilləli; Başqa xassələr – yarımkeçiricidir; Morfologiya – kristallar: uzunprizmatik, sütun - və iynəvarı, c oxuna paralel cizgil;. Uzunluğu 0,6 m-ə, qalınlığı 5 sm-ə çatan çox vaxt əyilmiş və burulmuş nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {110} və ya {010} üzrə polisintetik; Mineral aqreqatları: radial-şüalı, kol şəkilli, iynə - və yelpikvarı, bəzən sıx dənəvər kütlələr, sferolitlər, druzalar, püruzlar.
Mənşəyi və yayılması
redaktəTipik orta - və aşağı temperaturlu hidrotermal mineraldır. Sürmə - civə, az hallarda qurğuşun-sink, bəzən qızıl filizi yataqlarında rast gəlir. Habelə isti bulaq çöküntülərində və vulkanik sublimatlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kinovar, kvars, flüorit, sfalerit, qalenit, realqar, auripiqment, barit, kalsit. Mineralın tapıldığı yerlər: Hsi-Kuanq-Şan (Çin); İşinokava (Yaponiya); Saravak (Malayziya); Razdol (Rusiya); Nikitovka (Ukrayna); Luxumi (Gürcüstan) və b. Azərbaycanda Levçay sürmə-civə, Əylis sürmə və Darrıdağ (Culfa) mərgümüş yataqlarında yayılmışdır. Qızılitən və Ağzıbir (Kəlbəcər rayonu) qızıl təzahürlərində, Dəvəboynu (Laçın rayonu) mərğümüş təzahüründə və göstərilən rayonların bəzi başqa məntəqələrində də qeyd olunur.
Tətbiqi
redaktəBirləşmələri rezin, toxuculuq, şüşə sənayesində və b. geniş tətbiq olunan demək olar ki, yeganə sürmə filizidir.
İstinadlar
redaktə- ↑ International Mineralogical Association - Commission on new minerals, nomenclature and classification The IMA List of Minerals (February 2013) (ing.). 2013.
- ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 546. ISBN 978-9952-441-02-4.
Mənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004