Sirvansahlar - Wikipedia
Bu məqalə Şirvanşahlar sülaləsi haqqındadır. Digər mənalar üçün Şirvanşahlar (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Şirvanşahlar — Şirvanşahlar dövlətində hakim sülalə. Ərəb mənşəli sülalə olmuşdur. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir.[1] Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə,[2] çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V.F.Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür[3].
Şirvanşahlar | |
---|---|
Banisi | I Heysəm |
Sonuncu hökmdar | Şahrux |
Əsası qoyulub | 861 |
Soyun kəsilməsi | 1583? (Əbubəkr mirzə Dərbəndinin öldüyü il. Oğlu Bürhan mirzə Dərbəndi haqqında məlumat yoxdur) |
Milliyyət | ərəb |
Titullar | |
Şirvanşah Layzanşah Dərbənd əmiri |
Şirvanşahlar sülaləsinin banisi Yezid ibn Məzyəddir. O, ərəblərin Əş-Şeyban tayfasındandır. Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rabia qəbiləsindəndir.[4] Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə xəlifə Osmanın zamanında Aranı işğal etdi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər də bu vaxtdan bölgədə yerləşməyə başladılar. Məzyədilərin nümayəndəsi sərkərdə Yezid ibn Məzyəd 799–801-ci illərdə Aran, Şirvan, Dərbənd və indiki Ermənistan ərazisinin hakimi idi. Ərazini idarə edən ərəb canişini Yezid ibn Məzyədin iqamətgahı Bərdədə idi. Onun dövründə çox sayda Rəbiə tayfasından, həmçinin Misirdən və Suriyadan olan ərəblər bölgəyə köçdu. Yezid ibn Məzyəd 801-ci ildə Bərdədə ölmüş və burada da dəfn olunmuşdu.[5]
859-cu ildə Məhəmməd ibn Yezid Gəncə şəhərini bərpa etdirdi və öz iqamətgahını da buraya köçürdü. Bərdə Sacilər tərəfindən işğal olunduqdaan sonra ərəblər, əsasən, Şirvan ərazisində cəmləşdilər. 861-ci ildə Məzyədilər sülaləsindən olan Heysəm ibn Xalid Şirvanın müstəqilliyini elan edərək ilk "Şirvanşah" titulunu götürdü.
Rəsm | Adı | Hakimiyyət dövrü | Əvvəlki şahlarla əlaqəsi |
---|---|---|---|
Yəzid ibn Məzyəd | 787–788 799–801 |
Məzyədilər sülaləsinin banisi | |
Əhməd ibn Məzyəd | ? | Yəzid ibn Məzyədin qardaşı | |
Əsəd ibn Yəzid | 801–802~810 | Yəzid ibn Məzyədin oğlu | |
Məhəmməd ibn Yəzid | 802–803 | Yəzid ibn Məzyədin oğlu | |
Xalid ibn Yəzid | ~813
828–832 841–844 |
Yəzid ibn Məzyədin oğlu | |
Məhəmməd ibn Xalid | 844–849 | Xalid ibn Yəzidin oğlu | |
Heysəm ibn Xalid | 849–861 | Xalid ibn Yəzidin oğlu | |
I Heysəm | 861 — ? | Xalid ibn Yəzidin oğlu | |
I Məhəmməd | ? — ? | I Heysəmin oğlu | |
II Heysəm | ? — ? | I Məhəmmədin oğlu | |
I Əli | ? — 917 | II Heysəmin oğlu | |
I Yəzid | 861 — ? | Xalid ibn Yəzidin oğlu | |
I Məhəmməd | ? — 917 | Yəzid ibn Xalidin oğlu | |
II Yəzid | 917–948 | I Məhəmmədin oğlu | |
I Yəzid (Layzanda II Yəzid) | 917–948 | I Məhəmmədin oğlu | |
II Məhəmməd | sentyabr, 948 — iyun, 956 | I Yəzidin oğlu | |
Əhməd | iyun, 956 — iyun, 981 | II Məhəmmədin oğlu | |
III Məhəmməd | iyun, 981 — noyabr, 991 | Əhmədin oğlu | |
II Yəzid | noyabr, 991–1027 | Əhmədin oğlu | |
I Mənuçöhr | 1027–1034 | II Yəzidin birinci oğlu | |
II Əli | 1034–1043 | II Yəzidin üçüncü oğlu | |
Qubad | 1043–28 iyul 1049 | II Yəzidin dördüncü oğlu | |
III Əli | 1049–1050 | II Yəzidin beşinci oğlu Əhmədin oğlu | |
Salar | 1050–1063 | II Yəzidin altıncı oğlu | |
I Fəribürz | 1063–1096 | Saların oğlu | |
II Mənuçöhr | 1096–1106 | I Fəribürzün birinci oğlu | |
