Qarabag Munaqisesi - Wikipedia
Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qarabağ münaqişəsi — Azərbaycan və Ermənistan arasında Qarabağ və Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri üzərində baş vermiş etnik münaqişə və ərazi mübahisəsi. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır.
Qarabağ münaqişəsi | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
| |||
Tarix | 20 fevral 1988 — 20 sentyabr 2023 | ||
Yeri |
Təmas xətti Azərbaycan-Ermənistan sərhədi |
||
Səbəbi | Qarabağ və Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri | ||
Nəticəsi | Azərbaycan qalibiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınamış və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.
Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Tarixi
redaktəQarabağ münaqişəsinin zəmini
redaktə1750-ci ildə Qarabağ xanlığı yaradılır. 14 may 1805-ci ildə Qarabağ xanlığı Rusiya dövlətinin himayəsini qəbul edir. 1823-cü ildə ilk rəsmi siyahıyaalmaya görə, Dağlıq Qarabağ ərazisində yaşayan 18563 ailədən yalnız 1559-u və ya 8,4%-i erməni ailələridir. 1827-ci ildə Qafqaz Arxeoqrafiq Komissiyasının aktına əsasən Qarabağın Dağlıq hissəsində 12 min ailə yaşayırdı ki, bunlardan da yalnız 2,5 mini qeyri-müsəlmanlar idi. 1828–1830-cu illərdə Türkmənçay müqaviləsinə əsasən İrandan 40 min, Türkiyədən 84 min nəfər erməni köçürülərək, İrəvan və Yelizavetpol (indiki Gəncə) qəzalarında yerləşdirilir. Gəncə qəzasına göndərilənlərin çoxu indiki Ağdərə rayonu ərazisinə yerləşdirilir. 1832-ci ildə Dağlıq Qarabağ ərazisində köçürmələr nəticəsində ermənilərin sayı 34,8%-ə çatdırılır. 1886-cı ildə "Qafqaz təqvimi" məcmuəsində göstərilir ki, Zəngəzur mahalında azərbaycanlılar 45,7%, ermənilər 24,8%, digər millətlər isə 29,5% təşkil edir.
1905-ci ilin fevral ayında erməni terror təşkilatları Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlara başlayırlar, 50 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilir. 1905-ci ildə erməni dəstələri Şuşanın azərbaycanlılar yaşayan məhəllərinə hücuma keçirlər, 100-ə qədər azərbaycanlı ödürülür, 20-ə qədər ev yandırılır. 1905-ci il dekabrda Əhməd bəy Ağaoğlunun başçılığı altında "Difai" (Müdafiə) təşkilatı yaradılır. 1905-ci il 26 dekabrda Ağdərə rayonunun 500 nəfərlik Umudlu kənd sakinləri Ağdama pənah apararkən yolda Avram Hampanın dəstəsi tərəfindən qətlə yetirilirlər. 1906-cı ilin iyul ayında erməni silahlıları ikinci dəfə Şuşaya hücum edirlər.
1918-ci il mart ayından aprelə kimi Bakı şəhərində ermənilər tərəfindən 18 min azərbaycanlı qətlə yetirilir və bu hadisələr tarixdə Mart soyqırımı kimi qalır. 1918-ci il 1–9 mayda Quba qəzasında 122 kənd dağıdılır, 2800 nəfər azərbaycanlı öldürülür. 1918-ci il 29 mayda Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir. 1918-ci ilin yay və payız aylarında Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi ermənilər tərəfindən dağıdılır, 7729 azərbaycanlı öldürülür.
1919-cu il 29 yanvarda Qarabağ general-qubernatorluğu yaradılır.[1] Ermənistan-Azərbaycan mübahisəsinin əsasında Dağlıq Qarabağ ərazisinin statusu ilə bağlı faktiki olaraq həll olunmayan məsələ dayanır. Ermənilər üçün Qarabağ müasir dövrdə etnik ermənilərin çoxluq təşkil etdiyi, lakin 1921-ci ildə bolşeviklər tərəfindən əsassız olaraq Sovet Azərbaycanına verilmiş qədim erməni kilsələrinə malik tarixi erməni vilayətidir. Azərbaycanlılar üçün Qarabağ həm də əsrlər boyu müsəlman xanlığı olduğuna görə, mərkəzi Şuşa şəhərinin ətrafında yerləşən və bir çox Azərbaycan musiqiçilərinin və sənətkarlarının doğulduğu yer olduğu üçün böyük mədəni əhəmiyyətə malik bir yer hesab olunur. Azərbaycanlılar Qarabağın iqtisadiyyat və coğrafiya baxımından öz ölkələrinin bir hissəsi olduğunu və beynəlxalq aləmdə belə tanındığını bildirirlər.[2]
SSRİ-də Qarabağ münaqişəsi
redaktə1920-ci il dekabrın 1-də Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir. 1923-cü il 7 iyulda Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilir. 1923-cü il 18 sentyabrda Xankəndinin adı "Stepanakert" adlandırılır. 1929-cu il 18 fevralda Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 km² ərazi — Qurdbulaq, Horadiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir.
1930-cu ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana verilir və bu ərazilər üzrə Mehri rayonu yaradılır. 1938-ci ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.
