Izmir - Wikipedia
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir.
İzmir | |
---|---|
İzmir | |
38°24′ şm. e. 27°10′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e. ə. III minillik |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 9 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 232 |
Poçt indeksi | 35000–35999 |
Nəqliyyat kodu | 35 |
Digər | |
izmir.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir.
İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
İzmir, yaxtalar və gəmilərlə dolu uzun və dar bir körfəzin başında yer alır. Sahil boyunca palma, xurma palmaları və geniş prospektlər vardır. İzmir limanı, Türkiyənin ən böyük yeddinci limanıdır.
Etimologiyası
redaktəİzmir şəhərinin adının haradan gəldiyi barədə sübut olunmuş bir məlumat yoxdur. Ancaq, bir vaxt bugünkü İzmir zonasında yaşamış Erektidlərin Amazonlarla müharibə edib qalib gəldiyi; Liderləri Tesenin də, Amazon qadını Simirna ilə evlənir. Onların yaşadıqları yerə, Simirnanın adı verilir və İzmir Şəhərinin adının da Simirnadan gəldiyi ən çox qəbul olunan fikirdir.
Həmçinin regionda uzun illər hakimiyyətdə olan İonların ləhcəsində Smirna şəhərinin adı Smurne, Afina ləhcəsində isə Smryna yazılırdı. Yunanlar bu şəhərin adını Smirni formasında tələffüz edirdilər. Ancaq Smyrna sözü Yunanca deyil, Egey dənizi Bölgəsindəki bir sıra yaşayış adıdır və Anadolu mənşəlidir. E.ə. 2000 əvvəllərinə aid Kayseri Kültəpə yaşayış məskənində ələ keçən bəzi mətnlərində Tismurna adına da rast gəlinir.
Din
redaktəİzmirin tanınmış kilsələrindən Müqəddəs Polikarp kilsəsi və Müqəddəs Vukolos kilsəsini qeyd etmək olar.
İqtisadiyyat
redaktəTurizm
redaktəEgey dənizinin tam orta sahillərində yerləşən İzmir şəhəri Anadolu yarımadasının qərbində yerləşməklə, şərqdən Manisa, cənubdan Aydın, şimaldan Balıkesir şəhərləriyə qonşudur.[3] Türkiyədə ən böyük turistik şəhərlərindən biri olan İzmir şəhərinə hava, quru və su yollarından səyyahət etmək mümkündür. İstanbuldan sonra ikinci böyük limana sahib olan İzmir, ilıq iqlimə malikdir, ilin üç yüz günü günəşli keçir. İzmirdə mədəniyyət turizmi, dini inanc turizmi, dəniz turizmi, sağlamlıq turizmi, eko turizm, velosiped turizmi çimərliklər, piknik sahələri, termal sular kimi turistik fəaliiyətlər yerinə yetirilir.[4]
İzmirdə tarixi və turistik yerlərə Aqora, Perqam, Efes, Erifra, Menderes, Urla, Torbalı, Asansör, Foça qalası, Həvari Yuhənna bazilikası, İsa bəy məscidi, kilsələr, sinaqoqlar, məscidlər, su kəmərləri, körpülər, hamamlar, muzeylər və s. daxildir.[5]
Təhsil
redaktəİzmirin tanınmış ali təhsil müəssisələrindən Egey Universiteti, Doqquz Sentyabr Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, İzmir İqtisadiyyat Universiteti, Yaşar Universiteti, İzmir Katib Çələbi Universiteti, Bakırçay Universiteti, İzmir Demokratiya Universiteti və İzmir Tınaztəpə Universitetini qeyd etmək olar.
İdman
redaktəNəqliyyat
redaktəQardaş şəhərlər
redaktə
|
|
Şəkillər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://www.harita.gov.tr/images/urun/il_ilce_alanlari.pdf.
- ↑ https://it-ch.topographic-map.com/map-8glfz4/Smirne/?zoom=18¢er=38.42499%2C27.14392&popup=38.42516%2C27.14428.
- ↑ "Arxivlənmiş surət". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
- ↑ "Arxivlənmiş surət". 2018-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
- ↑ "Arxivlənmiş surət". 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.