I Əfridun | 1106–1120 | I Fəribürzün ikinci oğlu | |
III Mənuçöhr | 1120–1160 | I Əfridunun oğlu | |
II Əfridun | 1160 | III Mənuçöhrün birinci oğlu | |
I Axsitan | 1160–1197 | III Mənuçöhrün ikinci oğlu | |
Şahənşah | 1197–1200 | III Mənuçöhrün üçüncü oğlu | |
II Fəribürz | 1200–1204 | II Əfridunun oğlu | |
I Fərruxzad | 1204 | III Mənuçöhrün dördüncü oğlu | |
Güştasp | 1204–1225 | I Fərruxzadın oğlu | |
III Fəribürz | 1225–1243 | Güştaspın oğlu | |
II Axsitan | 1243–1260 | III Fəribürzün oğlu | |
II Fərruxzad | 1260–1282 | II Axsitanın oğlu | |
III Axsitan | 1282–1294 | II Fərruxzadın oğlu | |
Keykavus | 1294–1317 | III Axsitanın oğlu | |
Keyqubad | 1317–1348 | II Fərruxzadın oğlu | |
Kavus | 1348–1372 | Keyqubadın oğlu | |
Huşəng | 1372–1382 | Kavusun oğlu | |
I İbrahim | 1382–15 sentyabr 1417 | Sultan Məhəmməd Dərbəndinin oğlu | |
I Xəlilullah | 1417–1465 | I İbrahimin oğlu | |
I Fərrux Yasar | 1465–1500 | I Xəlilullahın oğlu | |
Bəhram bəy | 1500-2021 | I Fərrux Yasarın oğlu | |
Qazi bəy | 1501 | I Fərrux Yasarın oğlu | |
Sultan Mahmud | 1501–1502 | Qazi bəyin oğlu | |
II İbrahim | 1502–1524 | I Fərrux Yasarın oğlu | |
II Xəlilullah | 1524–1535 | II İbrahimin oğlu | |
II Fərrux Yasar | 1527–1535 | II İbrahimin oğlu | |
Şahrux | 1535–1539 | II Fərrux Yasarın oğlu | |
| |||
Burhan Əli | 1548–1549 | II Xəlilullahın oğlu[7] yaxud | |
Mehrab | 1550 | Əlaqəsi bilinmir | |
Qurban Əli | 1550 | Əlaqəsi bilinmir | |
Qasım Mirzə | 1554 | Əlaqəsi bilinmir | |
Kavus Mirzə | 1577–1578 | Bürhan Əlinin bacısı oğlu | |
Əbubəkr Mirzə | 1578–1583 | Bürhan Əlinin oğlu |
Şirvanşah şahzadələri
redaktəAdı | Hakimiyyət müddəti | Digər şahlarla əlaqəsi |
---|---|---|
Heysəm ibn Məhəmməd | iyun, 939 — may, 941 dekabr, 941 — may, 942 |
II Məhəmmədin oğlu |
Əhməd | may, 942 — sentyabr, 953 | II Məhəmmədin oğlu |
Əfridun | 28 oktyabr, 1068–1071 | I Fəribürzün ikinci oğlu |
Rəşid ibn Fərruxzad | ~ 1221 | I Fərruxzadın ikinci oğlu |
Sultan Məhəmməd | ~ 1340–1380 | Keyqubadın oğlu |
Adı | Hakimiyyət müddəti | Digər şahlarla əlaqəsi |
---|---|---|
Məhəmməd | ? — 917 | Əbu Tahir Yezidin oğlu |
Heysəm ibn Məhəmməd | sentyabr, 948–1025 | II Məhəmmədin oğlu |
Hörmüz ibn Mənuçöhr | ? — 9 aprel 1065 | I Mənuçöhrün oğlu |
Adı | Hakimiyyət müddəti | Digər şahlarla əlaqəsi |
---|---|---|
Cəlaləddin Sultanşah | 1226 — ? | I Güştaspın oğlu |
Adı | Hakimiyyət müddəti | Digər şahlarla əlaqəsi |
---|---|---|
Əfridun ibn Fəribürz | ~1220 | III Fəribürzün oğlu |
Adı | Hakimiyyət müddəti | Digər şahlarla əlaqəsi |
---|---|---|
Məhəmməd ibn Xalid | 849 — ? | Xalid ibn Yezidin oğlu |
II Mənuçöhr | 1063–1096 | I Fəribürzün oğlu |
Adı | Hakimiyyət müddəti | Digər şahlarla əlaqəsi |
---|---|---|
Qəzənfər Dərbəndi | I Xəlilullah dövrü | I İbrahimin oğlu |
Qazi bəy | I Fərrux Yasar dövrü | I Fərrux Yasarın oğlu |
Heç bir vəzifə tutmamış şahzadələr
redaktəEvlilikləri
redaktəAdı | Evli olduğu Şirvanşah/şahzadə | Müddət | Digər əlaqələri | Aid olduğu sülalə |
---|---|---|---|---|
Sitt bint Fəzl | Mənuçöhr ibn Yəzid | ?-1034 | Fəzl bin Məhəmmədin qızı | Şəddadilər |
II Əbdülmalik | Yəzid ibn Əhmədin qızı Şəmkuyyə | 1035-? | Mənsur ibn Maymunun oğlu | Haşimilər |
Sitt bint Fəzl (2-ci dəfə) | Əbu Mənsur Əli ibn Yəzid | 1035 (bir illik dulluqdan sonra)-? | Fəzl bin Məhəmmədin qızı | Şəddadilər |