28 noyabr 1945-ci ildə Ermənistan rəhbəri Harri Arutinov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. 1947–1953-cü illərdə Ermənistanda toplum şəkildə yaşayan 150 min nəfərdən artıq azərbaycanlı SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycana köçürülür.
1965-ci ildə Xankəndində yaşayan M.Hovenesyan 13 nəfər erməninin imzası ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xahişi ilə məktubu SSRİ Ali Sovetinə göndərir. 1967-ci ilin iyun-avqust aylarında Dağlıq Qarabağın Xocavənd rayonunun Kuropatkin kəndində erməni Benikin uşağı yoxa çıxır, sonra isə onun meyidi Ələmşah Mustafayevin briqadasına məxsus olan sahədən tapılır. Bu hadisəyə görə briqadir Ələmşah, direktor Ərşad, kənd sakini Zöhrab həbs olunurlar. Bu şəxslərin günahı sübut olunmadığına görə məhkəmə işi yenidən istintaqa qaytarılır. Lakin ermənilər yolda həbsxana maşınını saxladır, onu çevirir, hər üç nəfəri öldürür, sonra da yandırırlar. Az sonra sübut olunur ki, uşağı öz dayısı öldürüb.
1969-cu ildə Xankəndidə "Qarabağ" mehmanxanasının eyvanından qumbara atılır, üç azərbaycanlı yaralanır. 1969-cu ildə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir.
1982-ci ildə Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qayınaqlı kəndləri ərazilərinin bir hissəsi Ermənistana verilir. 1985-ci ilin dekabr ayında Daşnaksütyun partiyasının Afinada keçirilən XXII qurultayı "Böyük Ermənistan" uğrunda mübarizəni genişləndirmək qərarını qəbul edir. 1986-cı ildə Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi Ermənistana verilir.
1987-ci ildə akademik Abel Aqambekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan dəyişiklikərdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1987-ci il iyun-iyul aylarında rmənilər Xankəndinin küçələrində vərəqələr yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırlar. 1987-ci il oktyabr ayında İrəvanda "Qarabağ komitəsi" ilk açıq mitinq keçirir. Komitəyə İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər. 1987-ci il noyabrın 16-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan Parisdə qəzetlərə müsahibə verərək, Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirir.
Qarabağ müharibəsi
redaktə1988-ci il
redaktə1988-ci il 13 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinqi keçirirlər. 400-ə qədər adamın iştirak etdiyi mitinqə "Krunk" terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edir. 1988-ci il 19 fevralda İrəvanda anti-türk mövqeli mitinq keçirilir. Mitinqdə "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" tələbləri irəli sürülür. 1988-ci il 19 fevralda Bakıda "Qarabağ bizimdir!" şüarları ilə ilk yürüş keçirilir. 1988-ci il 20 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçirirlər. Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqda qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir. 1988-ci il 22 fevralda Əsgəran qəsəbəsində azərbaycanlıların dinc yürüşü erməni silahlıları tərəfindən güllə-boran edilir. 2 nəfər yeniyetmə Əli Hacıyev və Bəxtiyar Quliyev öldürülür, 19 nəfər yaralanır. 23 fevral 1988-ci ildə Vilayət partiya komitəsinin birinci katibi B.Gevorkov vəzifəsindən azad edilir, onun yerinə Genrix Poqosyan təyin olunur. 1988-ci il 28–29 fevral tarixində Sumqayıtda ermənilər tərəfindən təxribat xarakterli qırğınlar törədilir, 26 erməni, 6 azərbaycanlı öldürülür.
1988-ci il 14 mayda Şuşada azərbaycanlılar 5 min nəfərin iştirak etdiyi mitinq keçirir. Mitinqdə erməni silahlılarının hücumlarına son qoyulması tələb edilir. 1988-ci il 16 mayda ermənilər Xankəndində bir qrup azərbaycanlını döyərək maşına yığır və Şuşaya göndərirlər. 1988-ci il 16 mayda Bakıda Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkətlərinə, Ermənistandan gələn emisarların oradakı fəaliyyətinə son qoyulması tələbləri ilə mitinq keçirilir.
1988-ci il 15 iyunda Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1988-ci il 24 iyunda Arkadi Volski Moskvanın xüsusi nümayəndəsi kimi Dağlıq Qarabağa göndərilir.
1988-ci il 18–21 sentyabrda Xankəndində azərbaycanlılar yaşayan evlər yandırılır, adamlar döyülür və Şuşaya göndərilir. 1988-ci il 21 sentyabrda Dağlıq Qarabağ və Ağdam ərazilərində xüsusi vəziyyət elan ounur. 1988-ci il 22 sentyabrda İrəvan, Leninakan, Abovyan, Eçmiədzin və digər şəhərlərdə Qarabağın Ermənistana birləşdirilməsi, azərbaycanlıların Ermənistandan çıxarılması tələbləri ilə kütləvi tətillər, mitinqlər keçirilir. 1988-ci il oktyabrın 4-də Dağlıq Qarabağın Xankəndi və Xocalı şəhərlərində azərbaycanlılara basqınlar edilir, onlar döyülür və köçüb getmələri tələb olunur.
