Rusiyanin Inzibati Bolgusu - Wikipedia
Rusiya inzibati cəhətdən onun tərkibinə 21 respublika, 1 muxtar vilayət, 9 diyar, 10 milli mahal, 46 vilayət, 2 federal əhəmiyyətli şəhərlər - Moskva və Sankt-Peterburq daxildir. Ümumiyyətlə Rusiya federativ respublikadır. Burada həmçinin 85-dən çox qoruq, 25 milli park vardır.
Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur[1]. Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhatə edir. 2014-cü ilin məlumatına əsasən, Rusiya Federasiyasına 85 subyekt daxildir: 22 respublika, 9 diyar, 46 vilayət, 4 muxtar dairə və 1 muxtar vilayət vardır. Moskva, Sankt-Peterburq və Sevastopol federal əhəmiyyətə malik şəhərlər, yəni Rusiya Federasiyasının ayrı-ayrı subyektləridir.
Rusiya tərkibindəki respublikalar
redaktə- Adıgey Respublikası
- Altay Respublikası
- Başqırdıstan Respublikası
- Buryatiya Respublikası
- Dağıstan Respublikası
- İnquşetiya Respublikası
- Kabarda-Balkariya Respublikası
- Kalmıkiya Respublikası
- Qaraçay-Çerkesiya Respublikası
- Kareliya Respublikası
- Komi Respublikası
- Mari El Respublikası
- Mordoviya Respublikası
- Saxa (Yakutiya) Respublikası
- Şimalı Osetiya-Alaniya Respublikası
- Tatarıstan Respublikası
- Tuva Respublikası
- Udmurtiya Respublikası
- Xakasiya Respublikası
- Çeçenistan Respublikası
- Çuvaşıstan Respublikası
- Krım Respublikası (Simferopol)
Avropa hissəsi
redaktəRusiyanın ərazisinin 25%-i, əhalisinin, sənaye və kənd təsərrüfatı məhsullarının 80%-i Avropa hissəsinin payına düşür. Mərkəzi Rusiyanın ən iri şəhərləri Moskva, Sankt-Peterburq, Nijni-Novqoroddur. Tərkibində 3 muxtar respublika yerləşir:
- Mari El Respublikasında kartof, kətan, çovdar becərilir, südlük-ətlik heyvandarlıq və donuzçuluq inkişaf edib.
- Mordva Respublikasında meşə-kimya sənayesi inkişaf edib. Darı-çovdar və vələmir əkilir.Heyvandarlıq inkişaf edib.
- Çuvaş Respublikası türkdilli xalqlar qrupuna aiddir.İri traktor zavodu var. SES-lərə sahibdir. Elektrotexnika inkişaf edib.
Avropa hissəsinin şimalı
redaktəŞimal Buzlu okeanının qərb sahillərini əhatə edir.İri və rəngarəng təbii resurs potensialına malikdir.Meşə sənayesi rayonun ənənəvi sahələrindəndir.Rayonun tərkibində 2 muxtar respublika var:
- Karelya Respublikası əsasən meşə sənayesi, dəmir filizi hasilatı, müxtəlif maşınqayırma sahələri üzrə ixtisaslaşmışdır.
- Komi Respublikasında yanacaq-energetika sənayesi və meşə sənayesi kompleksləri inkişaf edib.
Avropa hissəsinin cənubu
redaktəŞimali Qafqaz nəzərdə tutulur.İri ASK rayonudur. Taxılçılıq, şəkər çuğunduru, günəbaxan əkinləri, üzüm və meyvə bağları, südlük-ətlik heyvandarlıq və zərifyunlu qoyunçuluq inkişaf etmişdir.Rayon ərazisində 7 muxtar respublika var:
- Dağıstan Respublikasında bağçılıq, üzümçülük və qoyunçuluq inkişaf edib.Burada 100 mindən çox əhali yaşayır.
- Şimali Osetiya-Alaniya Respublikasında əlvan metallurgiya, dağ-mədən sənayesi aparıcı rol oynayır.
- Kabarda-Balkarıstan Respublikasında əlvan metal filizləri hasil olunur.Taxılçılıq, bağçılıq və donuzçuluq inkişaf edib.
- Adıgey Respublikasında neft və qaz çıxarılsa da, kənd təsərrüfatı üstünlük təşkil edir.
- Qaraçay-Çərkəz Respublikasında kənd təsərrüfatı və dağ turizmi inkişaf edib.
- Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhəridir. Əhalisi 1 milyona çatır.
- İnquşetiya Respublikasının paytaxtı Maqas şəhəridir. Əhalisi 400 min nəfərə çatır.
Avropa hissəsinin şərqi
redaktəVolqaboyu və Ural iqtisadi rayonlarını əhatə edir.Ölkənin Avropa və Asiya hissəsini birləşdirən yollar buradan keçir.
- Volqaboyu iqtisadi rayonunun formalaşmasında Volqa çayının müstəsna rolu olmuşdur.Burada iri şəhərlərin demək olarki, hamısı Volqa çayı sahilində yerləşir.Rayonun əhalisi çoxmillətlidir.Rayon ərazisində iki muxtar respublika var:
- Tatarıstan respublikası Volqa-Kama su qovşağında əlverişli mövqe tutur.Tatarlar türkdilli xalqdır.Paytaxtı Kazan şəhəridir.Respublikanın güclü xammal ehtiyatı və iqtisadi potensialı var.
- Kalmık respublikası aşağı Volqa boyunda yerləşir.Əsasən qoyunçuluq inkişaf edib.
Şəhərlər
redaktə146 milyonluq Rusiya əhalisinin 73%-i şəhərlərdə, 27%-i isə kənd yerlərində yaşayır. Hazırda Rusiyanın, Moskva və Sankt-Peterburq olmaq üzrə iki böyük şəhəri vardır.
Həmçinin bax
redaktə- ↑ Russia // Encyclopædia Britannica. 2008-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-31.