bilinmir | Salar ibn Yəzid | bilinmir | Əbüləsvar Şavurın qızı | Şəddadilər |
Qaratəkin | Qubad ibn Yəzidın qızı | 1067–1068 | yoxdur | yoxdur |
Tamar | III Böyük Mənuçöhr | 1111–1120 (şahzadənin arvadı), 1120–1160 (şirvanşahın arvadı) | IV Davidın qızı | Baqrationilər |
İsmətəddin Səfvət-İslam | I Axsitan | ?-1192 (Şamaxı zəlzələsi) | Dərbənd əmiri Əbül Müzəffər Seyf əd-Dinin qızı | Haşimilər |
Əmir Əmiran Ömər | I Axsitanın qızı | 1191–1192 (Şamaxı zəlzələsi) | Məhəmməd Cahan Pəhləvanın oğlu | Eldənizlər |
Bikə xanım | I İbrahim | ?-1417 | bilinmir | bilinmir |
bilinmir | I Xəlilullah | 1421-? | Miran şahın qızı, Qara Yusifin arvadı | Teymurilər, Qaraqoyunlular |
bilinmir | I Fərrux Yasar | bilinmir | Adil bəyin qızı | yoxdur |
Sultan Yaqub | I Fərrux Yasarın qızı Gövhər Sultan | bilinmir | Uzun Həsənin oğlu | Ağqoyunlular |
bilinmir | Qazi bəy | ?-1501 | bilinmir | bilinmir |
Şah İsmayıl Xətai | II İbrahimin qızı | 1523 | Şeyx Heydərin oğlu | Səfəvilər |
Pərixan xanım | II Xəlilullah | 1524–1535 | Şah İsmayıl Xətainin qızı | Səfəvilər |
bilinmir | Əbubəkr mirzə Dərbəndi | 1570 | Dövlət Gəray xanın qızı | Gəraylar |
Alınmayan və ya sonu bilinməyən məsələlər
redaktəAdı | Evlənməli olduğu Şirvanşah/şahzadə | Tarix | Səbəb | Digər əlaqələri | Aid olduğu sülalə |
---|---|---|---|---|---|
Əbu Nəsr ibn Maymun | Yəzid ibn Əhmədin qızı | 1001 | Yəzid ibn Əhməd Əbu Nəsri girov götürdükdən sonra onunla qohum olmaq istədiyini bildirmiş, ancaq daha sonra onu edam etdirmişdir. | Ləşkəri ibn Maymunun qardaşı | Haşimilər |
Böyük Tamara | I Axsitan | 1187 | I Axsitan Baqrationilər-Haşimilər evliliyi vasitəsilə arvadı İsmətəddin Səfvət-İslamə qohumluğu olan Gürcüstan kraliçası Böyük Tamaraya elçi göndərmiş, ancaq Tamara David Soslan adlı gənc osetin knyazına ərə getmişdir. | III Georginin qızı | Baqrationilər |
Rusudan | I Güştasp və ya onun oğlu III Fəribürz | 1122 | Şirvanşah vəfat etdiyindən toy baş tutmamışdır. | Böyük Tamaranın qızı | Baqrationilər |
Rusudan (2-ci dəfə) | Cəlal əd-Din Sultanşah | bilinmir | Şirvanşah I Güştasp oğlu Cəlal əd-Din Sultanşahı (girov kimi) gürcülərə vermişdir. Gürcülər isə onu Tamarın qızı hökmdar Rusudana ilə evləndirmək məqsədilə xaç suyuna salıblar. Evliliyin sonrakı taleyi haqda məlumat yoxdur. | Böyük Tamaranın qızı | Baqrationilər |
Əli | Şirvanşahın qızı | bilinmir | Fəzlullah Rəşidəddin oğlunun yalnızca nişanlanması ilə bağlı məlumat verir. | Fəzlullah Rəşidəddinin oğlu | yoxdur |
Şeyx Səfiəddin Ərdəbili | III Axsitanın qızı | bilinmir | Şeyx Səfiəddin Ərdəbili III Axsitanın təklifini rədd edir. | yoxdur | Səfəvilər |
Məlik Əşrəf | I Keyqubadın qızı | 1344–1345 | Kavus ibn Keyqubad Məlik Əşrəfin təklindən imtina edir. | Əmir Dəmirdaş Sulduzun oğlu | Çobanilər |
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyası, cild X, məqalə " Şirvanşahlar"
- ↑ Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Avrasiya press, Bakı, 2006
- ↑ B.Ф.Mинopcкий. Иcтopия Шиpвaнa и Дepбeндa X–XI вв. M., 1963
- ↑ Süleyman Əliyarlı – Azərbaycan tarixi, Bakı, 2008, səh 267
- ↑ Süleyman Əliyarlı – Azərbaycan tarixi, Bakı, 2008, səh 269
- ↑ əl-Yəqubi, Tarixi-Yəqubi, səh 12.
- ↑ Sara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 134
- ↑ Abbasqulu ağa Bakıxanov, Gülüstani İrəm, səh. 43