1988-ci il 18 noyabr-5 dekabrda Bakıda Azadlıq meydanında fasiləsiz izdihamlı mitinqlər keçirilir. Mitinq iştirakçıları ermənilərin Dağlıq Qarabağdakı vəhşiliklərinə, Ermənistanın Dağlıq Qarabağa müdaxilələrinə son qoyulmasını tələb edirlər. 1988-ci il 21 noyabrda Bakıda və Gəncədə ixtişaşlar baş verir, 3 hərbçi öldürülür, xeyli adam yaralanır. Bakı, Naxçıvan və Gəncədə xüsusi vəziyyət elan olunur. 1988-ci il 24 noyabrda Ermənistanın ərazisindən Azərbaycanın Qubadlı rayonunun Eyvazlı, Qədirli, Davudlu kəndlərinə basqınlar edilir, Eyvazlı kəndi tamamilə yandırılır. Noyabrın sonunda Ermənistanın şimal-şərq hissəsindəki Vartan kəndində 12 azərbaycanlı diri-diri yandırılır və Ermənistanın Quqark rayonunda 70 nəfər azərbaycanlı qətlə yetirilir. Onlardan Gözəldərə kəndində 21 nəfər, o cümlədən 6 qadın, 3 körpə uşaq öldürülür.
1988-ci il dekabrın 8-də Ermənistanda Spitak zəlzələsindən zərər çəkənlərə yardım məqsədilə Azərbaycandan 80 peşəkar xilasedici, mexanikləşdirilmiş dəstə Spitaka yola düşür. Onlar bir neçə gün ərzində 63 nəfəri xilas edirlər. 1988-ci il dekabrın 10-da zəlzələ ilə əlaqədar olaraq Yuqoslaviyadan döndərilən təyyarə Belqrad-Ankara-İrəvan marşrutu ilə Ermənistana uçur. Ankaradan uçduğu üçün ermənilər onu türk təyyarəsi hesab edərək qəzaya uğradırlar. Təyyarənin 6 nəfərlik şəxsi heyəti həlak olur. 1988-ci il 11 dekabrda zəlzələ ilə əlaqədar olaraq Azərbaycanın xilasedici dəstəsi Ermənistanın Leninakan şəhərinə uçur. Ermənilər yanlış koordinat verərək təyyarəni qəzaya uğradırlar. 69 nəfər xilasedici və 4 nəfər ekipaj üzvü həlak olur. Yalnız bir nəfər xilasedici salamat qalır. Onu xəstəxanaya yerləşdirirlər, lakin az sonra ermənilər mitinq edərək onun xəstəxanadan çıxarılmasına nail olurlar. 1988-ci il dekabrın 15-də SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərlərinə bir sıra qanunsuz hərəkətlərə görə öz respublikalarında vəzifəli şəxslərin cəzalandırılması tapşırığını verir. Bir ay ərzində Azərbaycanda erməniləri guya sıxışdırdıqlarına görə 2532 nəfər məsuliyyətə cəlb olunur, 222 nəfər işdən çıxarılır, 65 nəfər partiya və komsomoldan çıxarılır. Bu tədbirlərdən sonra 19 min nəfərdən çox erməni Azərbaycana qayıdır. Ermənistanda isə həmin vaxt ərzində 13 nəfər partiyadan xaric edilir, 24 nəfər vəzifəsindən çıxarılır, 69 nəfərə partiya cəzası verilir. Ermənistana bir nəfər də olsun azərbaycanlı qaytarılmır. 1988-ci il dekabrın 28-də Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi əsasən başa çatdırılır.
1989-cu il
redaktə1989-cu il 12 yanvarda SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılır. Komitəyə Moskvanın nümayəndəsi Arkadi Volski rəhbər təyin edilir. Komitənin təkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı təyin edilir. 1989-cu il 6 mayda SSRİ Xalq deputatlarının 1 qurultayı Moskvada öz işinə başlayır. Qurultay ermənilərin maraqlarına uyğun qərarlar qəbul edir.
1989-cu il 6 iyulda Xankəndi yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan qəsəbəsi yandırılır. 1989-cu il iyulun 8-də Ermənilər Xankəndində "Miatsum" hərəkatının təsis yığıncağını keçirir və Robert Koçaryanı hərəkata sədr seçirlər. 1989-cu il 16 iyulda Azərbaycan Xalq Cəbhəsi yaradılır və Əbülfəz Elçibəy sədr seçilir. 29 iyulda ermənilərin davamlı hücumlarının nəticəsi olaraq Azərbaycanın mərkəzindən Naxçıvana gedən qatarların hərəkəti tamamilə dayandırılır. Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşür.
1989-cu il avqustun 16-da Xankəndində ermənilər "Dağlıq Qarabağ əhalisinin qurultayı"nı keçirir, Milli Şura və Rəyasət heyəti yaradırlar. Qurultay Dağlıq Qarabağı "müstəqil ittifaq ərazisi" elan edir.
1989-cu il 15 sentyabrda Azərbaycan Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağdakı Xüsusi İdarə Komitəsi ləğv olunur. 1989-cu il 16 sentyabr ermənilər Tiflis-Bakı avtobusunu partladırlar, 5 nəfər ölür, 25 nəfər yaralanır. 1989-cu il 21 sentyabrda Xankəndində yaşayan azərbaycanlılar döyülərək şəhərdən qovulurlar.
1989-cu il oktyabrın 7-də erməni terrorçusu A.Abramyan tərəfindən Şuşanın Xəlfəliçay körpüsü partladılır.
