Anti Hitler Koalisiyasi - Wikipedia
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq.
Tarixi
redaktəFaşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu. Konfransda ABŞ və İngiltərənin SSRİ-yə hərbi yardımı barədə protokol imzalandı. 1942-ci il yanvarın 1-də (ABŞ rəsmən müharibəyə qoşulduqdan sonra) Vaşinqtonda iyirmi altı dövlətin bəyənnaməsi (1942) imzalandı. Tehran konfransı (1943) anti-Hitler koalisiyasının inkişafında mühüm hadisə oldu. Bu konfransda qərb dövlətləri 1944-ci ilin may ayında 2-ci cəbhəni açacaqlarını vəd etdilər. SSRİ hökuməti Almaniya məğlub edildikdən sonra Yaponiyaya qarşı müharibəyə başlamağı öhdəsinə götürdü. Müharibədən sonra əməkdaşlıq haqqında, həmçinin Polşanın sərhədləri barədə deklarasiyalar qəbul edildi. 1944-ci il iyunun 6-da qərb müttəfiqlərinin Normandiyaya desant çıxarmasından sonra hərbi əməkdaşlıq genişləndirildi. 1943–45-ci illərdə İngiltərə, Amerika və Almaniya arasındakı gizli danışıqlar nəticəsində anti-Hitler koalisiya daxilində münasibətlərin kəskinləşməsinə baxmayaraq, Krım konfransında (1945) müharibədən sonrakı vəziyyət barədə müzakirələr aparıldı. San-Fransisko konfransında (1945) BMT-nin nizamnaməsi qəbul edildi. Potsdam konfransında (1945) müharibədən sonrakı Almaniyanın idarəedilmə prinsipləri razılaşdırıldı. 1945-ci il may ayının 8-də Almaniyanın kapitulyasiyası haqqında aktı qəbul etdikdən sonra anti-Hitler koalisiya Almaniyanı idarə etməyə başladı. Antihitelr koalisiya tərəfindən yaradılmış beynəlxalq tribunal hərbi cinayətkarların məhkəməsinə başladı. 1945-ci ilin yazında SSRİ ilə qərb dövlətləri arasında ziddiyətlər artdı. Buna baxmayaraq SSRİ 1945-ci il avqustun 9-da öhdəliyini yerinə yetirərək Yaponiyaya müharibə elan etdi və onun Kvantun ordusunu darmadağın etdi. 1947-ci ilin 2-ci yarısında «soyuq müharibə» nəticəsində anti-Hitler koalisiyasının fəaliyyəti dayandırıldı.[1]
Üzvlər
redaktəPolşanın işğalından sonra
- Polşa - 1 sentyabr 1939[2]
- Avstraliya - 3 sentyabr 1939[3]
- Böyük Britaniya - 3 sentyabr 1939[4]
- Britaniya Hindistanı: 3 sentyabr 1939[5][6]
- Fransa - 3 sentyabr 1939[4]
- Yeni Zelandiya - 3 sentyabr 1939[7]
- Nepal - 4 sentyabr 1939[8]
- CAR - 6 sentyabr 1939[9]
- Kanada - 10 senytabr 1939[9]
- Danimarka - aprel 1940
Qəribə müharibədən sonra
- Norveç - 9 aprel 1940[9]
- Belçika - 10 may 1940
- Lüksemburq - 10 may 1940
- Niderland - 10 may 1940
- Yunanıstan - 28 oktyabr 1940
- Yuqoslaviya - 6 aprel 1941
Barbarossa əməliyyatından sonra
Pyörl-Harbora hücumundan sonra
- ABŞ - 7 dekabr 1941[10]
- Filippin - 8 dekabr 1941[11]
- Panama - 7 dekabr 1941[9]
- Kosta-Rika - 8 dekabr 1941[9]
- Dominikan Respublikası - 8 dekabr 1941[9]
- Salvador - 8 dekabr 1941[9]
- Haiti - 8 dekabr 1941[9]
- Honduras - 8 dekabr 1941[9]
- Nikaraqua - 8 dekabr 1941[9]
- ÇXR - 9 dekabr 1941[9]
- Qvatemala - 9 dekabr 1941[9]
- Kuba - 9 dekabr 1941[9]
Birləşmiş Millətlərin deklarasiyasından sonra
- Meksika - 22 may 1942
- Braziliya - 22 avqust 1942
- Efiopiya - 14 dekabr 1942
- Boliviya - 7 aprel 1943
- Kolumbiya - 26 iyul 1943
- İran - 9 sentyabr 1943
- Liberiya - 27 yanvar 1944
- Peru - 12 fevral 1944
Normandiya əməliyyatından sonra
- Rumıniya - 23 avqust 1944
- Bolqarıstan - 8 sentyabr 1944
- Tailand - 1944
- San-Marino - 21 sentyabr 1944
- Macarıstan - 20 yanvar 1945
- Ekvador - 2 fevral 1945
- Paraqvay - 7 fevral 1945
- Uruqvay - 15 fevral 1945
- Venesuela - 15 fevral 1945
- Türkiyə - 23 fevral 1945
- Misir - 24 fevral 1945
- Livan - 24 fevral 1945
- Suriya - 27 fevral 1945
- Səudiyyə Ərəbistanı - 1 mart 1945
- Argentina - 3 mart 1945
- Finlandiya - 27 mart 1945
- Çili - 11 aprel 1945
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 539. ISBN 978-9952-441-02-4.
- ↑ Weinberg, Gerhard L. (2005) A World at Arms: A Global History of World War II (2nd ed.). Cambridge University Press. pp. 6.
- ↑ Morgan, Kenneth. Australia: A Very Short Introduction. Oxford: Oxford University Press. 2012. 89. ISBN 9780199589937. 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
- ↑ 1 2 "1939: Britain and France declare war on Germany". BBC. 6 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2015.
- ↑ Connelly, Mark. The IRA on Film and Television: A History. McFarland. 2012. 68. ISBN 9780786489619. 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
- ↑ Weinberg, Gerhard L. A World at Arms: A Global History of World War II. Cambridge University Press. 2005. 65. ISBN 9780521618267. 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
- ↑ 'New Zealand declares war on Germany', URL: http://www.nzhistory.net.nz/new-zealand-declares-war-on-germany Arxivləşdirilib 2016-11-12 at the Wayback Machine, (Ministry for Culture and Heritage), updated 14-Oct-2014
- ↑ Selley, Ron; Cocks, Kerrin. I Won't Be Home Next Summer: Flight Lieutenant R.N. Selley DFC (1917Ð1941). Pinetown: 30 Degrees South Publishers. 2014. 89. ISBN 9781928211198. 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Martin, Chris. World War II: The Book of Lists. Stroud: The History Press. 2011. 8–11. ISBN 9780752467047. 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
- ↑ Kluckhohn, Frank L. "U.S. Declares War, Pacific Battle Widens". The New York Times. 8 December 1941: 1. 9 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2015.
- ↑ Dear and Foot, Oxford Companion to World War II pp 878-9