1989-cu il dekabrın 1-də Ermənistanın Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar qəbul edir. 1989-cu il dekabrın 6-da Azərbaycanın Ali Soveti tərəfindən Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsi yaradılır, Komitəyə Azərbaycan partiya təşkilatının rəhbərlərindən Viktor Polyaniçko sədr təyin edilir. 1989-cu il 31 dekabrda Araz çayı boyunca 137 km-lik sərhəddə sərhəd qurğuları dağıdılır.
1990-cı il
redaktə1990-cı il yanvarın 4-də erməni terrorçusu Q.Sarkisyan Əsgəran-Ağdam körpüsünü partladır. 1990-cı il 12 yanvarda Ermənistandan 500 nəfərlik silahlı dəstə vertolyotlarla Azərbaycanın Xanlar rayonunun Quşçu kəndinə gələrək, kəndi dağıdır, onlarla dinc sakini öldürürlər. 1990-cı il 15 yanvarda SSRİ Ali Soveti Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan edir. 1990-cı il yanvarın 18-də Ermənistanın silahlı birləşmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının Kərki kəndi işğal edilir. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet qoşunları Bakıya daxil olaraq qırğın törədirlər. Rəsmi məlumatlara görə 131 nəfər həlak olur, 800-dən artıq adam yaralanır.
1990-cı il 18 fevralda Ermənilər Şuşa-Bakı avtobusunu partladırlar, 13 nəfər yaralanır.
1990-cı il iyulun 11-də Tərtərdən Kəlbəcərə gedən maşın karvanına ermənilər silahlı hücum edirlər. 14 nəfər həlak olur, 35 nəfər yaralanır.
1990-cı il 10 avqustda Tiflis-Ağdam avtobusu erməni terrorçuları A.Avanesyan və M.Tatevosyan tərəfindən partladılır. 20 nəfər ölür, 30 nəfər yaralanır. 1990-cı il 10 avqustda Ermənistan terrorçuları tərəfindən Şəmkir-Gəncə avtomobil yolunda avtobus partladılır. 17 nəfər həlak olur, 26 nəfər yaralanır. 1990-cı il 20 avqustda Ermənistan silahlı qüvvələri Qazax rayonun Bağanis Ayrım kəndini işğal edirlər. 5 nəfər kənd sakini öz evlərində diri-diri yandırılır.
1990-cı il 30 noyabrda Ermənistan terrorçuları tərəfindən Xankəndi yaxınlığında sərnişin avtobusu partladılır. 2 nəfər həlak olur, 11 nəfər yaralanır. 1990-cı il 15 dekabrda Samvel Babayanın terror qrupu Əsgəranda 3 nəfər azərbaycanlını qətlə yetirir.
1991-ci il
redaktə1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunda 5 nəfərlik erməni terror qrupu "Molodyoj Azərbaycana" qəzetinin müxbiri Salatın Əsgərovanı və 2 nəfər hərbçini qətlə yetirir. 14 yanvarda Azərbaycan Ali Soveti Şaumyan (kənd) rayonunun ləğvi haqqında qərar qəbul edir.
1991-ci il aprelin 18-də erməni terrorçusu Q.Sarkisyan Xocavənd rayonunda 3 azərbaycanlı milis işçisini öldürür.
1991-ci il 30 mayda erməni terrorçuları Moskva-Bakı qatarını partladırlar. 11 nəfər ölür, 22 nəfər yaralanır.
1991-ci il 19 iyunda erməni terrorçuları Yevlax-Laçın yolunda avtomaşını partladırlar. 11 nəfər həlak olur, 3 nəfər yaralanır. 27 iyunda "Qarabağ" adlı erməni terror təşkilatı Dağlıq Qarabağın Qaradağlı kəndinə hücum edir, 6 nəfər azərbaycanlı öldürülür.
1991-ci il iyulun 31-də erməni terrorçuları tərəfindən Moskva-Bakı sərnişin qatarı partladılır, 16 nəfər ölür, 20 nəfər yaralanır.
1991-ci il avqustun 2-də Dağlıq Qarabağın Hadrut rayonunun Dolanlar kəndində ermənilər tərəfindən avtomaşın partladılır, 4 nəfər həlak olur, 8 nəfər yaralanır. Avqustun 8-də Ermənistan hakimiyyəti tərəfindən orada azərbaycanlıların yaşadıqları sonuncu Nüvədi kəndi boşaldılır, əhalisi döyülərək Ermənistandan qovulur. Avqustun 21-də Dağlıq Qarabağın Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında avtobus partladılır, 2 nəfər həlak olur, 10 nəfər yaralanır. Avqustun 23-də Şuşa-Cəmilli yolunda avtobus erməni terrorçuları tərəfindən atəşə tutulur, 4 nəfər həlak olur, 13 nəfər yaralanır. Avqustun 30-da Azərbaycan müstəqilliyinin bərpa olunması haqda Bəyannamə ilə çıxış edir.
1991-ci ilin sentyabrında DQMV-nin mərkəzi olan Xankəndidə vilayətin inzibati binasının üzərində müstəqil Azərbaycanın üçrəngli bayrağının dalğalanırdı.[3][4]
1991-ci il sentyabrın 2-də ermənilər "Dağlıq Qarabağ Respublikası" adında qondarma qurumun yarandığını elan edirlər. Sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaradılır, general Valeh Bərşadlı nazir təyin edilir. Sentyabrın 8-də erməni terrorçuları tərəfindən Ağdam-Xocavənd avtobusu atəşə tutulur, 5 nəfər həlak olur, 34 nəfər yaralanır. Həmin gün erməni terrorçuları tərəfindən Ağdam-Qaradağlı avtobusu atəşə tutulur, 8 nəfər həlak olur, 42 nəfər yaralanır. Sentyabrın 23-də Şimali Qafqazda Jeleznovodsk şəhərində Azərbaycan, Ermənistan, Rusiya və Qazaxıstan prezidentləri görüşürlər, vəziyyəti nizama salmaq məqsədi ilə "müvəqqəti işçi qrupu yaradılır". Sentyabrın 26-da erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunda avtomaşın partladılır, 2 nəfər həlak olur, 14 nəfər yaralanır.
1991-ci il oktyabrın 18-də Azərbaycan "Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı" qəbul edir. Oktyabrın 19-da Dağlıq Qarabağın Ağdərə rayonu Sırxavənd kəndi yaxınlığında ermənilər tərəfindən avtomaşın partladılır, 3 nəfər həlak olur, 2 nəfər yaralanır.
1991-ci il noyabrın 20-də erməni terrorçuları tərəfindən Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotu vurulur. Noyabrın 26-da Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması haqda qanun qəbul edir. Noyabrın 27-də SSRİ Dövlət Şurası DQMV-nin ləğvi ilə bağlı qərarın dəyişdirilməsini Azərbaycan rəhbərliyindən tələb edir.
1991-ci il dekabrın 10-da Dağlıq Qarabağ erməniləri referendum keçirir, "müstəqilliyə" səs verirlər. Dekabrın 23-də ermənilərin "Qarabağ" adlı terror təşkilatı Dağlıq Qarabağın Əsgəran rayonu Meşəli kəndinə hücum edir, 6 nəfər öldürülür, 15 nəfər yaralanır. Dekabrın 26-da Şuşa şəhər sakini Süleyman Abbasov, onun hamilə həyat yoldaşı, yaşyarımında olan oğlu, qaynanası və onların getdikləri maşının sürücüsü Ağdam-Şuşa yolunda erməni terrorçuları tərəfindən qətlə yetirilirlər. Dekabrın 27-də ermənilər ağır texnikanın müşayəti ilə Xankəndi yaxınlığındakı Kərkicahan qəsəbəsinə hücum edirlər. Mehman Hüseynovun başçılığı altında kəndin 22 nəfərdən ibarət müdafiə dəstəsi qeyri-bərabər döyüşə girirlər. Səkkiz saat davam edən döyüşdə 70-dən çox erməni qulduru məhv edilir.[5]
1992-ci il
redaktə1992-ci il yanvarın 8-də erməni terrorçuları Krasnovodskdan Bakıya üzən sərnişin bərəsini partladırlar. 25 nəfər ölür, 88 nəfər yaralanır. Yanvarın 10-da Respublika Təşkilat komitəsi Xankəndini tərk edir. Yanvarın 15-də Kərkicahan qəsəbəsi işğal edilir. Yanvarın 26-da Şuşa yaxınlığındakı Daşaltı kəndində Azərbaycan əsgərləri ermənilərin pusqusuna düşürlər, qeyri-bərabər döyüşdə 33 nəfər həlak olur, 36 nəfər yaralanır, 34 nəfər itkin düşür. Yanvarın 28-də Ağdam-Şuşa marşurutu ilə uçan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulur. Əsasən qadın və uşaqlardan ibarət olan 41 nəfər sərnişin və 3 nəfər ekipaj üzvü həlak olur. Yanvarın 30-da Azərbaycan və Ermənistan eyni vaxtda ATƏM (ATƏT) üzvlüyünə qəbul edilirlər.
10 fevral 1992-ci il. Quşçular və Malıbəyli kəndləri işğal edilir. 13–17 fevral 1992-ci il. Dağlıq Qarabağın Xocavənd rayonu Qaradağlı kəndi əldən-ələ keçir, kəndin 92 nəfər müdafiəçisi və 54 nəfər sakini öldürülür. Ermənilər 117 nəfər kənd sakinini girov götürür, onlardan 77 nəfərini qətlə yetirirlər. Ermənilər kəndin yaxınlığındakı fermada 6 nəfəri diri-diri yandırırlar. 25–26 fevral 1992-ci il. Erməni quldur dəstələri Rusiyanın 366-cı polku ilə birlikdə Xocalı şəhərini darmadağın edir, dəhşətli soyqırım törədirlər. Soyqırım nəticəsində 613 nəfər, o cümlədən 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca öldürülür. 487 nəfər, o cümlədən, 76 uşaq şikəst edilir. 1275 nəfər girov götürülür, 150 nəfər itkin düşür. Xocalıya hücuma erməni mayoru S.Ohanyan və 366-cı polkun 3-cü batalyonunun komandiri Y.Nabokixin bilavasitə rəhbərlik etmişlər. 02 mart 1992-ci il. Azərbaycan BMT-yə üzv qəbul edilir. 08 mart 1992-ci il. Qazax rayonunun Xeyrimli kəndi işğal edilir. 12 mart 1992-ci il. Qazax rayonunun Aşağı Əskipara kəndi işğal edilir. 12 mart 1992-ci il. Dağlıq Qarabağın Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndləri işğal edilir. 22 mart 1992-ci il. Erməni terrorçuları tərəfindən Qazax rayonu ərazisində avtomaşın partladılır, 3 nəfər həlak olur, 2 nəfər yaralanır. 24 mart 1992-ci il. ATƏM (ATƏT) təkibində 11 ölkənin nümayəndələrinin daxil olduğu Minsk qrupu yaradılır. Qrupa Azərbaycan, Ermənistan, Belorus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, İsveç, Çexoslovakiyanın (sonralar onun əvəzinə Avstriya, Finlandiya, Norveç daxil edilir) nümayəndələri daxil olurlar. 07 aprel 1992-ci il. Kəlbəcər rayonunun Ağdaban kəndi zəbt edilir və yandırılır.
Kəndin 67 nəfər dinc sakini qətlə yetirilir, o cümlədən 8 qoca, 2 uşaq, 7 qadın diri- diri yandırılır.
12 aprel 1992-ci il. Ermənilər Şuşa şəhərinin müdafiəçilərinə qarşı kimyəvi silahdan istifadə edirlər. 27 aprel 1992-ci il. Qazax rayonunun Sofulu kəndi işğal edilir. 08 may 1992-ci il. Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. 11 may 1992-ci il. Qazax rayonunun Qızıl Hacılı kəndi işğal edilir. 15 may 1992-ci il. "SSRİ-nin hərbi əmlakının bölüşdürülməsi haqqında" Daşkənddə imzalanmış müqavilə əsasında IV ordunun silahlarını Azərbaycana təhvil verməyə başlayırlar. 18 may 1992-ci il. Ermənistan silahlı qüvvələri tərəfindən Laçın işğal edilir. 20 may 1992-ci il. Zəngilan rayonunun Qazançı kəndi yaxınlığında erməni terrorçuları tərəfindən avtomaşın partladılır, 2 nəfər həlak olur, 2 nəfər yaralanır. 08 iyun 1992-ci il. Qazax rayonunun Yuxarı Əskipara kəndi işğal edilir.
12 iyun 1992-ci il. Azərbaycan Ordusu genişmiqyaslı hərbi əməliyyatlara başlayır. 83 gün davam edən hücum əməliyyatı nəticəsində Dağlıq Qarabağın yarısı düşməndən azad edilir. 08 avqust 1992-ci U. Gədəbəy rayonunun Başkənd qəsəbəsi azad edilir. 24 oktyabr 1992-ci il. ABŞ konqresi "907-ci akta düzəliş" qəbul edir. Bu düzəliş Azərbaycana ABŞ hökuməti tərəfindən yardımı qadağan edir. 10–12 dekabr 1992-ci ü. Ermənistanın işğalçı qoşunları Qubadlı və Zəngilan rayonlarının Şayıflı, Seyidlər, Ərkənd, Bərəli, Qazançı, Günqışlaq, Pirveyisli, Canbar, Yuxarı Qayalı kəndlərini zəbt edirlər.
1993-cü il
redaktə1993-cü il 28 fevralda Kislovodsk-Bakı sərnişin qatarı erməni terrorçuları tərəfindən partladılır, 11 nəfər həlak olur, 18 nəfər yaralanır. 27–28 martda Kəlbəcər rayonunun Ağqaya, Mərcimək, Təzəkənd, Ağcakənd, Narışlar kəndləri işğal edilir.
Aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilir. Aprelin 30-da BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməsini qəbul edir.
1993-cü il mayın 20-də Rusiya qoşunları Azərbaycanın ərazilərini tərk etməyə başlayırlar.
İyunun 2-də Bakı dəmir yol vağzalında sərnişin qatarı Ermənistan xüsusi xidmət orqanlarının göndərdiyi terrorçu qrup tərəfindən partladılır, təsadüf nəticəsində ölən və yaralananlar olmur. 12–15 iyunda Ağdam rayonunun Əliağalı, Əlimədədli, Qalayçılar kəndləri işğal edilir. 25 iyunda Ağdam rayonunun Boyəhmədli, Papravənd kəndləri işğal edilir. 26 iyunda ermənilər Ağdərə şəhərini işğal edirlər.
4 iyulda Füzuli rayonunun Arış, Qoçəhmədli, Qaracalı, Xatınbulaq, Gorazilli kəndləri işğal edilir. 5 iyulda Ağdam rayonunun Şelli kəndi işğal edilir.21 iyulda Ağdam rayonunun Muğanlı və Şıxbabalı kəndləri işğal edilir. 22 iyulda Ağdam rayonunun Mərzili, Novruzlu, Yusifcanlı, Qiyaslı, Xıdırlı, Sancalı, Muradbəyli kəndləri işğal edilir. 22 iyulda Tərtər rayonu ərazisində erməni terrorçuları tərəfindən partlayış törədilir, 5 nəfər həlak olur, 18 nəfər yaralanır. Həmin gün Qazax rayonu ərazisində erməni terrorçuları tərəfindən partlayış törədilir, 6 nəfər həlak olur, 10 nəfər yaralanır. 23 iyulda Ermənistan silahlı qüvvələri Ağdamı işğal edirlər. 24 iyulda Füzuli rayonunun Cuvarlı kəndi işğal edilir. 29 iyulda BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməsini qəbul edir.
1993-cü il avqustun 15-də Füzuli rayonunun Aşağı Veysəlli, Yuxarı Yağlıvənd kəndləri, Cəbrayıl rayonunun Sur, Banazur, Quşçular, Qışlaq kəndləri işğal edilir. 23 avqustda Ermənistan silahlı qüvvələri Füzulini və Cəbrayılı işğal edirlər. 27 avqustda Qarabağ Azadlıq Hərəkatı yaradılır. Xəqani Hüseynov sədr seçilir. 30 avqustda Hadrut rayonu ərazisində erməni terrorçuları tərəfindən avtomaşın partladılır, 2 nəfər həlak olur. 31 avqustda Ermənistan silahlı qüvvələri Qubadlını işğal edirlər.
Sentyabrın 2-də Hadrut rayonunun çıxacağında erməni terrorçuları tərəfindən sərnişin avtobusu partladılır, 4 nəfər həlak olur, 8 nəfər yaralanır. 14 oktyabrda BMT Təhlükəsizlik Şurası 874 saylı qətnaməsini qəbul edir. 23 oktyabrda Füzuli rayonunun Horadiz qəsəbəsi işğal edilir. 28 oktyabrda Zəngilan rayonunun Mincivan qəsəbəsi işğal edilir. 29 oktyabrda Ermənistan silahlı qüvvələri Zəngilanı işğal edirlər. 12 noyabrda BMT Təhlükəsizlik Şurası 884 saylı qətnaməsini qəbul edir. 21–22 dekabrda MDB parlament Assambleyası Dağlıq Qarabağ məsələsini "Aland modeli" üzrə həll etməyi təklif edir.
1994-cü il
redaktə1994-cü il yanvarın 8-d Füzuli rayonunun Horadiz qəsəbəsi erməni işğalından azad edilir. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu düşməni geri oturdur və 30 km irəliləyir. Fevralın 1-də Kislovodsk-Bakı sərnişin qatarı erməni terrorçuları tərəfindən partladılır, 3 nəfər ölür, 20 nəfərdən çox adam yaralanır. 18 martda erməni terrorçuları Xankəndi üzərində İran diplomatlarını və onların ailə üzvlərini daşıyan təyyarəni vururlar, 34 nəfər həlak olur. 19 martda erməni terrorçuları Bakıda "20 yanvar" metro stansiyasında partlayış törədirlər, 14 nəfər həlak olur, 49 nəfər yaralanır.
13 aprel 1994-cü il. Moskva-Bakı sərnişin qatarı erməni terrorçuları tərəfindən partladılır, 6 nəfər həlak olur, 3 nəfər yaralanır. 12 mayda Azərbaycanla Ermənistan arasında müvəqqəti atəşkəs elan olunur.
Atəşkəs
redaktə03 dekabr 1996-cv il. ATƏT-in Lissabon sammiti keçirilir. Sammitdə daha çox Ermənistanın iddiaları nəzərə alınır, Qarabağ münaqişəsi ilə bağlı yekdil sənəd qəbul olunmur. Fevral 1997-ci il. Minsk qrupunun 3 həmsədrlik institutu yaradılır. 18 iyul 1997-ci il. ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün "Paket variantı"nı təklif edir. 29 avqust 1997-ci il. Rusiya və Ermənistan arasında "Dostluq və əməkdaşlıq haqda" hərbi ittifaq müqaviləsi imzalanır. 02 dekabr 1997-ci il. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsinin mərhələli həll variantını təklif edir. 28 iyun 1998-ci il. İctimai və siyasi qurumların Qarabağ üzrə Koordinasiya Şurası yaradılır. 07 noyabr 1998-ci il. ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə dair "Ümumi dövlət" konsepsiyasını təklif edirlər. 29 iyul 1999-cu il. Bakıda Azərbaycan və Türkiyə arasında hərbi yardıma dair müqavilə imzalanır. 1–30 avqust 1999-cu il. Qarabağ üzrə Kordinasiya Şurası aclıq aksiyası keçirir, beynəlxalq təşkilatlar qarşısında Ermənistanın təcavüzkar tərəf kimi tanınması, ona qarşı sanksiyaların tətbiq olunması tələbləri qoyulur. 27 oktyabr 1999-cu il. Erməni terrorçuları Ermənistan parlamentinə soxularaq parlamentin sədrini, baş naziri və bir neçə deputatı öldürürlər. 19 noyabr 1999-cı il. ATƏT-in İstanbul sammiti keçirilir. Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılır, lakin konkret sənəd qəbul olunmur. 28 yanvar 2000-ci il. Qarabağ Azadlıq Təşkilatı yaradılır. Akif Nağı sədr seçilir. 25 yanvar 2001-ci il. Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına üzv qəbul edilirlər. 23–24 fevral 2001-ci il. Azərbaycan parlamentində ictimai, siyasi qurumların nümayəndələrinin iştirakı ilə Qarabağ məsələsinə dair müzakirələr keçirilir. 22 dekabr 2001-cĠ il. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Qarabağ mitinqi keçirilir, işğal altında olan ərazilərin hərbi yolla azad edilməsi tələbləri qoyulur.
18 yanvar 2002-ci il. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Qarabağ mitinqi keçirilir, yenə də torpaqların yalnız hərbi yolla azad edilə biləcəyi ilə bağlı tələblər qoyulur. 22 fevral 2003-cü il. Qarabağ Azadhq Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımın ildönümünə həsr edilmiş mitinq keçirilir. 13 avqust 2003-cü il. Qarabağda partizan hərəkatını başlamaq üçün dəstə yaratmış bir qrup gənc həbs edilir. Aprel 2004-cü il. Qarabağ danışıqlarının "Praqa prosesi" başlanır. 08 may 2004-cü il. Qarabağ Azadlıq Təşkilatı Qarabağa dinc yürüş həyata keçirir, yürüş iştirakçıları Azərbaycan əsgərlərinin səngərlərinə qədər çatır və orada mitinq keçirirlər. 22 iyun 2004-cü il. Qarabağ Azadlıq Təşkilatı erməni zabitlərinin Bakıda keçirilən NATO konfransına dəvət olunmasına etiraz olaraq, həmin konfransın keçirildiyi "Avropa" otelinin qarşısında etiraz mitinqi keçirir, mitinq iştirakçılarından bir qrup otelə daxil olur, konfransın işi dayandırılır. QAT üzvlərindən 6 nəfər həbs olunur. NATO rəhbərliyi Bakıda Ermənistan hərbçilərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri ləğv etmək məcburiyyətində qalır. 25 yanvar 2005-ci il. Avropa Şurası Parlament Assambleyası qətnamə qəbul edir, Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu təsdiq edir. 08 may 2005-ci il. Qarabağ Azadlıq Təşkilatı Şuşanın işğalının ildönümü ilə əlaqədar Bakının bir neçə yerində dinc yürüşlər keçirir. Sentyabr 2005-ci il. Minsk qrupu həmsədrləri tərəflərə "keçid statusu" deyilən variantı təklif edirlər. 30 noyabr 2005-ci il. Qarabağ Azadlıq Təşkilatı Rusiya, ABŞ və Fransanın Azərbaycandakı səfirlikləri qarşısında etiraz aksiyaları keçirir, Minsk qrupunun fəaliyyətinə son qoyulmasını tələb edir. 16 dekabr 2005-ci il. Qarabağ Azadlıq Təşkilatı Minsk qrupu həmsədrlərinin Bakıya səfərinə etiraz olaraq hava limanında, Xarici İşlər Nazirliyinin qarşısında, həmsədrlərin mətbuat konfransı keçirdikləri "Hiyat park" otelinin qarşısında etiraz aksiyaları keçirir, QAT fəalları mətbuat, konfransı keçirilən zala daxil olaraq mətbuat konfransını dayandırır və həmsədrlərin ölkəni tərk etmələrini tələb edirlər. 13–17 aprel 2006-cı il. Qarabağ Azadlıq Təşkilatı Azərbaycan Ordusunun zabiti Ramil Səfərov haqda Budapeşt şəhər məhkəməsinin ədalətsiz qərarına etiraz olaraq Bakı, Şəki, Mingəçevir, Ağsu, Lənkəran, Bərdə və digər şəhərlərdə, həmçinin çadır düşərgələrində yürüş-mitinqlər keçirir. 22 iyun 2006-cı ü. Minsk qrupu həmsədrləri birgə bəyanatla çıxış edərək "nizamasalmanın təməl prinsipləri"ni açıqlayırlar.
13–19 oktyabr 2006-cı il. Qarabağ Azadlıq Təşkilatı Fransa parlamentinin saxta "erməni soyqırımı"ını tanımamağa görə cəza haqqında qəbul etdiyi qanuna etiraz olaraq həmin ölkənin Azərbaycandakı səfirliyinin qarşısında silsilə aksiyalar keçirir. 29 dekabr 2006-c il. Minsk qrupu həmsədrləri 2006-cı ildə heç nəyə nail ola bilmədiklərini etiraf edirlər. 29 noyabr-01 dekabr 2007-ci il. Minsk qrupu həmsədrləri Madriddə tərəflərə "yeni təməl prinsipləri"ni təqdim edirlər. 14 mart 2008-ci il. BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə qəbul olunur. 08 avqust 2008-ci il. Rusiya Gürcüstana hərbi müdaxilə edir, regionda hərbi-siyasi vəziyyət dəyişir. Avqust-sentyabr 2008-ci il. Türkiyə və İran Qarabağ məsələsi ilə bağlı yeni vasitəçilik təşəbbüsü ilə çıxış edirlər. Rusiya və ABŞ-nin diplomatik fəallığı artır. 02 noyabr 2008-ci il. Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Moskvada birgə Bəyannamə imzalayıblar.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Nağı, Akif. Qarabağ müharibəsi. (Qısa tarix). Bakı: MBM-R. 2009. 112. ISBN 078-9952-29-045-3. (#accessdate_missing_url)
- ↑ de Waal, Thomas. "The Nagorny Karabakh Conflict in its Fourth Decade" (PDF). CEPS. 2021-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 mart 2023.
- ↑ "1991-ci il: Xankəndidə üçrəngli Azərbaycan bayrağı - VİDEO". 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "Xankəndidə dövlət binası üzərində Azərbaycan bayrağı - UNİKAL VİDEO". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ Xankəndi: İşğal tarixi Arxivləşdirilib 2020-11-01 at the Wayback Machine